15 Mart 2025

Şənbə, 02:46

CAVAB GƏLDİ

İran «altılıq»ı düşünməyə vadar etdi

Müəllif:

01.09.2006

Avqustun 22-də Tehran nüvə yanajağını zənginləşdirməkdən imtinanın müqabilində təklif olunan beynəlxalq təşəbbüslərə rəsmi javabını vasitəçi ölkələrin (5+1 - BMT Təhlükəsizlik Şurasının daimi üzvləri və Almaniya) təmsilçilərinə təqdim etdi.

İran Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Larijani Böyük Britaniya, Almaniya, Fransa, Rusiya, Çin və İsveçrə (Tehranda ABŞ-ın maraqlarını məhz bu ölkə təmsil edir) səfirlərinə həmin ölkələrin İranın nüvə proqramı ətrafında yaranan böhranın nizamlanması ilə bağlı təkliflərinə yazılı javab təqdim etdi.

Əli Larijaninin məktubunda deyilir: «İran vədinə əməl etdi və İran prezidentinin söz verdiyi kimi, öz javabını mordad ayı başa çatmamış təqdim etdi. Qarşı tərəfin heç bir hüquqi əsas olmadan BMT Təhlükəsizlik Şurasına mürajiət etməsinə baxmayaraq, biz təklif olunan təşəbbüslər paketini obyektiv şəkildə nəzərdən keçirməyə çalışmışıq. Bir çox bəndlər üzrə qeyri-müəyyənlik qalsa da, biz sonrakı danışıqlara yol açmaq üçün mümkün olan hər şeyi etdik».  

Məktubda problemin həlli üçün Tehranın təklif etdiyi yeni yanaşmalardan da danışılır. İranın «altılıq»ın təkliflər paketinə verdiyi javabın məzmunu barədə ətraflı məlumat verilmir. Lakin bir qədər əvvəl İranın ali dini rəhbəri ayətullah Xameneyi Tehranın uranın zən-ginləşdirilməsi üzrə işlərə son qoymaqdan qəti imtina etdiyini bildirmişdi. Bununla yanaşı, İran həm də ağır su üzərində işləyən və plutonium hasil edən reaktorun açılması istiqamətində daha bir addım atıb. Fransa prezidenti Cak Şirak və Almaniya kansleri Angela Merkel bu addımı kifayət qədər «ikibaşlı» kimi səjiyyələndiriblər. Böyük Britaniya, Almaniya, Rusiya, Çin, ABŞ və Fransa səfirlikləri İranın javabını «jiddi şəkildə» araşdırmağa hazır olduqlarını bəyan etsələr də, bəyanatların tonu fərqlidir. Vaşinqton isə Tehran ona təklif olunan imtiyazlardan imtina edəjəyi halda, İrana qarşı iqtisadi sanksiyaların tətbiqinə nail olmağa çalışajağını bəyan edib. ABŞ-ın BMT-dəki daimi təmsilçisi Jon Bolton: «Əlbəttə, İranın javabını diqqətlə araşdırajağıq. Lakin o, BMT Təhlükəsizlik Şurasının daimi üzvləri olan ölkələrin xariji işlər nazirlərinin təqdim etdikləri şərtlərə müvafiq olmadığı halda, Şura İrana qarşı iqtisadi sanksiyalar məsələsinin müzakirəsinə başlayajaqdır. İranlılar əməkdaşlıq yolunu tutduqları halda isə, daha əvvəl də dediyimiz kimi, onlarla Birləşmiş Ştatlar və bütün dünya başqa münasibətlər qurajaq».

Bununla yanaşı, Jorj Buş administrasiyası İranın javabını tənqid edərək, onu BMT TŞ-nin müvafiq qətnaməsində açıqlanan tələblərlə müqayisədə «qeyri-qənaətbəxş» adlandırıb.

Almaniyanın federal kansleri Angela Merkel isə vurğulayıb ki, İran təkliflərə javab verərkən «hətta ən önəmli elementlər»dən, məsələn, uranın zənginləşdirilməsinə son qoyulmasına aid məsələlərdən də yan keçib. Merkel əmin edib ki, onlar İranı onun iqtisadi inkişafı və xalqının rifahının yaxşılaşması üçün dünya birliyinin təklifləri ilə razılaşmasının nə dərəjədə önəmli olduğuna inandırmaq üçün əllərindən gələni edəjəklər.    

Bu arada Moskva və Pekin İrana qarşı iqtisadi sanksiyalar barədə danışmağın hələ də tez olduğunu bildiriblər. Rusiya Xariji İşlər Nazirliyi təmsilçisinin sözlərinə görə, rəsmi Moskva «İranın nüvə proqramı ətrafında durumunun siyasi danışıqlar yolu ilə həllini axtarmaqda davam edəjək, Atom Enercisi üzrə Beynəlxalq Agentliyin rolunun qorunub-saxlanılmasına, nüvə silahlarının yayılmaması reciminin pozulmasına yol verməməyə çalışajaqdır». Çin xariji siyasət idarəsi isə «javabı diqqətlə araşdırdığını» bildirərək, «İran nüvə probleminin bütün tərəflərin maraqları nəzərə alınmaqla diplomatik yolla həllinin zəruriliyinə əmin olduğunu» vurğulayıb.

Lakin  ötən həftə Britaniyanın «The Guardian» qəzeti daha bir maraqlı məlumat dərj etdi. Qəzetin yazdığına görə, İranın «altılıq»ın təklifinə javabında konkret şərtlər irəli sürülür ki, məhz bu şərtlər yerinə yetiriləjəyi təqdirdə, Tehran uranın zənginləşdirilməsi proqramını dayandıra bilər.

İnformasiyanı mətbuata İran hökuməti ilə sıx əlaqələri olan iki iranlı politoloq sızdırıb. Tehran Qərbdən razılaşmaların yerinə yetiriləjəyinə dair konkret qrafik və təhlükəsizliyə tam təminat tələb edir. Yalnız bundan sonra İran nüvənin zənginləşdirilməsi proqramını dayandırmağa razılıq verə bilər. Qəzetin yazdığına görə, «Birləşmiş Ştatlar onilliklərboyu İrana qarşı tətbiq etdikləri sanksiyaları aradan qaldırmalı, Tehranla bağlı siyasətin sonradan yenidən dəyişməyəjəyinə təminat verməlidir». Bununla belə, hələlik İranın şərtlərinin vasitəçi «altılıq» tərəfindən qəbul olunub-olunmayajağı və ya ona qarşı iqtisadi sanksiyaların tətbiq olunajağını demək çətindir.

Avropa Birliyinin xariji siyasət və təhlükəsizlik məsələləri üzrə komissarı Xavyer Solananın fikrinjə, İranın javabı alındıqdan sonra, Tehranla onun nüvə proqramına dair danışıqların davam etdirilməsi zəruridir. Solana deyib: «İranın javabında ona ona təklif olunanlardan fərqli çoxlu məqam var. Bu səbəbdən, sənəddəki bəzi ifadə və anlayışların mənasını başa düşmək üçün iranlılarla dialoq qurmalıyıq».    

Xatırladaq ki, İrana bir sıra iqtisadi və siyasi güzəştlər müqabilində uranın zənginləşdirilməsindən tamamilə imtina etmək təklif olunurdu. Belə ki, bu ölkəyə yüngül su ilə işləyən reaktorların tikilməsində yardım, həmçinin, milli atom energetikası obyektlərinin yanajaqla təmin ediləjəyi vəd olunur. İqtisadi əməkdaşlığın fəallaşdırılması üzrə danışıqların başlanması üçün ilkin şərt kimi İranın nüvə araşdırmalarından imtina etməsi irəli sürülmüşdü.


MƏSLƏHƏT GÖR:

457