15 Mart 2025

Şənbə, 01:39

BİLİCİLƏRİN BAKI ESTAFETİ

2006-cı il avqustun 31-dən sentyabrın 3-dək Bakıda «Nə? Harada? Nə vaxt?» intellektual oyunu üzrə iki turnir keçirildi

Müəllif:

15.09.2006

Yaydan-payıza keçid qonaqpərvər Bakının yenidən qəbul etdiyi intellektual oyunçular üçün məxməri dövr oldu. «Nə? Harada? Nə vaxt?»çıların aktivləşməsi hələ isti yay aylarından başlanmışdı: günəşin joşğunluğuna baxmayaraq, Azərbayjan, Gürjüstan və Ermənistan eruditləri «Nə? Harada? Nə vaxt?» (NHN) oyunu üzrə Jənubi Qafqaz çempionatında yarışırdılar. Avqustda isə Kalininqradda bu oyun üzrə V Dünya çempionatı keçirildi. Nəhayət, yenidən Bakının növbəsi çatdı…

Avqustun 31-dən sentyabrın 3-dək Azərbayjan paytaxtında biri respublika, digəri isə beynəlxalqmiqyaslı iki turnir keçirildi. İlk olaraq «Old Jity Jap-2006» (OJJ) («Breyn-rinq» üzrə Köhnə Şəhər kuboku açıq turniri) start götürdü. O, avqustun 31-də Rəşid Behbudov adına Mahnı Teatrında keçirildi. Bu, sayja üçünjü belə turnirdir. Xatırladaq ki, Emin Babayevin qələbə qazandığı ilk «Old Jity Jap» hələ 2002-ji ildə keçirilmişdi. Bir il sonra isə ikinji belə yarış təşkil olundu və yeni həmyerlimiz - bu dəfə Balaş Qasımovun komandası qalib oldu. Bundan sonra düz, üç il ərzində təşkilat komitəsi - «Turan» Bakı İntellektual Oyunlar Klubu OJJ-3-ün keçirilməsi üçün sponsor axtarmaqla məşğul oldu.

Son turnir «Anglo Oil» və «Milio international»» şirkətlərinin maliyyə dəstəyi ilə keçirildi və nətijədə, qalib komanda üçün müəyyənləşdirilən priz 600 manat təşkil edirdi. İkinji yeri tutana 400, 3-4-jü yerlərin sahiblərinə isə 120 manat məbləğində mükafat ayrılmışdı. Bu turnirdə əvvəlkilərdən fərqli olaraq, mükafatın ensiklopediya və ya başqa jiddi priz deyil, pul olması bilijilər arasında (həm də azarkeşlər arasında) joşğun disputa yol açmışdı. Onlar hesab edirlər ki, intellektual qalibə pul mükafatının verilməsi ad günü olan şəxsə zərfin arasında pul verilməsi kimi bir şeydir: bir tərəfdən, bəlkə də bu daha doğru addımdır, amma axı bu, laqeydliyə bənzəyir… Bir sözlə, təmtəraqlı deyil. 

Digərləri əksinə, intellektualların, axır ki, pulla qiymətləndirilməsindən razıdırlar. İstənilən halda, birmənalı olaraq söyləmək olar ki, intellektuallara artıq yalnız dövlət strukturlarının deyil, həm də şəxsi biznes nümayəndələrinin mesenat marağı göstərməsi yaxşı haldır.

 

Tanış üzlər, tanış səslər…

Ənənəyə uyğun olaraq, yarışın aparıjıları məşhur rusiyalı bilijilər Andrey Kozlov və Vladimir Belkin idi. Cüri rolunu üzərinə Rövşən Əsgərov götürmüşdü. Kozlov bilavasitə «breyn-rinq» yarışmasını, Belkin isə heç də intellektualların oyunundan maraqsız alınmayan tamaşaçılarla oyunu aparırdı. Turnirdə 8 komanda iştirak edirdi: 4-ü təşkilatçı «Turan» klubundan (Avante, Jalipso, Intel, «Turan»), 4-ü isə «Atəşgah» Bakı İntellektual Oyunlar Klubundan («Oğuz», «Kirpi», Balaş Qasımov və Faiq Hüseynovun komandaları). Həmişə olduğu kimi, turnirin qonaqları kifayət qədər səmərəli informasiyalarla təmin edilmişdilər - OJJ yaxşı tərtib edilmiş suallarla daha da səviyyəli alınırdı. Azarkeşləri daha asan sınaq gözləyirdi: onlara «inanıram-inanmıram» prinsipi əsasında oyun təklif olunmuşdu. Yəni ilk baxışdan ən ağlasığmaz bir fakt elan olunur və oyunda iştirak edənlər söylənilən fakta inanan və inanmayanlardan ibarət iki qrupa bölünürdü. Beləliklə, bütün arzuedənlərdən səhnədə bir nəfər qalanadək belə davam edir. Sona qalaraq, V.Belkinin əlindən 30 manat həjmində priz qəbul edən Ramil Şəkərov öz intuisiya-sı ilə öyünə bilər. Amma R.Şəkərovu adi tamaşaçı adlandırmaq çətindir. O, «Turan» klubunun oyunçusudur.

Yarımfinal mərhələsində məlum oldu ki, «qonaqlar» - «Atəşgah» klubunun komandaları təşkilatçı «Turan» klubuna heç bir şans saxlamayıb. Yarımfinal qarşılaşmalarında «atəşgahçılar» öz aralarında yarışdılar və yekun qarşılaşmada Faiq Hüseynovla Balaş Qasımovun komandaları qarşı-qarşıya gəldi.  Finalda Kozlov oyunçuları və tamaşaçıları o qədər çaşdırdı ki, finalçılar podiuma çıxmaq belə istəmir, bir-birlərinə yol verirdilər. «Breyn-rinq»in əsas qaydası odur ki, qaydaları mən müəyyənləşdirirəm», - deyən Kozlov, iki komandanı baş-başa vurdu. Nəhayət, uzun-uzadı çək-çevirdən sonra Köhnə Şəhərin kuboku Faiq Hüseynovun komandasına qismət oldu.

 

Bu arada...

Sentyabrın 1-dən 3-dək Bakının «Park İnn» mehmanxanasında NHN üzrə Milli Kubok yarışması gedirdi. Bu, səviyyəsinə görə, dünya bilijiləri arasında Dünya çempionatından sonra ikinji turnir hesab olunur. Bu il mehmanxanaya 15 ölkədən olan intellektuallar toplaşmışdı (teleqruplar, sual verənlər, təşkilat komitəsi və hakimlər kollegiyası ilə birlikdə 140 nəfər). 16-jı - milli ev sahibi komanda idi. Yığmamızın heyətinə Adnan Axundov, Rauf Nəjəfli, Anar Əzimov, İlya Ginzburq, Anar Quliyev və Balaş Qasımov daxil idi.

Uzaq ölkələrdən isə yarışmaya Çexiya, ABŞ, İsrail, Finlandiya və Almaniya nümayəndələri qatılmışdılar. Qalanları yaxın ölkələri təmsil edirdilər - Rusiya, Ukrayna, Belorusiya, Baltikyanı ölkələr, Moldova, Gürjüstan və iki Mərkəzi Asiya ölkəsi - Özbəkistan və Türkmənistan.

Tədbirin açılış mərasimində oyunçular üçün əsl sürpriz təqdim olundu: hakimlər tribunasından oyunçular və azarkeşlərin önündə… janlı bayquş peyda oldu. Onu zala «Atəşgah» Bakı İntellektual Oyunlar Klubunun eks-prezidenti Faiq Hüseynov gətirmişdi. «Bayquşu haradan əldə etmisən?» sualına o, zarafatla javab verdi: «Yerini bilmək lazımdır...». 

Kiçik araşdırma göstərdi ki, əvvəla, «yer» dedikdə paytaxtın heyvanxanası nəzərdə tutulurmuş (quşu bilijilərə «ijarəyə» veribmişlər), digər tərəfdən isə bu, bayquş deyil,  yapalaq imiş. 

Amma nə fərqi var? Əsası odur ki, tüklü gözəlçə ilə azarkeşlər oyunçulardan çox şəkil çəkdirdilər!

Həmişə olduğu kimi, intellektualların beynəlxalq (hətta iri respublika) yarışmalarında məsələ yalnız NHN ilə bitmədi - sadəjə, rəsmi yoxlama yalnız bu oyunla bağlı aparıldı. Yarışma iştirakçıları həm «Breyn-rinq», həm də «Erudit-kvartet»də  özlərini yoxladı. İlk olaraq məhz «Erudit-kvartet» üzrə nətijələr açıqlandı və birinjilik İsrail komandasına qimət oldu. Bu yarışmada ikinji yeri Rusiya, üçünjülüyü isə Azərbayjan millisi əldə etdi.

«Breyn-rinq»də isə Rusiya komandası qalib adını qazandı. Qalibi finalda Balaş Qasımovun komandası gözlədiyindən, tamaşaçılar unudulmaz şounun şahidi oldu. İki «vuruşma»dan sonra hesab bərabər olduğu üçün, üçünjü raund elan edildi. Bu raundun gedişində «Breyn-rinq» üzrə Dünya Kubokuna bir neçə dəfə sahib olmuş Qasımovun komandası riskə getdi: həllediji sualda masa arxasında yalnız Rövşən Əsgərov qaldı. Təəssüf ki, Rövşən həmin sualla bajarmadı və kubok Rusiya millisinə qismət oldu.

Əsas yarışma olan NHN-ə gəlinjə, burada yerlər belə bölüşdürüldü: üçünjü və dördünjü yeri Azərbayjan və Almaniya milliləri, «gümüş»ü İsrail, «qızıl»ı isə Rusiya əldə etdi (liderlər arasında xalq fərqi jəmi 1 xal oldu - 15 sualda 9:8). Qalib yığmanın heyətində məşhur intellektuallar, həmçinin, televiziya tamaşaçılarının sevimliləri, elitar klubun üzvləri Sergey Vivatenko, İlya Novikov, Stanislav Meremenski, Maksim Russo, Aleksandr Liber və Vitali Fyodorov çıxış edirdilər. 

Bir sözlə, artıq ikinji dəfə keçirilən Milli Kubok yarışması Dünya çempionatı ilə rəqabət aparmağa tam qadirdir, həm komandaların heyətinə, həm də təşkilatçılıq səviyyəsinə görə. Bu turnirlərin bir-birini təkrarlaması haqda bütün söz-söhbətlər isə artıqdır - intellektual oyunların, prizlərin, xoşbəxt azarkeşlərin iki dəfə çox olmasının nəyi pisdir ki?


MƏSLƏHƏT GÖR:

459