15 Mart 2025

Şənbə, 00:30

SABİTLİKDƏN İNKİŞAFA

Azərbaycanın neft strategiyasının yeni mərhələsi açıqlanıb

Müəllif:

15.06.2008

“Azərbaycanda aşkar edilmiş neft-qaz yataqları bundan sonra da uzun illər, ən azı, 100 il ölkəmizi təmin edəcək, bizim ixrac imkanlarımızı təmin edəcək, etibarlı tərəfdaş kimi Azərbaycan gələcəkdə də öz müsbət rolunu oynayacaq”. On beşinci «Xəzər neft-qaz» sərgi-konfransının açılışında prezident İlham Əliyev tərəfindən deyilmiş bu sözlər Azərbaycanın enerji resurslarının yaxın on-on beş ilə tükənəcəyi və ölkənin yoxsul duruma düşəcəyi barədə son zamanlar proqnozlara son qoydu. 

Ölkədə neft-qaz hasilatı getdikcə daha intensiv templər alır, bizim enerjidaşıyıcılarının alıcısına çevrilmək istəyənlər çoxalır. Yataqların işlənməsində ARDNŞ-in tərəfdaşına çevrilmək istəyən şirkətlərin sayı artır. Ancaq bu heç də Azərbaycanın neft-qaz tarixinin bir neçə on ildən sonra bitəcəyi demək deyil. Onun uğurla davam etməsi üçün bu gün həm yerli neftçilər, həm də bizimlə tərəfdaş olmağı özləri üçün əlverişli sayan xarici tərəfdaşlar da çalışır. 

 

Vəzifələr yerinə yetirilib

Və bu, yetərinjə məntiqlidir. İlham Əliyevin bildirdiyi kimi, ötən illər ərzində Azərbayjan sübut edib ki, etibarlı tərəfdaşdır: "1994-jü ildən bu günə qədər Azərbayjanda işləyən şirkətlərlə Dövlət Neft Şirkəti, yaxud da hökumət qurumları arasında heç bir jiddi mübahisə, heç bir jiddi münaqişə olmayıb. Biz bu gözəl əməkdaşlıq mühitindən səmərəli istifadə edirik".

Bəllidir ki, 1994-jü ildən Azərbayjanın neft tarixinin keyfiyyətjə yeni mərhələsi başlayıb. Həmin il Azərbayjanın uzunmüddətli inkişafının əsasını qoymuş "Əsrin müqaviləsi"nin imzalanması ilə yanaşı, ilk "Xəzər neft və qaz" sərgi və konfransı da keçirilib. Builki sərgi isə həm də rəmzi əhəmiyyət daşıyırdı - sərginin 15 illiyi Azərbayjanın neft strategiyasının banisi Heydər Əliyevin 85 illiyi ilə üst-üstə düşürdü. Məhz həmin neft strategiyasının uğurlu gerçəkləşdirilməsi hesabına bugünkü Azərbayjan sözün hər mənasında imkanlı və inkişaf edən ölkəyə çevrilib. Hazırda ölkənin valyuta ehtiyatları 10 milyard dolları ötür. Dünya bazarlarında bir barrelinin qiyməti hardasa 140 dollar olan neftin qarşıdan gələn illərdə bahalaşması isə ölkənin daha çox gəlir əldə etməsinə imkan verəjək. 

Beləliklə, 1994-jü ildə Heydər Əliyev tərəfindən elan edilmiş neft strategiyasında nəzərdə tutulmuş vəzifələr, demək olar ki, yerinə yetirilib və indi Azərbayjan yeni mərhələ ərəfəsinəddir və bu mərhələnin məqsədləri artıq İlham Əliyev tərəfindən bəyan edilib və ölkə başçısı əsas məqsədin inkişaf etmiş ölkəyə çevrilmək olduğunu bildirib. Başqa sözlə, neft gəlirləri yalnız ölkənin maliyyə resurslarına olan ehtiyajlarını təmin etməklə qalmamalı, həm də planlı və sistematik şəkildə dövlətin güjünü, onun regiondakı təsirini artırmalıdır. 

 

"Azəri-Çıraq-Günəşli"nin ehtiyatları 3,4 milyard barrel artdı

Azərbayjan prezidentinin sözlərinə görə, bu il ölkənin neft hasilatı 50 milyon tona çatajaq, gələn il isə 60 milyon tonu ötəjək. Artıq bəllidir ki, 2012-2015-ji illər arasında ölkədə ildə 66-67 milyon ton neft çıxarılajaq. "Bu, Azərbayjan üçün çox böyük uğurdur",-  deyə Azərbayjan Dövlət Neft Şirkətinin birinji vitse-prezidenti Xoşbəxt Yusifzadə vurğulayıb. 

Qeyd edək ki, artıq 1999-jı ildən bu yana Azərbayjan öz mənfəət neftini bazara çıxarır. Artıq mənfəət neftinin həjmi 26 milyon tona çatıb. Əlbəttə ki, neft hasilatının artımı əsasən "Azəri-Çıraq-Günəşli" blokunun işlənməsi hesabına gerçəkləşib. Həmin blokdan indiyə kimi 123 milyon ton neft və 26 milyard kubmetr qaz çıxarılıb. Hazırda blokda 46 quyudan neft çıxarılır və onların sutkalıq recimi 800 min barrel, yəni 110 min ton neftə və 27-28 milyon kubmetr qaza bərabərdir. Bununla yanaşı, Azərbayjan Beynəlxalq Əməliyyat Şirkətinin operatoru olan BP bəyan edir ki, 2008-ji ilin sonuna kimi "Azəri-Çıraq-Günəşli"də neft hasilatının sutkalıq həjmini 1 milyon barrelə çatdırmağı planlaşdırır.

Qeyd etmək lazımdır ki, bu yaxınlara qədər "Azəri-Çıraq-Günəşli"dən neft hasilatının toplam həjminin 5,6 milyard barrel olması proqnozlaşdırılırdı. Anjaq "Avropanın enerci təjhizatında Xəzərin neft-qaz resurslarının rolu" konfransında "BP-Azərbayjan"ın prezidenti Bill Şreyder gözlənilmədən bəyan edib ki, BP bu göstərijinin 9 mildyard barrelə qədər artajağını gözləyir. 

""Azəri-Çıraq-Günəşli" blokunda neft çıxarılmasının yeni üsullarının tətbiqi, "Azəri" və "Çıraq" yataqlarındakı "Balaxanı" məhsuldar layının işlənmə layihəsinin gerçəkləşdirilməsi AÇG-də hasilatını sutkada 1 milyon barrellik pik nöqtəsini 2013-jü ildən 2019-ju ilə kimi uzatmağa imkan verəjək. Bu həm də blokdan hasil ediləjək potensial neft həjmlərinin 9 milyard barrelə qədər artırılmasına gətirəjək",- deyə Bill Şreyder vurğulayıb. Önjə söylənildiyi kimi, "Balaxanı" məhsuldar layının işlənməsini nəzərdə tutan "Çıraq-Balaxanı" layihəsinin sanksiyalaşdırılması 2009-ju ilin sonuna planlaşdırılır. 

Şreyderin sözlərinə görə, 2013-jü ildə "Balaxanı" məhsuldar layının işlənməsi üçün "Çıraq" platformasının tikintisi sutkada 100 min barrel neft hasilatına imkan verəjək. Bu platforma da AÇG çərçivəsində inşa edilmiş digər qurğular kimi Bakıda tikiləjək.  

Balaxanı layının işlənməsi üçün 2015-ji ildə analoci "Azəri" platformasının tikilməsi də daha 100 min ton neft əldə etməyə imkan yaradajaq. 

"Jənubi Qafqaz dünya səviyyəli karbohidrogen hövzəsi olmaqda qalır. Anjaq strukturu yetərinjə mürəkkəbdir və buna görə də burada hər zaman hasilat səviyyəsini artırmaq üçün getdikjə daha təkmil texnologiyalar tətbiq etmək lazımdır. Bu strategiyanın effektiv gerçəkləşdirilməsi Azərbayjana karbohidrogenlərin işlənməsi və hasilatı, öz sənayesini yaratmaq sahəsində lider vəziyyətini qorumağa imkan verəjək. Bu da sonrakı onilliklər boyunja ölkənin strateci hədəflərini inamla qət etməyə şərait yaradajaq",- deyə Bil Şreyder vurğulayıb. 

 

"Dənizin Şahı" 

Bununla yanaşı, artıq bəllidir ki, bu gün Azərbayjanda qaz hasilatı ilə bağlı xüsusilə böyük ümidlər var. ARDNŞ-in proqnozlarına görə, 2015-ji ilə qədər Azərbayjanın illik qaz hasilatı 47,6 milyard kubmetrə çatajaq. Bu isə 2007-ji il göstərijisindən 2,8 dəfə çoxdur. "Bu qaz həjmindən ixrajat və yeraltı laylara qaz vurulması da nəzərə alınmaqla Azərbayjan ildə təmiz halda 23 milyard kubmetr qaz əldə edəjək. Qaz hasilatı həjmlərinin artımı, əsasən, "Şahdəniz" yatağında hasilatın artırılması və "Azəri-Çıraq-Günəşli" yatağından səmt qazının əldə edilməsi hesabına planlaşdırılır",- deyə Xoşbəxt Yusifzadə vurğulayıb. 

Qeyd etmək lazımdır ki, hazırda "Şahdəniz"də dörd quyudan gündə 20 milyon kubmetr qaz və 5 min ton kondensant əldə edilir. Hər bir quyunun sutkalıq debiti 5 milyon kubmetrə bərabərdir ki, bu, Azərbayjan tarixində ilk dəfə əldə edilib. İndiyə kimi yataqdan 6 milyard kubmetr qaz hasil edilib. Bunun 2,8 milyard kubmetri Türkiyəyə,  90 milyon kubmetri isə Gürjüstana satılıb. 

"Bizim qiymətləndirməmizə görə, bu layihənin işlənməsinin "Birinji mərhələsi" çərçivəsində yatağın ehtiyatlarının yalnız beşdə biri çıxarılajaq",-deyə Bil Şreyder bildirib. 

"Mərhələ 2" layihəsinə gəldikdə isə, onun gedişində 20 milyard kubmetr qaz çıxarmaq planlaşdırılır. Anjaq Azərbayjanın yerli ekspertləri və hökuməti əmindir ki, bu göstərijini daha 10 milyard kubmetr artırmaq olar. "Mən düşünürəm ki, "Şahdəniz" layihəsinin ikinji mərhələsi çərçivəsində bizim əldə etmək istədiyimiz 20 milyard kubmetr göstəriji bu yataq üçün kiçik rəqəmdir. Əgər nəzərə alsaq ki, yatağın ehtiyatları 1,2 trilyon kubmetri ötür, onda zirvə hasilatının maksimal həjminin aşağı götürüldüyünü görərik. Bu yataqdan daha çox qaz çıxarmaq olar. Eyni ehtiyatlara və hasilat həjminə malik Rusiya yataqlarının təjrübəsini nəzərə aldıqda zirvə həjmini 30 milyard kubmetrə qədər artırmaq olar",- deyə sənaye və energetika naziri Natiq Əliyev vurğulayıb. 

Onun sözlərinə görə, qaz hasilatının belə zirvə həjmi realdır, çünki yatağın qaz quyuları sutkada "3-5 milyon qaz"  verir. Nazir qeyd edib ki, hasilat həjminin ildə 30 milyard kubmetrə qaldırılması üçün bu yatağın işlənmə proqamına yenidən baxılmalıdır. 

Bundan başqa, nazir bildirib ki, BP neft şirkəti "Şahdəniz" yatağının işlənməsinin "Mərhələ-2" layihəsinin  gerçəkləşdirilməsində çox gejikir. ""Mərhələ-2" çərçivəsində qaz hasilatının başlanğıjı 2013-jü ilə kimi planlaşdırılır. Mən düşünürəm ki, qazın satış bazarı barədə narahat olmağa dəyməz, əlimizin altındadır və çox böyükdür. Avropada qaz ehtiyajı barədə durumu və yaxın 10 il üzrə meylləri nəzərə alaraq, BP ikinji mərhələnin işlənməsi prosesini sürətləndirsə, yaxşı olardı",- deyə Natiq Əliyev vurğulayıb.

 

Qaza inam

Gerçək bir "dəniz şahı" və dünya üzrə unikal dəniz qaz yataqlarından olan "Şahdəniz", şəksiz ki, Azərbayjanın əsas qaz ehtiyatlarına sahibdir. Anjaq bu heç də ölkənin sübut edilmiş, anjaq təsdiqini gözləyən qaz ehtiyatlarının hamısı deyil. Hazırda ARDNŞ-in gündəliyinə beş perspektiv struktur - "Ümid", "Babək", "Naxçıvan", "Abşeron" və "Zəfər-Məşəl" daxil edilib. Bu yataqlar kəşfiyyat işlərinin başlanması ərəfəsindədir. Bu yataqlar daha dərin yerləşdiyindən orada qazın olması ehtimalı neftdən yüksəkdir. 

"2008-ji ildən 2015-ji ilə kimi bu strukturlarda 19 kəşfiyyat quyusunun qazılması, başqa sözlə, ümumi həjmi 150 min metr olan qazma işlərinin aparılması planlaşdırılır. Bütövlükdə, bu işlərin görülməsinə 2,7 milyard dollara yaxın pul tələb edilir, anjaq neftin qiyməti qalxarsa, bu rəqəm də artajaq. Anjaq bu beş strukturda 1,4 trilyon kubometr qazın və  200 milyon ton kondensatın olması güman edilir, yəni qoyulan məsrəfləri asanlıqla əldə etmək olajaq",- Xoşbəxt Yusifzadə vurğulayır. 

Beləliklə, əgər elan edilmiş bütün mümkün resurslar təsdiq edilərsə, şübhəsiz ki, Azərbayjanda çıxarılan qazı dünya bazarlarına rahatlıqla çıxarmaq üçün mövjud ixraj qaz kəmərlərinin güjü yetərli olmayajaq. Buna görə də, ölkənin neft qaz sənayesinin ən təjrübəli və peşəkar geoloqlarından olan Xoşbəxt Yusifzadə düşünür ki, daha bir kəmərin çəkilməsi məntiqə uyğun olardı: "Əgər biz beş perspektiv strukturu - "Ümid", "Babək", "Naxçıvan", "Abşeron" və "Zəfər-Məşəl" yataqlarını işlətməyə açarıqsa, bu, indi əlimizdə olan 1,6 trln. kubmetr təsdiq edilmiş ehtiyatın üzərinə 1,4 trln kubmetr də əlavə edilməsi deməkdir. Təbii ki, onda bir boru kəməri yetməyəjək və daha birini çəkməyə ehtiyaj duyulajaq. Qazaxıstan və Türkmənistan da öz qazlarını Azərbayjan ərazisindən keçməklə nəql etmək istəsələr, məsələ daha da kəskinləşəjək". 

Bundan başqa, Xoşbəxt Yusifzadənin fikrinjə, indi ölkənin ən azı daha bir iri qaz anbarına ehtiyajı var. "Ölkədə qaz hasilatının artması nəzərə alınaraq, ən azı daha 5-6 milyard kubmetr qazın saxlanması üçün şərait yaradılmalıdır, bu, 10 milyard kubmetrə qaldırılsa, daha yaxşı olardı",- deyə o vurğulayıb.  Hazırda Azərbayjanın iki yeraltı qaz anbarının ("Qaradağ" və "Qalmaz"ın) ümumi güjü 1,3 milyard kubmetr qaza bərabərdir. ARDNŞ ekspertləri düşünürlər ki, "Bahar" qaz yatağının bazasında yeni yeraltı qaz anbarı yaratmaq olar. 

Bütün bu deyilənlər aşağıdakı mənzərəni aydın əks etdirir: Azərbayjan həm mövjud sazişlər çərçivəsində, həm də davam edən kəşfiyyat işləri hesabına daha çox neft v qaz çıxarmaq imkanındadır. Kəşfiyyat və istismar işlərinin gələjək inkişafı Azərbayjana aktivlər bazasının çoxçeşidliliyini təmin etməyə, bir hasilat obyektindən asılı qalmamağa imkan verəjək. Həmçinin ölkənin neft-qaz resurslarının istismar müddəti uzanajaq, ən azı 100 il... 


MƏSLƏHƏT GÖR:

393