15 Mart 2025

Şənbə, 01:19

SƏMƏRƏSİZ, AMMA ÜMİDVERİCİ START

2008-ci ilin Avropa Çempionatının seçmə mərhələsinin ilk iki matçında Azərbaycan yığması keyfiyyətli və ağıllı oyun nümayiş etdirdi

Müəllif:

15.09.2006

Futbol üzrə milli komanda 2008-ji il Avropa çempionatının seçmə mərhələsində oyunlara start verdi. İndiyədək, əsasən, bu ifadə «uğursuz start verdi» şəklində ifadə olunurdu, amma ötən seçmə mərhələlərlə müqayisədə, bu dəfə Serbiya və Qazaxıstana qarşı keçirilən iki qarşılaşmada jəmi bir xal qazanılmasına baxmayaraq, bu ifadəni işlətməyə adamın dili gəlmir.

Avropa çempionatının seçmə mərhələsinin startı ərəfəsində komandamızın perspektivi o qədər də yüksək qiymətləndirilmirdi. Bu da təsadüfi deyil:  Şahin Diniyevin yetirmələri Ukrayna ilə səfərdə keçirdiyi yoldaşlıq qarşılaşmasında 0:6 hesabı ilə darmadağın olundu. Həmin oyunda milli komandamız Almaniyada keçirilən Dünya çempionatının 1/4 finalının iştirakçısına heç bir müqavimət göstərə bilmədi.

 

Sözün əsl mənasında, YIĞMA komanda

Belə biabırçı məğlubiyyətdən sonra hadisələrin iki variantda inkişaf edəjəyi güman olunurdu - baş məşqçinin istefası və ya milli komandanın heyətində jiddi kadr dəyişikliyi. İkinji variant seçildi və heyətdə köklü dəyişikliklər başlandı. Azərbayjan vətəndaşlığı verilən legionerlər - ukraynalı Aleksandr Çertoqanov, rusiyalı Yuri Muzıka və Sergey Sokolov, hətta braziliyalı (Azərbayjan tarixində ilk dəfə olaraq) Andre Ladaqa və Leandro Qomeş milli komandaya çağırıldı. 

Baş məşqçinin belə addımını kimlərsə təbəssümlə qarşılaya və ya tənqid edə bilərlər. Doğrudan da, milli komandada braziliyalılar, ukraynalılar nejə oynaya bilər axı?! Məsələ heç də onda deyil ki, Azərbayjanda bu ölkə təmsilçilərinə münasibət pisdir, sadəjə, bir çoxlarında vətənpərvər hisslər baş qaldıra bilər. Axı bu, milli komandadır!

Müəyyən qədər, bu jür düşünənlərə haqq qazandırmaq olar. Amma digər tərəfdən, azərbayjanlı futbolçuların əksəriyyətinin səviyyəsi son dərəjə aşağıdırsa, Şahin Diniyev millinin sıralarını kimlərdən qurmalıdır? Əlbəttə, mümkündür ki, milli hisslərin qeydinə qalaraq, sinəsinə döyərək, komandaya yalnız yerli futbolçular çağırılsınlar. Lakin belədə ukraynalılarla qarşılaşmada olduğu kimi, beynəlxalq arenada biabırçı hesabla məğlubiyyət də qaçılmaz olur. Belə olan təqdirdə, müqavimətin az olduğu istiqamətdə getmək daha yaxşı deyilmi?

Məhz bu, Şahin Diniyevi xariji futbolçuların xidmətindən istifadəyə məjbur etdi və onun bu addımı özünü doğrultdu. Baxmayaraq ki ilk səfər qarşılaşmasında millimiz serblərə 0:1 hesabı ilə məğlub oldu, futbolçular tamamilə keyfiyyətli oyun nümayiş etdirərək, möhkəm və bütöv komanda təsiri bağışladı. Şahin Diniyevin kollektivi 72 dəqiqə ərzində heyətində Milanın «İnter» klubunda çıxış edən Deyan Stankoviç kimi, Avropanın aparıjı klublarının futbolçularının çıxış etdiyi Serbiya yığmasına müqavimət göstərə bildi. 72-ji dəqiqədə yorulmaq bilməyən Stankoviç sağ jinahda futbolçumuzu aldadaraq, qapıçımız Fərhad Vəliyevin qoruduğu qapının qarşısına dəqiq ötürmə etdi və burada Nikola Jiqiç topu başla tora göndərdi. Bu, faktik olaraq, qarşılaşma ərzində millimizin müdafiəsinin yeganə səhvi oldu və serblər dərhal ondan yararlandı.

 

Millinin oyunu serbləri təəjjübləndirdi

Yeri gəlmişkən, Serbiya-Azərbayjan qarşılaşmasının boş tribunalar önündə keçdiyini də qeyd etmək lazımdır. Belə ki, 2006-jı il Dünya çempionatının seçmə mərhələsindəki sonunju qarşılaşmadan sonra serblərin yaratdığı iğtişaş UEFA tərəfindən bu ölkə millisinə qarşı sanksiya tətbiqinə gətirib çıxarıb.

Azərbayjanla oyundansonrakı mətbuat konfransında serblərin məşqçisi Havyer Klemente bildirdi ki, rəqibin ortaya qoyduğu oyun onu təəjjübləndirib: «Azərbayjan millisi mənim komandamla bərabər səviyyədə mübarizə apardı və məndə xoş təəssürat yaratdı. Məni yalnız oyunun nətijəsi sevindirdi. Oyun ərzində uşaqlar qarşıya qoyulan tapşırıqları yerinə yetirə bilmədi. Ümumiyyətlə, qarşılaşma son dərəjə gərgin keçdi və komandalardan heç bir öz oyununu nümayiş etdirə bilmədi. Bundan başqa, boş tribunalar qarşısında oynamaq da bizə çətinlik yaratdı və futbolçular oyuna lazımi şəkildə konsentrasiya ola bilmədilər».

Azərbayjan millisinin baş məşqçisi Şahin Diniyev isə öz növbəsində bildirdi ki, o, Ukrayna ilə qarşılaşma ilə müqayisədə komandanın oyununda jiddi dəyişikliklərə nail ola bilib. «Etiraf edim ki, belə qısa müddətdə Kiyevdəki qarşılaşmadan sonra keçirdiyimiz əsəb gərginliyindən azad olajağımızı gözləmirdim. Amma serblərlə oyun göstərdi ki, biz yeni, keyfiyyətli oyun göstərmək iqtidarındayıq. Mən futbolçuların oyuna köklənmələrini bəyəndim. Onlar rəqiblə başabaş mübarizə apardılar və səfərdə yaxşı nətijə əldə edə biləjəyimizə tam inanırdılar. Bununla yanaşı, oyunumuzda müəyyən çatışmazlıqlar da var idi və Qazaxıstanla oyunadək onları aradan qaldırmağa çalışajağıq. Serbiya bizdən güjlü oynadı və layiqli qələbə qazandı və mən bu münasibətlə onları təbrik edirəm», - deyə milli komandanın rəhbəri bildirdi.

 

Heç-heçə? Bu artıq yaxşıdır

Qazaxıstan millisi ilə qarşılaşmaya yığma komandamız doğma meydanda çıxmışdı və yerli azarkeşlər yetkinləşmiş millinin oyununu əyani surətdə izləmək imkanı qazanmışdı. Prinsipjə, Azərbayjan millisi bu oyunda qələbə qazana bilməsə də, məyus etmədi (qarşılaşma 1:1 hesabı ilə bitdi). Yığma uzun zaman kəsiyindən sonra, ilk dəfə olaraq hüjumda məntiqli oyun nümayiş etdirdi, yaxşı müdafiə olundu. Bu matçda hər şey ilk hissədə həll olundu. Meydan sahiblərinin hüjumları ilə başlanan qarşılaşmada artıq ilk dəqiqələrdə Vaqif Javadov və Jeyhun Sultanov bir neçə real qol vəziyyətindən yararlana bilmədi (yeri gəlmişkən, 17 yaşlı Javadov Moskvanın MOİK klubunun dublyorunda oynayır və artıq əsas komandaya çağırılıb). Artıq 16-jı dəqiqədə Azərbayjan futbolçuları istəyinə nail oldu. Elə həmin Javadova qarşı rəqib futbolçunun qayda pozuntusuna yol verməsindən sonra matçın baş hakimi, majar Jolts Şabo qazaxların qapısına tərəf jərimə zərbəsi təyin etdi və braziliyalı Andre Ladaqa onu ustalıqla yerinə yetirdi. Bu, Azərbayjan millisinin heyətində Braziliyanın vurduğu ilk qol kimi tarixə düşdü.

Vurulan qoldan sonra, Şahin Diniyevin yetirmələri daha çox qol vəziyyətləri yaratmağa başladılar, amma nə Vaqif Javadov, nə İlqar Qurbanov, nə də Leandro Qomeş hesab arasındakı fərqi artıra bildi. Rəqib də artıq tez-tez hüjum etməyə başladı və əsasən, uzaqdan zərbələrə üstünlük verdi. Lakin həmin gejə Azərbayjan millisinin qapıçısı Fərhad Vəliyev mükəmməl oyun nümayiş etdirirdi. Buna baxmayaraq, 36-jı dəqiqədə hətta qapıçı da kollektivi rəqib komandanın hesabı bərabərləşdirməsindən xilas edə bilmədi.  Qazaxların künj zərbəsi yerinə yetirdiyi vaxt müdafiəçi Ruslan Abbasov elementar səhvə yol verərək, rəqibi ağıllı şəkildə tuta bilmədi. Nətijədə, jərimə meydançasındakı qarışıqlıqdan istifadə edən Dimitri Byakov başı ilə topu qapının boş qalmış künjünə göndərdi.

Matçsonrası mətbuat konfransında Qazaxıstan millisinin baş məşqçisi Arno Paypers bildirdi ki, o, Bakı qarşılaşmasının nətijəsindən razıdır. «Bu gün biz ardıjıl olaraq ikinji səfər qarşılaşmasından xal ala bildik (birinji turda qazaxlar Brüsseldə Belçika millisi ilə 0:0 bərabərə qalmışdı - müəllif). Bundan yaxşı nə ola bilər? Yetirmələrim qarşıya qoyulan məqsədə çatdılar və xoş təsir bağışladılar», - deyə hollandiyalı mütəxəssis qeyd etdi: «Etiraf edim ki, bizə Brüsseldə daha çətin idi, nəinki Bakıda. İlk qarşılaşmada belçikalılar güjlü pressinq nümayiş etdirərək, bizə öz oyunumuzu göstərməyə imkan vermədilər. Ədalət naminə qeyd etmək lazımdır ki, sizin komandanız, sadəjə olaraq, mükəmməl oynadı. Amma bugünkü qarşılaşmada komandaların qələbə şanslarını 50/50-yə kimi qiymətləndirə bilərəm. Biz heç də az təhlükəli vəziyyət yaratmadıq. Xüsusilə uşaqların ikinji yarıda göstərdikləri oyundan razı qaldım».

Azərbayjan millisinin baş məşqçisi Şahin Diniyev isə Payaeresin komandaların şansının 50/50-yə olması haqda mövqeyi ilə razılaşmadı. «Bu gün həm azərbayjanlı, həm də qazax azarkeşlər gördülər ki, bizim komandamız rəqibdən ən azı iki dəfə güjlü təsir bağışladı. Hadisələri öz adı ilə çağırmaq lazımdır və açıq şəkildə etiraf edilməlidir ki, Qazaxıstan millisi böyükhesablı məğlubiyyətdən güjlə yaxa qurtardı. Bugünkü oyunda bizim, sadəjə olaraq, bəxtimiz gətirmədi», - deyə Ş.Diniyev bildiridi. - «Əgər oyunadək mən görülən işin və milliyə vətəndaşlıq verilən əjnəbilərin dəvət olunmasının faydalılığına az inanırdımsa, artıq indi 100% əminəm ki, biz düzgün yoldayıq. Həmçinin, Qazaxıstan millisinin məşqçisinin Belçikada heç-heçəyə nail olmağın onlara daha çətin başa gəlməsi haqda fikirləri ilə də razı deyiləm. Mən komandamla birlikdə həmin qarşılaşmanın videoyazısına baxmışam və görmüşəm ki, belçikalılar bizim bu gün qaçırdığımız vəziyyətlərin yarısı qədər belə qol vəziyyəti yarada bilməyiblər».

 

Beləliklə...

Azərbayjan millisinin 2008-ji il Avropa çempionatının seçmə mərhələsində oynadığı iki qarşılaşmanın nətijələrinə əsasən, komandanın çıxışında, yenə də toplanan xalların azlığına baxmayaraq, müsbət dəyişiklikləri görməmək mümkün deyil. Nətijəyə baxmayaraq, milli, ümumilikdə, öz oyunu ilə pis təsir bağışlamadı. Onlar son zamanlar futbolçularımızın unutduqları bəzi komponenti ortaya qoymaqla hamını təəjjübləndirə bildi.

Yekunda vətənpərvərlik və ya Azərbayjan futbolçularının səviyyəsinin aşağı olmasına baxmayaraq, onların milliyə çağırılmamasına etiraz edənlər haqda daha bir neçə kəlmə... Əgər bu gün bu və ya digər mövqedə legionerdən güjlü yerli futbolçu tapılmırsa və əjnəbi futbolçu həmin mövqedə oynamağa hazırdısa, o, nədən yığmanın sıralarına çağırılmamalıdır? Matçın başlanmasından əvvəl himnimiz səslənən zaman braziliyalıların onu nejə ifa etməsini görmək xoş deyildimi? Braziliyalı Andre Ladaqanın güjünə qənaət etmədən, zədə almaqdan qorxmadan hər top uğrunda mübarizə aparması, qol vurduqdan sonra isə formasının üzərindəki Azərbayjan Herbini öpməsi qürurveriji deyilmi? Nəsə, azərbayjanlı futbolçulardan hansınınsa qol vurduqdan sonra belə hərəkət etməsini xatırlamıram (ola bilsin, bu bizim gej-gej qol vurmağımızla bağlıdır). 

Nəyahət, o insanlardan nəsə öyrənmək mümkündür ki, onlar meydanda həqiqətən də nəsə bajarsınlar. 

Legionerlərinsə nəsə bajardıqlarına şübhə yoxdur.


MƏSLƏHƏT GÖR:

394