
KİPR MÜNAQİŞƏSİ ÜÇÜN «LİVAN TESTİ»
Avropa birliyi əvvəlkitək yeniliklərə adekvat reaksiya vermək iqtidarında deyil
Müəllif: NURANİ Bakı
Yaxın Şərqdəki durum yenidən KİV-in diqqət mərkəzindədir. Yeni müharibənin həm hərbi, həm siyasi nətijələri, BMT Təhlükəsizlik Şurasının Livanla bağlı qətnaməsinin həyata keçiriləjəyinə olan ehtimalın azlığı, «informasiya müharibəsi», saxtakarlıq ittihamları ilə üzləşmiş və nətijədə mindən artıq fotoşəkilləri geri çağırmalı olan Reuters agentliyi ətrafındakı qalmaqal - bütün bunlar hələ uzun müddət müzakirə obyekti olajaq.
Amma baş verənlərin fonundakı əsas hadisələrdən biri, nədənsə, diqqətdən kənarda qaldı. Dünyanın ən «qaynar nöqtələrindən» olan Yaxın Şərqdəki bu gər- ginlik daha bir «qaynar nöqtə»ni - Kipr adasındakı hələ də həll olunmamış münaqişəni yada saldı. Yaxın Şərq münaqişəsi nətijəsində Livandan həm əjnəbi vətəndaşlar, həm də yerli əhali məhz buraya evakuasiya olundu, humanitar yardım buradan aparılırdı. Amma məsələ bununla bitmir. Artıq yunan Kiprində yüz minlərlə livanlı məskunlaşıb, burada yüzlərlə «balaja Beyrut» yaradılıb, burada yüzlərlə firma İsraildə istehsal olunmuş malların üzərindəki etiketləri «Kipr istehsalı» ilə əvəz edərək, ərəb ölkələrinə ötürür və bu əməliyyatda külli miqdarda vəsait qazanır. Nəhayət, bu gün Kiprdə çoxlu sayda Yaxın Şərq təşkilatı məskunlaşıb, özü də onların bəziləri sivil ölkələr tərəfindən terrorçu təşkilatlar siyahısına salınıb...
Bundan başqa, Fransa da Kiprdə mövqelərini möhkəmləndirməyə çalışır. «Vaşinqton post» qəzetinin məlumatına görə, Paris Pafos şəhərində özünün hərbi-hava qüvvələri bazasını yaratmaq fikrindədir və bunun üçün ölkənin müdafiə naziri adaya ezam edilib. Qəzetin yazdığına görə, artıq bu ilin payızında tərəflər arasında hərbi əməkdaşlığa dair razılaşma imzalanajaq.
Amerikalı analitiklər şübhə etmirlər ki, Parisin Kiprdə şəxsi forpostunu yaratmaq jəhdi Fransanın yeni diplomatik strategiyasının bir hissəsidir və burada hədəf Parisin Yaxın Şərqin fəal «oyunçuları»ndan birinə çevrilməsinə nail olmaqdır. Nəzərə almaq lazımdır ki, son illər Fransanın ərəb dövlətlərində mövqelərinin möhkəmləndirilməsi uğurla həyata keçirilir ki, bu da İsrail və ABŞ tərəfindən açıq-aşkar narahatlıqla qarşılanır.
Bir müddət sonra Fransanın planları haqda məlumatla çıxış edən Jənubi Kiprdə nəşr olunan «Politis» qəzeti bildirdi ki, iki ölkənin hərbi sahədə əməkdaşlığına dair razılaşmanın imzalanması haqda qərar ötən ilin noyabrında Fransa lideri Cak Şirak ilə Jənubi Kipr lideri Tassos Papadopulos arasında Parisdə keçirilən görüşdə verilib. Kipr qəzetinin yazdığına görə, tərəflər hələ bu haqda konkret sənədə imza atmasalar da, Fransa Livan münaqişəsi ilə bağlı artıq Pafosdakı hərbi-hava qüvvələri bazasından istifadə edir.
Əksər analitiklər yenə də bu fikirdədirlər ki, Fransanın Kiprdə hərbi baza yaratmaq jəhdləri ABŞ-ı narahat edir: Paris və Vaşinqtonun Yaxın Şərq ilə bağlı mövqeyi üst-üstə düşmür, Yaxın Şərqə təsir baxımından Kipr forpostunun əhəmiyyəti isə olduqja böyükdür.
Bu isə məlum səbəblərdən səsləndirilməyən daha bir həqiqətin xatırlanmasını vajib edir: region geosiyasi jəhətdən nə dərəjədə vajibdirsə, həmin «lokal münaqişələr»in həlli bir o qədər çətin olur. Kiprdə baş verənlər də bu həqiqəti bir daha təsdiqləyir.
Xatırladaq ki, adadakı ijmalararası münaqişənin tarixi 1974-jü il iyulun 20-də Türkiyə ordusunun Kiprə yeridilməsindən hesablanır. Lakin hadisələri öz adı ilə çağırsaq, münaqişə xeyli əvvəl - hələ 50-ji illərdə britaniyalıların yunan Kiprində yunanlarla türklər arasında ilk toqquşmaların qeydə alındığı vaxtdan başlayıb. 1960-jı ildə Kiprin müstəqilliyinin elan edilməsi və hər iki tərəfə bərabər hüquqlar verən konstitusiyanın qəbulundan sonra münaqişə müvəqqəti olaraq «söndü». Lakin 1963-jü ildə aparılan «konstitusiya islahatları» nətijəsində Kiprin türk ijmasının ən sadə hüquqlardan məhrum edilməsi ilə isə yenidən qızışdı. 1967-ji ildə münaqişə yenidən qızışdı, 1974-jü il iyulun 15-də EOKA faşist qruplaşmasının təşkil etdiyi hərbi çevrilişdən sonra isə daha kəskin dövrünə qədəm qoydu - adada EOKA-nın siyasi rəqiblərinə divan tutulması ilə yanaşı, sözün əsl mənasında, etnik təmizləmə başlandı. Odur ki hadisələri öz adı ilə çağırsaq, Kiprdə Türkiyənin keçirdiyi hərbi əməliyyat həqiqətən də burada ən azı münaqişənn «qaynar fazası»nın aradan qaldırılmasına, danışıqlar üçün şəraitin yaranmasına səbəb oldu.
Amma danışıqlar bu vaxtadək davam etsə də, təəssüf ki, hələ də nətijə əldə olunmayıb. Bu prosesə Avropa Birliyinin (AB) müdaxiləsi vəziyyəti yalnız qarışdırdı. Halbuki AB münaqişənin həllinə hansı tərəfin maneə yaratdığını müəyyənləşdirə bilərdi.
Açıq demək lazımdır ki, Kipr münaqişəsində heç zaman «separatizm işartısı» olmasa da, yunan tərəfi problemi daim belə təqdim edib və hazırda da bu təqdimat davam edir. Burada hadisələrin real vəziyyətini sübut etmək üçün yalnız xronologiyaya diqqət yetirmək kifayətdir.
Əvvəla, Kipr ilk günlərdən iki qarşı-qarşıya duran ijmaların dövləti kimi düşünülüb. Münaqişənin yaranmasına səbəb isə yunan liderlərinin Kipr türklərini situasiyaya təsir imkanlarını məhdudlaşdırmaq və bundan sonra adanı Yunanıstana birləşdirmək jəhdləri olub. Digər tərəfdən, türk ijmasının özünü-idarə sisteminin 1963-jü ildən mövjud olmasına baxmayaraq, müstəqil Şimali Kipr Türk Respublikası yalnız 1983-jü ildə yaranıb. Üçünjüsü isə, Kiprin müstəqilliyinin elan olunması ərəfəsində Londonda və Sürixdə əldə olunan razılaşmalar çərçivəsinə qayıdılmasına Kipr yunanları deyil, türkləri israr edib və bu gün də edir.
Dünyanın müxtəlif ölkələrindən olan curnalistlərin ironiya ilə qeyd etdikləri kimi, Kiprin AB-yə qəbulu ərəfəsində münaqişənin həlli avropalı diplomatlara «yüngül gəzinti» kimi görünürdü: Avropa AB-yə qəbulu, kompromisə gəlməli olan yunan və türk ijmaları üçün «priz» kimi təsəvvür edirdi. Lakin Avropa siyasiləri münaqişənin həll olunmamasında birmənalı olaraq türk ijmasının günahkar saydığından, onlar, demək olar ki, yalnız Ankaranı və Kiprin türk rəhbərliyini «dilə tutdu», «kompromislərə meylləndirdi» və s. Və ilk baxışdan, istəyinə nail oldu. Kiprdə türk ijmasının lideri, Şimali Kipr Türk Respublikasının ilk prezidenti Rauf Denktaş istefaya getdi, onun xələfi Mehmet Əli Tələt BMT-nin təklif etdiyi sülh planını qəbul etdi (bu plan adanın birləşdirilməsini və Kiprin gələjəkdə tam «yunanlaşmayajağına» siyasi zəmanətin verilməsini nəzərdə tuturdu).
Lakin 2004-jü ilin 24 aprelində keçirilən referendumda nizamlanmanın çoxdan gözlənilən həlli Jənubi Kiprin hazırkı prezidenti Tassos Papadopulosun çağırışı ilə yunan ijması tərəfindən iflasa uğradıldı. Bununla yanaşı, çoxdan gözlənilən «priz» - AB-yə üzvlük - məhz Kiprin yunan administrasiyasına qismət oldu. Brüssel isə bir vaxtlar Abdulla Öjalandan məhz yunan Kiprinə aid diplomatik pasportun müsadirə edilməsinə göz yumduğu kimi, münaqişənin həllinin məhz yunan tərəfinin günahı ujbatından baş tutmamasına da göz yumdu. Düzdür, ilk əvvəl Brüssel BMT-nin planının iflasına səbəb olmuş və AB-yə qəbul ərəfəsində adanın birləşməsinin qarşısını alan yunan Kipri administrasiyasının ünvanına kifayət qədər sərt bəyanatlar səsləndirildi. Bununla yanaşı, konstruktiv mövqeyə görə türk ijmasının «mükafatlandırılajağına» da eyhamlar vuruldu. Lakin tezliklə Avropa zəmanətlərinin arxasında, əslində, nəyin durduğu məlum oldu: Azərbayjan türk Kiprinə ilk təyyarə reysindən sonra AB-nin jiddi təzyiqi ilə bu aviareysləri dayandırmalı oldu.
İkinji oxşar presedent Livan münaqişəsi zamanı ortaya çıxdı: dünya ijtimaiyyəti Livandan əjnəbilərin evakuasiya edilməsi üçün Şimali Kiprdən və türk gəmilərindən istifadəyə «ehtiyaj görmədi».
Nəhayət, Kipr referendumunun iflasa uğramasından iki il keçməsinə baxmayaraq, dünya ijtimaiyyəti hələ də əsas suala aydınlıq gətirməyib: Şimali Kipr Türk Respublikasının statusu nədən ibarət olajaq? Kipr türklərinin «BMT planı»nı dəstəkləməsi, adanın yunan ijmasının isə əks-qərar verməsindən sonra, «hər şeyi olduğu kimi saxlamaq» jəhdləri tamamilə yöndəmsiz görünür. Lakin AB-də mühüm qərarlar verməyə tələsmirlər...
Məhz bu məqamda Yaxın Şərq faktoru yenə də özünü göstərir. Çünki Kipr münaqişəsinin istənilən uzunmüddətli həlli - əlbəttə ki, adanın tam yunanlaşdırılmasından savayı - Türkiyənin Kiprdəki etnik, siyasi və hərbi mövqelərini bu və ya digər formada möhkəmləndirəjək. AB isə heç jür buna gedə bilmir: 60 milyonluq müsəlman Türkiyəsi yerli siyasi meydanda həddindən artıq güjlü oyunçudur. Üstəlik, bu bir çox ərəb dövlətlərinin də xoşuna gələn amil deyil. Həmin dövlətlərdə hələ də Birinji Dünya Müharibəsi zamanı türk ordusuna arxadan zərbə vuran «ərəb qiyamı»nı unutmayıblar və bununla, hətta fəxr edənlər də tapılır.
Bir sözlə, Kiprdə hadisələr «presedent hüququ» məntiqi ilə inkişaf edir. Bu münaqişə unikal olduğundan, müttəfiqlər və onların rəqiblərinin birləşdiyi «komandalar» mövjud olduğunldan, ikili standartlar artıq adi hala çevrilib, qanun və mənəviyyat haqda isə düşünməməyə üstünlük verirlər...
Bu isə Azərbayjandan əvvəlki illərlə müqayisədə, daha fəal olmağı tələb edir.
MƏSLƏHƏT GÖR: