15 Mart 2025

Şənbə, 01:34

İNQİLABDAN İNQİLABA FƏRQ VAR…

Gürcüstanda dövlət çevrilişinin qarşısı alındı

Müəllif:

15.09.2006

Gürjüstanda daha bir dövlət çevrilişi jəhdi barədə məlumat sentyabrın 6-da  yayıldı. DİN-in keçirdiyi xüsusi əməliyyat nətijəsində «Ədalət» partiyası və bir sıra digər müxalifət təşkilatlarının 29 tərəfdarı həbs olundu. «Onların barəsində Gürjüstan Jinayət Məjəlləsinin 315-ji maddəsi - dövlətə qarşı qəsd və hakimiyyət çevrilişinə jəhdlə bağlı jinayət işi başlanılajaq», - deyə həmin vaxt keçirdiyi xüsusi brifinqdə ölkənin daxili işlər naziri Vano Merabişvili bildirdi. Onun sözlərinə görə, Gürjüstanın hüquq-mühafizə orqanlarında saxlanılan şəxslərin hakimiyyət çevrilişinə hazırlaşması və müxalifətçi «Ədalət» partiyasının lideri İqor Georqadzenin Gürjüstana gəlmək niyyəti ilə  bağlı operativ məlumat olub. Xatırladaq ki, vaxtilə Gürjüstanın təhlükəsizlik naziri postunu tutmuş İ.Georqadze 1995-ji ildə eks-prezident Eduard Şevardnadzeyə qarşı sui-qəsdin təşkilində ittiham olunur. O, hazırda Rusiyada gizlənir, Gürjüstanın hüquq-mühafizə orqanları isə onun barəsində beynəlxalq axtarış elan edib.

İ.Georqadzenin tərəfdarlarının həbsi ilə bağlı bütün ölkə ərazisində keçirilmiş xüsusi əməliyyatda hüquq-mühafizə orqanlarının 450 əməkdaşı iştirak edib. Bir gün sonra isə Tbilisi prokuroru Georgi Qviniaşvili bildirib ki, həbs olunanlardan 14-nə qarşı Gürjüstanda konstitusion hakimiyyətin güjlə devrilməsinə jəhdlə bağlı jinayət işi qaldırılıb. «Onlara qarşı Gürjüstan Jinayət Məjəlləsinin 312-ji maddəsinə  - ölkənin konstitusion hakimiyyətinin zor güjü ilə devrilməsinə jəhd» - əsasən, jinayət işi açılıb», - deyə prokuror qeyd edib. Həbs olunanlar sırasında Monorxist-Mühafizəkar Partiyanın lideri Teymuraz Jorjoliani, «Antisoros» siyasi hərəkatının lideri Mayya Nikoleişvili, «Ədalət» partiyasının liderlərindən Mayya Topuriya və Quram Papukaşvili, həmçinin, bu partiyanın regional ofislərinin rəhbərləri də var idi.

Daha bir gün sonra, sentyabrın 8-də Gürjüstan Kommunist Partiyasının rəhbəri, İ.Georqadzenin vaxtında Gürjüstanın Təhlükəsizlik Nazirliyinin «Alfa» bölməsində işləmiş Aleksandr Çumburidze də həbs olunub. O, Gürjüstanın hakim «Vahid milli hərəkat» partiyasının mərkəzi ofisini partlatmağa jəhddə ittiham olunur. Həbs olunan zaman Çumburidzedən 400 qram trotil və kustar üsulla hazırlanmış partlayıjı qurğu götürülüb.

Tbilisi prokuroru qeyd edib ki, onlar öz fəaliyyətlərində şahid ifadələri, əşyayi-dəlillər və axtarış zamanı aşkar edilmiş sənədlərə əsaslanırlar. Həbs olunanların özləri də təqsirlərini boyunlarına alıb. Tbilisi Məhkəməsi 5 min dollar girov müqabilində «Antisoros» hərəkatının lideri Mayya Nikoleişvilinin azadlığa buraxılması haqda qərar qəbul edib. Onu xüsusi xidmət orqanları ilə açıq əməkdaşlıq etdiyi üçün azad ediblər. Qeyd edək ki, hərəkat rəhbəri dövlət çevrilişinin həyata keçirilməsi haqda qərarın nə zaman və nejə qəbul edildiyi haqda istintaqa açıqlama verib. Həmçinin, Maya Nikoleişvili İqor Georqadzenin partiyasının dövlət çevrilişi planının hazırlanmasında iştirak edən bütün üzvlərinin adlarını çəkib. Bundan başqa o, Georqadze Xeyriyyə Fondunun rəhbəri İrina Sarişvilini də satıb. Nikoleişvili bildirib ki, çevrilişin həyata keçirilməsi məsələsinin müzakirəsində Sarişvili və digər tanınmış müxalifətçi Elizbar Javelidze də iştirak ediblər. «Antisoros» hərəkatının rəhbərinin sözlərinə görə, müzakirələr zamanı adıçəkilən iki şəxs hakimiyyətin silahlı yolla ələ keçirilməsi ilə razı olmadığını bildirib. Elə həbs olunan gün də azadlığa buraxılan Sarişvilinin özü isə curnalistlərə bildirib ki, mayın 4-də heç bir toplantı və müzakirələr olmayıb və bütün bunlar hakimiyyətin uydurmasıdır.

Bu arada,  Gürjüstan Daxili İşlər Nazirliyi telekanallar vasitəsilə İqor Georqadzenin öz həyat yoldaşının yaxın qohumu Maya Topuriya ilə telefon danışığının audioyazısını yayımlayıb. Operativ lent yazısında Georqadze bildirib ki, partiyanın hesabına Avropadakı dostlarının köməyi ilə böyük məbləğdə pul köçürür. O, həmçinin, «Ədalət» partiyasındakı durumla maraqlanaraq, partiya üzvlərinin fəaliyyətindən narazılığını ifadə edib. Georqadze bildirib ki, son zamanlar partiyadaşlarının fəaliyyətində xeyli uğursuzluq var və onlar öz planları haqda yaxşı-yaxşı düşünməlidir.

Baş verənlərə İ.Georqadzenin özünün reaksiyasına gəlinjə, müxalifət lideri bəyan edib ki, onun tərəfdarlarının həbsi «repressiyadır» və bununla Gürjüstan hakimiyyəti öz nüfuzunu qaldırmağa çalışır. «Biz hərbi çevrilişə hər hansı aidiyyətimiz barədə deyilənlərin hamısını rədd edirik. Belə bir plan həbs olunan üç qadının köməkliyi ilə hazırlanmazdı. Bu işdə generallar və batalyonlar iştirak edərdilər. Onların əvvəljədən insanların həyətlərinə gətirdiyi və sonradan nümayiş etdirdikləri paslı silahlar isə hələ onlara qarşı atəş açajaq. Mən siyasi atəşi nəzərdə tuturam. İjtimaiyyət hər şeyi biləjək», - deyə İ.Georqadze «Reqnum» agentliyinə müsahibəsində bildirib.

 

Rusiya izi, yoxsa rusofobiya?

Georqadze xəbərdarlıq edib ki, onun silahdaşlarına vurulan bu zərbədən sonra Gürjüstan hakimiyyəti, bütün bu hadisələrin Moskva tərəfindən hazırlanması barədə iddia ilə çıxış edəjək. Lakin Georqadzenin birmənalı olaraq rusiyameylli siyasətçi olduğu nəzərə alınarsa, başqa jür düşünmək mümkün də deyil və rəsmi Tbilisinin  Rusiyadan şübhələnməsi təbiidir. Unutmaq olmaz ki, hətta vaxtilə Georqadze öz vətənində dövləti jina-yətdə ittiham olunan zaman Moskva ona siyasi sığınajaq verməkdən çəkinmədi. Gürjüstanda həqiqətən də hesab edirlər ki, Georqadzenin dövlət çevrilişinə jəhd edən partiyadaşları məhz Moskva tərəfindən maliyyələşdirilib. DİN administrasiyasının rəhbəri Şota Xizanişvilinin sözlərinə görə, Gürjüstanın Daxili İşlər Nazirliyi bu versiyanı təsdiq edən sübutlara malikdir. Tbilisi açıq şəkildə və ən yüksək səviyyələrdə bəyan edir ki, İqor Georqadzenin silahdaşlarının həbsi ilə Rusiyanın Gürjüstanda dövlət çevrilişi planı iflasa uğrayıb. Belə ki, sentyabrın 8-də Kaxetiya (Gürjüstanın şərqində yerləşən rayon) əhalisi ilə görüşdə prezident Mixail Saakaşvili bildirib ki, Rusiyadakı «müəyyən qüvvələr»in Gürjüstanda inkişaf proseslərini və birləşmək meyllərini sarsıtmaq planı baş tutmayıb. Onun sözlərinə görə, həmin «dairələr»in üç planı olub. Bunlardan birinjisi, Gürjüstanın tam iqtisadi blokadasına nail olmaqdır ki, o da özünü gürjü məhsullarına embarqoda göstərir. İkinji plan beynəlxalq təbliğat blokadasını nəzərdə tutur. Belə ki, bütün dünyada Gürjüstanın vəziyyəti haqda dezinformasiya yayaraq, bu ölkəni münaqişələr ojağı, qarşıdurmalar, iğtişaşlar və narazılıqlar məskəni kimi qələmə vermək planlaşdırılır. Üçünjü plan isə işğalçı qüvvələrdə əməkdaşlıq edən yerli xainlər, çar Rusiyası zamanı Gürjüstanı Rusiyaya satan quldurların nəslindən olan satqınlara arxalanaraq, hakimiyyət çevrilişinə nail olmaq idi. Prezidentin sözlərinə görə, 1921-ji ildə məhz belə satqınların sayəsində Gürjüstan öz müstəqilliyini itirmişdi. «İndi də regionlarda buna müəyyən zəmin yaradılırdı və o dövrün  kommunistlərinin davamçıları fəaliyyətə keçmişdi»,  - deyən M.Saakaşvili vurğulayıb ki, iki gün əvvəl (Georqadzenin tərəfdarlarının həbsi ilə nətijələnən xüsusi əməliyyatın keçirildiyi gün - müəllif) bu ssenari də iflasa uğradı. Odur ki indi «Rusiya Dövlət Dumasında barmaqlarını gəmirərək, qətnamə dalınja qətnamə qəbul edirlər. Qoy, öz qətnamələrini qəbul etməkdə və oxumaqda olsunlar», - deyə M.Saakaşvili bildirib.

Həqiqətən də Gürjüstanda baş verənlər Dövlət Dumasının kəskin reaksiyası ilə müşayiət olundu. Dumanın sədri Boris Qrızlov hesab edir ki, Gürjüstan Prezidenti Mixail Saakaşvilinin hakimiyyəti avtoritar recimə çevrilib. «Gürjüstandakı son hadisələr göstərir ki, orada qətiyyən demokratiya deyil, avtoritar recim qurulub. Gürjüstanda «məxməri inqilab» baş verən zaman zor güjü ilə yeni demokratik recim yeridilməyə başlandı. Müxalifətçilərin kütləvi həbsi də bu inqilabın nətijəsidir», - deyə spiker qeyd edib. 

Elə Dövlət Dumasının vitse-spikeri, RLDP lideri Vladimir Cirinovski də bu fikirləri təkrarlayıb, lakin təbii ki, özünəməxsus şəkildə. O hətta qonşu ölkədə baş verənlərin Rusiya parlamentinin müzakirəsinə çıxarılmasını da təklif edib. 

Bununla yanaşı, bəzi Moskva rəsmiləri Gürjüstanda baş verənlərlə bağlı bitərəf mövqe nümayiş etdirməyə çalışır. Məsələn, Rusiya XİN-in xüsusi tapşırıqlar üzrə səfiri, Birgə Nəzarət Komissiyasının Rusiyadan olan həmsədri Yuri Popov bildirib ki, Moskva Gürjüstanda müxalifətçilərin kütləvi həbsinə bu ölkənin daxili işi kimi baxır. Diplomat, hətta Rusiyanın Gürjüstanda baş verənlərə aidiyyəti haqqında bəyanatlardan da təəjjüblənmir. «Gürjüstan bütün xoşagəlməz hallarda Rusiyanı ittiham etməyə öyrəşib», - deyə Popov qeyd edib.

 

Yenə də ikili standartlar?

İstənilən halda, Moskva hesab edir ki, Gürjüstanda, əslində, dövlət çevrilişinə jəhddən söhbət gedə bilməz. Georqadzenin tərəfdarlarının həbsi isə siyasi xarakter daşıyır və hakimiyyət Rusiyaya meyllənən siyasi qüvvələri künjə sıxmaq məqsədi güdür. 

Rusiyanın mövqeyi aydındır. Hər halda, Qərblə müqayisədə daha aydındır. İndiyədək siyasi xadimlərin həbsinə dərhal həssas reaksiya verən beynəlxalq təşkilatlar, Gürjüstandakı hadisələrə yanaşmada çox təmkinli görünürlər. Təbii ki, biz Gürjüstanda baş verənləri siyasi həbslər adlandırmağa meylli deyilik və bunun üçün əsasımız da yoxdur. Lakin biz dəfələrlə şahidi olmuşuq ki, beynəlxalq təşkilatlar baş verən həbslərin motivinə varmadan, dərhal sərt reaksiya ortaya qoyur. Bu dəfə həmin sərtlik yoxdur. Görünür,  burada da Qərbin Gürjüstan hakimiyyətinə loyallığı və məşhur ikili standartlar özünü göstərir. 

Lakin bir sıra analitiklər hesab edirlər ki, Saakaşvili artıq Vaşinqtondan xəbərdarlıq alıb. Belə ki, Londondakı Beynəlxalq Strateci Araşdırmalar İnstitutunun Beynəlxalq Münasibətlər Şurasının üzvü, Amerika Beynəlxalq Araşdırmalar İnstitutunun böyük elmi əməkdaşı, postsovet məkanında «idarəolunan inqilablar» layihəsinin qeyri-rəsmi müəlliflərindən biri hesab olunan Ariel Koen Rusiyanın «Vesti-24» telekanalına müsahibəsində deyib: «Ölkədə demokratik normalar və demokratik recimin qorunması Gürjüstan xalqı üçün bu və ya digər siyasətçinin hakimiyyətini qorumaqdan daha vajibdir». 

Bəzi ekspertlərin fikrinjə, A.Koen dolayı yolla da olsa, ABŞ hakimiyyətinə yaxın dairələrin adından, Gürjüstanda bələdiyyə seçkiləri ərəfəsində «xalq düşməni» axtarışına başlamış Mixail Saakaşviliyə xəbərdarlıq edib.

 

Bütün bunlar Saakaşvilinin nəyinə lazımdır?

Rusiya ekspertləri hesab edirlər ki, Gürjüstanda baş verənlər prezident Saakaşvilinin öz reytinqini yüksəltmək və oktyabrın 5-də keçiriləjək bələdiyyə seçkisi ərəfəsində müxalifəti qorxutmaq jəhdindən başqa bir şey deyil.  Bu mövqeni Gürjüstan müxalifəti də bölüşür. Son hadisələrin «əsas qəhrəmanı», beynəlxalq axtarışda olan İqor Georqadzenin fikrinjə, M.Saakaşvilinin 2003-2004-jü illərdə hakimiyyətə gələn «qızılgül» partiyası, xalqa öhdəsindən gəlmək iqtidarında olmadığı vədlər verib. «Bununla əlaqədar olaraq, hazırda hakimiyyətin reytinqi sıfıra yaxınlaşır. Hakimiyyətə və şəxsən Saakaşviliyə ya qələbə ilə nətijələnən müharibə, ya da daxili və xariji düşmən obrazı lazımdır. Ölkə əhalisinin 55%-i son dərəjə yoxsul vəziyyətdə yaşayır. Xalqın narazılığı və müxalifətin fəallığı artır. Belə olan halda, problemin müxtəlif həll yolları və metodları var. Saakaşvili sələfi Eduard Şevardnadzenin dövründə özünü doğrultmuş yolu seçdi», - deyə Qeorqadze vurğulayıb. 

Bəzi analitiklər Gürjüstandakı hazırkı hadisələrlə vaxtilə prezident seçkisi ərəfəsində E.Şevardnadzeyə qarşı sui-qəsdə jəhdi arasında paralellər aparır. Prinsipjə, ssenarilər oxşardır və rəqiblərin neytrallaşdırılmasına imkan verir. Eyni zamanda, elə həmin rusiyalı ekspertlər etiraf edirlər ki, «Ədalət» partiyası Gürjüstanda elə də böyük nüfuza sahib deyil və hazırkı hakimiyyətə jiddi təhlükə yaratmır. Bu yerdə meydana sual çıxır: onda dövlət çevrilişinə jəhd «səhnələşdirmək» M.Saakaşvilinin nəyinə gərəkdir və müxalifətə, lap elə rusiyameylli müxalifətə bu dərəjədə təzyiq nəyə lazım idi? Axı Gürjüstan hakimiyyətində yaxşı bililrər ki, belə proseslər həm ölkə daxilində, həm də xarijdən əks-reaksiyanın yaranmasına səbəb ola bilər…

Saakaşvilinin reytinqinə gəlinjə, Gürjüstanda separatçılıq da daxil olmaqla, kifayət qədər problemlər var ki, hakimiyyət öz reytinqini saxlamaq üçün onların həlli istiqamətində addımlar ata bilər. 

Belə görünür ki, sadəjə, M.Saakaşvili Rusiyanı Gürjüstandakı forpostu - Moskvaya meylli müxalifətdən məhrum etmək üçün sərt addımlara başlayıb....


MƏSLƏHƏT GÖR:

356