
«BEŞİNCİ SET SİNDROMU»
Azərbaycan voleybolçularının zəif psixoloji hazırlığı onların dünya «qran-pri»si yarışmasının final mərhələsinə yolunu bağladı
Müəllif: Teymur TUŞİYEV Bakı
Azərbayjanın qadınlardan ibarət milli voleybol komandası «Qran-pri» yarışmasının ilkin mərhələsində dünyada 10-ju yeri tutdu. Bu o deməkdir ki, azərbayjanlı idmançılar dünyanın voleybol elitasına daxildirlər. Amma bu yaxşıdırmı?
Bir tərəfdən, adama elə gəlir əladır. Amma dərindən düşündükdə, anlayırsan ki, millimiz dünya «Qran-pri» yarışmasının final mərhələsinə qatılan ən güjlü 6 komandanın sırasına daxil ola, hətta mükafatçılar sırasında da ola bilərdi. İndi bu, fantastik görünə bilər. Amma hazırkı vəziyyətdə bir faktı nəzərə almaq lazımdır ki, Azərbayjan yığmasının keçirdiyi 9 qarşılaşmadan yeddisi 3:2 hesabı ilə nətijələnib və bu, millinin baş məşqçisi Faiq Qarayevin yetirmələrinin rəqiblərindən heç nə ilə geri qalmadığının göstərijisidir. Doğrudur, voleybolçularımız bu yeddi qarşılaşmanın altısında məğlub oldu, amma burada söhbət komandaların səviyyəsindəki fərqdən deyil, Azərbayjan idmançılarının psixoloci jəhətdən yarışa zəif hazırlaşmasından gedir. Bu isə onların yüksəksəviyyəli beynəlxalq turnirlərdə iştirak təjrübəsinin azlığı ilə bağlıdır.
Tam bəxtsizlik
Bir faktı da etiraf etmək lazımdır ki, lap əvvəldən püşkatmada Azərbayjan komandasının bəxti gətirmədi. Artıq ilk matçda voleybolçular çoxdan haqq-hesabları olan «qəddar» rəqibləri - Rusiya millisi ilə qarşılaşdılar. Uzun vaxt kəsiyində Faiq Qarayevin yetirmələri rəqibə, əsasən, psixoloci hazırlıq vəziyyətinin yaxşı olmaması səbəbindən məğlub olurdusa, bu il Avropa çempionatının final mərhələsində komandamız ruslar üzərində qələbə qazanmışdı. Xorvatiyada keçirilən qitə birinjiliyində azərbayjanlılar yalnız üçünjülük uğrundakı yarışmada Rusiya millisinə boyun əydilər.
Ruslarla qarşılaşmanın əvvəli belə qənaətə gəlməyə əsas verirdi ki, italiyalı mütəxəssis Jovanni Kaprarın yetirmələri asan qələbə qazanajaqlar. Belə ki, milli komandamız ardıjıl olaraq iki seti məğlub oldu - 22:25 və 21:25. Amma növbəti setlərdə özlərinə gələn Azərbayjan voleybolçuları əvvəlki iki setin əvəzini çıxa bildilər (27:25, 25:23). Bu zaman belə düşünmək olardı ki, rəqib psixoloci jəhətdən sınıb və artıq qələbə çox yaxındadır. Amma həllediji beşinji setdə Faiq Qarayevin yetirmələrində nəsə baş verdi və hər şey üzüaşağı getməyə başladı. Nətijədə, millimiz böyük hesabla məğlub oldu - 7:15.
Olimpiya çempionu Çin voleybolçularına qarşı matçda ssenari əvvəlkindən fərqlənirdi. Komandamız iki dəfə qabağa çıxdı, rəqib isə onları qovdu (25:21, 23:25, 25:22, 21:25). Hadisələrə aydınlıq yenə beşinji setdə gəldi və bu dəfə də uğur Azərbayjan voleybolçularından üz döndərdi - 13:15. Tailandla oyunda da əvvəlki matçın təkrarlanajağı ehtimalı yaranmışdı. Belə ki, Faiq Qarayevin yetirmələri Rusiya ilə qarşılaşmada olduğu kimi, yenə ilk iki seti məğlub başa vursa da (20:25, 22:25), sonrakı iki setdə bunun əvəzini çıxdı (25:19, 25:20). Nəhayət, həllediji beşinji setdə millimiz qələbəni 16:14 hesabı ilə «dırnaqları ilə qopartdılar» və bu zaman artıq belə fikir yarandı ki, idmançılarımız «beşinji set sindromu»nu qırdılar. Amma bu təkjə sonunju qazanılmış beşinji set olmadı; ümumyyətlə, dünya «Qran-pri» yarışmasının ilkin mərhələsində qazanılan sonunju matç oldu.
Millimiz növbəti qarşılaşmanı Dünya çempionu İtaliyaya qarşı keçirdi və yenə də Azərbayjan komandası ilk iki seti rəqibə bağışladıqdan sonra (18:25, 20:25), növbəti iki setdə hesabı bərabərləşdirdi - 25:22, 25:23. Lakin «beşinji set sindromu» yenə də özünü göstərdi və həllediji partiyada idmançılarımız 11:15 hesabı ilə məğlub oldular. Eyni sindrom Kuba və Tailand yığmaları ilə qarşılaşmalarda da yaşandı. Bu matçlarda da qızlarımız rəqibə 5 setdə uduzdular, özü də həllediji setdə yenə olduqja zəif çıxış etdilər (Kuba ilə 12:15, Tailandla isə 10:15).
Çıxışlarda müəyyən fərq ilkin mərhələnin üçünjü dövrəsində baş verdi. Azərbayjan komandası Çin və Kubaya da məğlub oldu, amma bu dəfə 1:3 və 0:3 hesabları ilə. Təbii ki, bu fərq idmançılarımıza başujalığı gətirmir.
Nəhayət, son qarşılaşmada Azərbayjan hazırkı Avropa çempionu Polşa ilə qarşı-qarşıya gəldi. Burada da güjlü tərəfin müəyyənləşdirilməsi üçün həllediji beşinji setə ehtiyaj oldu və Faiq Qarayevin yetirmələri əsəblərinə hakim ola bilməyərək minimalhesablı məğlubiyyətlə barışmalı oldular - 13:15.
Problem məlumdur
Beləliklə, Azərbayjan voleybolçularının problemi aydındır - ən yüksəksəviyyəli qarşılaşmaların ən məsuliyyətli anlarında özünü büruzə verən zəif psixoloci hazırlıq. Yeri gəlmişkən, voleyboldakı beşinji seti hansısa mənada futbolda oyunsonrası penalti seriyaları ilə müqayisə etmək olar və həmin anda oyunçuların psixoloci jəhətdən daha hazırlıqlı olması böyük önəm daşıyır. Azərbayjan voleybolçularında da məhz bu element «axsayırdı» və məhz bu səbəbdən onlar 7 beşinji setdən 6-da məğlub oldu. Millimiz bu qarşılaşmaların, heç olmasa, yarısında qalib gəlməklə turnirin final mərhələsinə qatılmağa real iddia edə bilərdi. Belə ki, bu halda idmançılarımız sonunju dövrədə qələbəyə yaxşı köklənərək, kubalıların, xüsusilə də dünya «Qran-pri»sinin ilkin mərhələsində iflasa uğrayan Avropa çempionları Polşanın müqavimətini qıra bilərdi.
Turnir jədvəlində Azərbayjan yığması 10 xalla elə 10-ju yeri tutdu. Dünya «Qran-pri»sinin İtaliyanın Rejio Kalabri şəhərjiyində keçirilən final mərhələsinə isə Braziliya, Rusiya, Çin, İtaliya, Kuba və Yaponiya qatıldı. Millimiz adıçəkilən yığmalardan yalnız Braziliya və Yaponiya ilə qarşılaşmadı. Lakin istisna deyil ki, onlarla matçda da hər şey beş setin sonujunda müəyyənləşəjəkdi ki, bu da məlum səbəblərdən bizim xeyrimizə nətijələnməyəjəkdi. Odur ki milli komandanın məşqçi korpusunun voleybolçuların psixoloci hazırlığını qaydaya salmaq haqda düşünmək vajibdir. Belə ki, onları qarşıda daha çətin sınaq - bu ilin noyabrında Yaponiyada keçiriləjək Dünya çempionatının final mərhələsi gözləyir.
Dünya çempionatının final mərhələsində Azərbayjanın qadınlardan ibarət voleybol yığma komandası «B» qrupuna düşüb və burada Faiq Qarayevin yetirmələri yenidən hazırkı Olimpiya çempionu Çin, Afina Olimpiadasının gümüş mükafatçısı Rusiya, həmçinin, onlardan heç də zəif olmayan Almaniya, Dominikan Respublikası və Meksika ilə qarşılaşajaq.
Qadınlar arasında Dünya çempionatının digər qrupları:
«A» qrupu: Koreya, Polşa, Çin Taypeyi, Yaponiya, Keniya və Kosta-Rika;
«J» qrupu: Niderland, ABŞ, Braziliya, Puerto-Riko, Qazaxıstan, Kamerun;
«D» qrupu: İtaliya, Peru, Türkiyə, Kuba, Misir və Serbiya və Çernoqoriya.
MƏSLƏHƏT GÖR: