
İPƏK YOLUNUN ÜRƏYİ
Azərbaycanın ipəkçilik paytaxtı şəkidə ənənəvi sənət növlərinə həsr olunmuş festival keçirildi
Müəllif: Nailə BƏNNAYEVA Şəki
Bu ilin əvvəlindən etibarən, Mədəniyyət Nazirliyi ölkənin ayrı-ayrı bölgələrinin onların tarixi ənənələri və etnoqrafik irsi baxımından populyarlaşdırılması konsepsiyasını işləyib-hazırlayır. Tarixi abidələrin bərpası, xalq sənəti yarmarkalarının keçirilməsi, digər uzunmüddətli layihələr və qısamüddətli aksiyalar bölgələrin iqtisadi inkişaf səviyyəsini onlarda turizm biznesinin inkişaf etdirilməsi hesabına yüksəltməyə yönəlib.
Festivaldan-festivala
Bu məqsədlə, inkişafın ən gözəl yolu yerlərdə ənənəvi sənət növlərinə həsr olunmuş festivalların - özünəməxsus peşə bayramlarının keçirilməsi olardı. Lap bu yaxınlarda, avqustun 26-da gerçəkləşdirilən ilk belə layihə Şəki şəhərində keçirilən ipək bayramı oldu. Bayramda Şəki ilə qardaşlaşmış Qabrovo (Bolqarıstan) və Seki (Türkiyə) şəhərlərinin nümayəndə heyətləri, Türkiyə və Rusiyanın ölkəmizdəki səfirləri Turan Moralı və Vasili İstratov, millət vəkilləri, həmçinin, məşhur elm, mədəniyyət, injəsənət xadimləri və ölkənin bədii kollektivləri iştirak edirdilər.
Bölgələrdə keçiriləjək festivallardan birinjisinin məhz Şəkidə baş tutması heç də təsadüfi deyil. Hələ ötən əsrdə «Azərbayjanın Lionu» adlandırılan Şəki ölkəmizin «ipəkçilik paytaxtı»na çevrilib. Vaxtilə Şəki İpək yolunun ən önəmli məntəqələrindən biri olub. Məlum olduğu kimi, Azərbayjan xalqının lideri Heydər Əliyevin təşəbbüsü ilə 1998-ji ildə bu qədim transmilli marşrut yeni siyasi, iqtisadi və mədəni gerçəkliklər nəzərə alınmaqla bərpa edildi ki, bu da Şəkinin taleyinə də müsbət təsir göstərdi. 90-jı illərdəki durğunluqdan sonra dirçəldilən ipək kombinatı (indi «Şəki-İipək» ASJ) sürətlə yüksəlməkdədir. İndi ipəkçiliyin ölkə iqtisadiyyatının ən mütərəqqi sektorlarından biri olduğunu demək mümkündür.
Festival şəhərin Olimpiya meydanında başlandı. Şəhər rəhbərliyi dost ölkələrin nümayəndə heyətlərini mehribanlıqla qarşıladı, qonaqlara gül dəstələri və bayramın emblemləri - üstündə əsl barama olan döş nişanları təqdim edildi. Şəki Şəhər İjra Hakimiyyətinin başçısı Nazim İbrahimov qonaqları salamladı və qeyd etdi ki, ədalət, sülh və gözəlliyi vəsf edən ipək bayramının Şəkidə keçirilməsi heç də təsadüfi deyil. O, Şəkidə ipəkçiliyin tarixindən danışdı: «Yüzilliklərboyu Şəkidə ipəkçilik ənənələri qorunub-saxlanmışdır. İpəkçilik hər bir şəkilinin məişətində və təsərrüfat həyatında xüsusi yer tutur. Orta əsrlərdə Şəki nəinki Azərbayjanda, Orta və Yaxın Şərqdə də ən iri ipəkçilik mərkəzlərindən biri olmuşdur. Şəki sənətkarlarının xam ipəkdən istehsal etdikləri injə parçalar, gözəl geyimlər xariji ölkələrə ixraj edilirdi, Şəki ipəyi bütün dünyada şöhrət qazanmışdı». İpəyin gözəllik və injəlik rəmzinə çevrildiyini vurğulayan N.İbrahimov Şəkidə keçirilən bu bayramın da insanları gözəllik, sülh və əmin-amanlığa səsləyəjəyinə əmin olduğunu bildirdi.
Rəsmi hissə yerli istedadların - uşaqlar və böyüklərdən ibarət rəqs və musiqi kollektivlərinin çıxışları ilə əvəzləndi. Bayramın bu hissəsinin bəzəyi bəstəkar, xalq artisti Şəfiqə Axundovanın şair Vaqif Aslanın sözlərinə xüsusi olaraq bu münasibətlə yazdığı və bayramın özünəməxsus himninə çevrilən mahnısı oldu. Mahnı «Qala» instrumental ansamblının müşayiəti ilə səsləndirildi.
Şəki-ipək
Daha sonra izdiham üzərində bayramın simvolu - barama təsviri (bayram loqosunun müəllifi «Şəki-İpək» ASJ-nin rəssamı Məmməd Qasımovdur) olan bayraq və plakatlarla bəzədilmiş küçələrlə şəhərin mərkəzindəki karvansaraya tərəf hərəkət etdi. Piyadalar, məharətlərini nümayiş etdirən atlılar, şəxsi avtomobillər və həmin gün pulsuz işləyən avtobuslardan ibarət bu axın müəyyən yerlərdə dayanır, qonaqlara və iştirakçılara şeirlər, «Zorxana» rəqs kollektivinin, həmçinin, yerli pəhləvanlar və kəndirbazların çıxışlarından ibarət rəngarəng töhfələr təqdim olunurdu.
Rəmzi «qala qapıları»nın önündə izdihamı dəbilqə və zireh geyinmiş keşikçilər qarşıladılar. Mərasim iştirakçıları buradan Soltan Hajıbəyovun məşhur «Karvan» simfonik əsərinin sədaları altında keçdilər. Yürüşün ən gözəl elementlərindən biri bədəvi geyimində çarvadarların idarə etdiyi, Böyük İpək yolu karvanlarının rəmzi olan yüklü dəvələr oldu. Ümumiyyətlə, ssenarinin yürüşlə bağlı hissəsi qonaqları orta əsrlər tijarət şəhərinin janlı atmosferinə qovuşdurmağı nəzərdə tuturdu.
Gözəl görüntülər qonaqların, təxminən, günorta gəlib çıxdıqları Yuxarı Karvansarada da davam etdi. XVIII əsrə aid olan, hazırda isə şəhərin ən yaxşı mehmanxanalarından biri kimi fəaliyyət göstərən bu memarlıq abidəsində «ipək bazarı» açılmışdı. Burada ipək məhsulları ilə yanaşı, həyəti əhatə edən tağların kölgəsində ən müxtəlif ixtisaslardan olan sənətkarlar - dulusçular, misgərlər, xalçaçılar, sərrajlar, şəbəkə və silah ustaları da öz məmulatlarını təqdim edirdilər.
Günün qəhrəmanı ipək «Şəki-İpək» ASJ-də toxunan şərf və kəlağayılarla təmsil olunmuşdu. Kombinat burada məhsullarının çeşidindən ibarət, bir növ, filialını təşkil etmişdi. Elə buradaja öz əl işlərini «Şəki-ipək»lə müqavilə əsasında əməkdaşlıq edən məşhur azad sənətkar Aslan Əmiraslanov təqdim edirdi. Burada İnna Kostinanın battika texnikası (ipək üzərində ənənəvi rəsmlər) ilə işlənmiş pannolarını da görmək mümkün idi. Bu məşhur rəssam Şəkidəki bazarda ipək üzərində rəsmlər üzrə Bakı məktəbinin yeganə, lakin layiqli təmsilçisi idi. Bu çox nadir ixtisasdır və onun təkjə ipəyin vətənində deyil, paytaxtda da çiçəkləndiyini görmək sevindiriji bir hal idi. İ.Kostinanın əl işlərindən biri - «Uçan Simurq» pannosu «Şəki-ipək» ASJ-yə hədiyyə kimi təqdim olundu.
Xan sarayı, İpək muzeyi
Daha sonra mərasim iştirakçıları Şərq memarlığının şedevrlərindən birini - Şəki xanlarının sarayını ziyarət etdilər. Burada onlar çay masasının arxasında yerli musiqiçilər və xanəndələrin ifasında muğamları, xalq mahnılarını dinlədilər, xatirə fotoşəkli çəkdirdilər.
Günortadan sonra qonaqlar bölgənin ən iri sənaye müəssisəsində - «Şəki-İpək» Səhmdar Jəmiyyətində oldular, burada yaradılmış ipək muzeyini gəzdilər. Müəssisənin rəhbərliyi təkjə on illər bundan əvvəllərə aid ipək məmulatları nümunələrini deyil, müəssisənin sovet dövrünə aid fotoalbomları da qoruyub-saxlayıblar. Elə buradaja bütün ipəkçilik məmulatları, həmçinin, xammalın emalı və ipək istehsalı üçün nəzərdə tutulan və artıq antikvariata çevrilən müxtəlif qurğular da saxlanılır.
«Şəki-İpək» ASJ ən yaxşı əməkdaşlarının və ən yaxşı barama tədarükçüləri briqadalarının fəxri fərmanlar və qiymətli hədiyyələrlə mükafatlandırılmasını da məhz festival gününə təyin etmişdi. «Şəki-İpək» ASJ-nin baş mühəndisi Rasim Həsənovun dediyi kimi, müəssisənin rəhbərliyi, hətta Mədəniyyət və Turizm Nazirliyini də bir qədər qabaqlayaraq, şəhər hakimiyyət orqanlarına ipəkçilərin peşə bayramını keçirməyi və onu ənənəyə çevirməyi təklif etmişdi. Elə həmin vaxt - jari ilin əvvəlində Şəki İH Mədəniyyət və Turizm Nazirliyindən, demək olar ki, eyni məzmunda təklif almışdı; lakin həmin təklif haqqında daha əvvəl danışdığımız daha geniş təşəbbüsün tərkib hissəsi idi. «Aşağı»dan və «yuxarı»dan gələn təşəbbüslərin birləşdirilməsi, son nətijədə, jiddi hazırlığa ikiqat təkan verdi və bu da festivalın uğurla keçirilməsinin rəhni oldu. Tədbir, əsasən, «Şəki-İpək» ASJ və Azərbayjan Beynəlxalq Bankı tərəfindən ayrılan vəsait hesabına maliyyələşdirilsə də, bura bir sıra başqa banklar, ən önəmlisi isə, yerli iş adamları da öz töhfələrini vermişdilər.
Müəssisənin klubunda keçirilən qısa mətbuat toplantısında çıxış edənlər - mədəniyyət və turizm nazirinin müavini Sevda Məmmədəliyeva, səfirlər Turan Moralı və Vasili İstratov, Qabrovo şəhərinin meri Boqomil Belçev, Türkiyədəki qardaşlaşmış şəhərin bələdiyyə başqanı Kamil Özər şəhər rəhbərliyinə dəvət olunduqlarına görə minnətdarlıqlarını bildirdilər. Çıxış edənlər Şəkidən yüksək əhval-ruhiyyədə və gözəl təəssüratlarla ayrıldıqlarını, bu bayramın ənənəyə çevrilərək, hər il keçirilməsini arzu etdiklərini bildirdilər. Qonaqlardan ikisi - V.İstratov və K.Özər bu qədim və qonaqpərvər şəhərin adı ilə bağlı zarafat da etdilər. V.İstratov rus dilindəki «şelk» (ipək - müəl.) sözünün etimologiyasının Şəki sözü ilə bağlılığının araşdırılmasını «arzuladı», K.Özər isə bildirdi ki, bələdiyyədəki həmkarlarına şəhərlərinin adını «Ləpşəki» kimi dəyişdirməyi təklif edəjək.
İpək bayramı Şəki ilə Bakı arasında musiqi töhfələri mübadiləsi ilə başa çatdı. Yerli ansambl kamera musiqisi konserti ilə çıxış etdi, bir qədər sonra isə şəhərin meydanlarının birində Bakının estrada kollektivlərinin çıxışı oldu. Təkrarsız tədbir atəşfəşanlıqla bitdi.
MƏSLƏHƏT GÖR: