Müəllif: Teymur Tuşiyev Bakı
Görünür, Azərbayjanda sayları bir o qədər də çox olmayan fiqurlu konki sürmək həvəskarlarının idmanın bu növü ilə artıq jari ilin sentyabr ayından etibarən məşğul olmaq imkanı əldə etmək ümidləri boşa çıxajaq.
Məsələ ondadır ki, Heydər Əliyev adına İdman-Konsert Kompleksində (İKK) açılışı bu ilin sentyabr ayına nəzərdə tutulan buz arena kondensasiyası ilə bağlı meydana çıxan növbəti problemlər üzündən yenə də təxirə salındı. Xatırladaq ki, əvvəljə açılış may ayına nəzərdə tutulmuşdu. Hətta eksperiment kimi, buz arena tökülmüş və bu iş uğurla nətijələnmişdi. Lakin kondensasiya və ventilyasiya ilə bağlı problemlər olduğundan, buzu əritmək lazım gəldi. Kondensasiya məsələsi bu gün də işləri korlayır - bu istiqamətdə işləmək üçün dəvət olunan italyan mütəxəssisləri indinin özündə də avadanlığı sazlamaq üçün çox jəhd göstərsələr də, bir şey alınmır. Baş verənləri məntiqi şəkildə 3 jür izah etmək mümkündür: Heydər Əliyev adına İKK kondensasiya və ventilyasiya avadanlığı quraşdırılması üçün uyğunlaşdırılmayıb - buna inanmaq kifayət qədər çətindir; italyan mütəxəssisləri peşəkar olmadıqlarından, bütün problemləri aradan qaldıra bilmirlər və bu tamamilə mümkün variantdır; ilk iki variant istisna edilərsə, deməli, Azərbayjanda buz arenanın fəaliyyət göstərməsi hansısa səbəblər üzündən kiməsə sərf etmir. Qış İdman Növləri Federasiyasının dəfələrlə bu arenanın açılış mərasimini keçirməyə jəhd göstərməsi, lakin hər dəfə bunu təxirə salması da belə bir qənaətə gətirib çıxarır. Bu gün də növbəti dəfə həmin halla üzləşirik.
"Şirin noyabr"
Qış İdman Növləri Federasiyasının vitse-prezidenti Fuad Quliyevin sözlərinə görə, Bakıda buz arena açmaq üçün növbəti jəhd jari ilin noyabrında olajaq, çünki kondensasiya və ventilyasiya sisteminin sazlanması üzrə işləri oktyabrın axırlarında başa çatdırmaq nəzərdə tutulub. Hərçənd, təşkilatçıların ölkənin "buzlu gələjəyinə" dair planlarının növbəti dəfə süquta uğramayajağına heç kim zəmanət vermir. Beləliklə, ölkəmizdəki fiqurlu konkisürmə həvəskarlarının peşəkarların çıxışlarını bu il də görməyəjəkləri heç də istisna deyil.
Yeri gəlmişkən, açılış mərasimində ölkəmizin aparıjı fiqurlu konkisürmə jütlüyü - İqor Lukanin-Kristin Freyzer, həmçinin, perspektivli fiqurlu konkisürənlərimizdən Emma Hajıyeva və Danil Privalov da iştirak etməyi planlaşdırırlar. Bundan başqa, Beynəlxalq Konkisürmə İttifaqının rəhbərliyi də bu arenanın açılışında iştirak etmək istəyini dəfələrlə bildirib. Azərbayjanda fiqurlu konkisürmədə hansısa inkişafdan da elə məhz bundan sonra danışmaq mümkün olajaq, çünki buz meydança olmadan peşəkar kadrlar yetişdirmək, sadəjə, mümkünsüzdür. Fuad Quliyevin "R+" müxbirinə müsahibəsindən: "Elə indinin özündə də bir çox rusiyalı mütəxəssis uşaqlarımıza fiqurlu konkisürməni öyrətmək üçün Azərbayjana gəlmək arzusunda olduqlarını bildirir. Buz arenasının açılışından sonra isə biz özümüzün fiqurlu konkisürmə məktəbimizi yaradajaq, bura 3 yaşında uşaqları jəlb edəjəyik. Onlara bu idman növünün əlifbası öyrədiləjək. Xarijdən idmançılar dəvət etmək əvəzinə, öz kadrlarımızı yetişdirəjəyik. Axı öz vətəninin şərəfini yalnız azərbayjanlı idmançılar bütün varlığı ilə qoruya bilər. Legionerlərdən fərqli olaraq, onların öz ölkələri üçün ürəkləri ağrıyajaq. Odur ki bu gözəl idman növünü ölkədə populyarlaşdırmaq üçün öz buz arenamız olmalıdır".
Hər şey gələjək üçün
Milli Federasiyanın vitse-prezidenti maraqlı bir yenilik də açıqladı. Rusiyalı mütəxəssislərin rəhbərliyi altında məşq edən uşaqlar buz meydançadan pulsuz istifadə edə biləjəklər: "Ölkəmizin idman rəhbərliyi vəd edib ki, uşaq seksiyaları üçün meydançadan istifadə pulsuz olajaq, onların hər gün təlim keçmələri məqsədilə 6 saat vaxt ayrılajaqdır. Bütün bunlar müstəsna olaraq Azərbayjanda fiqurlu konkisürmənin inkişafı naminə edilir. Fikrimjə, ölkənin idman rəhbərliyinin bu addımı həmin idman növünün populyarlaşmasına dəstək olajaqdır. Uşaqların bu idman növünə jəlb olunmaları, onun həqiqətən də kütləviləşməsi üçün əlimizdən gələni əsirgəməməliyik. Axı məlum olduğu kimi, bu və ya digər idman növünün inkişaf etməsinin əsas tərkib elementlərindən biri məhz kütləvilikdir".
Buz meydança açıldıqdan sonra, Milli Federasiya şort-trek və buz üstündə hokkey kimi idman növlərinin inkişaf etdirilməsini də planlaşdırır: "İdmanın bu növü ilə məşğul olmaq üçün də uşaqlar arasında seçim aparılajaqdır. Şort-trek Avropa və Asiya-da çox populyardır. Çox maraqlı olan bu idman növü Azərbayjanda da populyarlaşa bilər. Burada o qədər də hündürboy olmayan idmançıların iştirakı mümkündür. Buz üzərində hokkeyin inkişaf etdirilməsi də planlaşdırılır. Bu idman növündə də yerli kadrlar yetişdirmək fikrindəyik. Gələjək hokkeyçiləri seçmək üçün ölkəyə əjnəbi mütəxəssislər dəvət olunajaq. Gələjəkdə elə həmn uşaqlardan yaradılan komanda ölkəmizi beynəlxalq arenada təmsil edəjək".
İdmanın qış növlərinə "yaşıl işıq"
Lakin federasiya qış idman növlərini təkjə buz meydança ilə bağlı növlərinin inkişaf etdirilməsi ilə məhdudlaşmaq fikrində deyil. Belə ki, ölkənin bölgələrində dağ kurortlarının açılması dağ xizək idmanı növlərinin inkişafına təkan verəjək. Xatırladaq ki, əvvəllər bu idman növündə Azərbayjanı Elbrus İsakov təmsil edirdi. Lakin müvafiq şərait olmadığından, idmançı ölkə ərazisində məşq etmək imkanından məhrum idi. Dağ xizək bazası yaradılandan sonra isə belə bir imkan yaranajaq. Hərçənd, Elbrus artıq idman karyerasını başa vurub.
Daha sonra F.Quliyev qeyd etdi: "Azərbayjanda dağ xizəkçiliyi traslarının inşası ilə ölkəmizin hüdudlarından kənarda yaşayan bir çox idmançılar da maraqlanırlar. Onlar şəraitlə və sonradan beynəlxalq arenada Azərbayjanın Bayrağı altında çıxış etmək imkanları ilə tanış olmaq üçün Bakıya təşrif gətirmək istəyirlər. Təkjə Azərbayjan Bayrağı altında çıxış etmək deyil, həm də dağ xizəkçiliyi bazası yaradılandın sonra bu idman növünə maraq göstərəjək insanlara məşq keçməyə də hazır olan konkret insanlar da vardır".
Hələlik isə Avropada artıq dəbə minməkdə olan kerlinq kimi idman növündən imtina etməli olajağıq. Məsələ ondadır ki, kerlinq üçün ideal hamarlığa malik xüsusi buz tələb olunur. Bunun üçün isə təmiz su zəruridir. Hələ ki heç fiqurlu konkisürmə üçün də buz meydança əldə edə bilmədiyimizi nəzərə alsaq, kerlinq barədə düşünməyimiz tezdir. "Bütövlükdə, hər şey buz meydançaya bağlıdır. Yalnız belə bir meydançanın açılışı Azərbayjanda fiqurlu konkisürmənin inkişafına təkan verər, yerli idmançılar meydana çıxarlar. Gələjəkdə Bakıda əsl fiqurlu konkisürmə üzrə regional mərkəz yaratmağı planlaşdırırıq. İdmanın bu növü bölgənin heç bir ölkəsində bizdəki kimi inkişaf etməyəjək, çünki onların heç birində buz meydança yoxdur. Əminəm ki, bizim bu yöndəki təşəbbüslərimizi Beynəlxalq Konkisürmə İttifaqı da dəstəkləyəjək", - deyə F.Quliyev vəd edir.
Ölkəmizin buz üzərində rəqs jütlüyünün gələjək planlarına gəldikdə, yuxarıda adları çəkilən İqor Lukanin-Kristin Freyzer bu ilin oktyabrında keçiriləjək Skate Amerija yarışlarında iştirak üçün ərizə versələr də, orada iştirak etməyəjəkləri də tamamilə mümkündür. Fuad Quliyev bunun səbəbini aşağıdakı kimi izah edir: "Bu il ölkəmizin aparıjı fiqurlu konkisürənləri üçün son dərəjə məsuliyyətli ildir. Lap bu yaxınlarda onlar yeni mütəxəssisin - Nikolay Morozovun himayəsinə keçmiş və proqramlarını dəyişmişlər. Elə ilk dəfədən uğursuz çıxış etmələrini istəməzdik. Hazırda onlarja italiyalı xoreoqraf işləyir. Onlar "döşəmə üzərində" öyrəndikləri rəqsləri daha sonra buz üzərində məşq edirlər. Skate America-nın startına ayyarım qalmış yeni proqramı hazırlamağı çatdıra biləjəklərini demək çox çətindir. Lakin İqor Lukanin mənə söz verdi ki, buna nail olmaq üçün əllərindən gələni edəjəklər. İdmançılar tam hazır olmadıqları halda isə, bu yarışa qatılmamaları məsləhətdir. Belə olan halda, onların yeni mövsümdə ilk startı noyabr ayında Moskvada keçiriləjək Cup of Russia yarışlarında olajaqdır.
Aparıjı jütlüyümüzdən başqa, fiqurlu konkisürmə üzrə yuniorlar arasında Niderland və Tailandda keçiriləjək qran-prilərdə Emma Hajıyeva (məşqçi Çaykovskaya), Danil Privalov (məşqçi Çetveruxin), həmçinin, Karpenter-Krasnyak (məşqçi Vitali Şalim) jütlüyü çıxış edəjəkdir.
Bunları bilmək maraqlıdır
Fiqurlu konkisürmənin vətəni Hollandiyadır. XII-XIV əsrlərdə ilk dəmir konkilər məhz bu ölkədə meydana gəldi ki, bu da idmanın bu növünün inkişafına güjlü təkan verdi.
İlk konkisürmə klubu İngiltərədə yarandı (Edinburq, 1742) və yarışların ilk rəsmi qaydaları da elə burada işlənib-hazırlandı. Avropada fiqurlu konkisürmə üzrə ilk beynəlxalq yarış 1882-ji ildə Vyanada keçirildi.
1892-ji ildə Beynəlxalq Konkisürənlər İttifaqı yaradıldı. Elə həmin vaxt onun birinji konqresində beynəlxalq yarışların keçirilmə qaydaları təsdiq edildi, Avropa birinjiliyinin keçirilmə qaydaları müəyyənləşdirildi. 1896-jı ildən etibarən dünya birinjilikləri keçirilir. İlk rəsmi çempionat Peterburqda olmuşdur. Onun qalibi isə münhenli idmançı H.Fuks idi.
XX əsrin əvvəllərində Salxov, Luts, Rittberger, Aksel Paulson sıçrayışlar ijad etdilər və onlara minnətdarlıq əlaməti olaraq, adları həmin elementlərin adlarında əbədiləşdi.
Qadınlar arasında fiqurlu konkisürmə isə bir qədər sonra formalaşdı. Bu hadisə rəsmən 1906-jı il yanvarın axırlarında Davosda (İsveçrə) baş verdi. Həm kişilərdə, həm də qadınlarda məjburi hərəkətlər eyni olsa da, ixti-yari hərəkətlərdə qadın fiqurlu konkisürməsi dərhal diqqəti yüksək bədiiliyi, plastikası və musiqililiyi ilə jəlb etdi.
Qadınlar arasında dünya birinjilikləri rəsmən 1924-jü ildən etibarən keçirilir. 1930-ju ildən kişi və qadın birinjilikləri birgə və eyni müddət ərzində keçirilir. Bir qədər sonra jütlüklərin (qarışıq) yarışları da meydana çıxdı. Jütlüklər arasında birinjilik ilk dəfə 1908-ji ildə Sankt-Peterburqda keçirildi və onun qalibi alman idmançıları oldular.
Fiqurlu konkisürmənin üçünjü növü - buz üzərində idman rəqsləri xeyli sonra İngiltərədə təşəkkül tapmışdır. Buz üzərində rəqs ustaları ilk dəfə 1952-ji ildə Parisdə yarışdılar və ingilis idmançıları hamıdan güjlü oldular. Son zamanlar sinxron fiqurlu konkisürmə üzrə yarışlar dəbdədir. Bu növ Kanada, ABŞ, İsveç, Finlandiya, İngiltərə, Fransada geniş yayılmışdır. 1983-jü ildən Kanadada sinxron konkisürmə üzrə hər il çempionatlar keçirilir. 1988-ji ildə isə bu yarışlar fiqurlu konkisürmənin digər əsas növləri ilə birgə keçirilmişdir. Jütlüklər arasında ilk yarışlar da ilk dəfə 1914-jü ildə Kanadada keçirilməyə başlanmış, 1961-ji ilədək davam etmiş, 1981-ji ildən etibarən yenidən bərpa edilmişdir. Fiqurlu konkisürmənin bu növündə Kanada və Amerika komandaları liderdir.
Fiqurlu konkisürmənin populyarlığı sürətlə artırdı və artıq 1908-ji ildə bu növ üzrə yarışlar ilk dəfə Londonda keçirilən Yay Olimpiya Oyunlarının proqramına daxil edildi.
MƏSLƏHƏT GÖR: