15 Mart 2025

Şənbə, 03:05

ƏFQANISTAN: SABİTLİYƏ HƏSRƏT ÖLKƏ

"Taliban" yenidən dirçəlir?

Müəllif:

01.10.2006

Əfqanıstanın "Taliban" hərəkatından təmizləndiyini düşünmək, görünür, hələ çox tezdir. NATO-nun rəsmi statistikasına görə, son aylar ərzində ölkədə kamikadzelər tərəfindən 150-dən artıq partlayış törədilib. BBC-nin Kabildəki müxbirinin verdiyi məlumata görə,  bu il - 2001-ji ildə Əfqanıstanda "Taliban" hərəkatının devrilməsindən sonra keçən müddət ərzində ölkə üçün ən qanlı il olub.

Qeyd edək ki, Əfqanıstanda talibançıların fəallaşması bir müddət dünya KİV-in diqqətindən kənarda qaldı. Çünki son vaxtlar mətbuatın başı, əsasən,  İsrailin Livana hüjumu və İranın nüvə proqramı ətrafında yaranmış böhrana qarışmışdı. Yalnız Əfqanıstandakı beynəlxalq qüvvələrin komandanlığının əlavə hərbi bölmələrə ehtiyajı olduğunu bildirdikdən sonra, bu ölkədə vəziyyətin gərginləşdiyi aydınlaşdı. 

Bundan başqa, ABŞ-ın dövlət katibi Kondaliza Raysın Kanadanın Qalifaks şəhərinə səfəri zamanı səsləndirdiyi bəyanatlar da diqqətdən kənarda qalmadı. Məlum olduğu kimi, bu ölkənin əhalisinin böyük əksəriyyəti Əfqanıstandakı müharibənin  qatı əleyhinədir. Məhz bu səbəbdən, xanım Rays potensial təhlükə ehtimalını gizlətmədən açıq şəkildə bəyan etdi: "Biz demokratiya qurujuluğunun başa çatdırılmasında Əfqanıstan xalqına kömək etməliyik. Başa düşürəm ki, bu çətindir və hamımız qurbanlar verməliyik. Amma əks halda, Əfqanıstan terrorçu bir dövlətə çevriləjək və nə vaxtsa, özü bizim üstümüzə gələjək".

Hazırda Əfqanıstanın daha təhlükəli bölgələrində hələ ki ABŞ xüsusitəyinatlıları və aviasiyasının dəstəyi ilə, əsasən, Britaniya və Kanada hərbçiləri xidmət çəkirlər. Türkiyə, İtaliya və Almaniya əsgərləri isə daha təhlükəsiz yerlərdə tikinti və bərpa işləri ilə məşğul olurlar. Onlar koalisiyanın digər çoxsaylı iştirakçıları kimi, özlərinin dislokasiya yerlərini dəyişmək arzusunda deyillər.

Bundan başqa, bir müddət əvvəl Polşanın Baş nazirinin müavini Andjey Lepper polşalı hərbçilərin Əfqanıstana göndərilməsinin əleyhinə çıxış edib. 

Bu məsələ ilə əlaqədar Baltikyanı ölkələr arasında da mübahisələr gedir. Məsələn, Litva nümayəndələri əmindirlər ki, Əfqanıstanın daha təhlükəli jənub hissəsində Latviya və Estoniya aktivlik nümayiş etdirməlidir…

Görünür, məhz müttəfiqlərin mübahisəsinə son qoymaq məqsədilə Rays Qalifaksda 1989-ju ili - keçmiş Sovet İttifaqı ordusunun Əfqanıstandan çıxmasını da xatırladı. Məlum olduğu kimi, düz, 10 il ərzində Kreml "strateqləri"nin SSRİ-nin müxtəlif bölgələrindən bir araya topladığı  gənjlər əla silahlanmış və təlim keçmiş müjahidlərlə üz-üzə qalmışdılar. Həmin müjahidlərə əsas dəstək isə Qərb ölkələrindən gəlirdi…

 

Unudulmuş "tələbələr"

Ultramühafizəkar islamçı "Taliban" hərəkatının yaranma tarixi də məhz ötən əsrin 70-ji illərinə gedib çıxır. Mülahizələrdən birinə görə, sovet-əfqan müharibəsi zamanı Pakistan kəşfiyyatının strukturunda Əfqanıstan ərazisində puştunların yaşadığı bölgələrdə yetim uşaqları toplayan xüsusi bölmə yaradılmışdı. Sonradan həmin gənjlərdən ruslara qarşı müqavimət hərəkatının döyüşçüləri, yəni müjahidlər hazırlanırdı. Bunun üçün Əfqanıstan və Pakistanın sərhədyanı rayonlarında mədrəsə şəbəkəsi (dini məktəb) yaradıldı və orada hərbçilərə dini təlimlər də keçirilməyə başlandı - müjahidlərin "kafir Sovet İttifaqı"na qarşı döyüşlərə hazırlanması üçün bu da çox vajib idi. Sonradan bütün Əfqanıstanı ələ keçirən "Taliban" sözü də məhz bu mədrəsələrdə yarandı. "Talib" ərəb dilindən tərjümədə "tələbə", "məktəbli" anlamını verir. Müxtəlif mənbələrə görə, 1990-jı ilin əvvəllərində bu mədrəsələrdə 80 min döyüşçü hazırlanmışdı və təbii ki, bu jür qüvvə uzun müddət istifadəsiz qala bilməzdi. Və qalmadı da: 1994-jü ildə yaradılmış "Taliban" hərəkatının əsasını, məhz həmin gənj "tələbə"lər təşkil edirdilər.

Taliblərin lideri molla Məhəmməd Ömər açıq bəyan etdi ki, onun hədəfi "həqiqi islam dövləti"nin yaradılmasıdır. 

Beləliklə, sovet ordusunun ölkəni tərk etməsindən sonra, "tələbələr" özlərinə yeni düşmən tapdılar. Yarandığı ilk vaxtlarda talibançıların əsas hədəfi Bürhanəddin Rəb-bani hökuməti və 1989-ju ildən başlayaraq fasiləsiz olaraq hakimiyyət uğrunda vuruşan, tamamilə korrupsiyaya qurşanmış müjahidlərin hərbi-siyasi qruplaşmaları oldu. Ölkənin jənub-şərqindəki Qəndəhar şəhəri hərəkatın mərkəzinə çevrildi, 1996-jı ildə isə artıq paytaxt Kabil də ələ keçirildi. 

Beləliklə, taliblər əvvəljədən müəyyənləşdirilən hədəfdən də uzağa gedib çıxa bildilər.

Şübhəsiz, Əfqanıstanda "Taliban"ın hakimiyyətə gəlməsində başlıja rolu Sovet İttifaqının dağılması və "soyuq müharibə"nin başa çatması oynadı. "Nəhəng şahmat taxtası"nda fiqurların yerləşmə forması jiddi dəyişikliyə məruz qaldığı vaxt ölkə müvəqqəti də olsa, öz əhəmiyyətini itirdi və hətta demək olar ki, unuduldu. Bütün bunlar ona gətirib çıxardı ki, Əfqanıstanda orta əsrlərə xas recim quruldu - insanlar "ədəbsiz" geyim və ya saç düzümünə görə edam olunur, qiymətli tarixi abidələr məhv edilir, fərqli fikir kökündən silinirdi. Təsadüfi deyil ki, dünyanın "bir nömrəli terrorçu"su, ABŞ-da törədilən ən dəhşətli terror aktlarının təşkilatçısı Üsəma bin Laden də özünə məskən kimi "Taliban"ın hökmranlıq etdiyi Əfqanıstanı seçdi. Dövlət katibi K.Rays "ABŞ vaxtilə Əfqanıstanı diqqətdən kənarda qoyduğuna görə indi javab verir" fikrini söylədikdə də məhz bunu nəzərdə tuturdu. Buna görə də o, eyni səhvi təkrarlamamağa çağırdı. "Biz vaxtilə Əfqanıstanı öz öhdəsinə buraxmaqla, böyük səhvə yol verdik. Baş verənlər bizə dərs olmalıdır - bir daha bu jür vajib strateci ölkədə hakimiyyət vakuumuna imkan vermək olmaz", - deyə Rays qeyd edib.

Bir neçə gün sonra krallığın Hərbi Qüvvələr Universitetində çıxış edən Böyük Britaniyanın müdafiə naziri Des Braun da ABŞ dövlət katibinin fikirlərini təkrarladı. O etiraf etdi ki, Əfqanıstandakı NATO koalisiyasının rəhbərliyi "Taliban" hərəkatının əsl potensialını düz hesablamayıb (The Guardian).

 

Taliblərin üstünlüyü

Əlbəttə ki, Əfqanıstanda terrorçuların fəallaşması narahatlıq yaratmaya bilməz. Bütün ölkə ərazisini - Qəndəhar, Kabil, Herat və digər bölgələri partlayışlar bürüyüb. Əfqanıstanın jənubunda keçirilən və "uğurlu" adlandırılan "Meduza" əməliyyatı da vəziyyətə elə bir jiddi təsir göstərmədi. Vəziyyət bu ilin avqustundan etibarən nəzərəçarpajaq dərəjədə ağırlaşmağa başladı. Müşahidəçilərin fikrinjə, bu müddət ərzində talibançıların sayı xeyli artıb. İndiyədək Pakistanda sığınajaq tapmış "tələbələr" yenidən Əfqanıstanın jənub və şərq əyalətlərinə hüjumlar təşkil edir. Onların hədəfi məlumdur - ölkənin hazırkı prezidenti Həmid Kərzayinin hakimiyyətini devirmək. Amma vəziyyətə daha geniş mənada baxsaq, taliblərin əsas məqsədi yalnız Əfqanıstanda deyil, həm də Pakistanda anti-Amerika əhval-ruhiyyəsini artırmaqdır. 

Qeyd etmək lazımdır ki, yaranmış vəziyyət və bir sıra amillər "Taliban"ın öz məqsədlərinə çatması üçün lazımi şərait yaradır; KİV-də mütəmadi olaraq, NATO qüvvələrinin Əfqanıstanda həyata keçirdiyi əməliyyatlar zamanı silahlılarla yanaşı, dinj sakinlər arasında da itkilərin olması haqda məlumatlar yayılır. Əhalinin böyük əksəriyyəti yoxsulluq içindədir və əsasən, narkotik bitki bejərməklə dolanır, onların elementar savadları belə yoxdur. Bununla yanaşı, şəhərlərdə əhalinin jəmi 10%-i yaşayır. 3 milyonadək insan köçəri həyat tərzi sürür. Bundan başqa, Əfqanıstan etnik tərkibi baxımından da son dərəjə mürəkkəb ölkədir. Orada, təxminən, 20 xalqın nümayəndəsi yaşayır (əfqanlar, tajiklər, özbəklər, türkmənlər və s.). Bütün bunlarla paralel olaraq, müşahidəçilər get-gedə əfqanlar arasında əjnəbi əsgərlərə qarşı nifrətin artdığını bildirir. Məsələ bundadır ki, yerli sakinlər əvvəlki hakimiyyətin devrilməsindən sonra keçən müddət ərzində, ölkədə  heç bir irəliləyiş müşahidə etmir. Hətta dövlət qulluqçuları, güj strukturlarında çalışanlara belə aylarla maaş ödənilmir. Ajlıq isə həmişə sonda fəlakətlə nətijələnir. Xüsusilə də əl silaha çatanda.

Taliblər anti-Qərb dalğasından istifadə etməklə, əfqanlar arasında ölkə prezidenti Həmid Kərzayiyə qarşı nifrəti artırmağa çalışır. Məlum olduğu kimi, Kərzayi 1992-94-jü illərdə, ölkədə postsovet dönəminin ilk hakimiyyətlərinin birində xariji işlər nazirinin birinji müavini postunu tutub və hətta "Taliban" hərəkatının yaradıldığı ilk vaxtlarda bu hərəkatı dəstəkləyib. Həmin dövrdə taliblər ona, hətta ölkənin BMT-dəki nümayəndəsi postunu da təklif edirdi. Lakin sonradan Kərzayi "Taliban" liderlərindən ayrılaraq, Pakistanda məskunlaşdı və mütəmadi olaraq, ABŞ-a səfərlər etməyə başladı. Elə həmin vaxtdan mətbuatda Kərzayinin ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsi ilə əlaqələrinə dair fikirlər yayıldı. ABŞ-ın anti-terror əməliyyatına başlamasından jəmi bir gün sonra isə Kərzayi Pakistandan Əfqanıstana gələrək puştunların rəhbərləri ilə anti-"Taliban" koalisiyasının yaradılmasına dair danışıqlara başladı…

Əfqanıstanda "Taliban" hakimiyyəti devrilsə də, ölkədə sabitlikdən danışmaq mümkün deyil. Bu ilin mayında Kabilin küçələrində baş vermiş yol qəzasının törətdiyi fəsadlar bunu bir daha təsdiqlədi. Xatırladaq ki, Bəhram-Kabil yolunda amerikalı hərbçilərin zirehli maşını ilə yerli sakinlərdən birinin avtomobilinin toqquşması bir neçə nəfərin ölümü ilə nətijələnmişdi. Bu hadisənin əsl mahiyyətinə varmayan əhali dərhal küçələrə tökülüşdü. Və Kabil jəmi bir neçə saata yenidən əvvəlki günlərinə - xaos və anarxiya dövrünə qayıtdı. 

Bu hadisə göstərdi ki, adi qığıljım belə, Əfqanıstanı ötən əsrin 90-jı illərinə qaytarmaq iqtidarındadır. Buna görə də Əfqanıstanı ikinji dəfə diqqətdənkənarda qoymaq mümkün deyil və dünya birliyi bunu dərk edir. Çünki bu ölkə bütün region üçün "barıt çəlləyi"nə çevrilə bilər. Şübhəsiz ki, taliblər və onların "Əl-Qaidə"dən olan silahdaşları İraq və ya Fələstində vuruşmağa da vaxt tapır.

 

Təhlükəli qonşuluq

Yaranmış vəziyyətdə ən böyük təhlükə qonşu Pakistanı gözləyir və prezident Pərviz Müşərrəf bunu bilir. Bir müddət əvvəl Avropa Parlamentində çıxış edərkən Müşərrəfin "Taliban" "Əl-Qaidə" terror şəbəkəsindən daha təhlükəlidir" sözləri  də onun bu təhlükəni hiss etdiyini göstərir. Prezidentin fikrinjə, "Əl-Qaidə"dən fərqli olaraq, taliblər xalqla daha sıx təmas qura bilib. Onlar Əfqanıstanın jənubundakı yerli əhalinin dəstəyindən yararlanırlar və hələ də oradakı mövqeləri kifayət qədər güjlüdür. 

Ümumiyyətlə, Pakistanı "Taliban"la uzun tarix birləşdirir. Çünki vaxtilə talibançılara təlim keçən və onları silahlandıran məhz Pakistanın elit desant qüvvələrinin komandanı, general Nəsrullah Babar olub. Hərəkata maliyyə dəstəyi isə  guya Səudiyyə Ərəbistanı tərəfindən göstərilib. Bir qədər sonra hərəkat artıq açıq-aşkar Pakistan xüsusi xidmət orqanlarının (Inter-Service Intelligence - ISI) dəstəyindən istifadə edib.

Amma bu "müttəfiqlik" Müşərrəfin hakimiyyətə gəlməsi ilə bitib: dini ekstremistlərə qarşı mübarizəyə başlayan Müşərrəf, hakimiyyətinin ilk günlərindəjə bir sıra qruplaşmaları qanundankənar elan etdi. 2001-ji ilin 11 Sentyabr hadisəsindən sonra isə Pakistan lideri dərhal birmənalı olaraq qlobal terrorizmlə, o jümlədən, "Taliban"la mübarizəyə başlayan ABŞ-a dəstək verdi. Düzdür, prezidentin bu qərarı ona, az qala, həyatı bahasına başa gələ bilər: son illər ərzində Müşərrəfə qarşı bir neçə dəfə sui-qəsd törədilib.

Bütün bunlarla yanaşı, bu gün həm Qərbdə, həm də Pakistanda bir sıra ekspertlər Müşərrəfin öz xüsusi xidmət orqanlarının fəaliyyətinə tam nəzarət etdiyinə şübhə ilə yanaşır. Məsələn, pakistanlı politoloq Əfrasiyab Hətək əmindir ki, bu ölkənin xüsusi xidmət orqanlarında talibləri dəstəkləyən, onları silah və hərbi texnika ilə təjhiz edən qüvvələr var (BBC). Onun fikrinjə, "Pakistanda mərkəzləşdirilmiş hakimiyyət yoxdur, ölkənin xüsusi xidmət orqanları strukturunda isə özbaşına qərarlar qəbul edən qüvvələr var. Həmin qüvvələr hökumətin mövqeyinə əhəmiyyət vermir və prezident Müşərrəfin rəsmi siyasətinə qarşı gedirlər".

Pakistanın siyasi həyatı daim korrupsiya qalmaqalları və vətəndaş institutları arasında qarşıdurmalarla müşayiət olunub. Ölkədə bir neçə dövlət çevrilişi baş verib və o, uzun müddət qeyri-sabitlik şəraitində yaşayıb. Bundan başqa, İslamabad çoxsaylı sosial problemlər içərisində və yarım əsrdən artıqdır, qonşu Hindistanla ərazi münaqişəsi vəziyyətindədir. 

Bütün bunlarla yanaşı, bir məqamı unutmaq olmaz ki, növbəti qeyri-sabitlik burulğanı baş versə, Pakistanda hakimiyyət və ölkənin nüvə arsenalı tamamilə başqa əllərə keçə bilər.


MƏSLƏHƏT GÖR:

305