15 Mart 2025

Şənbə, 02:46

BUXAREST QARABAĞ MƏSƏLƏSİNDƏ BAKINI DƏSTƏKLƏYİR

Rumıniya ilə Ermənistan arasında münasibətlərin yaxşı olmasına baxmayaraq

Müəllif:

15.10.2006

Rumıniya beynəlxalq arenada Azərbayjanı bütün istiqamətlərdə, xüsusilə Dağlıq Qarabağ münaqişəsi ilə bağlı tam dəstəkləyir və bu, hazırda Bakı üçün son dərəjə vajibdir. Bakıya rəsmi səfər edən Rumıniya Prezidenti Trayan Besesku açıq şəkildə bəyan etdi ki, Buxarest daim ölkələrin ərazi bütövlüyü və sərhədlərin toxunulmazlığı prinsipinə hörmətlə yanaşıb və Rumıniya da əmindir ki, etnik münaqişələrin həlli üçün bu fundamental prinsiplər əsasdır.

T.Besesku ilə ikitərəfli görüşü açan Azərbayjanın dövlət başçısı İlham Əliyev bildirib ki, Rumıniya ilə Azərbayjan arasında münasibətlər inkişaf edir və Beseskunun Bakıya səfərindən sonra əlaqələr daha da möhkəmlənəjək. Prezidentin sözlərinə görə, Azərbayjan hər zaman Rumıniyanın dəstəyini hiss edib. O, Buxarest ilə Bakı arasında münasibətlərin həm iqtisadi, həm siyasi, həm mədəni, həm də humanitar sahədə inkişaf etdiyini deyib. Rumıniya prezidenti isə öz növbəsində, iki ölkə arasında münasibətlərin əhəmiyyətindən söz açıb. Rumıniyanın Azərbayjanla siyasi-iqtisadi əlaqələrə xüsusi önəm verdiyini söyləyən qonaq hesab edir ki, tərəflərin eyni zamanda təhlükəsizlik sahəsində də əməkdaşlıq etməsi vajibdir.

Rumıniya Azərbayjanı Qafqaz regionunda özünün tərəfdaşı və dostu hesab edir. T.Besesku hesab edir ki, Azərbayjan Avropada enerci təhlükəsizliyi məsələsində rəqabətqabiliyyətli ölkəyə çevrilə bilər. "2007-ji ilin yanvarından biz Avropa Birliyinin tamhüquqlu üzvü olajağıq və bu baxımdan özümüzü Avropanın təhlükəsizliyi, xüsusilə də enerci təhlükəsizliyi sahəsində məsuliyyət daşıyan ölkə hesab edirik", - deyə qonaq bildirib.

Rumıniyanın dövlət başçısının fikrinjə, Azərbayjan enerci sahəsində Avropa bazarlarında təhlükəsizliyin təmin edilməsi və rəqabət baxımından vajib rol oynaya bilər.

Bakının Avroatlantik strukturlara inteqrasiyada maraqlı olduğunu deyən İ.Əliyev Rumıniyanın bu məsələdə də Azərbayjanı dəstəklədiyini söyləyib. Buxarest bu gün Azərbayjanın enerci resurslarında maraqlıdır və bunu Rumıniya prezidenti də Bakıya səfəri zamanı gizlətməyib. Bununla yanaşı, Buxarest Bakının Qafqazdakı regional əhəmiyyətini görərək, regionun digər, iqtisadi jəhətdən zəif və siyasi baxımdan qeyri-stabil ölkələri ilə müqayisədə Azərbayjanın ərazi bütövlüyünü dəstəkləyərək, Bakı ilə daha yaxın münasibətlərə üstünlük verir.

Rumıniyanın iqtisadi maraqları bununla bitmir. Buxarest iki ölkə arasında tijarət əlaqələrinin möhkəmlənməsini də istəyir. Eyni zamanda, rəsmi Bakı üçün də artıq NATO-nun üzvü olan və 2007-ji ildən Avropa Birliyinin tamhüquqlu üzvünə çevriləjək Rumıniya ilə qarşılıqlı əsaslarla ittifaq sərfəldir. Avropa Birliyinin "Yeni qonşuluq siyasəti" proqramı fonunda Avropa evində daha bir dosta malik olmaq Bakıya yaxşı dividendlər gətirə bilər.

Xatırladaq ki, iki ölkə arasında qarşılıqlı münasibətlərin əsası hələ prezidentlər Heydər Əliyevlə İon İliesku tərəfindən qoyulub. O vaxtdan Azərbayjanla Rumıniyanın münasibətləri yüksələn xətt üzrə inkişaf edir. Artıq Rumıniya prezidentləri Bakıya üç dəfə səfər edib: İon İliesku iki dəfə (1996 və 2002-ji illərdə), Emil Konstantinesku isə bir dəfə (1998-ji ildə). Ötən həftə isə T.Besesku Azərbayjana gəlib.

Azərbayjanın dövlət başçısı bildirib ki, bu dəfə də həm təkbətək, həm də geniştərkibli görüş çərçivəsində müxtəlif sahələrə aid məsələlər müzakirə olunub, həmçinin, Azərbayjanın Rumıniyanın dəstəyi ilə Avroatlantik strukturlara inteqrasiyası ətrafında fikir mübadiləsi aparılıb. Bundan başqa, prezidentin sözlərinə görə, Azərbayjanın nəhəng neft müqavilələri, neft strategiyası və gələjək əməkdaşlığın prinsiplərinə dair müzakirələr baş tutub. İ.Əliyevin sözlərinə görə, tərəflər arasında aparılan son danışıqlar gələjək əməkdaşlıq üçün zəmin yaradır.

Bununla yanaşı, Rumıniya prezidenti ölkəsinin Azərbayjanla bütün sahələrdə əməkdaşlıqda maraqlı olduğunu bildirib. O qeyd edib ki, Buxarest enerci və tijarət sahəsi ilə yanaşı, təhlükəsizlik sahəsində də Azərbayjanla əməkdaşlıq etməkdə maraqlıdır.

Regionda təhlükəsizlik haqda danışan İ.Əliyev Jənubi Qafqazın böyük perspektivlərə malik olduğunu bildirib. "Buraya nəqliyyat infrastrukturunun yeniləşdirilməsi ilə yanaşı, yeni nəqliyyat dəhlizlərinin açılması da daxildir. Məhz bu səbəbdən biz regional təhlükəsizlikdə maraqlıyıq. Qara dəniz və Xəhər regionuna daxil olan ölkələrin birgə fəaliyyəti bugünün reallığıdır. Bu, daha geniş regional əməkdaşlıq üçün böyük əsas yaradır və bu işdə Rumıniya ilə Azərbayjanın birgə səyləri vajibdir", - deyə Azərbayjan prezidenti qeyd edib.

Dağlıq Qarabağ münaqişəsinə də toxunan İ.Əliyev bildirib ki, bu problem bütün region üçün təhlükədir. Prezident bu məsələ ilə bağlı Azərbayjanın mövqeyinin dəyişmədiyini bəyan edib: "Dağlıq Qarabağ həm tarixi, həm də hüquqi baxımdan Azərbayjan ərazisidir". Dövlət başçısı növbəti dəfə BMT-nin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qəbul etdiyi dörd qətnamənin yerinə yetirilməsini, Ermənistan silahlı qüvvələrinin işğal olunmuş torpaqlarından çıxmasını tələb edib. "Məjburi köçkünlər öz evlərinə qayıtmalı və Qarabağda həyata keçirilən etnik təmizləmə siyasətinin nətijələri aradan qaldırılmalıdır. Azərbayjan bütün ölkələrin ərazi bütövlüyünü tanıyır və özünə qarşı da belə yanaşma tələb edir. Ermənistan istisna olmaqla, bütün dünya ölkələri Azərbayjanın ərazi bütövlüyünü tanıyır və bizim ölkəmiz BMT-yə Dağlıq Qarabağla birgə ərazisi ilə qəbul edilib", - deyə prezident bildirib. İ.Əliyev qeyd edib ki, Dağlıq Qarabağ ermənilərinin təhlükəsizliyinin təmin edilməsi üçün lazımi tədbirlər həyata keçirilə və onlara yüksək muxtariyyət statusu verilə bilər: "Bir daha bəyan etmək istəyirəm ki, Dağlıq Qarabağın müstəqil qurum kimi mövjud olması və ya Ermənistan ərazisinə birləşdirilməsi danışıqlar mövzusu deyil və bu haqda söhbət belə gedə bilməz. Rumıniyanın bu məsələ ilə bağlı mövqeyi bizi sevindirir və ürəkləndirir. Bu ölkənin mövqeyi imzaladığımız sənəddə də əksini tapıb. Bu mövqe hər bir münaqişəyə aid olmalı və heç bir problem istisna təşkil etməməlidir".

Rumıniya Prezidenti Trayan Besesku isə öz növbəsində bildirib ki, Buxarest NATO və Avropa Birliyinin üzvü olaraq öz xariji siyasətində Qara dəniz regionunu prioritet hesab edir: "Biz qonşuyuq və eyni təhlükəsizlik sisteminin bir hissəsi olmaq istəyirik. Azərbayjan regional təhlükəsizlik siyasətində olduğu kimi, enerci siyasəti məsələsinə də mühüm tövfəsini verib", - deyə T.Besesku qeyd edib.

T.Besesku Ermənistanın nəzərinə çatbırıb ki, Buxarestlə Yerevan arasındakı xoş münasibətlərə baxmayaraq, Rumıniya beynəlxalq hüquq prinsiplərindən imtina etmək fikrində deyil: "Yaxşı əlaqələrin mövjudluğu fundamental prinsiplərdən imtina üçün əsas vermir. Rumıniya hər zaman ərazi bütövlüyü və dövlətlərin sərhədlərinin dəyişməzliyi prinsipinə hörmətlə yanaşır. Məhz bunun üçün ərazi və etnik münaqişələr yaranan vaxt fundamental prinsiplərdən imtina etmək olmaz".

T.Beseskunun səfəri çərçivəsində Azərbayjanla Rumıniya arasında investisiyaların qarşılıqlı qorunması və təşviqi ilə bağlı hökumətlərarası müqaviləyə əlavə protokol, tijarət, iqtisadi və elmi-texniki əməkdaşlıq haqda hökumətlərarası müqaviləyə əlavə protokol, Rumıniyanın Maliyyə Nazirliyi ilə Azərbayjanın Vergilər Nazirliyi arasında əməkdaşlığa dair memorandum və prezidentlərin birgə siyasi bəyannaməsi imzalandı.


MƏSLƏHƏT GÖR:

422