
İNQİLAB KABUSU AVROPANI DOLAŞIR
Macarıstan və Polşa Avropa birliyinin "zəif bəndləri"nə çevrilə bilər
Müəllif: Ramin ABDULLAYEV Bakı
Gürjüstan, Ukrayna və Qırğızıstanda hakimiyyətin inqilab yolu ilə dəyişməsindən sonra çoxları "məxməri inqilab" epidemiyasının postsovet məkanının digər ölkələrinə də yayılajağını gözləyirdi. Hətta konkret namizəd ölkələrin adları da çəkilirdi - Qazaxıstan, Ermənistan... Lakin "məxmər hərəkat" gözlənilmədən istiqamətini Şərqi Avropaya dəyişdi. Qısa zaman ərzində dünya əvvəljə Majarıstanda, daha sonra isə Polşada səs-küylü siyasi "titrəyişlər"in şahidi oldu. Burada maraqlı məqamdan biri də ondan ibarətdir ki, vaxtilə Tbilisi, Kiyev və Bişkəkdə baş verənlər arasında ümumi məqamlar axtaran analitiklər, hazırda Budapeştdə və Varşavada baş verənlər arasındakı oxşarlıqdan təəjjüblənir...
Polşasayağı "Maydan"
Polşada hazırkı hakimiyyət üçün istefa təhlükəsi yaratmış siyasi qalmaqalın əsasını yerli TVN telekanalının nümayiş etdirdiyi bir epizod oldu. Kadrda baş nazir administrasiyasının rəhbəri, müxalifətçi "Özünümüdafiə" partiyasının nümayəndəsi Renato Begerə Kənd Təsərrüfatı Nazirliyində yüksək vəzifə vəd edərək, onu ələ almağa jəhd göstərir.
Kadrın nümayişindən dərhal sonra, müxalifət hökumət başçısından baş verənlərə görə izah tələb edib. Onlar şəxsən Baş nazir Yaroslav Kaçinskinin parlamentə təşrif buyurmasını istəyir. Məsələ ondadır ki, "Özünümüdafiə" partiyasının nümayəndəsinə partiya mənsubiyyətini dəyişəjəyi halda, kənd təsərrüfatı nazirinin müavini postunun təklif edilməsindən baş nazirin xəbərdar olduğu üzə çıxıb. Qeyd edək ki, hazırda həmin post boş deyil.
Hadisələrin mərkəzində olan Beger isə bildirib ki, Lipinski hakim düşərgə tərəfə keçəjəyi halda, ona vəzifədən əlavə pul da təklif edib.
Qeyd edək ki, hakimiyyətə gəldikdən jəmi 5 ay sonra, hakim koalisiya "Özünümüdafiə" partiyasının onu tərk etməsi ilə parçalanıb. Həmin vaxtdan hakimiyyət parlamentdə qalan partiyalarla məsləhətləşmələr aparmağa çalışır. "Özünümüdafiə" partiyasının lideri Anjey Lepper isə artıq hakimiyyəti istefaya getməyə və ölkədə növbədənkənar seçkinin elan olunmasını tələb edir.
Müşahidəçilər qeyd edirlər ki, baş verən son hadisə Yaroslav Kaçinskinin baş nazir postuna gətirilməsindən sonra, ölkədə yaşanan ən jiddi siyasi qalmaqaldır. Maraqlıdır ki, hökumət başçısının insidentlə bağlı fikri tamamilə fərqlidir. O nəinki "korrupsionerlər"dən ayrılmağı düşünür, əksinə, hesab edir ki, müxalifətlə razılığa gəlmək "Polşanın rifahı üçün atılan addımdır". Hökumət başçısının sözlərinə görə, baş verənlər təxribatdır və burada məqsəd hakimiyyətə ləkə yaxmaq, ölkədə aparılan islahatların qarşısını almaqdır. "Bu səbəbdən də heç bir istefadan söhbət gedə bilməz", - deyə baş nazir bildirib.
Eyni zamanda, parlamentdə hakimiyyətin əleyhdarları bir araya gəlməyə başlayıb və onlar Şərqi Avropada növbəti "Maydan", lakin bu dəfə "Polşasayağı Maydan" təşkil etməkdə qərarlıdır. Onların fikrinjə, mümkün qədər tez bir zamanda Seymin toplantısını keçirmək və həmrəylik hökumətinin formalaşdırılması vajibdir. Hətta baş nazirin tribunala verilməsi tələb olunsa da, hakimiyyət bu çağırışları qulaqardına vurur. Bu situasiyada yeni koalisiyanın yaranajağına inananların sayı azdır və artıq növbədənkənar parlament seçkilərinin keçirilməsi məsələsi heç də boş söhbət deyil. Hətta onun baş tuta biləjəyi tarix də müəyyənləşib - 26 noyabr.
Majarsayağı "Maydan"
Polşadakı situasiya son ay ərzində Avropada yaşanan ikinji böyük gərginlik oldu. Bir az əvvəl analoci vəziyyət Majarıstanda yaşandı və orada artıq ikinji həftədir, müxalifət Baş nazir Ferents Dürçanın istefasını tələb edir. Sentyabrın 19-dan başlayaraq, Budapeştdə kütləvi etiraz aksiyaları və iğtişaşlar səngimir. Etiraz dalğasının başlanmasına səbəb isə yenə də Şərqi Avropa ölkələri hakimiyyətləri üçün əsl kabusa çevrilməkdə olan "gizli" yazının ortaya çıxmasıdır. Majarıstanda söhbət gizli videoçəkilişdən yox, telekanalların birinin yayımladığı gizli səs yazısından gedir. Yazıda Baş nazir F.Dürçan etiraf edir ki, onun hökuməti xalqa ölkənin iqtisadi durumu ilə bağlı yalan məlumat verib. Və bu, 10 minlik insan kütləsinin "Yalançılara istefa!" şüarı ilə televiziyanın binasına tərəf yürüşə başlaması və ona od vurması üçün kifayət edib.
Polşanın hökumət başçısından fərqli olaraq, Majarıstanın baş naziri xalqı ilyarım müddətində aldadaraq, ölkənin həqiqi iqtisadi vəziyyətini gizlətdiyi üçün onlardan üzr istəyib.
Buna baxmayaraq, müxalifət birmənalı olaraq hökumətin istefasını tələb edir və hakimiyyəti kütləvi itaətsizliklə hədələyir. Müxalifət bəyan edib ki, ölkədə keçirilən son seçkidən dərhal sonra hakimiyyət səhv kurs götürüb və bu, bilərəkdən həyata keçirilib: "Seçijiləri, sadəjə olaraq, aldadıblar ki, bu da demokratik prinsiplərə ziddir".
Siyasi ekspertlərin fikrinjə, Majarıstan uzun sürəjək siyasi qalmaqalın bir addımlığındadır. Bu ölkədə, hətta inqilabın "rəngi" də müəyyənləşdirilib. Mitinq təşkilatçıları aksiya iştirakçılarını sinələrinə ağ lent sanjmağa və ya ağrəngli geyimdən istifadə etməyə çağırıb. Onların fikrinjə, bu, zorakılıqdan imtina və həqiqətə jəhdin göstərijisidir.
"Baş nazir Ferents Dürçanın taleyi, hətta indən sonra onun bir neçə ay vəzifəsində qalajağı halda belə, həll olunub", - deyə müxalifətçi "FİDES - Majarıstan vətəndaş ittifaqı" partiyasının lideri, eks-baş nazir Viktor Orban bildirib. Onun sözlərinə görə, "Müxalifət hazırda hakimiyyətdə təmsil olunan sosialistlərlə danışıqlar aparmağa hazırdır, lakin bu zaman Ferents Dürçanla bağlı aktual məsələ ətrafında fikir mübadiləsi aparılmayajaq". Müxalifət lideri bildirib ki, Majarıstan Sosialist Partiyası ilə islahatlar sahəsində gələjək addımları razılaşdırmaq, "peşəkarlar hökuməti"nin yaradılması mümkündür ki, bundan sonra yaranmış böhrandan çıxmaq üçün proqram işləyib-hazırlamaq olar. Lakin belə hökumətin formalaşdırılması, eyni zamanda, növbədənkənar seçkinin vajibliyi anlamına gəlirlər. Məsələ ondadır ki, "peşəkarlar hökuməti" hakimiyyətdə 3-4 il qala bilməz. Çünki bu, demokratiya sahəsində yeni problemlərin meydana çıxmasına səbəb ola bilər.
"Sıravi majarlar hesab edir ki, hökumət onları barmağına dolayıb", - deyə Orban bildirib. O qeyd edib ki, Konstitusion Milli Məjlisin tələbini antidemokratik tələb hesab etmək olmaz.
Avropa Birliyi Şərqdən "çat verir"?
İstənilən halda, Majarıstan və Polşada siyasi ehtirasların qızışmasını yalnız daxili siyasi situasiya kimi qiymətləndirmək olmaz. Ən azı ona görə ki, hər iki ölkə Avropa Birliyinin (AB) yeni üzvləridir. Rusiyalı ekspertlər hesab edirlər ki, AB "Şərq istiqamətindən çat verir". Məsələn, Dövlət Dumasının MDB və həmvətənlərlə İş Komitəsinin rəhbəri Andrey Kokoşin bildirib ki, "Bu ölkələrin AB-yə, xüsusilə də NATO-ya qəbulu əksər insanların gözlədiyi səviyyədə stabilliyi təmin etmədi. Odur ki Majarıstan və Polşadakı böhranın jiddi sosial-siyasi səbəbləri var".
Elə həmin rusiyalı mənbələr ABŞ-ın maraqlarını xatırladaraq bildirir ki, son zamanlar Avropa "Amerika diktatlarından" yaxa qurtarmağa, Rusiya ilə dialoqu yoluna qoymağa çalışır. Bu arqumentə haqq qazandıran daha bir məqam Majarıstanda sözügedən hadisələrin Baş nazir Dürçanın Rusiyaya səfəri ərəfəsində başlamasıdır. Məhz bu səfər çərçivəsində qaz təjhizatı ilə bağlı "Qazprom"la müqavilə imzalanması planlaşdırılmışdı. Məsələ ondadır ki, məhz Majarıstan "Rusiya enerci daşıyıjılarının Avropaya çıxarılmasında əsas bənd rolunu oynamağa iddia edir".
Lakin bu, təsadüf də ola bilər. Odur ki analitiklər Şərqi Avropada baş verənlərin əsl səbəblərini araşdırmaq üçün bir qədər gözləməli olajaq. Eyni zamanda, artıq indidən güman etmək olar ki, AB-nin yeni üzvlərində baş verən son hadisələr qurumu gələjək genişlənmə prosesində iqtisadiyyatı zəif olan ölkələrə münasibətdə xeyli ehtiyatlı olmağa sövq edəjək.
MƏSLƏHƏT GÖR: