
SON DAMLA NEFTƏ QƏDƏR
Azərbaycan geoloqlarının böyük planları
Müəllif: Nurlanə Quliyeva Bakı
Lap bu yaxınlarda həm quruda, həm də Xəzərdəki bir çox neft-qaz yataqlarının kəşfində əvəzedilməz rolu olan aparıjı alim-geoloqlardan biri, əməkdar mühəndis Akif Nərimanovun 60 yaşı tamam oldu. O, elmi axtarışları praktik fəaliyyətlə uğurla əlaqələndirməyi bajaran nadir mütəxəssislərdəndir. Hazırda ölkəmizə milyonlarla gəlir gətirən "Azəri", "Çıraq", "Günəşli" məhz bilavasitə onun iştirakı ilə kəşf edilib.
Bu gün artıq 3 ildən artıq müddətdə baş geoloq və Azərbayjan Dövlət Neft Şirkətinin "Azərneft" İstehsalat Birliyinin baş direktorunun müavini olan A.Nərimanov Xəzərdə gələjək tədqiqatların perspektivinə inanır.
- İndi ARDNŞ qaz layihələrinə daha çox diqqət yetirir, çünki idxal olunan qazın qiyməti artdığından, ölkəmiz "mavi yanajaq"a" tələbatını öz ehtiyatları hesabına təmin etməkdə maraqlıdır. Sizjə, yaxın illərdə buna nail olmaq mümkündürmü?
- Həqiqətən, respublikada qaz hasilatının maksimallaşdırılması günün ən aktual, hətta strateci vəzifəsidir. 1982-ji ildə ölkəmizdə ildə 15 mlrd kubmetrə qədər qaz hasil edilirdi, tələbat isə 14-16 mlrd kub.m idi. Lakin təəssüf ki, hazırda qaz hasilatının həjmi azalmağa başlayıb - artıq işlənən yataqlarda ehtiyatlar tükənib, yeni strukturlar isə kəşf edilməyib. Məsələn, iri "Bahar" yatağının işlənməsi artıq son mərhələdədir, "Bulla-dəniz", "Səngəçal-Duvannı-Dəniz-Para-Zirə" yataqlarında ehtiyatlar əhəmiyyətli dərəjədə azalıb. Əlbəttə, ən iri "Şahdəniz" qaz yatağı kəşf olunub. Lakin təjrübə göstərir ki, belə strukturun tammiqyaslı işlənməsinə başlanana qədər 5 ildən 8 ilə qədər keçir. Üstəlik, "Şahdəniz" xariji şirkətlər konsorsiumu tərəfindən işlənir və burada hasil edilən ehtiyatların ixrajına dair təəhhüdlər mövjuddur. Odur ki prezident İlham Əliyevin ölkədə qaz hasilatının səviyyəsinin yüksəldilməsinə dair qarşıya qoyduğu vəzifəyə müvafiq olaraq, "Azərneft" İB həm indi bir sıra tədbirlər həyata keçirir, həm də gələjək üçün tədbirlər planlaşdırır. İlk növbədə, biz ən iri "Günəşli" neft yatağının dayaz hissəsində işlərə başladıq. Artıq buradan 125 mln t neft çıxarılıb, qalıq ehtiyatları isə 35-40 mln t təşkil edir. Lakin ən maraqlısı odur ki, bu struktur hüdudlarında ehtiyatların ümumi həjmi 70 mlrd kubmetrə çatır ki, bu da "Bulla-dəniz" kimi iri yataqla müqayisə edilə bilər. Fikir verin, bu, hasilat və nəql üçün infrastruktur yaradılması lazım gələn yeni, tədqiq edilməmiş rayon yox, artıq hazır, işlənmiş strukturdur. Yəni bu halda, xərjlər xeyli azalır. Qeyd edim ki, 70 mlrd kubmetrdən 13 mlrd kubmetri sübut edilmiş ehtiyatlar, qalanları isə perspektiv ehtiyatlar olsa da, biz sonda həmin göstərijilərə yetişəjəyimizə şübhə etmirik. Bu ehtiyatların hasilatı üçün dərin özüllü N13 platforması quraşdırılıb, 6 qaz quyusu qazmaq üçün N11 platformasının genişləndirilməsi üzrə işlər aparılır. Bütövlükdə isə təxminən, 30 quyu qazılmışdır. Hər quyunun sutka ərzində debetinin 300 min kubmetrə yaxın olajağını nəzərə alsaq, nətijədə, indiki ehtiyatlara nə qədər əlavə əldə olunajağını təsəvvür etmək mümkündür. Eyni zamanda, ARDNŞ prezidenti Rövnəq Abdullayevin doğru qeyd etdiyi kimi, ehtiyatların artırılması üçün onlardan daha qənaətlə istifadə, hasil olunmuş qazın tam istifadə olunması, yəni qazın atmosferə atılmasının, məşəllərdə yandırılmasının və i. a. tam istisna edilməsi zəruridir. Hazırda aşağıtəzyiqli qaz üçün xüsusi infrastruktur olmadığından, belə hallar mövjuddur. Qeyd etmək istərdim ki, bu istiqamətdə işlər artıq başlanıb və biz, nətijədə, ildə 1 mlrd kub.m yanajaq əldə etmək ümidindəyik.
Daha bir mənbə "Bulla-dəniz" və "8 Mart" yataqlarında dərinlikdə yerləşən və hazırda öz güjümüzlə çıxara bilmədiyimiz ehtiyatlardır. Lakin artıq birgə müəssisə yaradılıb və ümumi səylərlə "8 Mart" yatağında 8, "Bulla-dəniz"də isə 4-5 dərin quyu qazmaq planlaşdırılır. Hər quyu sutkada, ən azı, 0,5 mln kub.m qaz verəjək.
Bütün bunlar yaxın perspektivə aiddir. Əlbəttə, gələjəkdə yeni perspektiv strukturlara çıxmağı da planlaşdırırıq ki, bunların sırasında birinji yerlərdə "Babək" və "Ümid", həmçinin, "Azərneft"in balansına qaytarılmış "Naxçıvan" yataqlarıdır.
- Bildiyimizə görə, "Exxson" şirkəti və onun bu layihə üzrə tərəfdaşları ehtiyatların səmərəsiz həjmdə olduğunu müəyyənləşdirdiyindən, bu strukturdan imtina ediblər…
- Bəli, doğrudur. Ola bilər ki, konsorsium üçün aşkarlanan ehtiyatlar, həqiqətən, rentabelsizdir. Lakin onlar araşdırdıqları məlumatları bizə təqdim etdilər, biz isə onların əsasında tədqiqatları davam etdirərək, burada 100-150 mlrd kub.m qaz ehtiyatı olduğu qənaətinə gəldik. Hazırda təxminlərimizi təsdiq etmək üçün bir kəşfiyyat quyusu qazmağı planlaşdırırıq.
Blok şəklində birləşdirilmiş iki digər struktura - "Babək" və "Ümid"ə gəldikdə, burada ilk quyu 420 m dərinliyə qədər qazılajaq. Bu layihə üzrə aparıjı xariji neft şirkətlərindən birinin tərəfdaşımız olajağı istisna edilməsə də, operator ARDNŞ olajaq. Layihə bizə müasir texnologiyaların tətbiqi üzrə yeni imkanlar, ən önəmlisi isə bu qəbildən olan mürəkkəb strukturlarda işləmək üçün yerli kadrlar hazırlamaqda yardımçı olajaq. Bu sonunju bənd tərəfdaşlarımızın əsas təəhhüdlərindən biridir.
"Babək-Ümid" bloku hasilatın ən yüksək mərhələsində ölkəyə ildə 14-15 mlrd kub.m qaz verəjək. Burada kəşfiyyat qazmasının gələn il başlanajağı və 3 kəşfiyyat quyusu qazılajağı təxmin edilir. Yeni texnologiyaların tətbiqi üçün, azı, 5 il lazım gələjək, çünki burada Xəzərdə ilk dəfə yatağın sualtı istismarı tətbiq olunajaq. Bu, sualtı robotlardan istifadəni və s. nəzərdə tutan kifayət qədər bahalı texnologiyadır və dünyada, nisbətən, az-az tətbiq edilir. Belə təsəvvür yarana bilər ki, bütün bunlar yalnız təmtəraqlı planlardır, lakin texniki baxımdan onların həyata keçirilməsi tamamilə mümkündür.
- Bəs neft yataqları ilə bağlı durum nejədir? Məlumdur ki, onşor yataqların ehtiyatları tükənmək üzrədir. İndi "Azərneft" İB-nin gələjək üçün hansı perspektivləri var?
- Həqiqətən, qurudakı yataqlara gəldikdə, onların əksəriyyətində artıq neftin hər tonu uğrunda mübarizə aparılır və neft hasilatının əsas həjmi dənizin payına düşür. Lakin indi biz Siyəzəndəki "Zağlı-Zeyvənd" strukturunda neft hasilatını artırmaq layihəsi üzərində intensiv iş aparırıq. Bu məsələdə bizim İB-nin baş direktoru Şahin İsmayılov xüsusilə israrlıdır. Mütəxəssislər indiyədək bu layihənin perspektivli olduğunu etiraf etsələr də, onun gerçəkləşdirilməsinə girişmək istəmirdilər, çünki struktur hasilat üçün mürəkkəb ərazidə - sıxmeşəlikli dağlarda yerləşir. Üstəlik, orada hər hansı bir infrastruktur, hətta yollar belə yoxdur. Lakin buna baxmayaraq, orada bir quyu qazdıq və 20 t neft əldə etdik. Odur ki neft horizontlarının araşdırılmasını davam etdirmək, bir neçə kəşfiyyat və istismar quyusu qazmaq barədə qərar qəbul edildi. Bu yerlərə yollar çəkmək barədə də qərar qəbul edilib. Həmin yollar indiyədək qış vaxtı başqa yaşayış məntəqələrindən təjrid olunan bir neçə dağ kəndindən keçəjək. Əminik ki, bundan sonra həmin rayon ən jiddi turizm komplekslərindən birinə çevriləjək. Biz neft hasilatı zamanı ekoloci təhlükəsizlik probleminə çox jiddi yanaşırıq. Hətta buruqlar da elə yerləşdirilir ki, təbiətin gözəlliklərini seyr etməyə mane olmasınlar.
Quruda yerləşən digər bir yataqda - "Hövsan" yatağında da neft hasilatının səmərəliliyinin artırılması üzrə işlər aparılır. Orada yeni quyular qazılması sayəsində sutkalıq hasilat 300 tona qədər artırılıb. Yeri gəlmişkən, bu layihənin özəlliyi ondadır ki, qazma işləri Hövsan qəsəbəsinin altında aparılır. Məsələ ondadır ki, strukturun fəaliyyətinin dondurulduğu dövrdə onun ərazisində bütöv bir yaşayış məntəqəsi meydana çıxıb. Biz hasilatı bərpa etmək qərarına gələndə isə artıq qəsəbənin altında qazma işləri aparmalı olduq. Bu, respublikamız üçün unikal bir metoddur.
Dəniz strukturlarına gəldikdə, hazırda ən qojaman yataqda - "Neft daşları"nda işlər fəallaşdırılıb. Orada 36 quyu üçün nəhəng N1887 platforması quraşdırılıb və artıq ilk quyuların istismarına başlanılıb. Başqa sözlə, bu prosesi "Neft daşları"nın intibahı adlandırmaq olar, çünki hasilatın yüksək həjmi gözlənilir. Məsələn, 3 quyu artıq sutkada 250 t neft verir. Digər platformaların layihələşdirilməsi və quraşdırılması da davam etdirilir. Bütövlükdə, bu, neft hasilatını, demək olar, 2 dəfə artırmağa imkan verəjək.
- Ölkəmizdə yeni əhəmiyyətli yataqların tapılması perspektivlərini nejə qiymətləndirirsiniz?
- Əlbəttə, bu istiqamətdə iş aparılır. Bu çox əziyyətli iş olsa da, ən əsası odur ki, artıq müsbət nətijələrimiz var. Məsələn, yaxın gələjəkdə "Türkan" kəşfiyyat sahəsində axtarış quyusunun təməlinin qoyulması gözlənilir. Dənizdə də artıq məlum yataqlardan birinin yanındakı adada kəşfiyyat quyusu qazılmaqdadır.
Eyni zamanda, köhnə yataqların səmərəliliyinin artırılması üzrə hərtərəfli iş görülür. Burada biz təkjə dünyada məlum metodlardan istifadə etməklə kifayətlənmir, öz unikal metodlarımızı da işləyib-hazırlayırıq. Məsələn, belə bir maraqlı üsul var ki, tükənmiş laylara süd sənayesinin tullantıları, hətta… kanalizasiya suları vurulur. Utilləşdirilən məhsulların əmələ gətirdiyi mikroblar və bakteriyalar qaz yaradır ki, o da öz növbəsində, nefti "itələyir". Bununla da iki məsələ birdən həll olunur - neft hasilatı artırılır, həm də tullantıların utilləşdirilməsi probleminə yardım göstərilir.
Daha bir üsul - neft yataqlarının yandırılmasıdır ki, nətijədə yenə də lay qazı yaranır. Lakin bu üsuldan yataqların istismarının son mərhələsində - onlar "Azərneft"in balansından kənarlaşdırılarkən istifadə edilir. Yeri gəlmişkən, hazırda jəmi 3 belə struktur var. Azərbayjan tarixi ərzində isə jəmi 78 struktur kəşf edilmişdir ki, bunlardan 52-si quruda, 26-sı isə dənizdədir. İndi 37 yataq işlənməkdədir (quruda - 22, dənizdə - 15), 7 yataqda işlər dayandırılıb. İB-nin balansında 66 perspektiv struktur da var: 25 - dənizdə, 41 - quruda.
- Sözlərinizdən göründüyü kimi, geoloqların həqiqətən də möhtəşəm planları var. Yəqin ki, belə möhtəşəm həjmdə işi nəzarətdə saxlamaq asan deyil. Üstəlik, siz respublikanın Geologiya Jəmiyyətinə də başçılıq edirsiniz. Fəxr etməli nə isə varmı?
- Gənj alim və mütəxəssislər hazırlanması, beynəlxalq konfranslar keçirilməsi və s. üzrə gündəlik işdən danışmayajağam. Bizim uğurlu işimiz geoloqların Amerika və Avropa assosiasiyalarının rəhbərlikləri tərəfindən rəsmi şəkildə qeyd olunub. Qürur doğuran haldır ki, fəallığımız nətijəsində, Avropa Assosiasiyası Bakıda bu nüfuzlu strukturun filialını yaratmağı təklif edib. Biz Almaniya və İtaliyadan sonra belə filialların yaradıldığı üçünjü ölkə olduq. Bununla fəxr etmək olar.
Üzvlərinin sayı o qədər də çox olmayan Elm Üzrə Avropa Şurasında MDB ölkələrinin yeganə təmsilçisi, dünyamiqyaslı peşəkar geoloci curnalın redaksiya heyətinin üzvü olmağımla da fəxr edirəm.
Geoloci Jəmiyyətimizin ən son nailiyyəti Kirmək vadisinin təbii qoruq elan edilməsidir ki, buna ekologiya və təbii ehtiyatlar naziri Hüseyn Bağırovun dəstəyi ilə nail olmuşuq. İndi dünyada ilk neft quyusunun qazıldığı yerdə muzey yaradılması üzərində işləyirik. Muzeydə Azərbayjanın neft sənayesinin təşəkkülünü əks etdirməyi planlaşdırırıq.
-Müsahibəyə görə çox sağ olun. Sizi yubileyiniz münasibətilə təbrik edir, bütün bu planlarınızın gerçəkləşdirilməsində uğurlar arzulayırıq.
MƏSLƏHƏT GÖR: