15 Mart 2025

Şənbə, 02:57

XƏZƏR - DOSTLUQ DƏNİZİ

Region ölkələrinin iqtisadi inteqrasiya imkanları qeyri-məhduddur

Müəllif:

01.10.2006

2006-jı ildə Qazaxıstan Respublikasının Xəzəryanı şəhəri olan Aktauda ənənəvi «Xəzər - dostluq dənizi» festivalı keçirildi və tədbirdə «ev sahibləri» ilə yanaşı, Azərbayjan, İran və Rusiyanın nümayəndə heyətləri də iştirak etdi. Burada festival çərçivəsində «Xəzər İqtisadi Sərgisi - 2006» da keçirildi.

Tədbirin məqsədi regional əməkdaşlığın bütün sahələrində əlaqələrin janlandırılması, Xəzərin qarşılıqlı fəaliyyət, sülh, razılıq və əməkdaşlıq zonası statusunun möhkəmləndirilməsi idi.

«Xəzər regionunun qlobal siyasətdə artan rolu və statusunu nəzərə alsaq, belə görüşlər xüsusilə aktualdır», - deyə Qazaxıstan Respublikasının Prezidenti Nursultan Nazarbayev qonaqlar və festival iştirakçılarına mürajiətində bildirdi.

Bu bayrama dəvət olunan iştirakçılardan biri də öz layihələri ilə yalnız Azərbayjanda deyil, həm də onun sərhədlərindən kənarda məşhurlaşmış «Jaspian Servije» Tikinti Şirkəti idi. Şirkətin Direktorlar Şurasının rəhbəri Rəhim Ələddin oğlu Sultanov Xəzər dənizinin şərq sahilində keçirilən tədbirlə bağlı fikirlərini bizimlə  bölüşdü.

- «Xəzər - dostluq dənizi» beynəlxalq festivalı, şübhəsiz ki, region ölkələrinin mehriban qonşuluq münasibətlərinin inkişafına stimul verir. Eyni zamanda bu, Xəzəryanı ölkələrin, o jümlədən, Azərbayjanla Qazaxıstanın iqtisadi, tijari və mədəni əməkdaşlığının səviyyəsinin yüksəldilməsi üçün daha bir imkandır. Azərbayjan Prezidenti İlham Əliyevin Astanaya və Qazaxıstanın dövlət başçısı Nursultan Nazarbayevin Bakıya səfərləri müxtəlif sahələrdə qarşılıqlı-səmərəli əməkdaşlığın inkişafının möhkəm özülünü qoyub. Buna bariz misal 2006-jı il iyunun 16-da «Qazaxıstan neftinin Xəzər dənizi və Azərbayjan ərazisindən keçməklə, BTJ vasitəsilə dünya bazarına çıxarılmasının dəstək və kömək» haqda birgə müqavilədir.

Bizim ölkələrimizin geosiyasi mövqeyi ikitərəfli inteqrasiya əlaqələrinin hərtərəfli inkişafını zəruri edir, hər vasitə ilə Xəzər regionunun sülh, mehriban qonşuluq və əməkdaşlıq zonası olmasına şərait yaradır. Bu gün Qazaxıstanda iqtisadiyyatın müxtəlif sahələrində Azərbayjan kapitalı ilə 40-dan çox müəssisə işləyir.

Forum iştirakçıları təkjə geniş mədəni proqram deyil, həmçinin, çoxsaylı maliyyə və iqtisadi layihələrlə gəlmişdilər. Buraya toplaşan ölkələr üçün iqtisadi məsələ prioritet təşkil etdiyindən, «Xəzərdə dəniz turizminin təşkili» və «Xəzər regionu ölkələrinin iqtisadi inteqrasiya imkanları» mövzularında seminarlar təşkil olundu.

- Sizin şirkətiniz Aktaunun «Astana» Tijarət-Sərgi Mərkəzində işgüzar tərəfdaşlığın genişləndirilməsinə dair keçirilən iqtisadi sərginin iştirakçısı oldu. Təqdim olunan layihələrdən hansılar sizin diqqətinizi daha çox jəlb etdi?

- Qonaqlarda, festival və sərgi iştirakçılarında xüsusi maraq yaradan «Yer-dəniz-hava» inteqrasiya layihəsi oldu. Bu layihə Mangistausk vilayəti və Aktaunun perspektiv inkişaf planını nəzərdə tutur. Qida məhsullarının istehsalı, neft-qaz maşınqayırması, tikinti materiallarının hazırlanması, turizm xidmətləri, nəqliyyat infrastrukturunun inkişafı - iki ölkə biznesmenlərinin tədbirdə təklif etdiyi layihələr saysız-hesabsız idi. Qazaxıstan hökuməti tərəfindən həyata keçirilən «açıq qapılar» siyasəti ölkəyə böyük həjmdə xariji investisiyanın jəlb edilməsinə hesablanıb. Demək olar ki, bu ölkədə əsl investisiya bumu yaşanır.

- Zəhmət olmasa, şirkətinizin bu sərgiyə nejə hazırlaşdığı haqda danışın. Sərgidə hansı layihələr təqdim olundu?

- «Jaspian Servije» 2004-jü ildən Qazaxıstan Respublikasının tikinti bazarında fəaliyyət göstərir. Qazaxıstanda biznesin bu sahəsinə daxil olmazdan əvvəl biz bu ölkədə həyata keçirilən islahatları dərindən öyrəndik, onun qanunlarını, hüquq sistemini araşdırdıq, öz imkanlarımızı analiz etdik. Nətijədə, biz Qazaxıstanın daşınmaz əmlak bazarında birinjiliyi əldə etdik.

Sərgidə bir neçə Azərbayjan şirkət və firmaları iştirak edirdi. Nümayəndə heyətinə rəhbərliyi isə Azərbayjanın İxraj və İnvestisiyanı Həvəsləndirmə Fondu  (AZPROMO) həyata keçirirdi.

Respublika vahid stendlə təmsil olunurdu və onun tərtib edilməsində bizə Qazaxıstanın paytaxtı Almatıda və Aktau şəhərində tikinti ilə məşğul olan «Jaspian Servije Kazakhstan» Şirkəti köməklik göstərdi.

Doğru buyurdunuz ki, biz, həmçinin, «Xəzər regionu ölkələrinin iqtisadi inteqrasiya imkanları» seminarında da iştirak etdik. Bu tədbirdə mən şirkətimizin fəaliyyəti haqqında ətraflı məlumat verdim, dost ölkənin şəhərlərində tikilən obyektlər üzərində konkret dayandım. Curnalınızın oxujularına aydın olması üçün deyim ki, Astanada «Jaspian Palaje» çoxfunksiyalı yaşayış kompleksinin tikintisi başa çatmaq üzrədir. O, Qazaxıstanın yeni paytaxtının mərkəzində, Prezident Sarayının yaxınlığında inşa olunur. Yeri gəlmişkən, biz bu layihəni Qazaxıstanın Şəhərsalma Şurasının müzakirəsinə vermişik və o, bütün digər layihələrdən ən yaxşısı hesab olunub. Seminar iştirakçıları bizim Aktauda bələdiyyə idarəsinin binasının tikintisi haqqında verdiyimiz məlumatları da diqqətlə dinlədilər. Bu bina ilin sonunda öz sakinlərini qəbul edəjək. Elə bu şəhərdə Khazar Palaje elitar yaşayış və tijarət kompleksinin tikintisinə başlanması haqda danışıqlarımız da eyni səviyyədə maraq doğurdu. Biz, həmçinin, Qazaxıstan məhkəməsinə Karaqanda sənaye şəhərində tikiləjək iki çoxmərtəbəli evin maketini də təqdim etmişik. Həmin binaların eskizi və işçi layihələrin işlənməsi artıq başa çatıb. Fəaliyyətimiz haqda bütün informasiyalar slaydlar vasitəsilə təqdim olundu.

Xəzər iqtisadi sərgisinin işində iştirak bizə böyük dividendlər gətirdi: Qazaxıstan regionlarının təmsilçiləri şirkətin layihələri ilə maraqlandılar və biz fəaliyyət dairəmizi bu ölkənin digər şəhərlərinə doğru da genişləndirməyi düşünürük. Gördüyünüz kimi, «Jaspian Servije» Azərbayjanla Qazaxıstan arasında həyata keçirilən inteqrasiya proseslərinin inkişafına öz töhfəsini verir.

Sonda demək istəyirəm ki, ölkələr arasında iqtisadi əməkdaşlıq çox zaman qarşılıqlı münasibətlərin səviyyəsini müəyyənləşdirir. Azərbayjan və Qazaxıstan arasında bir sıra uğurla həyata keçirilmiş və gələjək perspektiv üçün nəzərdə tutulan layihələr var. Artıq qeyd etdiyim kimi, Qazaxıstanda Azərbayjan kapitalı ilə işləyən müəssisələrin sayı 40-dan artıqdır və onlar tijarət, mühəndis qurğuları, tikinti və digər sahələrdə çalışır. Bu gün Mərkəzi Asiya regionunun sürətlə inkişaf edən və perspektivli ölkələrinin birində azərbayjanlı memarların, layihəçilərin və inşaatçıların əməyinə ehtiyaj varsa, deməli, Xəzər - dostluq dənizini əhatə edən ölkələrin xalqları arasında inteqrasiyanın səviyyəsi göz qabağındadır.


MƏSLƏHƏT GÖR:

388