
MOSKVA VƏ BRÜSSEL QAZA BASIR
Türkmənistan prezidenti Qurbanqulu Berdımuhammedov isə Rusiya və Avropa İttifaqına göstərdi ki, hər iki istiqamətdə əməkdaşlıq etmək niyyətindədir
Müəllif: Bəhram İSMAYILOV Bakı
Avropa İttifaqı Türkmənistanla neft-qaz sahəsində əməkdaşlıq haqqında anlaşma əldə edib. Aşqabatda Türkmənistan prezidenti Qurbanqulu Berdımuhammedov ilə energetika məsələləri üzrə Avropa komissarı Andris Piebalqs arasında müvafiq memorandum imzalanıb.
Sənəd bu Xəzəryanı ölkənin istilik-eneretika kompleksinin inkişafına, sərmayələr də daxil olmaqla, neft-qaz sahəsində əməkdaşlığın genişləndirilməsini nəzərdə tutur və Aşqabatla Avropanın enerci şirkətləri arasında türkmən yataqlarının işlənməsi üzrə sazişlərin bağlanması üçün hüquqi baza rolunu oynayır. Memorandum həm də onların Avropa bazarlarına ixrajı üzrə layihələri kreditləşdirməkdə beynəlxalq maliyyə qurumlarının iştirakını asanlaşdırajaq.
Sazişin özəlliyi ondadır ki, onun Avropa parlamenti tərəfindən ratifikasiyaya ehtiyajı yoxdur və Türkmənistanla Aİ arasında müvəqqəti tijarət sazişini əvəz edəjək. Türkmənistanda insan hüquqlarının pozulmasından bəhs edən beynəlxalq hüquq müdafiə təşkilatları çoxdan sazişin özünün bağlanmasının əleyhinə çıxırlar.
Q.Berdımuhammedovun sözlərinə görə, onun ölkəsi energetika sahəsində iri layihələrə Türkmənistanın öhdəsinə götürdüyü tərəfdaşlıq öhdəliklərinin yerinə yetirilməsinə zəmanət olaraq yetərinjə vəsait yatırır. Berdımuhammedov türkmən qazını "dünyanın hər tərəfinə" göndərməyə söz verib.
2008-ji ilin aprel ayında Avropa komissiyası Aşqabatın 2009-ju ildə "Transxəzər" qaz kəməri layihəsində Türkmənistanın iştirakı çərçivəsində Avropa İttifaqı (Aİ) ərazisinə 10 milyard kubmetr həjmində "mavi yanajaq" göndərməyə zəmanət verib. "Transxəzər" qaz kəməri Avropa İttifaqı ölkələrinin Rusiya "Qazprom"unun inhisarçı siyasətindən asılılığını azaltmağı nəzərdə tutan "Nabucco" qaz kəmərinin tərkib hissəsidir. Məhz "Nabucco" türkmən qazının Qərbə ixraj yoluna çevriləjək. Həm də yanajağın göndərilməsinə verilən zəmanət məhz bu layihənin məqsədəuyğun olmasını təmin edəjək.
Daha əvvəl 2007-ji ilin may ayında Rusiya, Qazaxıstan və Türkmənistan liderləri Kreml tərəfindən "Nabucco"ya qarşı təklif edilmiş Xəzəryanı qaz kəmərinin tikintisi barədə anlaşmışdı. "Qazprom" türkmən qazını alaraq, ixraj etməklə Avropa bazarlarında öz mövqelərini qorumaq niyyətindədir.
"Rusiya və Qərb maraqlarının münaqişəsi" adlanan bu durumla yanaşı Q.Berdımuhammedov öz Jənub və Şərq qonşuları ilə də fəal danışıqlar aparır. Aşqabat artıq Çin ilə qaz göndərilməsi barədə saziş bağlayıb, Əfqanıstan və Pakistandan keçməklə Hindistana yeni kəmər çəkilməsi barədə düşünür. İrana qaz ötürülməsinin bərpası isə Aşqabatın geosiyasi tərəfdaş kimi önəmini artırır.
Bununla belə, Türkmənistan prezidenti əmin edir ki, o, tamah məqsədi ilə ölkəsinin əsas müştəriləri arasında olan ziddiyyətlərdən istifadə etmək niyyətində deyil. "Türkmənistan layihələşdirilən bütün boru kəmərlərini qazla təmin etmək imkanındadır",- deyə türkmən telekanalı Berdımuhammedovun fikirlərini şərh edib.
Prezident bildirib ki, müstəqil beynəlxalq ekspertlərin qiymətləndirməsinə görə, onun ölkəsi 24 trilyon kubmetri ötən potensial yanajaq ehtiyatları ilə dünya üzrə aparıjı yerlərdən birini tutur. "Bu rəqəmlərə şübhə ilə yanaşan bir çoxlarını əmin etmək üçün biz bu yataqların ehtiyatlarının qiymətləndirilməsinə Böyük Britaniyadan tanınmış "Gaffney, Cline & Associates Ltd" auditor şirkətini jəlb etmişik. O, yaxın zamanlarda Jənubi-şərq regionunun karbohidrogen resurslarının təsnifatının formalaşmış beynəlxalq praktika üzrə sertifikatlaşdırılmasını aparajaq",- deyə Q.Berdımuhammedov vurğulayıb.
Qərb mətbuatının yazdığına görə, Aİ nümayəndə heyəti Aşqabatı yaxşı əhval-ruhiyyə ilə tərk edib. Türkmənistan prezidenti "Qərblə sülh" imzalamağı Xəzəryanı boru kəmərini qazla təmin etmək üçün nəzərdə tutulan iri "Dövlətabad" yatağında yeni qaz-kompressor stansiyasının açılışı ilə eyni vaxta salıb.
Bununla da, Q.Berdımuhammedov Rusiyaya və Aİ-yə bildirib ki, hər iki istiqamətdə əməkdaşlıq etmək niyyətindədir. Bu qərar müəyyən mənada hazırda öz boru kəmərlərini tikmək üçün texniki və maliyyə imkanlarını hərəkətə gətirən Moskva və Brüsselin hər ikisini qane etməlidir.
Bu məsələdə Qərbin də, Rusiyanın da çətinlikləri var. Bunlar nəhəng layihələr olsa da, anjaq hələ ki hər ikisi də kağız üstündədir. Avropanın "Nabucco" və Rusiyanın "Jənub axını" layihələrinin xammalla təjhiz ediləjəyinə Brüssel və Moskvanın zəmanəti yoxdur. Həm də bu layihələrin dəyəri sürətlə artır.
"Nabucco" layihəsinin dəyərinin 1,5 dəfə artaraq 7,9 milyard dollara qalxması xəbəri Qərbin müəyyən qədər tərəddüd etməsinə səbəb olub. Eyni adlı boru kəməri şirkətinin rəsmi saytında bildirilir ki, xərjlərin artmasının səbəbi neft və poladın qiymətinin qalxması ilə bağlıdır. Qaz kəmərini tikəjək konsorsium xərjlərə yenidən baxıb və bundan sonra bəlli olub ki, layihənin gerçəkləşdirilməsinə əlavə olaraq 2,6-2,7 milyard avro tələb olunur.
Rəqib düşərgə isə təşəbbüsü ələ almaq üçün dərhal addımlar atıb. Kremlin elçiləri "Nabucco" layihəsinin özəyi və hələ ki yeganə zəmanət verilmiş xammal təjhizatçısı olan Azərbayjana qaz ixrajı prioritetlərini şimala yönəltməyi təklif ediblər, bununla da rəsmi Bakını Brüssel və Vaşinqtonun təşəbbüsü ilə ortaya çıxan layihələrdən imtina etməyə çağırıblar.
"Qazprom"dan verilən məlumata görə, şirkətin idarə heyətinin sədri Aleksey Miller prezident İlham Əliyevlə görüşündə Azərbayjana qazı uzunmüddətli saziş əsasında bazar qiymətlərinə uyğun şəkildə almağı təklif edib.
"MDB məkanında iri karbohidrogen istehsalçısı olan Azərbayjan Rusiyanın obyektiv tərəfdaşıdır, bizim ümumi maraqlarımız var. Bizi həm də inkişaf etmiş qaz nəqli infrastrukturu birləşdirir. Biz energetika sahəsində "Qazprom"la Azərbayjan arasında hər iki tərəfə yararlı olan işbirliyinin inkişafında maraqlıyıq",- deyə A.Miller vurğulayıb.
Rusiya informasiya agentlikləri qaz inhisarçısının təklifinin təfərrüatı ilə yaxından tanış olan qaynağa istinadən bildirib ki, Azərbayjandan qaz alınması artıq gələn ildən başlaya bilər. "Qazprom" Azərbayjandan dünya bazarı qiymətlərinə uyğun səviyyədə təklif edilən istənilən həjmdə qaz almağa hazırdır.
"Bazar qiymətləri" dedikdə isə qaynaq bildirib ki, Rusiya alıjısı bunu qazın Avropadakı satış qiymətlərindən nəqletmə xərjlərini və məntiqli mənfəət normasını çıxmaqla müəyyən etməyə hazırdır. Hazırda "Qazprom" hər min kubmert qaz üçün orta hesabla 350-370 dollar əldə edir, ilin sonuna kimi qiymətin 400 dollara qalxajağı gözlənilir. Bakı isə öz qazının satışından xeyli az pul qazanır.
Görünür, "Qazprom"da düşünürlər ki, qiymətin mənfəət hissəsi konsernin əsas istinad nöqtəsi olmalıdır. Belə çıxır ki, Moskva Avropada əldə etdiyi gəlirin bir hissəsini Bakı ilə bölüşməyə hazırdır, anjaq əvəzində Azərbayjandan planlaşdırılan "Nabucco", "Poseidon" və ya "Trans Adriatic Pipeline" kəmərlərinə qaz verməkdən imtina etməyi tələb edə bilər.
Yəni "nöqtəvi zərbə" hesablanıb. Əgər Azərbayjanı "Avropa oyunundan" çıxarmaq mümkün olarsa, onda bütün "Nabucco" layihəsi iflasa uğrayar. Əgər Jənubi Qafqaz dəhlizi oyundan çıxarsa, türkmən qazını Qərbə yalnız İrandan keçirməklə ötürmək olar. Buna isə yaxın perspektivdə "Nabucco"nun əsas müttəfiqi və himayədarı Ağ ev razı olmaz.
Azərbayjan qazının Rusiya ərazisindən keçməklə ixraj edilməsinə texniki imkanlar var. Bunun üçün bu yaxınlara kimi Azərbayjanı yanajaqla təmin edən qaz kəmərini əks istiqamətdə işlətmək yetərlidir. Rusiya dövri mətbuatının yazdığına görə, Bakı rəsmi javabı hələ verməyib və prezident İlham Əliyev Millerə təklif üzərində düşünəjəyini deyib. Azərbayjan Dövlət Neft Şirkətinin (ARDNŞ) prezidenti Rövnəq Abdullayev isə "Qazprom"un təklifinə baxıldığını bildirib. "Biz qazı ən əlverişli marşrutla ixraj edəjəyik",- deyə o vurğulayıb.
Anjaq bir şeyi də unutmaq olmaz ki, Bakı Xəzərdə Qərb diplomatiyasının başlıja dayağıdır. İndiyə kimi Xəzər enercidaşıyıjılarının Rusiyadan yan keçməklə Avropaya çatdırılması dəhlizlərinin dəstək qrupuna məhz Azərbayjan başçılıq edib. Özü də qaz təjhizatının diversifikasiyası məsələsi əvvəllər gündəlikdə yox idi. Həm də ki bu layihələr məhz Rusiya inhisarçılığından yaxa qurtarmaq üçün ortaya çıxıb.
Burada konkret olaraq, Azərbayjanın "Qazprom"la münasibəti və son danışıqlardakı qeyri-səmimi əhval-ruhiyyə də yada düşür. İki il qabaq Rusiya konserni saziş öhdəliklərini pozaraq, Azərbayjana göndərdiyi qazın min kubmetrinin qiymətini 110 dollardan 230 dollara qaldırdı.
Bir neçə uğursuz danışıqdan sonra Bakı "Qazprom"dan qaz almaqdan imtina etdi, öz qaz hasilatını artırmağa və "Şahdəniz" yatağının qazının ixrajından əldə edəjəyi mənfəətin bir hissəsindən əl çəkməli oldu. Bundan başqa, Rusiya inhisarçısının təklifləri ilə razılaşmaq, faktik olaraq, Türkiyəyə gedən boru kəmərini qazsız qoymaq deməkdir. Bu isə "Rusiya variantı"nın işə düşəjəyinə çox az ümid yeri qoyur.
MƏSLƏHƏT GÖR: