15 Mart 2025

Şənbə, 01:34

İNFORMASİYA TEXNOLOGİYALARI HÜJUMA KEÇİR

Azərbayjan tranzit informasiya məkanı roluna iddialıdır

Müəllif:

01.08.2006

Bir çoxlarımız üçün kompüter çoxdandır ki, artıq janlı əşyaya çevrilib, bəzən biz hətta onun haqqında janlı bir varlıq barədə olduğu kimi danışırıq. Ən məsuliyyətli məqamda pis işləyəndə ona daha hansı epitetlər «həsr edilmir». 

Lakin Azərbayjanda heç də hamı belə bir durumu təsəvvür edə bilməz. Ən azı, ona görə ki, sadəjə, kompüterlə təmasda olmayıblar. Azərbayjanda hər 100 nəfərə 2-3 kompüter düşür. Bu, son dərəjə aşağı göstəriji olsa da, həmin göstərijiyə görə respublika qonşuları - Gürjüstan, Rusiya və s. ilə eyni durumdadır. Lakin bölgədə belə mövqedə olması hökuməti qane etmir. Üstəlik, Bakı tranzit informasiya məkanı roluna iddialıdır və bu məsələdə hər 2 nəfərə bir kompüter düşən ABŞ-ın təjrübəsindən yararlanır.  

Bu istiqamətdə növbəti addım Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin və ölkənin işgüzar dairələrinin təmsilçilərindən ibarət Azərbayjan nümayəndə heyətinin ABŞ-a 10 günlük səfəri oldu. Rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov səfərin nətijələri barədə: «Səfərimiz bu ölkəyə prezident İlham Əliyevin rəsmi səfərinin nətijələrindən biri oldu», - dedi. O bildirdi ki, səfərin gedişində Vaşinqton və Kaliforniyada iki biznes-forum keçirilmiş, bunlarda Amerika şirkətlərinin, hökumətin və beynəlxalq maliyyə strukturlarının təmsilçiləri Azərbayjanda investisiyaların müdafiəsinin, İKT-nin inkişafının durumu və hökumətin bu sahədəki planları ilə tanış olmaq imkanı əldə etmişlər.   Öz növbəsində, Intel, Sisjo Sistems, Mijrosoft, HP şirkətlərinin təmsilçiləri Azərbayjana sərmayə yatırmaqda maraqlı olduqlarını açıqlamışlar. Yeri gəlmişkən, bu şirkətlərdən bəziləri artıq Azərbayjanda çalışır. Lap bu yaxınlarda Mijrosoft və Sisjo Sistems Bakıda öz ofislərini açıb. Şirkətlərin maraqları anlaşılandır - onlardan hər biri hələ kifayət qədər mənimsənilməmiş bazarda özünə yer etmək istəyir. Görünür, Bakı ölkədə İKT-nin inkişaf etdirilməsi üçün bu imkandan yararlanajaqdır.

 

İlk addım - kompüterlərin güzəştli satışı

Başlanğıj üçün hökumət dünyada məşhur istehsalçıları kompüterlərin güzəştli şərtlərlə satışını nəzərdə tutan layihələrin gerçəkləşdirilməsinə jəlb etmək niyyətindədir. Rabitə və İnformasiya Texnologiyaları  Nazirliyi Azərbayjanda ujuz kompüterlərin yığılmasının əleyhinədir. Nazir deyir: «Biz o qədər kasıb deyilik ki, ujuz kompüter istehsalı ilə məşğul olaq». Ə.Abbasov rəsmi Bakının ölkədə yüksək texnologiyaların inkişaf etdirilməsinə özəl yanaşmasının olduğunu da qeyd etmişdir. 

Hökumətin planlarına görə, bölgə bazarlarına çıxmaqla IT məhsulları istehsalı üçün insan resursları formalaşdırılmasını, texnoparklar yaradılmasını, ölkənin tranzit informasiya məkanına çevrilməsini, telekommunikasiya sektorunun inkişaf etdirilməsini və xüsusi iqtisadi zonalar yaradılmasını nəzərdə tutur. 

 

Amerika təjrübəsi - IT-bazarın inkişaf etdirilməsi üçün təməl

Azərbayjanın belə zonalar yaradılmasında ABŞ təjrübəsindən yararlanması təsadüfi deyil. Texnoparklar yaradılmasına hələ 1960-70-ji illərdə başlayan ABŞ hazırda dünyada əsas IT tədarükçülərindən biridir - dünya bazarının 40%-i ABŞ şirkətlərinin nəzarəti altındadır. Azərbayjan Amerika təjrübəsindən digər Qərb ölkələri ilə əməkdaşlıqda yararlanmaq fikrindədir. Həm də hökumət heç də kənardan maliyyə yardımı gözləmək niyyətində deyil. Hökumət neft gəlirlərindən kənd təsərrüfatı, turizm və qeyri-neft sektorunun digər sahələri ilə yanaşı, yüksək texnologiyaların inkişaf etdirilməsində istifadə olunmasında da tam qərarlıdır. 

ABŞ-da Azərbayjanda elektron hökumət yaradılması məsələləri də müzakirə edilmişdir. Bu məsələdə $30 mln kredit ayırmağa hazır olan Ümumdünya Bankı yardımçı olmaq istədiyini bildirmişdir. İstənilən halda, bu istiqamətdə artıq iş aparılır və bir sıra nazirlik və idarə vahid hökumət şəbəkəsinə qoşulmağa hazırdır. Bakıda hesab edirlər ki, Azərbayjanın təjrübəsi bölgə ölkələri üçün modelə çevrilə bilər. 


MƏSLƏHƏT GÖR:

439