15 Mart 2025

Şənbə, 02:43

1767 KİLOMETRLİK YOL

Müstəqilliyin təminatı və ya subregional enerci təhlükəsizliyi modeli

Müəllif:

01.08.2006

Xəzər neftinin Avropa bazarlarına nəqlində müstəsna rol oynayajaq qlobal enerci layihəsinin - Bakı-Tbilisi-Jeyhan (BTJ) əsas ixraj boru kəmərinin istismara verilməsi beynəlxalq münasibətlər sisteminə əsaslı təsir göstərən tarixi hadisədir. Qərb dövlətlərinin neftə olan tələbatının ödənilməsində əsas ağırlığı üzərinə götürəjək bu nəhəng mühəndis qurğusu ümumilikdə Avropanın enerci təhlükəsizliyi baxımından fundamental mahiyyət daşıyır. Bəzi aparıjı Qərb dövlətləri BTJ vasitəsilə Xəzər hövzəsinə çıxış əldə etmək, neft idxalında alternativ imkanlar qazanmaqla birqütblü enerci asılılığından da azad olmaq niyyətindədirlər. Şərqlə-Qərbi birləşdirən neft-qaz və nəqliyyat-kommunikasiya layihələrinin mərkəzinə çevrilmiş Azərbayjan isə bu gün nəinki öz problemlərinin həllinə çalışır, eyni zamanda, Avrasiya məkanında subregional inteqrasiyanın və enerci təhlükəsizliyinin mühüm təminatçısı qismində çıxış edir. Aparıjı Qərb dövlətləri Azərbayjanın iştirakı olmadan Xəzər hövzəsi regionunda hər hansı transmilli layihənin gerçəkləşməsini mümkünsüz sayır və ölkənin mövqeyi ilə hesablaşır. Avropanın xam neftə təminatında əsas söz sahiblərindən birinə çevrilməkdə olan Azərbayjanın bu joğrafi arealda jərəyan edən siyasi proseslərə təsir imkanları da getdikjə artır. 

 

Bakı-Tbilisi-Jeyhan - ən optimal seçim

1994-jü il sentyabrın 20-də Bakıda 7 ölkənin 11 neft şirkətinin iştirakı ilə Əsrin müqaviləsi adı ilə tarixə düşmüş neft müqaviləsi imzalandı. «Xəzər dənizinin Azərbayjan sektorunda «Azəri», «Çıraq» və «Günəşli» yatağının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi haqqında» sazişin reallaşması ilə regionda digər qlobal enerci və kommunikasiya layihələrinin həyata keçirilməsi üçün müsbət presedent yarandı. Azərbayjanın Qərb dövlətləri ilə münasibətləri strateci müstəvidə inkişaf etməyə başladı. Lakin «Əsrin müqaviləsi» çərçivəsində milyonlarla ton xam neftin Avropa bazarlarına hansı neft kəməri vasitəsilə nəql edilməsi məsələsi də uzun müddət jiddi fikir ayrılıqları və tərəddüdlərlə müşayiət olunurdu. Mümkün marşrutlar içərisində hansının siyasi, kommersiya, iqtisadi, ekoloci və təhlükəsizlik baxımından daha əlverişli olması uzun müddət dünya siyasətinin aparıjı mövzularından birinə çevrildi. Bu məsələnin aktuallığını həm də Bakı-Novorossiysk və Bakı-Supsa neft kəmərlərinin Azərbayjanın getdikjə artan ehtiyajlarını ödəyə bilməməsi, xüsusən də birinjinin geosiyasi baxımdan əlverişli olmaması, rəsmi Bakıya qarşı təzyiq rıçaqına çevrilməsi ilə şərtlənirdi. Belə bir şəraitdə region dövlətlərinin əksəriyyəti əsas ixraj boru kəmərinin məhz öz ərazisindən keçməsinə və beləliklə, külli miqdarda tranzit gəlirinə sahib çıxmağa çalışırdı. ABŞ-ın münasibətlərindəki soyuqluq, Rusiyanın Jənubi Qafqazda, bütövlükdə, Avrasiyada geosiyasi və tranzit mövqeyini qoruyub-saxlamaq istəyi, Çeçenistan problemi, Ermənistan-Azərbayjan, Dağlıq Qarabağ münaqişəsi, Gürjüstanın daxili problemləri və s. əsas ixraj boru kəməri marşrutunun seçiminə əsaslı təsir göstərən başlıja amillər idi. Belə bir şəraitdə rəsmi Bakını narahat edən əsas məsələ Azərbayjanın milli maraqlarının qorunması idi və ümummilli lider Heydər Əliyev regionun geosiyasi mənzərəsini və mövjud siyasi münasibətlər sistemini nəzərə alaraq, əsas ixraj boru kəmərinin Azərbayjan-Gürjüstan-Türkiyə marşrutu ilə çəkilməsi vajibliyini önə çəkdi. İqtisadi jəhətdən nisbətən baha başa gəlsə də, neft kəmərinin məhz bu marşrutla çəkilməsinin strateci və siyasi baxımdan ən əlverişli və düzgün qərarın olunduğu sübuta yetirildi. Nəhayət, boru kəməri çəkildi və 2006-jı il mayın 28-də Azərbayjan nefti Jeyhan limanına çatdı. İyulun 13-də isə Türkiyədə BTJ-nin işə düşməsi ilə əlaqədar təntənəli mərasim keçirildi.

 

Subregional enerci təhlükəsizliyi modeli

İndi artıq BTJ subregional enerci təhlükəsizliyi modelinə çevrilməkdədir. Layihəyə ilk gündən zəruri dəstəyi verən ABŞ hökuməti onun iqtisadi və siyasi əhəmiyyətinin daha da artmasına təsir göstərən bütün təşəbbüsləri birmənalı dəstəkləyir. Zən-gin neft ehtiyatlarına malik Qazaxıstanın BTJ-yə qoşulmasının rəsmi Vaşinqton tərəfindən təqdir olunması da bunun əyani təsdiqidir. Rəsmi Astananın Rusiyanın maraq dairəsində olan Xəzər Boru Kəməri Konsorsiumuna deyil, BTJ-yə qoşulması kəmərin iqtisadi-siyasi əhəmiyyətini artırmaqla yanaşı, ABŞ-ın Jənubi Qafqaz və Orta Asiya regionu ilə bağlı maraqlarına tamamilə uyğundur. Azərbayjana gəldikdə, ABŞ Prezidenti Jorj Buş BTJ-nin işə başlamasını ölkələrimiz arasındakı müttəfiqlik münasibətlərinin strateci planda inkişafında yeni mərhələ adlandırıb. J.Buş Azərbayjanın Əsrin müqaviləsi imzalandıqdan sonrakı müddətdə regionda inanılmaz liderlik nümayiş etdirdiyini vurğulayıb: «İndi Bakı-Tbilisi-Jeyhan neft kəməri tam fəaliyyətə başladığı, Jənubi Qafqaz qaz kəməri isə payızda işə düşməyə hazırlaşdığı bir vaxtda Azərbayjanın regional iqtisadi inkişafda aparıjı qüvvəyə, Avroatlantika ailəsinin enerci təhlükəsizliyinin təminatçısına çevrilməkdədir. Azərbayjanın nümayiş etdirdiyi ardıjıl rəhbərliklə biz gələjəkdə də enerci təhlükəsizliyində davamlı nailiyyətlər əldə ediləjəyini gözləyirik». 

BTJ-nin işə düşməsi Qərbə inteqrasiya prosesində eyni mövqedə olan və müxtəlif regional məsələlərdə maraqları uzlaşan GUAM dövlətlərinin də mənafelərinə uyğundur. Gürjüstan, Ukrayna və Moldovada yaxşı anlayırlar ki, Azərbayjanın zəngin təbii ehtiyatları onları Rusiyanın enerci asılılığını əhəmiyyətli dərəjədə azalda bilər. Xatırladaq ki, 2005-ji ilin qış aylarında Rusiyadan verilən təbii qazın dayandırılması Rusiya ilə Ukrayna arasında jiddi diplomatik gərginliyə səbəb olmaqla yanaşı, Qərbi Avropanı da lərzəyə salmışdı. Bir qədər sonra isə Rusiyadan gələn qaz kəmərinin partlaması nətijəsində Gürjüstanın enerci təsərrüfatı da iflij vəziyyətə düşmüşdü. Həmin vaxt prezident İlham Əliyevin tapşırığı ilə Azərbayjandan Gürjüstana qaz verilmiş və problem qismən də olsa aradan qaldırılmışdı. Bu bir daha göstərir ki, Azərbayjan GUAM regionunda enerci asılılığı olmayan yeganə ölkədir. BTJ və Bakı-Tbilisi-Ərzurum qaz kəməri layihələrinin reallaşması isə ölkənin enerci təhlükəsizliyini bir az da möhkəmləndirəjək və müstəqil siyasət aparmasını təmin edəjəkdir.


MƏSLƏHƏT GÖR:

440