
MİLLƏTLƏR MƏBƏDİ
Bakıda X Beynəlxalq "Şərq-Qərb" Kinofestivalı keçirildi
Müəllif: Valentina REZNİKOVA Bakı
«Şərq-Qərb» festivalı iyunun 1-də başlamışdı. Yeddi gün Azərbaycan paytaxtında kino bayramı keçirildi. Artıq bu gün tam əminliklə demək olar ki, yalnız təşkilatçıların böyük dözümü və inamı bu cür ənənəyə nail olmağa imkan verir. «Şərq-Qərb» kinofestivalı müxtəlif ölkələrin bayraqlarının Azərbaycan səması altında birləşdirmək ənənəsinə çevrilib. Bu həm də müxtəlif mədəniyyətlərin, dillərin və inancların təmsilçiləri üçün yeni mədəniyyət və dostluq əlaqələri yaratmaq deməkdir.
Mədəniyyət daşıyıjıları
Tədbiri Bakı Beynəlxalq Kinofestivalının prezidenti Rüstəm İbrahimbəyov açdı və qeyd etdi ki, sərhədlərin kino sənəti üzərində hökmü yoxdur və sivilizasiyaların dialoqu insanlığın mövjudluğu üçün vajib şərtdir. Azərbayjanın mədəniyyət və injəsənət naziri Əbülfəs Qarayev qonaqları və iştirakçıları festivalın açılışı ilə bağlı təbrik edərək, Azərbayjan prezidenti İlham Əliyevin bu mədəniyyət forumuna ünvanladığı təbrik teleqramını oxudu. Bakılıların sevimlisi, Rusiyanın "Nika" kinofestivalının prezidenti Yuli Qusman Bakıda xoş yaradıjılıq görüşü ənənələrinin önəmini qeyd edərək bildirib ki, Rüstəm İbrahimbəyov çoxlarının edə bilmədiyini Bakıda gerçəkləşdirib. O yalnız müxtəlif ölkələrdən peşəkarları toplamaqla kifayətlənməyib, həm də xalqların nəhəng mədəniyyət təjrübəsini insan qəlbinin kiçik guşəsinə yerləşdirə bilib.
Festivalın yaradıjısı, onun ruhlandırıjısı və humanisti Rüstəm İbrahimbəyova təqdim edilmiş gümüş "Nika" sadəjə yubiley tarixi ilə bağlı verilmiş təbrik hədiyyəsi deyil, həm də onun ən önəmli uğurlarının etiraf üsuludur, bu illər ərzində festivalla bağlı bizim ölkədə ilk dəfə olan bir çox insanlar həmişəlik ona aşiq olublar.
Bu xeyirxah jarçılar müxtəlif ölkələrə və şəhərlərə gedərək bizim torpaq və burada yaşayan insanlar haqqında gerçəkləri danışırlar. Axı dəvət edilən qonaqların içində əvvəllər Azərbayjanda heç olmamışları da var və onlardan bəziləri buraya ehtiyat edə-edə gəliblər! Axı bu ideyanı qarabaqara izləyən qorxunj uydurmalar iki mədəniyyətin - Şərq və Qərb irslərinin qorunmasını nəzərdə tutan nəjib arzuların gerçəkləşməsinə hələ də mane olur. Festival həm də yüzilliklər boyunja formalaşmış şəhərin özünəməxsus mədəniyyətinin qorunması deməkdir.
Dünya səviyyəli recissor, filmləri ən nüfuzlu festivallarda mükafat almış Kriştof Zanussi bildirib ki, o, təbiətjə səyyah olsa da, bundan önjə Azərbayjanda heç zaman olmayıb. Anjaq indi gördükləri onun çox xoşuna gəlib və bugünü gördüyünə görə çox xoşbəxtdir. Daha sonra bu gözəl axşamın keçirildiyi Musiqili Komediya Teatrının səhnəsi "Çıraq" uşaq teatrına verildi. Uşaqlar festival salnaməsini vərəqləyərək, tamaşaçıları sevindirdilər. Bu il festivalda Rusiyanı Stanislav Qovoruxinin "Artist qadın", Aleksey Balabanovun "Yük 200", Andrey Zvyaqinsevin "Qovulma", Pavel Çuxrayın "Rus oyunu", İqor Kalenovun "Aleksandr. Neva döyüşü" filmləri, İranı Puran Deraşxandın "Əbədi uşaqlar", Qırğızıstanı Ernest Abdıjaparovun "İşıqlı sərinlik", Litvanı Yuris Poşkusun "Monotonluq", Polşanı Anjey Yakimovskinin "Tryuk", Fransanı Olivye Dananın "Çəhrayı rəngli həyat" və Estoniyanı Veyko Ounpuunun "Lasnamyae balı" filmləri təmsil edirdi. Azərbayjandan isə festivala Vaqif Əsədullayevin "Hökmdarın taleyi" filmi qatılmışdı.
Bəllidir ki, Bakı Beynəlxalq Festivalı müsabiqə deyil. Anjaq dörd nominasiya - "Ən injə qadın obrazına görə", "Ən jəsarətli kişi obrazına görə", "İnsanlığa ən humanist çağırışa görə" və "Dünya kinematoqrofuna göstərilən xitdmətlərə görə" prizlər təqdim edilir. Bu il prizlərin siyahısına daha biri - xüsusi priz əlavə olunub. Və onu festivalın işinə ilk dəfə qatılmış gənjlər münsif heyəti təqdim edib. Bu münsiflər heyətinin builki üzvləri sırasında Anton Sidorenko (Belarus) və Aliyə Moldaliyeva (Qırğızıstan) da olub.
Bakı və bakılılar festival qonaqlarını heyran qoymuşdu. Və bunun səbəbi aydındır. Həm də Bakıya hər zaman bu qədər peşəkar kino tənqidçiləri, prodüsserlər, kinodramaturqlar, aktyorlar və recissorlar gəlmirlər. Onlarla nələr barəsindəsə danışmaq və fikir mübadiləsi eləmək ehtiyajı həmişə var. Buna görə də festival təkjə bayram deyil, həm də çağdaş kinonun inkişaf yollarının axtarılması üzrə gərgin işdir.
Buna görə də "dəyirmi masa"nın mövzusu aşağıdakı kimi idi: "Milli kinematoqrafiya və prokat: problemlər və perspektivlər". Söhbətlər konstruktiv və maraqlı idi. Bu özü də bu jür forumun keçirilməsinin vajibliyinin daha bir sübutu idi. Məhz belə forumlarda strateci yönümlər müəyyən edilir və işlənir, təjrübə mübadiləsi aparılır, yaradıjılıq-dostluq əlaqələri qurulur.
Avropa məkanında prokat xətti tapmış qırğız kinematoqraflarının təjrübəsi də maraqlı görünürdü. Bu, kiçik kinoteatrlardan ibarət "Art-hauz" prokat şəbəkəsidir. Şəbəkə qeyri-kommersiya filimlərinin baxışı üçün nəzərdə tutulub, orada biletlər ujuz, zalların ölçüsü kiçikdir. Bununla belə, filmləri prokata çıxarmaq mümkün olur, zallar dolur və qoyulan xərjlər özünü doğruldur.
Moskvada nəşr edilən "Ves prokat +" curnalının təsisçisi Yevgeni Zıkovun çıxışı maraqlı olub. Onun curnalında dünya kino sənayesində baş verənlər barədə önəmli və yararlı bilgilər yer alır. Bu, kino məhsullarının, müxtəlif formalı reklamların prokatı üzrə başqalarının yararlı təjrübəsinin öyrənilməsi və təhlilidir. Zıkov öz çıxışında Rusiyanın timsalında prokatın və rəqabət qabiliyyətli filmlər yaradılmasının problemləri barədə danışıb.
Özəl kolorit
Kriştof Zanussi qeyd edib ki, çağdaş kinematoqrafların problemi onldadır ki, onlar "Kino insanlığın nəyinə lazımdır?" sualına javab tapa bilmirlər. Əgər 70-ji illərdə kino elitar burcua üçün nəzərdə tutulurdusa, indi o, kütləviləşib, bu və ya başqa film haqqında rəy formalaşdıran əyalət uşaqlarına üz tutub. Bir sözlə, peşəkarların söhbəti uzun çəkib. Söhbətlər həm iribüdjəli filmlərin və onların prokatının real örnəklərinə də toxunub, həm də bu il Bakı festivalına gətirilmiş filmlərin stilist özəlliklərindən də bəhs edib.
Bakı kinofestivalının gedişində Kşiştof Zanussinin "Persona non qrata", "Kamuflyac", "Tam güjüylə dördnala" filmlərinin retrospektivinə baxmaq imkanı yaradılıb. Və həm də bu il ilk dəfə olaraq festivalın gedişində Kriştof Zanussinin, Pavel Finnin, Aleksey Borodinin, Tofiq Şahverdiyevin və Ernest Abduljəfərovun master-klasları keçirilib. Belə çıxır ki, tələbə gənjliyi və başqaları ilə bu formada ünsiyyət artıq ustadların da ürəyinə yatır.
Zanussinin master-klasları üç gün dalbadal Kinematoqrafçılar İttifaqının zalında keçirilirdi, gündə iki saat - iki saat yarım sürən dərslərə adam əlindən girmək mümkün deyildi. Onun filmlərinin retrospektiv baxışı da elə idi. Festivalın işinə Rüstəm İbrahimbəyov tərəfindən tətbiq edilmiş bu yeni yaradıjılıq və peşəkarlıq formaları ona xüsusi kolorit verirdi, ona fikir dərinliyi əlavə edirdi.
Rüstəm İbrahimbəyovun kinoməktəbinin tələbələri xüsusi sevinirdilər. Onlar kino ustadları ilə yalnız tanış olmaq imkanı deyil, həm də onlarla birbaşa ünsiyyət qurmaq, fikir mübadiləsi aparmaq, peşəkarlıq sirlərindən və ümumbəşəri dəyərlərdən, kinonun keçmişindən və gələjəyindən danışmaq şansı da qazınmışdılar.
Bir sözlə, festival yaradıjılıq və peşə əlaqələri, mədəniyyət bağları qurmaq və bir-birini tanımaq baxımından əsl bayram oldu. Pan Zanussidən Polşaya gəlmək və müəyyən zaman ərzində onun evində yaşamaq və hər gün birbaşa ondan master-klass dərsləri almaq üçün dəvətnamə qazananların isə sevinjinin həddi-hüdudu yox idi.
O çoxdan bu işlə məşğuldur və müxtəlif ölkələrdən, o jümlədən MDB məkanından da kinonun nejə yaradılması barədə dərs almaq istəyənlərdən ibarət kiçik qrupları həvəslə qəbul edir. Çünki kino sənətinin standart Hollivud üsulları "nejə etmək" anlayışını təlqin edir, anjaq onun master-klasları "nejə yaratmaq" problemi ilə bağlıdır.
Bakıya səfərinin son günündə isə pan Zanussi arzu edən hər bir tələbəyə iyirmi dəqiqəlik fərdi master-klass keçdi. Bundan sonra dünya kinosunun ustadının dilindən bizim gənj insanlar haqqında "başlarında çox maraqlı fikirlər var və çox böyük öyrənmək həvəsləri var" kimi tərif sözlərini eşitmək xoş oldu.
Beləliklə, festival başa çatdı… Bu həmişə bir az kədərli, bir az qüssəli olur. Çünki artıq dostlaşdığın insanlarla ayrılmaq məjburiyyətində qalırsan. Yəni hər şeyin yekunlaşdığı, bütün priz və diplomların təqdim edildiyi son axşam heç kim ayrılmaq istəmirdi. Latışlar, estonlar, qırğızlar, ruslar, gürjülər, belaruslar, çexlər, azərbayjanlılar, polyaklar… Xatirə şəkilləri, telefon, imeyl mübadilələri… Söhbətlər, söhbətlər… Hər şey - kino, yeni layihələr, yeni görüş imkanları haqqında…
Həm də festivalın xoşbəxt mükafatçılarını təbrik edirdilər. Bu il mükafatçılar aşağıdakılar oldu: Kriştof Zanussi (Polşa) "Avrasiya injəsənətinə xidmətlərinə görə" nominasiyası üzrə, İqor Kalenov ("Aleksandr. Neva döyüşü", Rusiya) "Ən parlaq debyüt" nominasiyasına görə, Fəxrəddin Manafov ("Hökmdarın taleyi", Azərbayjan) "Ən jəsarətli kişi obrazına görə", Asema Toktobekova ("İşıqlı sərinlik", Qırğızıstan) "Ən injə qadın obrazına görə", "Əbədi uşaqlar"(İran) filmi - "İnsanlığa ən humanist çağırışa görə".
Beynəlxalq Gənj Münsiflər Heyətinin xüsusi prizi isə "Trük" (Polşa) filminə görə Anjey Yakimovskiyə verilib.
MƏSLƏHƏT GÖR: