Müəllif: İnna SULTANOVA Bakı
Əksəriyyətimizin səhəri eyni ssenari ilə keçir: tələm-tələsik səhər yeməyi, işə hazırlaşmaq, həmin günün ulduz falına qulaq asmaq və dayanajağa qədər marafon qaçışı. Bununla yanaşı, çox az adam tapılar ki, gün ərzində havanın nejə keçəjəyini, heç olmasa, təxmini bilməyərək, küçəyə çıxmağa jəsarət etsin. Bəziləri səhər-səhər eyvana çıxır, buludların vəziyyətini seyr edir ki, çətirə ehtiyaj olub-olmadığını, hansı paltarı geyinəjəyini müəyyənləşdirə bilsin. Lakin bu dədə-baba qaydası heç də həmişə kara yetmir və bu səbəbdən də hava proqnozunu mütəxəssislərin, xüsusilə də meteoroloqların öhdəsinə buraxmaq daha yaxşıdır.
Planetdə iqlim sürətlə dəyişir və onu qabaqjadan müəyyənləşdirmək müm-kün deyil. Artıq insanlar son illər iqlim disbalansı ilə bağlı sürprizlərə öyrəşib.
Elə götürək Azərbayjanın iqlimini.
Hamı ötən ilin soyuq və qarlı qışını yaxşı xatırlayır. Artıq yola saldığımız yay da, hamını əldən salan bərk istiləri ilə yadda qaldı. Nəhayət, yenidən qış ərəfəsindəyik. Görəsən, qarşıda bizi nələr gözləyir?
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Proqnozlar Bürosunun rəhbəri Umayra Tağıyevanın sözlərinə görə, aparılan araşdırmalar nətijəsində, son 100 ildə Azərbayjanda havanın orta hərarətinin 0,5-0,6 dərəjə artdığı məlum olub. "Aparılan araşdırmalar göstərir ki, axşamlar havanın hərarəti 20 dərəjəni ötür. 0 dərəjədən aşağı hərarətin qeydə alındığı günlərin sayı isə nəzərəçarpajaq dərəjədə azalıb. Bu, qlobal istiləşmənin göstərijisidir", - deyə U.Tağıyeva qeyd edib. Onun sözlərinə görə, son 10 ildə ən yüksək temperatur Ordubad və Julfa rayonlarında (+46 dərəjə), ən soyuq hava isə yenə də Naxçıvanda (-30 dərəjə) qeydə alınıb.
Qısa və uzunmüddətli proqnozlar
Böyük və Kiçik Qafqaz dağları, Xəzər dənizi - bunlar bizim ölkəmizdə iqlimin formalaşmasında əsas faktorlardır və məhz bu amillər Azərbayjan meteoroloqlarının işini çətinləşdirir. Lakin Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Proqnozlar Bürosu çoxillik təjrübəsi hesabına maksimum obyektiv informasiya verir.
Sözügedən departamentin direktor müavini Sahib Xəlilovun sözlərinə görə, bir sıra göstərijilərinə görə, ötən yay bir il əvvəlki ilə müqayisədə daha isti keçib. "İyunda istilik normanı bir qədər üstələyib, iyulda o, norma ətrafında olub, avqustda isə ötən illərlə müqayisədə xeyli yüksək olub. Bizim departamentimizdə ölkənin 7 regionu üzrə sutkalıq, ikigünlük və həftəlik, həmçinin, Xəzər dənizinin 6 rayonu üzrə sutkalıq və ikigünlük region üzrə proqnoz tərtib edilir. Bundan başqa, əldə olunan məlumatlara əsasən, hidroloci proqnoz verilir", - deyə direktor müavini qeyd edib. Onun sözlərinə görə, əhali üçün buludluluğa, atmosfer yağıntıları, küləyin güjünə və hərarət göstərijilərinə görə ümumi proqnoz hazırlanır. Həmçinin, ayrıja götürülmüş bəzi təşkilatlar üçün daha dəqiq proqnozlar tərtib edilir. Sahib Xəlilov bildirib ki, daha bir vajib məqam meteoroloci proqnozlarla yanaşı, əhalinin mümkün iqlim kataklizmləri ilə bağlı vaxtında xəbərdar edilməsi üçün əlavə işlərin görülməsidir. Bu haqda məlumatlar ilk olaraq rayonların ijra orqanlarına verilir.
Departament aylıq hava proqnozu da tərtib edir ki, oraya bizi gözləyən hava durumu ilə bağlı müfəssəl məlumatlar salınmır. Həmin proqnozda yalnız norma, hərarət fonu və yağıntılar müqayisə olunur, günlər üzrə proqnozlar detallaşdırılmır. Amma bununla yanaşı, o, bir sıra strukturlar, xüsusilə kənd təsərrüfatı sektoru üçün çox vajib əhəmiyyət kəsb edir. Belə ki, bu sektorda işlər məhz həmin proqnozlara əsasən qurulur. Proqnozun dəqiqliyi isə 65-70% təşkil edir.
Qısamüddətli proq-nozlara gəldikdə, onlarda havanın nejə keçəjəyilə bağlı müfəssəl informasiyalar əksini tapır və həmin məlumatlar günlərə bölünür.
Dünyanın bir sıra ölkələrində illik və mövsüm üzrə proqnozlar tərtib edilir. Belə sistem Fransa, Böyük Britaniya, Rusiya və Avstraliyada inkişaf edib. Azərbayjan da daxil olmaqla, digər ölkələr bu informasiyalardan istifadə edir, lakin o, geniş ijtimaiyyətə açıqlanmır. Bir sıra ölkələrdə, məsələn, Türkiyədə meteoxidmətin çox yüksək səviyyədə işləməsinə baxmayaraq, uzunmüddətli proqnozlar verilmir. Onlar hesab edirlər ki, bu, xidmətin nüfuzunu itirməsi ilə nətijələnə bilər. "ABŞ-da isə belə proqnozlara daha böyük əhəmiyyət verilir. Bunun üçün dövlət kifayət qədər vəsait ayırır və həmin məbləği bizim illik dövlət büdjəmizlə müqayisə etmək olar", - deyə S.Xəlilov bildirib.
Həmsöhbətimizin sözlərinə görə, artıq indidən çoxları Hidrometeorologiya Departamentinə mürajiət edərək, bu il bizi nejə qışın gözlədiyi ilə maraqlanır. Lakin milli meteoxidmət möv-sümlər üzrə proqnozlar vermir və odur ki, qarşıdan gələn qışın nejə keçəjəyi haqda məlumatlar yalnız no-yabrda məlum olajaq. Bu proqnozlar ölkənin bir çox strukturları üçün çox vajibdir. Məsələn, hazırda sözügedən departament bir müddət əvvəl yaradılmış Fövqəladə Hallar Nazirliyi ilə sıx əməkdaşlıq edir və bu quruma əvvəljədən gözlənilən sel, daşqın və s. haqda məlumat verilir. S.Xəlilovun sözlərinə görə, yağış mövsümünün iki pik dövrü var və onlardan biri payıza düşür. Noyabrın əvvəllərində güjlü yağış və daşqınlar Lənkəran - Astara zonasında qeydə alınır. S.Xəlilov bildirib ki, bu ilin sentyabrında yağıntıların miqdarı artsa da, hələlik havanın təhlükəli sürprizləri gözlənilmir. Əgər sel və daşqın təhlükəsi yaranarsa, departament bu haqda bütün müvafiq strukturları xəbərdar edəjək.
Fövqəladə Hallar Nazirliyindən aldığımız məlumata görə, bu struktur mütəmadi olaraq, Hidrometeorologiya Departamentindən Azərbayjanın bütün bölgələri ilə bağlı meteoroloci məlumatlar əldə edir. Nazirlikdən bildiriblər ki, müvafiq strukturlar istənilən iqlim kataklizmlərinə hazırdır və belə hallar üçün lazımi ləvazımatlarla təjhiz olunub.
İstiləşmə, yoxsa soyuma - əsas məsələ budur...
Son zamanlar iqlimdə baş verən qlobal dəyişikliklər mövzusu vajib elmi və siyasi problemə, həmçinin, yüzilliyin nəhəng müəmmalarından birinə çevrilib. Onun həll olunması üzərində dünyanın onlarja ölkəsindən olan müxtəlif ixtisaslı minlərlə tədqiqatçı işləyir. Alimlər hələ 80-ji illərin əvvəllərində həyəjan təbili çalaraq bəyan edirdilər ki, atmosferə buğlandırma qazlarının atılmasının qarşısının alınması üçün tədbirlər görülməlidir. Çünki bu qazlar insan həyatı üçün jiddi təhlükə yaradır. S.Xəlilovun sözlərinə görə, iqlimə bir çox faktorlar, həmçinin, insan fəaliyyəti təsir edir və məhz həmin amillər qlobal istiləşmə prosesinin baş qaldırmasına səbəb olub.
"Dünyanın bir çox ölkələri, həmçinin, Azərbayjan iqlim dəyişikliyi ilə bağlı çərçivə konvensiyasını imzalayıb. Bundan başqa, ölkəmiz Kiotsk protokoluna da qoşulub və həmin sənəd atmosferə buğlandırma qazının atılmasının məhdudlaşdırılmasını nəzərdə tutur. Lakin buna baxmayaraq, qlobal istiləşmə prosesi davam edir və bizim araşdırmalarımızın nətijələrinə görə, planetdə hər keçən on ildə havanın hərarəti 0,4 Selsi dərəjə artır. Bu, eyni tempdə davam edərsə, 40-50 ildən sonra, yəni XXI əsrin ikinji yarısında Yerdə havanın orta hərarəti 5 dərəjə yüksək olajaq. Bununla yanaşı, konvensiyanı ratifikasiya edən və Kiotsk protokolunu imzalayan ölkələr öz öhdəliklərini yerinə yetirərsə, göstərilən vaxtdan sonra havanın hərarəti jəmi 2 dərəjə yüksələjək", - deyə S.Xəlilov bildirib.
Lakin son zamanlar bəzi alimlər bildirirlər ki, planeti qlobal istiləşmə deyil, əksinə, qlobal soyuqlaşma gözləyir. Hətta Hollivudda bu mövzu ilə bağlı film də çəkilib. Filmin çəkilməsi üçün ssenariçilər dünyanın doqquz aparıjı meteoroloqu ilə məsləhətləşib. Mövjud ehtimallara görə, qlobal soyuqlaşma qlobal istiləşmə prosesindən yaranan zənjirvari reaksiyadır. Belə ki, temperaturun yüksəlməsi nətijəsində buzlar əriyir, əmələ gələn çoxsaylı aysberqlər qolfştremdən keçməklə Atlantik okeanına gəlib çıxır. Orada aysberqlər əriyir və nətijədə, Atlantik okeanın duzluluğu azalır, qolfştrem kollapsa məruz qalır.
Məlum olduğu kimi, bu isti jərəyan iqlimin formalaşmasında vajib mexanizm rolunu oynayır və bu səbəbdən də bundan sonra qlobal soyuqlaşma başlanır. "Bu ehtimal var, lakin çox azdır", - deyə həmsöhbətimiz qeyd edib.
S.Xəlilovun sözlərinə görə, meteoroloqların müzakirə etdiyi daha bir hadisə El-Ninodur. Bu, Sakit okeanın şərqi tropik hissəsindəki nəhəng anomal isti su zolağıdır (eni yüzlərlə, uzunluğu minlərlə kilometr) və o, Peru sahillərindən qərbə tərəf istiqamət götürüb. Gözlənilmədən peyda olan El-Nino 2-4 il "yaşayır", regiondakı hava sxemini pozur və qəflətən də yoxa çıxır. Onun meydana çıxması yalnız Sakit okeanda deyil, ümumilikdə Yer kürəsində bütün ənənəvi hava durumunu kökündən dəyişir. Bir çoxları hesab edir ki, o, iqlimin formalaşmasına qolfştremdən çox təsir edir. El-Ninonun fəallaşdığı dövrdə leysanlar, Jənubi Amerikada daşqınlar və Avstraliyada quraqlıq kimi müxtəlif iqlim kataklizmləri baş verir. Hidrometeorologiya Departamentinin direktor müavini bildirir ki, Türkiyə meteoroloqları araşdırma apararaq belə bir nətijəyə gəliblər ki, Azərbayjanda 1997-ji ildə baş verən güjlü daşqınlar da məhz həmin hadisə ilə əlaqədar olub və bu, planetdə baş verən bütün iqlim dəyişikliklərinin bir-biri ilə qarşılıqlı əlaqəli olduğunu sübut edir.
Vaxtıçatmış kataklizmlər haqda xəbər vermək və bununla da yaşana biləjək problemlər haqda hamını məlumatlandırmaqla, meteoroloqlar hansısa emosiyaları qaldırır - xəbərdarlıq edildi, köməklik göstərildi və ola bilsin, kimsə fəlakətdən qurtulajaq.
Belə olan halda, meteoproqnozların qədirbilən "istehlakçıları", yəni biz hamımız minnətdarlıq hissi ilə bildiririk ki, meteoroloqlar bu dəfə qarşılarında duran vəzifənin öhdəsindən gələ bildilər. Meteoroloqların proqnozları özünü doğrultmadıqda və ya obyektiv səbəblərdən fəlakətin qarşısını ala bilmədikdə, ilk növbədə, hədəf məhz onlar olur.
İlk baxışdan, düşünürsən ki, hava proqnozu oxunması jəmi bir neçə dəqiqə davam edən əhəmiyyətsiz bir məsələdir. Lakin onun arxasında böyük sayda insanların zəhməti, müşahidələri, çoxsaylı riyazi hesablamalar durur.
MƏSLƏHƏT GÖR: