Müəllif: İnna SOLTANOVA Bakı
Xoşbəxt uşaqlığın ayrılmaz atributlarından biri oyunjaqlardır. Yəqin ki, indi artıq yaşa dolmuş hər bir insanın da həyatının ən qayğısız dövründə sevimli oyunjağı olub. Hələ 15-20 il bundan əvvəl bu məhsulların çeşidini heç də rəngarəng adlandırmaq olmazdı. Mağazalarda yalnız klon kimi bir-birinə oxşayan plasmas gəlinjiklər və rezin heyvanlar almaq olurdu. Satışda yumşaq oyunjaqlar olsa da, seçim çox məhdud idi. O zaman bütün oyunjaqlar SSRİ-də istehsal edilirdi, yalnız təsadüfi hallarda sosialist düşərgəsi ölkələrindən gətirilmiş gəlinjik, yaxud oyunjaq almaq olurdu. Lakin bütün bunlara baxmayaraq, uzaq keçmişimizdəki oyunjaqların sadəliyində bir xeyirxahlıq var idi. Onları nədə ittiham etsək də, keyfiyyətsizlikdə, yaxud böyüməkdə olan nəsildə aqressivlik doğurmaqda ittiham etmək mümkünsüzdür. İndi mağazaların piştaxtaları çeşid-çeşid oyunjaqlarla dolu olsa da, bu heç də kəmiyyətin keyfiyyətə bərabər olması demək deyil. Bu gün körpə üçün həqiqətən də yaxşı və onun sağlamlığına zərər vurmayan oyunjaq tapmaq, sözün əsl mənasında, o qədər də asan iş deyil.
Şəhərimizin dəhşətləri
Şəhərimizdə hər addımda oyunjaq satışı üzrə ixtisaslaşan mağazalara rast gəlmək mümkündür, üstəlik, demək olar ki, hər bir iri mağazada oyunjaq şöbəsi var. Burada Azərbayjanda istehsal olunmuş gəlinjik və ya maşın görməyəjəksiniz - ölkəmizdə oyunjaq istehsal edən fabrik yoxdur (amma əvvəllər var idi).
Oyunjaq satışı ilə məşğul olan tijarət obyektlərini dolaşsanız, bu qəbildən olan malların böyük əksəriyyətinin heç bir tənqidə duruş gətirmədiyinə əmin olajaqsınız. Əlbəttə, «yüksəkkeyfiyyətli» oyunjaqlar da var, lakin onlar çox baha olduğundan, heç də hamıya nəsib olmur.
Keyfiyyətsiz oyunjaqlar daha çox «28 May» stansiyası yaxınlığındakı kiçik mağazalarda satılır. Burada nə istəsən görmək olar: köpəkdişli, qırmızı gözləri olan anlaşılmaz məxluqlar oyunjaqdan daha çox, qorxulu filmlərdəki mutantlara bənzəyir. Son dərəjə zövqsüz geyimləri olan gəlinjiklər isə «qədim peşə sahibləri»ni xatırladır. Yumşaq oyunjaqlar dəhşətli səslər çıxarır. Bütün bu deyilənlər «oyunjaq» sənayesinin bugünkü simasını əks etdirir. Mağazaların birində gözümüzə oyunjaq əsgərlər dəsti dəydi. Onların xariji görünüşü insanı mat qoyur: alınlarınada qara sarğı, bellərində «şəhid qurşağı». Lap müasir dünyaya qan udduran terrorçular kimi...
Oyunjaq alveri ilə məşğul olan mağazaların, demək olar, hamısında «soyuq» və «odlu» silahların geniş çeşidi var. Oricinalların dürüst surəti olan bu «oyunjaqlar»a baxanda ilk baxışda hətta elə gəlir ki, bunlar heç də uşaqlar üçün deyil. Həm də onların əksəriyyəti həqiqətən də təhlükəlidir, çünki plastik güllələr atır. Belə bir «güllə» insana dəyərsə, jiddi fəsadlar törədə bilər. Dərinin açıq hissələrinə dəydikdə, onların təkjə göyərmə yox, hətta qanlı gematoma əmələ gətirməsi də mümkündür. Oyunjaq bıçaqlara gəldikdə, onlar jiddi zərər vurmağa qadir olmasa da, bəziləri dərini zədələyə bilər.
Dövrün əlamətlərindən biri də oyunjaq mağazalarında Hollivudun qorxulu filmlərinin (məsələn, «Bağırtı» filminin) qəhrəmanlarının taxdıqları dəhşətli maskaların surətlərinin satılmasıdır.
Psixoloq Nərgiz Məmmədovanın söylədiyi kimi, bir çox valideynlər övladları üçün oyunjaq alınmasına məsuliyyətsiz yanaşırlar. Onlar, sadəjə, xoşlarına gələn ilk oyunjağı alır, oyunjaqların uşaqlarda təfəkkür və şüurun formalaşmasına çox böyük təsir göstərdiyinin fərqinə varmırlar: «Bir çox hallarda, oyunjaq uşaq üçün əsl ideala çevrilir və uşaq hər şeydə onu təqlid etməyə jan atır. Məsələn, qızlar Barbi gəlinjiyinə bənzəməyə, onun kimi injə bədənə malik olmağa çalışırlar. Hətta böyüyəndən sonra da çoxları Barbi obrazını yaddan çıxarmır, jiddi pəhriz saxlayır, bəzən hətta qidadan imtina edir, bununla da özlərini taqətdən salırlar. Oyunjaqlar sayəsində uşaqlarda müəyyən davranış və həmyaşıdları ilə qarşılıqlı münasibət stereotipləri formalaşır. Oyunjaqlar heç vəjhlə aqressivlik aşılamamalı, qəddarlıq, irqçilik təzahürləri doğurmamalı, həmçinin, başqa insanların fiziki qüsurlarına neqativ münasibətə səbəb olmamalıdır. Onlar uşağın inkişafına yardımçı olmalı, müəyyən pedaqoci funksiya yerinə yetirməlidir».
Oyunjaqların keyfiyyətinə nəzarət olunmalıdır
Unutmaq olmaz ki, psixoloci aspektdən başqa, oyunjaqlar həm də təhlükəsiz materiallardan düzəldilməlidir. Amma paytaxtda satılan oyunjaqların əksəriyyəti keyfiyyət testinin tələblərinə javab vermir. Məsələn, plasmas avtomobili, yaxud vertolyotu əlimizə götürən kimi, əksər hallarda, kəskin, hətta başağrısı doğuran boya iyi hiss edirik. Kənarları hamar olmayan oyunjaqlar dərini zədələyə bilər, keyfiyyətsiz boya isə uşaqların əllərinə çıxır, paltarlarında izlər qoyur.
Ölkəmizə idxal olunan oyunjaqlar nə dərəjədə təhlükəsizdir? Bu suala javab almaq üçün Azərbayjan Respublikası Səhiyyə Nazirliyi nəzdindəki Respublika Sanitar-Karantin Müfəttişliyinə mürajiət etdik. Müfəttişliyin rəis müavini Jəfər Əhmədovun sözlərinə görə, hazırda ölkəmizə dünyanın bütün ölkələrindən, lakin ən çox Çin və Dubaydan oyunjaq idxal edilir: «Qeyd etmək lazımdır ki, əvvəlki illərlə müqayisədə, oyunjaqların keyfiyyəti xeyli yaxşılaşıb. Əgər əvvəllər sanitar-karantin xidməti, təxminən, 100 t təhlükəli oyunjaq aşkar edirdisə, indi belə hallar istisna təşkil edir. Rəsmən idxal edilən əmtəə onun mənşəyini göstərən sertifikatla müşayiət olunur və həm istehsalçı, həm də yük sahibi onun müvafiq keyfiyyətə malik olmasında maraqlıdır. Lakin deyilənlər ölkəmizə qeyri-leqal yollarla gətirilən oyunjaqlara aid deyil. Onların keyfiyyətinə heç kim zəmanət verə bilməz».
Müsahibimizin sözlərinə görə, belə məhsulun Azərbayjana nejə daxil olması bəlli olması da, şəhərimizdə satışa belə oyunjaqlar çıxarılması danılmaz faktdır.
Zəruri norma və tələblərə javab verməyən oyunjaqların idxalı təhlükəsi Yeni il bayramı ərəfəsində xüsusilə yüksəkdir, çünki bu zaman oyunjaqlara tələbat bir neçə dəfə artır.
J.Əhmədovun vurğuladığı kimi, respublikamızın ərazisinə daxil olmazdan əvvəl, bütün oyunjaqlar jiddi nəzarətdən keçir. Yükün müvafiq sənədləri olmadığı halda, o, ölkəmizin ərazisinə buraxılmır. Yoxlama zamanı təkjə oyunjaqların hazırlandığı material deyil, onların forması da nəzərə alınır. J.Əhmədov bildirdi ki, yoxlama yaş qrupları nəzərə alınaraq aparılır. Məsələn, 1 yaşına qədər körpələr üçün nəzərdə tutulan oyunjaqlar mütləq konkret materialdan hazırlanmalıdır.
İndi bir çox oyunjaqlar polimer materiallardan hazırlandığından, onların keyfiyyəti yoxlanarkən kənar qoxuların, oyunjağın hazırlandığı materialın toksikliyinin normadan artıq olmamasına diqqət yetirilməlidir. Məsələ ondadır ki, polimer oyunjaqlar hazırlanması zamanı polimerləşdirmə prosesi pozula və nətijədə, materialda kimyəvi reaksiyanı sona qədər keçməyən maddələr - stirol, toluol, amonyak yarana bilər. Belə oyunjaqlar həm uşaqlar, həm də böyüklər üçün təhlükəlidir. J.Əhmədovun sözlərinə görə, oyunjaqların tərkibinin bütün kimyəvi xarakteristikaları toksikoloci laboratoriyada araşdırılır.
Lakin dövlət oyunjaq idxalını nəzarətdə saxlasa da, ölkəmizə qeyri-qanuni yolla ən müxtəlif, o jümlədən, uşaqlar üçün nəzərdə tutulan əmtəələr də gətirildiyini unutmaq olmaz. Bunlar ölkə ərazisinə xırda partiyalarla keçirilir və belə məhsulların keyfiyyətinə heç kim zəmanət vermir. Buna baxmayaraq, həmin mallar piştaxtalara çıxarıldığından, övladlarını növbəti oyunjaqla sevindirmək istəyən valideynlər son dərəjə diqqətli olmalıdırlar ki, sonradan həmin sevinj bəlaya çevrilməsin... Bir də ki oyunjaqların üzərindəki etiketləri diqqətlə oxuyun, onları yaxşıja nəzərdən keçirin. Belə ki, yarlıqda mütləq Azərbayjan dilində istehsalçı barədə məlumat verilməli, yaş kateqoriyası və təhlükəsiz istifadə qaydaları göstərilməlidir. Bunların etiketdə olmaması, yaxud şriftin son dərəjə kiçik olması həmin əmtəənin qeyri-qanuni gətirilməsinin bariz əlamətidir. Satıjı istənilən əmtəənin qablaşmasız nümunəsini təqdim etməli, alıjının onunla diqqətlə tanış olması üçün şərait yaratmalıdır.
Möhkəm qoxu, keyfiyyətsiz boya, çıxarılan detalların yerində yaxşı oturmaması, kobud tikişlər - bütün bunlar məhsulun zaylığına dəlalət edir.
Küçədə tanımadığınız adamlardan və şübhəli yerlərdən, məsələn, alıjının həmişə tələsdiyini nəzərdə tutan vağzalətrafı mağazalardan heç nə almayın.
MƏSLƏHƏT GÖR: