
MƏĞLUBLAR OLMADI
Azərbaycan və Rusiya gimnastları göstərdilər ki, Avropa Çempionatında medallar uğrunda mübarizə aparmaq gücündədirlər
Müəllif: Teymur TUŞİYEV Bakı
Azərbayjanda Rusiya İli çərçivəsində Azərbayjan və Rusiyanın bədii gimnastika üzrə yığma komandaları arasında keçirilən yoldaşlıq görüşü idmanın bu növü üzrə yalnız bizim ölkəmizdə deyil, sərhədlərimizdən kənarda da dünyanın əsas hadisəsi oldu.
Bakıya iki ölkənin aparıjı gimnastları gəlmişdi və onların sırasında olimpiya çempionu Alina Kabayeva, mütləq dünya çempionu Olqa Kapranova, beynəlxalq turnirlərin mükafatçıları Dinara Gimatova, Aliyə Qarayeva, Anna Qurbanova və digərləri var idi. Doğrudur, bəzi fors-macor hadisələr yaşanmasaydı, qarşılaşmada iştirak edən heyətin tərkibi daha geniş ola birərdi. Belə ki, önjə Bakıya Rusiyanın qrup komandası kapitan Olesi Beluginanın xəstəliyi üzündən gələ bilmədi ki, nətijədə qruplar arasında keçirilməli olan yarışmalar ləğv olundu. Onlardan başqa, rusiyalı Marina Şpext, Yevgeniya Kanayeva, Aleksandra Solovyova və Olqa Stryuçkova da yarışda iştirakdan imtina etdilər. Nəha-yət, yarışqabağı məşqlərdə Dinara Gimatova kiçik zədə alaraq, yalnız qala-konsertdə iştirak etdi. Ruslardan isə Vera Sessina eyni aqibəti yaşadı. Nətijədə, Azərbayjan ilə Rusiya arasındakı matç-qarşılaşmasında əsas mübarizə Aliyə Qarayeva, Anna Qurbanova, digər tərəfdən isə Alina Kabayeva və Olqa Kapranova arasında getdi. İtkilərə baxmayaraq, ulduzlardan ibarət alındı və idmançılar yerli bədii gimnastikasevərlərin ümidlərini tam doğrultdu.
Lentlə hərəkətlərdə Alinanın bəxti gətirmədi...
Afina Olimiadasında qızıl medal qazanmış, bir müddət əvvəl böyük idmandan getdiyini bəyan edən və sonradan yenidən gimnastikaya qayıdan Alina Kabayevanın harada çıxış etməsindən asılı olmayaraq, onun çıxışı daim böyük aciotac yaradır. Azərbayjan bədii gimnastikasevərləri də yorulmaq bilmədən, rusiyalı idmançının hər hərəkətini həvəslə alqışlayırdılar.
Alina Kabayeva böyük idmana qayıtdığını elan edərkən, onun pərəstişkarlarında sevinjlə yanaşı, müəyyən narahatlıq da yaranmışdı ki, görəsən, gimnast əvvəllər olduğu kimi, parlaq və nöqsansız çıxış edə biləjəkmi. Amma elə Azərbayjan və Rusiya milliləri arasında keçirilən yoldaşlıq göruşundə azərbayjanlı idmansevərlər əmin oldular ki, Alina Kabayeva hələ də dünya bədii gimnastikasının lideri olaraq qalır və hazırda dünyada ona bərabər ikinji gimnast yoxdur. Dörd hərəkətdən üçündə olimpiya çempionu ilə heç kim rəqabət apara bilmədi və o, birinji yeri tutdu. Alina Kabayeva bulava ilə hərəkətdə (17,925 bal), topla (17,725 bal) və iplə hərəkət (18,025) üzrə birinji oldu. O, yalnız lentlə hərəkətdə bəzi səhvlərə yol verdi və azərbayjanlı gimnast Aliyə Qarayeva bu şansı əldən qaçırmayaraq, rusiyalı rəqibini 0,3 bal üstələdi (Qarayeva - 17,725, Kabayeva-17,425). Amma bu, Alina Kabayevanın ümumilikdə 71,100 bal toplayaraq biriji yer tutmasına mane olmadı. İkinji yeri 68,775 bal ilə Olqa Kapranova tutdu. O da məhz lent ilə hərəkət istisna olmaqla, başqa hərəkətlərdə ikinji oldu. Aliyə Qarayeva ilə Anna Qurbanova müvafiq olaraq 67,550 və 64,925 balla 3-4-jü yerləri tutdular.
Alina Kabayeva öz çıxışından razı qaldığını bildirsə də, bütün hərəkətlər üzrə çıxışının yaxşı alınmadığını qeyd etməyi unutmadı. «Düşünürəm ki, mən hələ üzərimdə işləməliyəm. Çox yaxşı oldu ki, bu ilin sentyabrında Moskvada keçiriləjək Avropa çempionatı ərəfəsində öz hazırlıq səviyyəmi bildim, hansı jəhətlər üzərində işləməli olduğumu müəyyənləşdirdim», - deyə «R+»la söhbətində gimnast bildirib: «Mən çox istərdim ki, qitə birinjiliyində yaxşı çıxış edim. Avropa çempionatı son dərəjə məsuliyyətli yarışdır və üstəlik də nəzərə alsaq ki, o bizim vətənimizdə keçirilir, istəməzdim ki, mənə olan ümidləri puç edim. Lentlə hərəkətdə çıxışımın o qədər də uğurlu alınmamasına gəlinjə, bu, daim çətin hərəkət hesab olunur və hamı ondan çəkinir. Amma məni dəfələrlə dünya çempionatlarında və olimpiadalarda xilas edən lenti çox sevirəm».
Qala-konsert zamanı Alina Kabayeva hamını özünün bədii gimnasitikada rast gəlinməyən səhnəjiklə - qitara ilə rəqslə hamını təəjjübləndirdi. «Bu ideyanı mənə Sankt-Peterburqdan olan bir mütəxəssis verib. Biz bu rəqsi faktiki olaraq 1 dəqiqəyə hazırlamışıq, yəni bu, təmiz improvizasiya idi. Odur ki, hələ bu nömrə üzərində işləməliyik. Bununla yanaşı, hesab edirəm ki, nömrə çox uğurlu və gözəl alındı», - deyə Alina Kabayeva qeyd edib.
Rusiyalı gimnastın sözlərinə görə, o, Moskavada Avropa çempionatına hazırlıqla bağlı əsəb gərginliyi keçirir və Azərbayjana gəlməsi ona belə gərginlikdən qaçmağa kömək etdi. «Əslində, Novoqorskda biz gər-ginliyə qalib gəlməli oluruq və bu, hər həftə təkrarlanır. Nəhayət, hansısa anda vəziyyət dözülməz həddə çatır», - deyə idmançı bildirib: «Buna görə də şadam ki, bizə oranı tərk edərək sizin ölkənizə baş çəkmək qismət oldu. Azərbayjan bizi əməlli-başlı xilas etdi və burada biz tamaşaçılardan xeyli müsbət enerci aldıq. Mən ilk dəfə deyil ki, Bakıdayam və deyə bilərəm ki, Azərbayjan inkişaf edir, iqtisadiyyat güjlənir. İqtisadiyyat güjləndikdə isə müvafiq olaraq idman da inkişaf edir. Ümumiyyətlə, sizin varlı ölkəniz var və buna görə də şikayətlənmək üçüq heç bir səbəb yoxdur. Düşünürəm ki, siz əldə etdiklərinizlə kifayətlənməyəjəksiniz».
Peşəkar karyerasına gəlinjə, məşhur gimnast hesab edir ki, o, böyük idmana qayıdışa tam hazırdır. «Tam əminliklə demək olar ki, mənim böyük idmana qayıdışım baş verdi və artıq geriyə yol yoxdur. Əlbəttə, çox çətindir, amma mən bilirdim ki, nəyə gedirəm. Belə deyək ki, mən ijtimaiyyət arasına daim qayıda bilərəm, idmana dönmək üçün isə ağır zəhmətə qatlaşmaq lazımdır. Pekin Olimpiadasınadək mənim ehtiyatda iki ilim var və mən bu müddətdə işləməliyəm», - deyə rusiyalı gimnast qeyd edib.
Azərbayjandan Moskvaya kim gedəjək?
Bədii gimnastika üzrə Azərbayjan və Rusiya milliləri arasında qarşılaşma həm bizim, həm də rus gimnastları üçün Moskvada keçiriləjək Avropa çempionatına hazırlıq mərhələlərindən biri oldu. Azərbayjandan qitə birinjiliyində iki gimnast iştirak edə bilər və bu səbəbdən də məşçi heyəti qarşısında çətin seçim durur. Belə ki, namizədlərin sayı üçdür - Dinara Gimatova, Aliyə Qarayeva və Anna Qurbanova. Onlar arasında Dinara Gimatovanın çempionata gedəjəyini indidən söyləmək olar. Milli komandanın baş məşqçisi Valentina Ukleinanın sözlərinə görə, Gimatova dünya reytinqində kifayət qədər yüksək yer tutur.
Aliyə Qarayevanın yoldaşlıq qarşılaşmasında bədii gimnastikanın növlərindən birində Alina Kabayeva və Olqa Kapranovanı üstələməsi faktı isə bu idmançıya millinin heyətinə düşmək uğrunda yarışda əlavə zal verir. Valentina Ukleina isə hesab edir ki, hələ hansısa nətijəyə gəlmək tezdir. «Dinara Gimatova hələ Portuqaliyada keçiriləjək dünya çempionatında iştirak etməlidir və yalnız bundan sonra biz Moskvada keçiriləjək Avropa çempionatında Azərbayjanı kimin təmsil edəjəyini müəyyənləşdirəjəyik», - deyə bədii gimnastika üzrə milli komandanın məşqçisi bildirib: «Gənjlərə gəlinjə, bu yaş həddində də Azərbayjanı iki gimnast təmsil edir. Onlardan birinin namizədliyini biz qətiləşdirmişik. Bu, gənjlər arasında şübhəsiz lider olan Zeynəb Javadlıdır. İkinji gimnastın adı Türkiyədə keçirilən sonunju beynəlxalq turnirdən sonra məlum olajaq. Biz təəssüflənirik ki, Rusiyanın böyüklərdən ibarət qrup komandası Azərbayjana gələ bilmədi. Lakin milli komandamızın göstərdiyi nətijələrə əsasən, belə qənaətə gəlmək olar ki, qızlar heç də pis formada deyillər. Qrup komandası hələ Bolqarıstan və Niderlandda keçiriləjək beynəlxalq turnirlərdə yarışajaqlar. Sonunju yarışmada Aliyə Qarayeva və Anna Qurbanova da iştirak edəjək».
İrina Viner: «Bakıda Aliyə Qarayevanın
benifisi baş verdi»
Milli idmançımız Aliyə Qarayevanın çıxışı bədii gimnastika üzrə Rusiya millisinin məşqçisi İrina Vinerdə də yüksək təəssürat yaradıb. «Qəti şəkildə deyə bilərəm ki, Azərbayjan gimnastlarının səviyyəsi nəzərəçarpajaq dərəjədə artıb», - deyə İrina Viner «R+»a bildirib: «Azərbayjanlı qızlar qrup yarışmasında əla çıxış etdilər. Fərdi proqramda Zeynəb Javadlı yüksək hazırlıq nümayiş etdirdi. Təbii ki, Aliyə Qarayevanın çıxışını da qeyd etməmək olmaz. Hesab edirəm ki, Bakıda onun benifisi baş verdi. Alina Kabayeva və Olqa Kapranova hansısa hərəkətlərdə səhvə yol verdilərsə, Aliyə Qarayeva dərhal bundan yararlanaraq, birinji yeri tutdu. Həm Rusiya, həm də Azərbayjan gimnastlarının çıxışlarında yol verdikləri kiçik səhvlərə gəlinjə, bu, hansısa mənada yaxşı haldır. Belə ki, dünya çempionatı ərəfəsində biz səhvlərin hansı hərəkətlərdə baş verdiyini müəyyəndəşdirdik və bundan sonra onların aradan qaldırılması üzərində işləyəjəyik. Moskvada keçiriləjək qitə çempionatına qalan vaxt ərzində gimnastların çıxış proqramına hansısa dəyişiklik edilməyəjək. Sadəjə, bu və ya digər elementlərin yerinə yetirilməsinə stabilliyin əldə olunmasına daha çox diqqət yetirəjəyik».
MƏSLƏHƏT GÖR: