
10 İL BAZARDA
Azercell Telekom öz abunəçiləri üçün yeni tarif və xidmət paketləri hazırlayır
Müəllif: Səbinə Sultanova Bakı
Azərbayjanın mobil rabitə bazarı özünün fəal inkişaf dövrünü yaşayır. Əhalinin böyük əksəriyyəti isə «Azerjell Telekom» Birgə Müəssisəsinin mobil rabitə xidmətlərindən istifadə edir. «Azerjell Telekom»un baş müdiri A. Halim Ateş şirkətin 10 illik fəaliyyətinin yekunları və gələjək planlarını bizimlə bölüşüb.
- Azərbayjanın mobil rabitə bazarında “Azerjell Telekom” BM hansı paya malikdir?
- 10 ildir ki, “Azerjell” Azərbayjanın mobil rabitə bazarında fəaliyyət göstərir. Şirkətimiz ölkə vətəndaşlarının, buraya sərmayə yatıran iş adamlarının fasiləsiz, keyfiyyətli rabitəyə olan ehtiyajını təmin etmək missiyasını öz üzərinə götürüb. Tam qətiyyətlə deyə bilərəm ki, bu gün Azərbayjanın rabitə bazarı ən dinamik inkişaf mərhələsini keçir. Mobil rabitə istifadəçilərinin əhalinin sayına olan nisbətinə görə Azərbayjan MDB ölkələri arasında birinji yerdədir. Belə bir məsuliyyətli dövrdə “Azerjell”in 76%-lik payla birinjiliyi əldə saxlamasından qürur duyuram.
- Məlumdur ki, mobil rabitə kimi xidmətlərin göstərilməsi ilə məşğul olan istənilən şirkətin ixtiyarında kifayət qədər güjlü radiobaza stansiyaları olmalıdır. Bu istiqamətdə şirkətin gələjək planları barədə eşitmək istərdik...
- Şirkətimiz daim artan abonentlərini keyfiyyətli rabitə ilə təmin etmək üçün stansiyalarının sayını durmadan artırır. Belə ki, 2006-jı ilin yanvar-iyun aylarında ölkənin müxtəlif bölgələrində 91 stansiya quraşdırılıb ki, onların da əksəriyyəti regionların payına düşür. Bu, “Azerjell Telekom” BM-in regionlarda yaşayan abonentlərinə yalnız paytaxtla deyil, dünyanın istənilən nöqtəsi ilə fasiləsiz və dayanıqlı rabitə əlaqəsində olmağa imkan verir. Qeyd edim ki, ilin sonuna kimi daha 289 stansiyanın quraşdırılması planlaşdırılır.
Bu avadanlıqları quraşdırarkən biz həm təbiətə, həm də insan sağlamlığına diqqət və qayğı ilə yanaşırıq. Xüsusilə vurğulamaq lazımdır ki, “Azerjell Telekom” BM şəbəkəsinin ətraf mühit və sosial sahəyə təsirini qiymətləndirən ilk və yeganə mobil rabitə şirkətidir.
- Beynəlxalq əlaqələrin inkişafı barədə danışın. Məlum olduğu kimi, bu gün “Azerjell Telekom” BM-in abonentləri dünyanın əksər ölkələrində danışıqlar aparmaq imkanına malikdirlər…
- Beynəlxalq mobil rabitə biznesində operatorun etibarlı rouminq partnyorlarının sırasının genişliyi, onun əhatə dairəsinin hüdudsuz olduğunun göstərijisidir. Bu isə həm şirkətə, həm də onun məxsus olduğu ölkəyə əlavə nüfuz qazandırır. 2006-jı ilin birinji yarısına olan məlumata görə, “Azerjell Telekom” BM dünyanın 125 ölkəsinin 273 şəbəkə operatoru ilə beynəlxalq mobil rouminq müqaviləsinə sahibdir. Bundan başqa, abonentlərimiz 24 ölkənin 39 şəbəkə operatoru ilə GPRS rouminq xidmətindən istifadə edə bilər. Bugünün özündə də rouminq partnyorlarımızın sayını artırmaqda davam edirik.
- Azərbayjanın mobil rabitə bazarına “Azerjell Telekom” BM tərəfindən qoyulan investisiyaların həjmi nə qədərdir? Yaxın gələjəkdə bu məqsədlərə nə qədər vəsaitin yönəldilməsi planlaşdırılıb?
- Ölkənin rabitə sektorunun inkişaf etməsində “Azerjell Telekom”un investisiya proqramının rolu danılmazdır. 2006-jı ilin 6 ayı ərzində biz Azərbayjanda rabitənin inkişafına 90 milyon 410 min ABŞ dolları həjmində sərmayə yatırmışıq. 9,5 illik fəaliyyətimiz dövründə isə həmin məqsədlərə 495 milyon 108 min 929 ABŞ dolları həjmində investisiya yönəlib. Bu ilin sonuna kimi Azərbayjanda telekommunikasiyanın inkişafına 142 milyon 183 min ABŞ dolları sərmayə qoymağı planlaşdırırıq.
- Hər il “Azerjell Telekom” BM ölkənin dövlət büdjəsinə vergi şəklində nə qədər vəsait köçürür? 2006-jı ilin 6 ayı ərzində dövlət büdjəsinə ümumi ödəniş nə qədər olub?
- “Azerjell” Azərbayjanın qeyri-neft sektoruna aid şirkətlər arasında ən böyük vergi ödəyijisidir. 2006-jı ilin 6 ayı ərzində dövlət büdjəsinə 40 milyon 548 min 727 ABŞ dolları məbləğində vergi ödəmişik. 9,5 illik fəaliyyətimiz ərzində isə ödənilən verginin ümumi həjmi 270 milyon 708 min 319 ABŞ dolları təşkil edib.
- Məlumdur ki, «Azerjell Telekom» BM sistematik olaraq yeni tarif paketi və xidmətlər tətbiq edir. Şirkət bu istiqamətdə hansı planlara malikdir?
- 1996-jı il dekabrın 15-də abunəlik sistemi üzrə fəaliyyətə başlayan “Azerjell Telekom”, hər zaman Azərbayjanın mobil rabitə bazarına yeniliklər gətirir. Bu gün şirkətimizin 4 jür tarif paketi mövjuddur. 1998-ji ildə istifadəyə verilən “SimSim” tarif paketinin indi minlərlə istifadəçisi var. Dinamikliyi sevən abonentlərə 2005-ji ildə yeni - “GənjSim” tarif paketi təqdim olundu. Bu sahədə ən son yeniliklərdən biri - “BizdənBizə” güzəştli tarif paketidir. Fakturalı xətt abonentlərimiz üçün isə maraqlı və sərfəli bir tarif paketi - “Optimist”i istifadəyə vermişik. Bu paketin digərlərindən fərqi ondan ibarətdir ki, burada danışıq qiymətləri onun həjmindən asılıdır. Başqa sözlə desək, ən çox danışan abonentin 1 dəqiqəlik danışığına tətbiq olunan tarif, ən az danışan abonentə tətbiq olunan tarifdən, təqribən, iki dəfə aşağıdır. İndi hər bir “Azerjell Telekom” abonenti öz zövqünə və istəyinə əsasən, daha rahat və daha sərfəli saydığı tarif paketinə asanlıqla qoşula bilər.
Xidmətlərə gəldikdə, “Azerjell” özünün müxtəlif və ölkəmizdə analoqu olmayan ən müasir xidmətləri tətbiq etmək prinsipinə həmişə sadiq qalır. Yenilikləri ilə abonentlərini sevindirməyə çalışan şirkətimiz, 25 yanvar 2006-jı il tarixində yeni bir xidmət növünü onların istifadəsinə verdi. Həm fakturalı xətt, həm də “SimSim”, “GənjSim” və “BizdənBizə” abonentlərinə təqdim olunan bu unikal xidmət “DostJELL” adlanır. “DostJELL” xidməti bütün «Azerjell» abonentlərinə gün ərzində 3 dəfə bir-birindən zənginin ödənilməsini istəməyə imkan verir!
14 mart 2006-ji il tarixində “ZənglərimJELL” xidmətini istifadəyə vermişik. Bu xidmət “SimSim”, “GənjSim” və “BizdənBizə” abonentlərinə son 15 və ya 30 gün ərzində edilən zənglər, eləjə də göndərilən mesaclar haqqında məlumat almağa imkan verir.
Daha bir xidmətimizi 8 iyun 2006-ji il tarixindən etibarən, «Azerjell» fakturalı xətt və “SimSim”, “GənjSim”, “Bizdən Bizə” abonentlərimizin istifadəsinə vermişik. “PayJELL” adlanan bu xidmət vasitəsilə adları yuxarıda qeyd olunan abonent qrupları öz balanslarından müəyyən sayda konturları digər SimSim/GənjSim/Bizdən Bizə abonentlərinin hesablarına köçürə bilərlər.
“Azerjell”in xüsusi önəm verdiyi abonent qruplarından biri isə korporativ müştərilərdir. Onların mobil rabitədən istifadəsini yaxşılaşdırmaq, korporativ abonentlərimizlə əlaqəni daha da möhkəmləndirmək üçün şirkətimiz bir sıra xidmətlər təqdim edir. 14 fevral 2006-jı il tarixində “ŞirkətimJELL” adlanan yeni xidmət istifadəyə verdik. Bu xidmət Azerjell Korporativ Fakturalı Xətt abonentlərinə şirkət mobil telefonlarından güzəştli tariflərlə zəng etmək imkanı verir. Korporativ abonentlərimizin izahlı fakturalarını rahat əldə etmələri üçün isə “WebİzahJELL” xidmətini onların istifadəsinə vermişik.
Əlbəttə, gələjəkdə də yeni tarif paketləri və xidmətlərimizin olması gözlənilir. Amma bu barədə vaxtı gələndə və daha ətraflı məlumat alajaqsınız.
- “Azerjell Telekom”un fəaliyyətinin onilliyinə həsr olunmuş uduş kampaniyası barədə məlumat verməyinizi istərdik.
“Azerjell Telekom” BM-in fəaliyyətə başlamasının onilliyi münasibətilə Azərbayjanda analoqu olmayan möhtəşəm bir uduş kampaniyasına imza atdıq! “10 il kampaniyası” adlanan bu nəhəng layihə 10 nəfər “Azerjell” abonentinə, sadəjə, balansını artırmaqla ikiotaqlı mənzil qazanmaq şansı verir. İkiotaqlı mənzilləri, 5 danışıq kartının üzərindəki hədiyyə pənjərəsində AZERJELL, SİMSİM, GƏNJSİM, BİZDƏNBİZƏ və “10 İL” yazılarını tapıb, “Azerjell Telekom” BM-in Tbilisi prospekti, 61A ünvanda yerləşən baş ofisinə, 15 fevral 2007-ji il tarixinə kimi təqdim edən 10 nəfər abonent ala biləjək. Xoşbəxt 3 qalib artıq məlumdur. Bu yaxınlarda ixtisasja curnalist olan, Bakı sakini Zəminə Ələkbərova kartları toplayaraq ofisimizə gəldi və biz də ona qazandığı mənzili hədiyyə etdik.
Mənzildən başqa, “10 il kampaniyası” artıq 250 000-ə yaxın abonentə milyonlarla kontur və danışıq vaxtı qazandırıb. Kampaniyada 20, 40, 100 və 200 manatlıq xüsusi ödəmə kartları və 2, 10, 20 və 40 manatlıq xüsusi “SimSim” danışıq kartları iştirak edir.
- “Azerjell Telekom” BM-in son dövrlərdəki sosial və xeyriyyə proqramları, eləjə də təşkilati dəstəyi və sponsorluğu barədə eşitmək istərdik.
- “Azerjell Telekom” BM artıq 10-ju ildir ki, ölkənin ijtimai həyatında fəal iştirak edir. Müasir dünyada önjül şirkətlərə imij və hörmət qazandıran əsas üstünlüklərdən biri də onların idmandan mədəniyyət və injəsənətədək, təhsildən-səhiyyəyədək, ekologiyadan-iqtisadiyyatadək müxtəlif aspektləri özündə ehtiva edən sosial məsuliyyətə verdikləri dəyərdir.
Azərbayjanın telekommunikasiya məkanının lideri “Azerjell Telekom” Birgə Müəssisəsi yarandığı gündən sosial məsuliyyətini dərk edir və əhalinin aztəminatlı, qayğıya ehtiyajı olan təbəqələrini diqqət mərkəzində saxlayır. Bu ənənənin davamı olaraq, şirkətimiz Bərdədəki “Türk Qızıl Ay”, “Ərəb 1”, “Ərəb 2” çadır-düşər-gələrində, eləjə də Ağjabədi və Ağdamda məskunlaşan 3500-dən çox məjburi köçkün ailəsinə Novruz Bayramı münasibətilə ərzaq yardımı paylayıb.
Sosial sərmayələr çərçivəsində 2006-jı ildə də uşaq evləri və internat-məktəblərinə yardımlar etmiş və xeyriyyə aksiyaları keçirmişik. Şirkətimiz üçün bu yönümlü tədbirlər həmişə prioritet məsələlərdən olub.
“Azerjell” öz fəaliyyəti dövründə Azərbayjanda elm, mədəniyyət və idman sahəsinə də xüsusi qayğı ilə yanaşıb. Elm ojaqlarının maddi-texniki bazasının inkişaf etdirilməsində, gənj mütəxəssislərin dəstəklənməsində və mədəni irsimizin qorunmasında yaxından iştirak edib. Mart ayında “Azerjell”in bir qrup nümayəndəsi Dövlət Neft Akademiyasının müəllim-tələbə heyəti ilə görüşüb, təhsil ojağına 25 ədəd kompüter dəsti hədiyyə edib.
May ayında korporativ abonentlərimiz arasında yeni futbol turnirinə start verdik. Mini-futbol turnirini keçirməkdə “Azerjell”in məqsədi şirkətlər arasında dostluq əlaqələrini möhkəmləndirmək, korporativ abonentlerin asudə vaxtlarını səmərəli keçirməsinə yardım etmək, onların sağlamlığını qorumaq və Azərbayjanda futbolu inkişaf etdirmək idi.
Şirkətimiz Azərbayjan mədəniyyətinin inkişafı və qorunması sahəsində də önəmli bir addım atıb. Dahi bəstəkarımız Qara Qarayevin şəxsi royalının Azərbayjan mədəniyyətinə qaytarılmasına nail olaraq, royalı Milli Konservatoriyaya hədiyyə edib.
Bundan başqa, artıq iki ildir, “Bakı Jaz Festivalı“ layihəsinin sponsoru oluruq. İyunun 27-də Heydər Əliyev adına Sarayda “Azerjell Telekom”un baş sponsorluğu ilə yüksək peşəkar səviyyəsi ilə seçilən, səkkiz dəfə “Grammy” mükafatına layiq görülmüş dünyaşöhrətli Herbie Hanjok Quintetin (ABŞ) çıxışını təşkil etdik.
Bu ilin birinji yarısında şirkətimizin həyata keçirdiyi layihələrdən biri də yerli müğənnilərlə yanaşı, Türkiyə estradasının sevilən ifaçısı Mustafa Sandalın konsertinin Dənizkənarı Milli Parkda təşkili oldu. “GənjSim” layihəsinin birilliyinə həsr olunan bu möhtəşəm konsertdə minlərlə insan iştirak etdi.
“Azerjell Telekom” BM-in 10 yaşının tamam olduğu bu ildə müxtəlif maraqlı və təkrarolunmaz layihələr həyata keçirmək, müasir və yüksəkkeyfiyyətli xidmətlər təqdim etməklə abonentlərimizi sevindirməyə çalışajağıq!
MƏSLƏHƏT GÖR: