15 Mart 2025

Şənbə, 01:19

ƏN YAXŞI MÜDAFİƏ - HÜCUMDUR

Ermənilərin dezinformasiya şəbəkəsi daim pusqudadır

Müəllif:

01.09.2006

Prezident İlham Əliyev Azərbayjanın diplomatik xidmət orqanları rəhbərlərinin ikinji müşavirəsində erməni lobbisinin beynəlxalq arenada ölkəmiz əleyhinə çox fəal kampaniya apardığını vurğuladı.  «Xariji mətbuat orqanlarında Azərbayjana qarşı qərəzli məqalələrin arxasında məhz erməni lobbisi dayanır», - deyən dövlət başçısı Azərbayjanın da informasiya hüjumuna keçməsi gərəkliliyini dilə gətirdi. 

Hələlik, biz hüjumdan daha çox ermənilərin qərəzinə reaksiya vermək və müdafiə haqqında düşünmək məjburiyyətindəyik. Biz yalnız dünyadakı erməni lobbisi ilə deyil, Ermənistanın geniş dezinformasiya şəbəkəsiylə də üz-üzə qalmışıq. Bəzən özümüz də anlamadan erməni dezinformasiyasının qurbanlarına, hətta yayıjılarına çevrilirik. 

Milli Məjlis sədri Oqtay Əsədov Tiqran Torosyanı Ermənistan Parlamentinin spikeri seçilməsi münasibətilə təbrik etmişdimi? Bu sual ötən ayların birində Azərbayjanın gündəm mövzusuna çevrilmişdi. Əlbəttə, Ermənistanla müharibə vəziyyətində olmağımızı nəzərə alaraq, Azərbayjanın parlament sədrinin erməni həmkarına təbrik məktubu göndərməsi adi hal sayılmazdı. Anjaq bu xəbər kimə istinadən yayılmışdı - önəmli olanı bu idi. 

Oqtay Əsədovun Tiqran Torosyanı təbrik etməsi xəbəri ilk dəfə Ermənistan agentliklərində yayılmışdı. Xəbərə görə, guya təbrik məktubunu Milli Məjlis üzvləri Musa Quliyev və Asəf Hajıyev Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının Yerevan toplantısında şəxsən erməni tərəfinə təqdim edibmişlər. Ardınja millət vəkillərimizin erməni curnalistlərin sualları qarşısında ajiz qaldıqlarıyla bağlı xəbərlər yayıldı. Əsl həngamə də bundan sonra başladı.

Azərbayjanın bəzi xəbər agentlikləri və qəzetləri Ermənistanın internet saytlarına yerləşdirilən bilgilərə əsaslanaraq (?!), Milli Məjlis sədrinin «məktubu» ilə adları çəkilən millət vəkillərinin «ajizlikləri» haqqında xəbər və şərhlər dərj etməyə başladı. Qarabağ Azadlıq Təşkilatı (QAT) daha irəli gedərək, qəbul etdiyi bəyanatda millət vəkillərinin mandatlarının məhrum edilməsinə çağırdı. 

Azərbayjanla informasiya müharibəsi aparan Ermənistan sevinə bilərdi. Çünki Azərbayjanda dərj olunan məlumatlarda erməni saytlarında yerləşdirilən xəbərlərin nöqtəsindən-vergülünə qədər heç nə dəyişdirilməmişdi. QAT kimi vətənpərvər qurum Ermənistandan ötürülən xəbərlərə inanmışdı.  

Xəbər bir neçə mənbədən dəqiqləşdirilməlidir - bu, curnalistikanın əlifbasıdır. İnformasiya Ermənistandan ötürülürsə, demək, xəbəri iki deyil, daha çox mənbədən yoxlamağa ehtiyaj var. Anjaq problem tək mətbuatımızla bağlı deyil. Azərbayjanın bəzi iqtidar mənsubları da erməni dezinformasiyaları qarşısında ajizdir. Oqtay Əsədovun Tiqran Torosyana təbrik məktubu göndərdiyi xəbəri Yerevandan gəlir, Azərbayjan mətbuatında dərj olunur, Bakıda olan Milli Məslisin spikeri isə iş-işdən keçəndən sonra Tiqran Torosyanı təbrik etmədiyini açıqlayır. 

Gej olsa da, məsələyə nöqtə qoymaq olardı. Anjaq ermənilər yenə «təbrik məktubu» ətrafında aciotaj yaratmağa çalışırlar. Oqtay Əsədovun «təbrik məktubu»nun varlığı haqqında Ermənistan saytlarında növbəti xəbərlər yer almağa başlayır. İşə hətta Tiqran Torosyan da qarışır. O da dolayısıyla Oqtay Əsədovun onu təbrik etdiyini söyləyir. Bəzi nəşrlərimiz  Oqtay Əsədov-Tiqran Torosyan qarşıdurmasında yenə qarşı tərəfin xəbərinə üstünlük verirlər. 

Son hadisə Azərbayjan-Ermənistan informasiya müharibəsində vəziyyətin bizim üçün qənaətbəxş olmadığını ortaya qoydu. Ermənistanda Azərbayjana dezinformasiya ötürən böyük şəbəkə mövjuddur və qonşu dövlətin KİV-i bu çalışmaların içindədir. Ermənistanın dezinformasiya şəbəkəsi Azərbayjan və azərbayjanlıların imijinə zərər vurmaq üçün illərdir fəaliyyət göstərir. Təəssüf ki, biz bir sıra hallarda həmin şəbəkənin planlarına varmırıq. 

Ermənilər, ən çox da son hadisə zamanı olduğu kimi, Ermənistanda konfrans və ya seminarlara qatılan azərbayjanlı curnalist, politoloq və ya siyasətjiləri ilişdirməyə çalışırlar. Onların demədikləri açıqlamalar yayımlanır və s. Belə bir olay işğal altındakı Dağlıq Qarabağa səfər edən Arzu Abdullaye-vanın başına gəlmişdi. Erməni müxbir  Abdullayevadan götürdüyü müsahibəni təhrif olunmuş şəkildə saytda yerləşdirmiş, bizim İnternet qəzetlərindən biri də həmin müsahibəni olduğu kimi səhifəsində yerləşdirmişdi. Arzu Abdullayeva geri döndükdən sonra, sözlərinin təhrif olunduğunu söyləmişdi. İtkin Düşmüş, Girov Götürülmüş və Əsir Düşmüş Şəxslərin Axtarışı Üzrə Beynəlxalq İşçi Qrupunun koordinatoru Əvəz Həsənov da bir neçə il önjə oxşar olayla üzləşmişdi.

Ermənistanın “Mediamaks” agentliyi Əvəz Həsənovun Dağlıq Qarabağa səfəri zamanı onun “Azərbayjan hökuməti torpaqları azad etmək adı altında kəskin təbliğat aparır” söylədiyini yaymışdı. Ə. Həsənov hələ Bakıya qayıtmamış Azərbayjan mətbuatında və elektron KİV-lərdə onun haqqında kəskin ifadələr yer almağa başladı, ofisi yumurta atəşinə tutuldu və s. 

Əvəz Həsənov isə geri qayıtdıqdan sonra açıqlama verərək, Azərbayjan hökuməti əleyhinə heç bir kəskin fikir səsləndirmədiyini, sadəjə, Dağlıq Qarabağ münaqişəsinin həllində fikir ayrılıqlarının olduğunu bildirdiyini söylədi. Ermənistandan gələn xəbərlər əsasında Əvəz Həsənovu, az qala, çarmıxa çəkməyə hazırlaşanlar da bu açıqlamalardan sonra ondan əl çəkdilər. 

Həmin “Mediamaks” agentliyi Ə. Həsənov olayından bir qədər əvvəl daha bir dezinformasiya yaymışdı. Agentlik Avropa Parlamentinin Jənubi Qafqaz üzrə məruzəçisi Per Qartonun Dağlıq Qarabağı ziyarəti sırasında  “Dağlıq Qarabağ Azərbayjan tərkibində ola bilməz” söylədiyini yaymışdı. Aparılan dəqiqləşdirmələr nətijəsində Qartonun tamamilə əks fikir söylədiyi üzə çıxmışdı. 

Ermənistandakı dezinformasiya şəbəkəsi Azərbayjanın Rusiya, Türkiyə, İran və ərəb dünyası ilə də arasını vurmaq üçün dəridən-qabıqdan çıxır. Erməni agentliklər 2001-ji ilin dekabr ayında belə bir xəbər yaymışdılar ki, guya Azərbayjan İsraildən tank və vertolyotlar almağa hazırlaşır. Dəqiq sayı da göstərmişdilər: 100 tank, 15 vertolyot. 

Bu xəbər daha sonra Rusiya və ərəb mətbuatına da yol tapmışdı. Məlumatı oxuyan  Rusiya, İran və ərəb ölkələri vətəndaşlarının Azərbayjanın xariji siyasəti haqqında nə düşün-düklərini təsəvvür etmək çətin deyildi. Həmişə olduğu kimi, Ermənistandan ötürülən dezinformasiya Azərbayjanın informasiya mühitinə asanlıqla yol tapmışdı. Bu xəbər o dərəjədə gərginlik yaratdı ki, məsələyə mərhum dövlət başçısı Heydər Əliyev qarışmaq məjburiyyətində qaldı. “Biz İsraildən nəinki tank, bir güllə belə almamışıq”, - bu sözləri Heydər Əliyev qəzet redaktorlarıyla görüşündə vurğulamışdı. 

Ermənistanın dezinformasiya şəbəkəsi Rusiya mətbuatı ilə də sıx bağlıdır. 1990-jı illərin sonlarında Çeçenistanda ağır döyüşlər gedərkən, “Nezavisimaya qazeta” rəsmi Bakının guya çeçenləri işğaldan azad olunan bölgələrdə, o jümlədən, Goranboyda yerləşdirdiyi xəbərini yaydı. Ermənilərin məqsədi aydın idi: yeni düzəlməyə başlayan Rusiya-Azərbayjan münasibətlərinin arasını vurmaq. Azərbayjanın keçmiş xariji işlər naziri Vilayət Quliyev məsələyə dərhal reaksiya verərək, bu xəbərin təxribatxarakterli olduğunu, məsələni yerindəjə araşdırmaq məqsədilə istənilən şəxsi Goranboy və digər rayonlara dəvət etdiyini dilə gətirdi. Maraqlıdır ki, “Nezavisimaya qazeta”da İvan Ayvazovski imzasıyla dərj olunan həmin yazının, əslində, erməni şəbəkəsinə bağlı olduğu aydınlaşdı. Çünki araşdırmalar İvan Ayvazovski adında müəllifin olmadığını üzə çıxarmışdı. 

Dezinformasiya şəbəkəsi bir ara Azərbayjan-Türkiyə münasibətlərinə də xələl gətirməyə girişmişdi. Bir neçə il önjə yayılan xəbərdə guya Türkiyənin 30 iş adamının işğal altındakı Dağlıq Qarabağda biznes layihələr həyata keçirməyə çalışdıqları bildirilirdi. Həmişə olduğu kimi, bu xəbər də “Meaiamaks” agentliyində yer almış, “Azg” agentliyi də bunu daha geniş məkana yaymışdı. Dağlıq Qarabağın iqtisadçısı Valeri Balayan adlı birisi də açıqlama verərək, həmin layihələrin gerçəkləşməsinə guya Azərbayjanın mane olduğunu irəli sürmüşdü. Bundan böyük uydurma düşünmək çətin idi. 

Ermənistanın dezinformasiya şəbəkəsi bəzən Azərbayjan mətbuatında dərj olunan xəbərlərin də mahiyyətini dəyişərək, dünyaya yayır və bununla beynəlxalq qalmaqal yaratmağa çalışır. Məsələn, nəşrlərimizdən birinin hansısa İnternet saytından götürdüyü xəbərə görə, “Ben Laden 60 dəfə Bakıya zəng edib” məlumatını yaydıqda erməni dezinformasiya şəbəkəsi məsələni şişirtməyə başladı. Şəbəkə dünyanın 1 nömrəli terrorçusunun Bakıya 60 dəfə zəng etməsindən çıxış edərək, Azərbayjanın terror şəbəkəsinin fəal üzvü olduğunu sübut etməyə girişdi.  

“Arminfo” agentliyi tülkülüyə əl ataraq, ABŞ-ın Azərbayjandakı keçmiş səfiri Ross Uilsonun sözlərini özünəməxsus şəkildə korrektə etmişdi. Səfir Azərbayjan mətbuatına müsahibəsində bunları demişdi: “Ben Ladenlə əlaqəli olan insanlar istənilən ölkədə peyda ola bilər. Bu siyahıda Azərbayjan da var, ABŞ da”. “Arminfo”nun xəbərində isə bu açıqlama belə dəyişdirilmişdi: “Azərbayjan Ben Ladenlə əlaqəsi olan ölkələr siyahısına salınıb”. Fərq göz qabağındadır.

Ermənistandan ötürülən dezinformasiyalar saymaqla qurtaran deyil. Odur ki bizlərə diqqəti əldən verməmək lazımdır. Hakimiyyət-müxalifət və ya müxalifətpərəst-iqtidarpərəst mətbuatı arasındakı mübarizə milli və təhlükəsizlik maraqlarımızı arxa plana keçirməməlidir. Unutmayaq ki, dezinformasiya ötürməkdə və intriqa yaratmaqda mahir olan şəbəkə daim pusqudadır. İnformasiya müharibəsində erməniləri müdafiə mövqeyinə keçməyə məjbur etməliyik. Qoy onlar beynəlxalq aləmə anlatsınlar ki, Dağlıq Qarabağda niyə yanğınlar törədirlər və işğal altındakı rayonları hansı səbəbdən məskunlaşdırırlar.


MƏSLƏHƏT GÖR:

442