
FƏLAKƏT SSENARİSİ — İRANIN ATOM BOMBASI
Türkiyəni də nüvə silahı haqqında düşündürə bilər
Müəllif: Elxan Şahinoğlu, «Atlas» Araşdırmalar Mərkəzinin rəhbəri Bakı
Amerika Birləşmiş Ştatları bir neçə il önjə İranın nüvə silahı əldə etməyə çalışdığını açıqlayanda, Avropa ölkələri, Rusiya və Çin buna o qədər də inanmırdılar. Vaşinqton bu ölkələrlə kəşfiyyat məlumatlarıyla bölüşdükdə, Tehranın məqsədlərinin jiddi olduğu aşkarlandı. İran Prezidenti Mahmud Əhmədinecat sələfi Məhəmməd Hatəmidən fərqli olaraq, dünya ilə baş-başa gəlməkdən çəkinməyərək ölkəsinin də nüvə silahına yiyələnməyə ixtiyarı olduğunu düşünür.
«Nədən İsrailin, Hindistanın və ya Pakistanın nüvə silahı olsun, İranın olmasın?». Bu sualla Azərbayjanda keçirilən bir sıra tədbirlərdə də üzləşmək mümkündür. Məsələ burasındadır ki, adları sadalanan hər üç ölkə beynəlxalq münasibətlər sistemində yazılmış və yazılmamış qanunlara riayət edir. Yəni bu dövlətlər nüvə silahına nəzarət mexanizmini həyata keçirir, bu texnologiyanı üçünjü tərəfə ötürməmək barədə üzərlərinə öhdəlik götürüblər və ən əsası, Qərblə daim dialoq içindədirlər. Hindistanla Pakistan arasında münasibətlər hamar olmasa və sərhəddə mütəmadi toqquşmalar qeydə alınsa da, hər ikisi beynəlxalq qaydalara riayət edir, bir-birlərini nüvə zərbələriylə hədələmirlər. Bəs İran və ya Şimali Koreya nüvə silahına yiyələnərsə, beynəlxalq qaydalara riayət edəjəklərmi? Çətin. Kim zəmanət verə bilər ki, «İsrail bu bölgədən silinməlidir», - deyən İran prezidenti bir gün nüvə bombasının düyməsini basmayajaq? Və ya İranın nüvə komponentləri Tehranın müttəfiqi «Hizbullah»ın əlinə keçməyəjək? «Hizbullah»ın İsrailə qarşı son savaşda İran raketlərindən istifadə etməsi sonunju sualı daha da aktuallaşdırır.
«Hizbullah» - İsrail arasındakı ayyarımlıq qarşıdurma sanki Tehranın işinə yaradı. Dünyanın diqqəti bir anda İranın nüvə məsələsindən Yaxın Şərqin bu qaynar nöqtəsinə yönəldi, Tehran da bundan yararlanaraq, nüvə çalışmalarını sürətləndirdi. Bu arada İran prezidenti nüvə reaktorları üçün gərəkli olan ağır su istehsal edən fabrikin açılış mərasiminə qatıldı. Buna görədir ki, «Hizbullah»ın 3 israilli əsgəri oğurlamasıyla Yaxın Şərqdə savaşın başlanmasına rəvaj verən başqatıjı amilin arxasında Tehranın əli olduğuna dair şübhələr az deyil.
Başda Vaşinqton olmaqla beynəlxalq birlik hələ ki Tehranı nüvə silahı əldə etmək çalışmalarından yayındıra bilmir. Vaşinqtonun İranı hədələməsi də bir nətijə vermir. Əksinə, Tehran rəsmiləri ABŞ-ın İrana qarşı savaş açmayajağını əminliklə söyləyirlər. Yəqin, Tehranda düşünürlər ki, İraqda sonu görünməyən savaşa 200 milyard dollar xərjləyən və minlərlə əsgər və zabitini itirən ABŞ daha ağır əməliyyata girişməz. Həqiqətən, Əfqanıstan və İraqdan fərqli olaraq, İranın ram edilməsi planları daha böyük maliyyə və insan resursları diqtə edər. MAQATE (Beynəlxalq Nüvə Enercisi Agentliyi) başçısı Məhəmməd əl-Baradey Tehranın yaxınlarda nüvə silahına yiyələnəjəyinə işarə vursa da, İrana qarşı savaşın dünyanı fəlakətə sürükləyəjəyini bildirib. Onun bu fikrinə ABŞ Milli Kəşfiyyat İdarəsinin direktoru Jon Neqroponte də şərikdir. O da İrana qarşı hərbi əməliyyatın genişmiqyaslı münaqişəyə yol açajağını dilə gətirib. ABŞ vətəndaşları İranın dayandırılmasının mümkün olmadığı qənaətindədirlər. «Los Angeles Times» qəzetinin son sorğusuna əsasən, 61 faiz amerikalı İranın nüvə çalışmalarını dayandırmayajağına əmindir. Halbuki 6 ay önjəki sorğuda yalnız 42 faiz bu düşünjəni bölüşürdü.
İranla müharibə nə deməkdir? Qonşu ölkə hüjuma məruz qalarsa, nüvə silahına yiyələnmədən də «Şihab -3» raketləriylə nəinki İsraili, Avropa ölkələrini belə hədəf götürə bilər. Bu raketlərin uçuş radiusu, təxminən, iki min kilometrdir. Raketlər kimyəvi başlıqlarla təjhiz oluna bilər. İran bu raketlərin yerini daim dəyişdiyindən, «Şihab-3» qəfil hava zərbələrindən qoruna bilər. İran hüjumla üzləşəjəyi halda, Bəsrə körfəzini Hind okeanı ilə birləşdirən Hörmüz boğazını nəzarətə götürəjək. Dünyada istehsal edilən neftin 25 faizi bu boğazdan keçir. Dünya mümkün savaşın elə ilk günü dəhşətli enerci qıtlığıyla üzləşəjək. İranla savaş onun dəstəkçilərini də hərəkətə gətirəjək. İraqın şiə lideri Müqtədir əl-Sədrin İrana hüjum olajağı halda Tehrana dəstək vədi verdiyi haqqında xəbərlər var. Bu isə İraqın içəridən daha çox qarışdırılması deməkdir. İranla düşmən olan talibançılar belə Əfqanıstanda ABŞ və NATO qoşunlarına qarşı geniş jəbhə açajaqlar. İranın sınanılmış müttəfiqi «Hizbullah» da dinj dayanmayajaq. Yenidən İsrail əraziləri bombalanajaq, ardınja da İsrail tankları əks-hüjuma keçəjək. Qarşıdurmanın arasında qalan sülhməramlı qüvvələr böyük itkilərlə üzləşəjək. Bu itkilər bölgədə sülhməramlı qoşunların tərkibində iştirak edən İtaliya, Türkiyə və digər dövlətlərin də qarşıdurmaya qatılmasını şərtləndirəjək. İran nüvə texnologiyalarını hava zərbələrindən qoruyajaq məkan da tapıb - Suriya. İki ölkə arasındakı anlaşmaya görə, İran ərazisi hədəf götürülərsə, Tehran nüvə texnologiyalarını Suriya ərazisində yerləşdirəjək. Suriyanı bombalamaq ətrafındakı müzakirələr isə beynəlxalq birliyi daha çox parçalayajaq. İranla savaş beynəlxalq terrorçuları da fəallaşdırajaq. 11 Sentyabra bənzər olaylara şahidlik edə bilərik.
İran ayrıja, ABŞ-ın bölgədəki müttəfiqlərini, o jümlədən, iqtisadi layihələrini hədəf ala bilər. Azərbayjan antiiran koalisiyasına qoşulmasa belə, Tehran Bakı-Tbilisi-Jeyhan boru xəttinə zərbəni və Xəzər dənizindəki neft yataqlarımızın ətrafına hərbi gəmilərini göndərməyi gözdən keçirə bilər. Bu halda Azərbayjanla Türkiyə avtomatik javab addımları haqqında düşünmək məjburiyyətində qalajaq. İrana qarşı savaş Azərbayjana başqa çətinliklər də vəd edir. İranla alış-veriş dayandırılajaq, ölkədə ərzaq defisiti yaranajaq, Naxçıvan elektrik enercisindən məhrum olajaq, ən əsası, böyük qaçqın axınıyla üzləşəjəyik.
İrana qarşı savaşın böyük fəlakətlərə yol açajağı göz qabağındadır. Anjaq Tehranın nüvə silahına yiyələnməsi dünya üçün daha fəlakətli ssenaridir. Bu, hər dəqiqə zəlzələ gözləyən bir insanın qorxu içində yatağa girməsinə bənzəyir. Hətta İranla sıx münasibətləri olan Rusiya qonşusunun nüvə silahına yiyələnməsi halında özünü təhlükəsiz hiss etməyəjək. Doğrudur, iki dövlət bir-birinin maraqlarına zidd addım atmayajaq, anjaq Tehranın bölgədəki hər hansı dövləti hədəf götürməsi yetəjək ki, mümkün qarşıdurmanın qəlpələri Rusiyaya da çatsın. İranın nüvə silahına yiyələnməsi bölgədəki qüvvələr nisbətini kökündən dəyişəjək. «İran nüvə silahı əldə edərsə, Türkiyənin strateci üstünlüyünə jiddi zərər dəyəjək», - deyən Türkiyə Silahlı Qüvvələrinin keçmiş komandanı Hilmi Özkök Ankaranın gərəkli addımlar atmasının gərəkliliyini vurğulayıb. «Gərəkli addımlar» Türkiyənin də nüvə komponentlərini əldə etməyə başlaması anlamına gəlir. Digər dövlətlər də boş dayanmayaraq, «İrana olar, bizə niyə olmasın?» - deyib hərəkətə keçəjək.
MƏSLƏHƏT GÖR: