15 Mart 2025

Şənbə, 01:16

MƏNTİQİ SƏFƏR

Azərbaycan prezidenti İlham Əliyev Sloveniyada bir sıra məsələlərlə yanaşı, dağlıq qarabağ münaqişəsinin həllinə dair müzakirələr də apardı

Müəllif:

15.09.2006

Hər şeyə rəğmən,  ATƏT-ə sədrliyi üzərinə götürən Sloveniya bu ay Dağlıq Qarabağ münaqişəsinin həlli prosesini aktivləşdirməyə jəhd göstərdi. Təbii ki, bu məsələdə Lüblyananın, müəyyən qədər, Vaşinqtonun dəstəyinə arxalandığı da hiss olunurdu. Axı Sloveniya elə də «çəkili» dövlət deyil ki, təkbaşına danışıqlar prosesinə nəzərəçarpajaq təsir göstərə bilsin. Görünür, Azərbayjan Prezidenti İlham Əliyevin Sloveniyanın Blede şəhərində keçirilən «Jaspian Outlook-2008» strateci forumunda iştirakı da təsadüf deyildi. Dövlət başçısı Sloveniya rəsmiləri ilə yanaşı, ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Metü Brayza və Avropa Birliyinin (AB) Jənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Piter Semnebi ilə də görüşüb. Bundan başqa, rəsmi Lüblyana forumun işində iştirak edən Azərbayjan və Ermənistan xariji işlər nazirlərini də bir araya gətirməyə jəhd göstərib. Lakin bu təşəbbüs nətijə vermədi: Ermənistan xariji siyasət idarəsinin rəhbəri yalnız Minsk qrupunun amerikalı həmsədri ilə görüşüb.

 

Bir nömrəli mövzu

Sloveniyanın dövlət başçısı Yanez Drnovşeklə  görüşün yekununda prezident İlham Əliyev açıq şəkildə bəyan edib ki, Dağlıq Qarabağ münaqişəsinin hələ də nizamlanmaması region üçün böyük təhlükə yaradır. «Mən hesab edirəm ki, bu münaqişə nə qədər tez həll olunarsa, bir o qədər tez bir vaxtda  regiona sülh, əmin-amanlıq gələjək, risklər azalajaq», - deyə İ.Əliyev vurğulayıb. Bununla yanaşı, dövlət başçısı Azərbayjanın münaqişə ilə bağlı mövqeyini dəqiqliklə ifadə edərək bildirib ki, rəsmi Bakının mövqeyi beynəlxalq hüquq normalarına əsaslanır. O, bir daha Azərbayjanın ərazi bütövlüyünün pozulduğunu, Ermənistanın azərbayjanlılara qarşı etnik təmizləmə siyasəti apardığını, nətijədə, bir milyondan artıq azərbayjanlının öz torpaqlarından qovulduğunu nəzərə çatdırıb: «Azərbayjan münaqişənin beynəlxalq hüquq normaları əsasında həllini tələb edir. BMT-nin Ermənistan silahlı qüvvələrinin qeyd-şərtsiz olaraq Azərbayjan ərazilərini tərk etməsi tələb olunan 4 qətnaməsində də bu mövqe ortaya qoyulub», - deyə dövlət başçısı qeyd edib. İ.Əliyev Azərbayjanın öz torpaqlarından imtina etməyəjəyini bir daha bəyan edərək, münaqişənin beynəlxalq hüquq normaları çərçivəsində həllinə nail olunması üçün dünya ijtimaiyyətini Ermənistana təzyiq göstərməyə çağırıb. Azərbayjan prezidenti bildirib ki, hazırda problemin tənzimlənməsi üzrə danışıqlar prosesi «Praqa formatı»nda davam etdirilir və burada münaqişənin mərhələli həlli nəzərdə tutulur. «Praqa prosesi»ni ən məqbul variant hesab edən İ.Əliyev Ermənistanın, nəhayət, konstruktiv mövqe nümayiş etdirərək, münaqişənin həllinə çalışajağına ümid etdiyini vurğulayıb.

İ.Əliyevlə Avropa Birliyinin Jənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Piter Semnebi arasındakı görüşün əsas mövzusu isə Avropanın qonşuluq siyasəti, həmçinin, Dağlıq Qarabağ münaqişəsi olub («Trend»). Müzakirələr konfidensial xarakter daşıdığından,  P.Semnebi görüşün təfərrüatlarını açıqlamaqdan imtina edib. AB-nin xüsusi nümayəndəsinin sözlərinə görə, o, İ.Əliyevlə görüşdə müxtəlif məsələlərlə bağlı rəsmi Bakının mövqeyini öyrənməyə çalışıb. P.Semnebi bildirib ki, Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsi də tərəflərin diqqət mərkəzində olub. 

Təbii ki, bu mövzu Azərbayjan prezidentinin ATƏT-in Minsk qrupunun amerikalı həmsədri ilə görüşündə də əsas müzakirə obyekti olub.

 

Qafqazın dominantı

Müxtəlif ölkələri təmsil edən 180-dən artıq nümayəndənin qatıldığı forumda dövlət başçısı İlham Əliyevin iştirakı, Qərbin Jənubi Qafqaz regionunda  Azərbayjana ayırdığı rolun göstərijisi idi. Forumda əsas diqqət enerci resurslarının Xəzər dənizindən Qərbi Avropaya nəqlinə yönəldilmişdi. Bu məsələdə şəxsi maraqları olan Bakı isə regionda dominant ölkə rolunu üzərinə götürməyə hazırdır. «Azərbayjan neft və qaz hasil edən ölkə kimi, Avropanın enerci təhlükəsizliyinin möhkəmlənməsində öz rolunu oynamağa hazırdır», - deyən İ.Əliyev Azərbayjanın neft-qaz emal və ixraj edən nəhəng istehsalçıya çevrildiyini söyləyib. O xatırladıb ki, artıq Azərbayjan neftini Aralıq dənizinə çıxaran böyük layihələr mövjuddur. Bu ilin sonunda istifadəyə veriləjək nəhəng qaz kəməri isə ölkəyə Avropaya qaz nəql etmək imkanı qazandırajaq. Prezident qeyd edib ki, bu, Azərbayjan ilə Avropanın energetika sahəsində əməkdaşlığının möhkəmlənməsinə gətirib çıxarajaq. «Biz buna hazırıq. Hiss edirik ki, Avropa da bunu istəyir. Belə olan təqdirdə, Azərbayjan Avropa istehlakçıları üçün yeni, çox vajib enerci mənbəyinə çevrilir», - deyə dövlət başçısı bildirib. - «Bizim Avropa ilə əlaqələrimiz sürətlə inkişaf edir, Azərbayjan artıq Avropa Birliyinin qonşuluq siyasətinə qoşulub», - deyən İ.Əliyevin sözlərinə görə, bütün bunlarla yanaşı, enerci məsələləri ilə bağlı AB ilə yeni müzakirələr gözlənilir.

 

Azərbayjan - Sloveniya

Sloveniya ilə ikitərəfli münasibətlərə toxunan Azərbayjan prezidenti qeyd etdi ki, AB üzvü olan Lüblyana Bakı üçün böyük maraq kəsb edir . Onun sözlərinə görə, Azərbayjan bu ölkə ilə ikitərəfli əlaqələrin inkişafına böyük önəm verir: «Aparılan danışıqlar göstərdi ki, iki ölkə arasında əməkdaşlığın uğurla davam etdirilməsi üçün yaxşı imkanlar var».

Sloveniyanın dövlət başçısı Yanez Drnovşek isə öz növbəsində bəyan etdi ki, o, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə tərəfdardır və bu mövqeyinə sadiqdir. O bu problemin uzun müddət həll olunmamış qalmasından təəssüfləndiyini bildirərək, Azərbayjanın AB ilə birlikdə bu münaqişənin həlli yolunu tapajağına inandığını söylədi.

İkitərəfli münasibətlərə gəlinjə, Sloveniya prezidenti bildirdi ki, hər iki dövlət eyni vaxtda müstəqillik əldə edib və hazırda inkişaf edərək, Avropanın formalaşmasında iştirak edir. AB üçün Azərbayjanla əlaqələrin xüsusi əhəmiyyət kəsb etdiyini qeyd edən Drnovşek əlavə etdi ki, onun ölkəsi Azərbayjanın gələjəkdə bu quruma üzvlüyünü məmnuniyyətlə qəbul edəjək.

Azərbayjan prezidenti isə iki ölkə arasındakı iqtisadi əlaqələrə toxunaraq bildirib ki, bugünədək əldə olunan nətijələr tərəfləri razı salmır. Bununla yanaşı, prezident onu da vurğulayıb ki, rəsmi şəxslərin və işgüzar dairələrin qarşılıqlı səfərləri bu situasiyanı dəyişir.

Xariji işlər naziri Elmar Məmmədyarov isə İTAR-TASS agentliyinə müsahibəsində bildirib ki, Azərbayjanla Sloveniya arasında bir çox təmas nöqtəsi var və prezident İlham Əliyevin Sloveniyaya səfərinin ilk günündəjə bu bir daha təsdiqlənib. Nazirin sözlərinə görə, Azərbayjan Sloveniya üçün yalnız enerci daşıyıjılarının nəqlində deyil, həmçinin, sənaye kooperasiyası və tijarətin inkişafında da perspektivli tərəfdaşdır. Azərbayjanın XİN başçısı 2008-ji ildə Sloveniyanın AB-yə sədrlik edəjəyini xatırladaraq vurğulayıb ki, bu səbəbdən Lüblyana, forumun keçirilməsi təşəbbüsü ilə çıxış edib: «Azərbayjan hesab edir ki, bu, Xəzər regionu ölkələrinin iştirakçısı olduğu qloballaşma prosesinin təkmilləşdirilməsi istiqamətində ideya mübadiləsi baxımından vajib tədbirdir. Sloveniya bəyan etdi ki, AB-yə rəhbərlik etdiyi dövrdə onun prioritetlərindən biri Avropanın enerci təhlükəsizliyi məsələsinin həlli olajaq».

İlin sonunadək Azərbayjanla Sloveniya arasında iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiya yaradıla bilər. Bu barədə isə Sloveniyanın Azərbayjandakı fəxri konsulu Borut Mequşar məlumat verib («Trend»). Onun sözlərinə görə, komissiyanın yaradılması ideyası çoxdan gündəmdə idi və hər iki hökumət müvafiq təklifləri müzakirə edir. Belə komissiyanın yaradılması iki ölkə arasında iqtisadi-tijarət əlaqələrinin inkişafına imkan yaradar, əsas hissəsini dərman preparatlarının təşkil etdiyi tijarət dövriyyəsini artırardı (ötən il bu göstəriji jəmi 5 milyon dollar olub). Diplomatın qeyd etdiyi kimi, Azərbayjanda artıq məişət texnikası, əjzaçılıq və s. sahələrdə bir neçə Sloveniya şirkəti fəaliyyət göstərir. «Biz belə şirkətlərin sayının artmasını istərdik», - deyə o qeyd edib.


MƏSLƏHƏT GÖR:

298