
TARKAN QAYIDAJAĞINI VƏD ETDİ
İyunun 30-ju - sevgililər günündə Bakıda Türk müğənnisinin möhtəşəm konserti oldu
Müəllif: Samirə Kazımova Bakı
O, ekoloq, yaxud veterinar olmaq istəsə də, Türkiyənin superulduzu oldu. İyun ayında Bakıda keçirilən jaz festivalı bakılıların yaşlı nəsil üçün əsl sürpriz olduğu kimi, paytaxtımızda Tarkanın Sevgililər günü baş tutan konserti gənjlərimizə möhtəşəm hədiyyə oldu. Mühafizəkar Türkiyə üçün Tarkan yeknəsəq, maraqsız və monoton musiqi dəryasında «yeni nəfəs»ə çevrildi. Başqa sözlə, vətənində o özünü milli sakitliyi pozan şəxs kimi tanıtdı.
Gənjlərimizin təhtəlşüur kimi alqışladığını başa düşmək, həyatda nəyə ehtiyajları olduğunu dərk etmək üçün Tarkan Təvətoğlunun tərjümeyi-halından onu çox gözəl səjiyyələndirən əlamətdar bir faktı xatırladaq. Türkiyədə 1994-jü ildə keçirilən televiziya şoularından biri zamanı aparıjı artıq mahnısının ifasını başa çatdıraraq, səhnəni tərk etməyə hazırlaşan Tarkanı saxlayaraq, tamaşaçılara bir neçə kəlmə söz deməsini xahiş etdi. Javabında üzündə parlaq təbəssüm olan Tarkan janlı yayımda kameraya aşağıdakı sözləri dedi: «Abi, əl çək, tualetə getməliyəm». Bütün Türkiyə şoka düşdü, bu skandal uzun müddət dillər əzbəri oldu.
Üzrxahlıq kimi, Tarkan bir neçə aydan sonra televiziyada sırf klassik türk mahnılarından ibarət proqramla solo çıxış etdi.
Parlaq, ekspressiv, impulsiv Tarkanı Qərbdə tanısalar da, o qədər də yüksək dəyərləndirmirlər - belələrindən oralarda çoxdur... Azərbayjan şou-biznesində isə tarkanabənzər fiqura böyük ehtiyaj var. Yerli mister şlyager Faiq Ağayev nə qədər özünü Tarkana oxşatsa da - saçını onun kimi düzəltsə, onun kimi rəqs etsə də, yenə də Faiq Ağayev olaraq qalır. Yeri gəlmişkən, Tarkanın Bakıya iki il bundan əvvəlki ilk gəlişi də Respublika gününə təsadüf etmişdi. Tarkanın pərəstişkarları ilə dolu olan stadion onu bürümüş hisslərin təsiri altında, az qala, nərə çəkirdi. Belə kütləvi məhəbbət izharından heyrətə düşən Tarkan, o vaxt hələ heç yerdə belə bir şeylə rastlaşmadığını etiraf etmiş və vəd vermişdi: «Mən mütləq qayıdajağam!»... Tarkan vədinə əməl etdi...
Tarkan və Lestat
Həqiqətən də, Azərbayjan gənjləri bunu çox gözlədilər. Reklam çarxları, demək olar, tam bir ay Tarkanın konsertinin anonsunu verdi. Heç şübhəsiz, Tarkanın konsertinin təşkilatçıları bu çarxları nümayiş etdirməyə başlayan andan, çoxları bir-birinə «Sən Tarkanın konsertinə gedəjəksənmi?» sualını verirdi. Nətijədə, iyunun 30-da Tofiq Bəhramov adına Respublika stadionu ağzınadək doldu - bura Türkiyənin bizdə deyildiyi kimi, meqaulduzunu öz gözləri ilə görmək istəyən 70 minə yaxın insan toplaşdı. Müğənninin ən səbirsiz pərəstişkarları konsertin başlanmasına 2 saat qalmış tribunalarda yerləşməyə başladılar. Sayları kifayət qədər çox olan ən qızğın fanatları isə təhlükəsizlik xidməti stadionun ortasında quraşdırılan, əsgərlər və polislərin əhatəyə aldığı səhnəyə yaxın buraxdı. Yaxınlıqda iki «təjili yardım» maşını «növbə çəkirdi» - fanatlardan kiminsə halı qəfildən pisləşərsə...
Nəhayət, o qədər də uzunsürməyən gözləmədən sonra konsert başladı. Lakin Tarkanı görməyə hazırlaşan tamaşaçıların qarşısına... Manana çıxdı. Yəqin ki, publikanı bir qədər qıjıqlandırmaq üçün. Onun çıxışı hamı üçün sürpriz oldu, çünki qızmar şəhərin hər yerində yapışdırılan afişalarda müğənninin adı yox idi. Bir qədər pərişan olmuş tamaşaçıların gözləməkdən savayı çarəsi qalmamışdı. Manananın qısa müddət Tarkanın kölgəsinə çevrilməyə nə səbəbə qərar verdiyini anlamaq çətindir. Bir neçə mahnı ifadə etdikdən sonra, Manana qəfil gəldiyi kimi, qəfil də səhnəni tərk etdi və stadiona qeyri-adi sakitlik və ala-qaranlıq çökdü.
Yalnız səhnənin dərinliyində sayrışan ulduzları olan süni gejə səması diqqəti jəlb edir və alov «yanırdı». Nəfəslərini belə çəkməyən tamaşaçılar Tarkanın gəlişini gözləsələr də, o, gözlənilmədən sanki yerin altından peyda oldu: qara dəri şalvar, sinəsi sanki təsadüfən açıq qalan al-qırmızı köynək, yaşıl pişik gözlərin hipnotik baxışı... Xatirimdə Anna Raysın kitabının qəhrəmanının - təkjə baxışı ilə qurbanlarını ovsunlayan vampir Lestatın obrazı janlandı. Düz ürəyə nüfuz edən birjə belə baxış ömürlük onun hakimiyyəti altına düşmək üçün bəs edirdi.
Tarkanın gəlişi nəhəng stadionda gurultulu əks-səda doğurdu. Musiqi səsləndi və müğənni çıxışına rəqslə başladı. Tarkanın məşhur «göbək rəqsi» onun hərəkətlərini təkrarlamağa çalışan gənj qız pərəstişkarlarını valeh etdi. Çoxminlik stadion da Tarkanla birlikdə oxuduğundan, konserti yaxınlıqdakı binaların sakinləri də eşidə bilirdilər.
Ala-qaranlığa bürünmüş stadion öz kumirini mobil telefonların rəngarəng işıqları ilə «dəstəkləyirdi». Sanki stadion qaranlıq səmanın «davamı», telefonların işıqları isə - yeni bürjlər idi.
Tarkan, əvvəljə, köhnə şlyagerlərini ifa etdi. Sonra isə tamamilə təzə mahnılar gəldi. O, Bakıya tam yeni bir proqram - relizi aprelin 7-də olmuş ilk ingilisdlli Jome Jloser albomunu gətirmişdi. Əgər bizə tanış olan «Bu geje», «Dudu», «Simarik» mahnılarının ifası zamanı bütün stadion Tarkanla birlikdə oxuyurdusa, Jome Jloser albomundan yeni kompozisiyalar səslənərkən tamaşaçılar, sadəjə, vəjdə gəlirdilər. Demək olar, bütün konsertboyu hamı rəqs edirdi, sakit dayananların sayı çox az idi.
İlk ingilisdilli albomdan «In your eyes», «Start the fire», «Bounje» və s. mahnılar səsləndi və 2 saat davam edən konsert hiss olunmadan başa çatdı. Stadionda işıqlar sönməyə, tamaşaçlar dağılışmağa başladılar... Və elə bu vaxt qaranlıqda gözlənilmədən Tarkanın səsi eşidildi: «Gedimmi, qalımmı?». Stadion bir səslə «Qal!» - deyə bağırdı. Səhnədə yenə işıqlar yandı və o, final mahnısı ilə səhnəyə çıxdı. Ayrılarkən isə bakılılara «Mən mütləq yenə sizin yanınıza qayıdajağam!» - deyə vəd etdi. Hamı bilir ki, Tarkan vədinə əməl edir.
Moskva-Bakı
Tarkan Bakıya qastrol çıxışları çərçivəsində gəlmişdi. İyunun 21-də Tarkan Moskvadakı «Olimpiysk» idman kompleksində konsert verirdi. Müğənnini rusiyalı pərəstişkarları hərarətlə qarşıladılar. Bu konsertdə olanlar «Olimpiysk» kompleksində çoxdan belə möhtəşəm konsert keçirilmədiyini deyirlər. İdman kompleksi ağzınadək dolu idi, həm də tamaşaçıların yarısını həmyerlilərimiz təşkil edirdi. Onlardan biri - Elmira Əliyeva «R+»a bildirdi ki, Tarkan təkrarsızdır və Moskvada ona pərəstiş edirlər.
Konsertə qədər Tarkan Qızıl meydanı gəzməyə, Vasili Blacennı məbədinə tamaşa etməyə də imkan tapdı.
Moskvadan sonra Tarkan iyunun 28-də Minskdəki «Dinamo» stadionunda çıxış etməli idi və türk pop-ulduzunun «bir ayağı artıq Belorusiyada olsa da», təşkilatçılara məlum olmayan səbəbdən, şəhər sakinləri biletləri almaqdan imtina etdilər. «Komsomolskaya pravda»nın yazdığına görə, «Milorz» şirkəti müğənninin gəlişinə bir ay əvvəldən hazırlaşmağa başlamışdı. Bütün şəhərdə reklam plakatları asılmışdı, televiziya kanalları ilə, hətta metroda da reklam çarxları səsləndirilirdi. Lakin konsertə bir neçə gün qalmış təşkilatçılar satılmış biletləri saydılar və konserti ləğv etmək qərarına gəldilər: «Dinamo» stadionu 30 min adam tutduğu halda, jəmi 1500 bilet satılmışdı. Biletin qiyməti Minskdəki gejə klublarına giriş biletlərindən heç də baha deyildi - 20-50 min belorus rublu arasında. Bu çox məqbul bir qiymətdir. Üstəlik, təşkilatçılar məktəblilər üçün, hətta belorus standartlarına görə də gülünj olan qiymətə - 15 min rubla satılan güzəştli biletlər də nəzərdə tutmuşdular. Lakin bu qiymətə də konsertə jəmi... 12 nəfər gəlmək istəmişdi. Odur ki konserti sentyabra qədər təxirə salmaq qərara alınmışdı.
Təbii ki, Bakıda Tarkanın «Minsk problemləri» ola da bilməzdi. Yeri gəlmişkən, burada da Tarkan konsertdən əvvəl bir qədər gəzmək, həm də paytaxtın mağazalarının birindən özü üçün bazarlıq etmək qərarına gəldi. «Torqovı» küçəsində gəzişən müğənnini görənlər gözlərinə inanmadılar! Pərəstişkarları onu bir gözqırpımında əhatəyə alsalar da, jangüdənlərin sırasını yalnız ən qoçaqlar yara bildilər. Onların arasında «R+» müxbiri də var idi.
- Tarkan, Azərbayjan tamaşaçıları xoşunuza gəlirmi?
- O! Sizlər xariqəsiniz! Səmimi, şən. Burada hər şey xoşuma gəlir: şəhər, insanlar, günəş, hava. Ümid edirəm, Bakıya yenə gələjəyəm. Həm də tezliklə.
Qeyd etmək lazımdır ki, Tarkanın Bakıya gəlişi daha bir məşhur türk ulduzunun - müğənni, şair və bəstəkar Mustafa Sandalın gəlişi ilə üst-üstə düşdü. Mustafa Sandal paytaxtımızda gənjlər üçün pulsuz konsert keçirdi. Yerli curnalistlər bu iki məşhur müğənni arasında çoxdankı ədavətdən danışmağı xoşladıqlarından, ayrı-ayrılıqda onların hər ikisinə bu barədə sual vermişdilər. Lakin hər iki sənətçi heç vaxt hər hansı bir narazılığın kölgə salmadığı yoldaşlıq münasibətlərində olduqlarını iddia etmişdir.
MƏSLƏHƏT GÖR: