14 Mart 2025

Cümə, 15:47

RUSİYA- GÜRCÜSTAN VENDETTASI

Gürcüstanın "Biz özümüz" müxalifət partiyasının lideri ölkəsinin Rusiya ilə münasibətlərinin gərginləşməsində dövlət başÇısı Mixail Saakaşvilini günahlandırır

Müəllif:

15.10.2006

Gürjüstan - Rusiya münasibətlərində ehtirasların qızışması Gürjüstan rəhbərliyinin Rusiya zabitlərini jasusluq və diversiyada günahlandıraraq həbs etməsi ilə özünün pik nöqtəsinə çatdı. Bu hadisə ilə bağlı Kremlin ultimativ bəyanatını o qədər də çox gözləmək lazım gəlmədi. Moskva zabitlərin dərhal azad edilməsi tələbi ilə çıxış etdi və Rusiya tərəfinin təşəbbüsü ilə iki ölkə arasında nəqliyyat və poçt əlaqələri dayandırıldı. Növbədə isə bank blokadası idi. Dövlət Dumasının deputatları banklarla bağlı qanunverijiliyə dəyişiklik etdi və nətijədə, hökumətə ayrı-ayrı ölkə və regionlara pulköçürmələrinə qadağa qoymaq hüququ verildi. Bundan beş gün sonra isə gürjü tərəfi rusiyalı zabitləri azad etdi. Regiondakı daxili situasiya haqda "R+"a müxalifətçi "Biz özümüz" partiyasının lideri David Pata danışır:

- Bu gün Gürjüstanda daxili vəziyyət olduqja gərgindir. Tbilisi ilə Moskva arasında gərgin münasibətlər özünün pik həddinə çatıb. Kreml özünün Gürjüstandakı fövqəladə və səlahiyyətli səfirini geri çağırıb ki, bunu "x saatı"ndan əvvəl atılan son addım adlandırmaq olar. Əlbəttə ki, bunlar son dərəjə xoşagəlməzdir. Hesab edirəm, Tbilisi və Kreml dövlətlərarası münasibətlərin normallaşması üçün hər şeyi etməlidir. Bunun üçün Rusiya - Gürjüstan birgə komissiyasının yaradılması və təmas nöqtələrinin tapılması vajibdir. Belə davam edə bilməz və belə situasiya regionda hərbi əməliyyatlara gətirib çıxara bilər. Bu isə yolverilməzdir. Ona görə də bu gün Moskva ilə Tbilisi arasında həll edilməmiş problemlərin aradan qaldırılması üçün bütün qüvvələrin səfərbər edilməsi vajibdir. Vəziyyətin bu həddə gəlməsində hər iki tərəfin günahları var.

- Ötən ay Gürjüstanın siyasi həyatı kifayət qədər dolğun keçdi - Kodor dərəsində əməliyyat, müxalifətçilərin həbsi, həmçinin, rusiyalı hərbçilərin saxlanılması. Fikrinizjə, hakimiyyətin bu dərəjədə sərt mövqeyi nə ilə bağlıdır? Güman etmək olarmı ki, Mixail Saakaşvili prosesə güj strukturlarını da jəlb edərək, opponentlərinə qarşı ən qəti mübarizə üsulunu seçib?

- Müxalifətin dövlət çevrilişi hazırlamasının ifşasında elə anlar var ki, onların araşdırılmasına ehtiyaj duyulur. Bəli, həqiqətən də bu məsələdə müəyyən sübutlar var və onlara əsasən, müxalifətin hakimiyyəti güj yolu ilə devirməyə hazırlaşması üzə çıxır. Nə qədər ki, hadisə ilə bağlı araşdırma davam edir, mən bunu şərh edə bilmərəm. Gürjüstan prezidentinin mövqeyinə gəlinjə, razıyam ki, Saakaşvili sərt üsul seçib. Bu, düzgün yol deyil. Hüquqi əsası olmayan sərt yanaşma fajiəvi nətijələrə gətirib çıxarır. Məsələn, Bakı da bir vaxtlar Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı sərt üsula üstünlük vermişdi. Lakin hüquqi müstəvidə Azərbayjan forumlarda iştirak edərək sübut etdi ki, Dağlıq Qarabağda separatçı recim mövjuddur. Beləliklə, BMT Təhlükəsizlik Şurası Azərbayjan ərazilərinin Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmasına dair bir neçə qətnamə qəbul etdi. Siyasi-hüquqi yol məhz budur. 

Bu gün Tbilisi Bakıdan fərqli olaraq, başqa yol seçib və Rusiyanın Gürjüstan ərazilərini işğal etdiyini bəyan edir. Bəli, Gürjüstan ərazilərinin Moskva tərəfindən işğalı baş verib. Lakin bu faktı hələ sübut etmək lazımdır. Gürjüstan hakimiyyətinin problemi də məhz bundadır. Onlar əvvəljə sərt bəyanatlarla çıxış edir, ardınja isə heç bir iş görülmür. Yəni görülən iş bəyanatlardan o tərəfə keçmir. Bu da nətijədə şimal qonşumuz ilə dövlətlərarası münasibətlərin gər-ginləşməsinə səbəb olur. Saakaşvilinin məsələlərə sərt yanaşması Rusiya ilə hərbi toqquşmalara gətirib çıxara bilər. Müharibənin nətijəsi isə məlumdur - güjlü tərəf qələbə qazanajaq.

- Gürjüstanla Rusiya arasında hərbi əməliyyatların başlanması ehtimalı nə dərəjədədir?

- Mən hərbi münaqişənin baş verə biləjəyinə böyük şübhə ilə yanaşıram. Lakin Rusiya tərəfindən tətbiq edilən iqtisadi blokada Gürjüstanda sosial partlayışa səbəb olajaq. Bununla yanaşı, Moskvanın yürütdüyü blokada siyasəti onun özünə də heç bir xeyir gətirməyəjək. Belə ki, gürjülər Moskvaya qarşı birləşəjək. Əgər rəsmi Tbilisi Rusiya ilə qarşılıqlı münasibətlərdə nəyisə lazımınja dərk etmirsə, bunda bütün baş verənlərdən ziyan çəkən gürjü xalqının günahı yoxdur. Saakaşvilinin sərt siyasəti bu gün Gürjüstana yaxşı heç nə verməyib. Rusiya ilə nədən ümumi dil tapıla bilməz? Gürjüstan hakimiyyətində bütün problemlər dövlət münasibətlərinə tətbiq edilən şəxsi münasibətlərlə bağlıdır. Bəli, Gürjüstan prezidenti məhz belə edir: ölkənin xariji siyasətini şəxsi münasibətlərinə əsasən qurur.

- Dediklərinizdən belə çıxır ki, bu gün gürjü xalqı "məxməri inqilab"ın "bəhrəsini görür"?

- "Qızılgül inqilabı" baş verməli idi. Amma bundan sonra ölkə rəhbərliyi düz yolla getmədi. Əgər bu gün hakimiyyət situasiyanı idarə edə bilmirsə, daha bir inqilab baş verəjək. Mənə məlum olduğuna görə, ABŞ və Avropa situasiyanı yaxşı tərəfə dəyişməyə çalışır. Lakin hələ onlarda heç nə alınmır. Eyni zamanda, Amerika və Avropa Birliyinin Saakaşviliyə dəstək vermələrindən təəssüfləndiyi hiss edilir.

- Rusiya - Gürjüstan münasibətlərindəki gərginlik Tbilisi ilə Bakı arasındakı qarşılıqlı münasibətlərə təsir göstərə bilərmi? Artıq Azərbayjan XİN-i bununla bağlı narahatlığını ifadə edib.

- Azərbayjan Rusiya ilə olduğu kimi, Gürjüstanla da mehriban qonşuluq münasibətlərinə malikdir. Şübhəsiz, Rusiya - Gürjüstan münasibətlərinin normal olajağı halda, Bakı özünü daha rahat hiss edəjək. Saakaşvili hələ ki Tbilisi ilə Rusiyanın gərgin münasibəti bütün region üçün "başağrısı" gətirə bilər. Qafqaz Avropa deyil və burada qüvvələr balansına riayət etmək vajibdir.

- Bəzi məlumatlara görə, Gürjüstanın azərbayjanlılar yaşayan bölgələrində durum demokratik vəziyyətdən çox uzaqdır. Bundan başqa, Gürjüstan hakimiyyəti Gürjüstan azərbayjanlılarının torpaq problemini hələ də həll etməyib,  həmçinin, onların humanitar və digər sahələrlə bağlı mürajiətlərinə əhəmiyyət verilmir. Nətijədə, azərbayjanlıların Gür-jüstandan kütləvi axını müşayiət olunur. Nejə düşünürsünüz, Gürjüstan azərbayjanlılarının problemləri ölkələrimiz arasında jiddi qıjıqlanmaya səbəb olmaz ki?

- Gürjüstanda daim bu ölkədə yaşayan azərbayjanlıların qanuna riayət edən insanlar olmasından sui-istifadə edilib. Gürjüstan hakimiyyəti hesab edir ki, azərbayjanlılar öz səslərini hazırkı recimə verəjəklər. Əgər azərbayjanlılar istənilən halda hakimiyyətə səs verirsə, onların sosial-iqtisadi durumunun yaxşılaşdırılmasına nə ehtiyaj var? Dəhşət ondadır ki, azərbayjanlılar həqiqətən də bu recimin namizədlərinə səs verir. Biz öz növbəmizdə, situasiyanı dəyişməyə çalışırıq. Partiyamız dəfələrlə Gürjüstanda yaşayan milli azlıqların, xüsusilə azərbayjanlıların sıxışdırılması ilə bağlı məsələni qaldırmışıq. Azərbayjanlı əhali də son zamanlar haqlarının pozulmasına etiraz olaraq, hakimiyyət əleyhinə çıxışlar etməyə başlayıb. Bundan başqa, məni təəjjübləndirən odur ki, Azərbayjan - Gürjüstan münasibətlərinin səviyyəsindən asılı olmayaraq, Bakı Tbilisinin çətin anlarında daim ona öz yardım əlini uzadıb. Bizim problemlərimiz ondadır ki, biz Azərbayjanın öz arzusu ilə göstərdiyi xoşniyyətli cestləri qiymətləndirmirik. Azərbayjanın mərhum prezidenti Heydər Əliyev nefti faktiki olaraq, bizə hədiyyə etdi. O bunu etməyə də bilərdi. Qonşunun yaxşılığını unutmaq olmaz. Bəs biz bunun əvəzində nə etmişik? Azərbayjan - Gürjüstan sərhədində gərgin vəziyyət, Gürjüstanda yaşayan azərbayjanlılara hörmətsizlik!

- Müşahidəçilər iddia edirlər ki, Gürjüstan əhalisinin sosial-iqtisadi durumu yaxşı deyil. Bəzi qiymətləndirmələrə görə, hakimiyyətin reytinqi də aşağı düşür. Analitiklərin fikrinjə, Mixail Saakaşvili Kodor dərəsindəki əməliyyatı, bunun ardınja isə müxalifət liderləri və rusiyalı zabitlərin həbsini diqqəti əsas problemdən yayındırmaq və reytinqini yüksəltmək məqsədilə həyata keçirib. Bu iddialar nə dərəjədə həqiqətəuyğundur?

- Bütün bunlar PR-aksiyadır. Gürjüstanda hakimiyyət televiziyadan ibarətdir. Onları tele-dövlət də adlandırmaq olar. Anjaq bu PR-kampaniya hakimiyyət üçün ajınajaqlı sonluqla bitə bilər.


MƏSLƏHƏT GÖR:

413