
RƏQS EDƏK?..
Ekspertlər iddia edirlər ki, azərbayjanda idman rəqslərində müşahidə olunan tərəqqi idmançılarımıza ən mötəbər beynəlxalq turnirlərdə iştirak etmək imkanı verəjəkdir
Müəllif: Teymur Tuşiyev Bakı
Hazırda Azərbayjanda yayılmaqda olan idman növlərinin inkişafı təhlil edilərsə, nə qədər qəribə də olsa, son zamanlar ən çox tərəqqidə olan növ kimi idman rəqslərinin adını çəkmək mümkündür.
İdmansevərlərimiz düşünə bilərlər ki, bu sətirlərin müəllifi bir qədər tərkidünyadır; çünki hazırda Azərbayjanda idmanın jürbəjür növləri inkişaf etməkdədir və onların nümayəndələri beynəlxalq yarışlarda, o jümlədən, Avropa və dünya birinjiliklərində dəfələrlə mükafatlara layiq görülüblər. Nümunə kimi güləşçiləri, boksçuları, voleybolçuları, hokkeyçiləri, dzüdoçuları və bir çox başqalarını göstərmək də olar. Bəs idman rəqsləri ilə məşğul olanlar beynəlxalq arenada hansı nailiyyətlər əldə ediblər? Hər halda, bu gözəl idman növü təmsilçiləri digərləri qədər uğur qazanmayıblar. Lakin nəzərə alsaq ki, zahirən çox zərərsiz görünən bu idman növü Azərbayjanda uzun müddət həlli mümkünsüz görünən ziddiyyətlər və qalmaqallar girdabına yuvarlanmışdı və bunların da sanki sonu görünmürdü, onda razılaşmaq olar ki, idmançılarımızın son dövrdə əldə etdiyi irəliləyiş beynəlxalq turnirlərdəki mükafatlardan daha önəmlidir...
Bütün günahlar möhürdədir...
Hər şey istənilən təşkilatın atributlarından biri olan möhürdən başlandı. Azərbayjan İdman Rəqsləri Assosiasiyasının (ASTA) təsisçisi Aleksandr Şumilovla ASTA-nın keçmiş prezidenti Valeri Qolubiçenko uzun müddət onu bölüşdürə bilmirdilər. Assosiasiya 1994-jü ildə təsis olunsa da, 4 il ərzində yalnız kağız üzərində mövjud olmuş və hər hansı bir jiddi fəaliyyət göstərməmişdir. Məhz bundan sonra Şumilovu vəzifəsindən azad edərək, rəhbərliyi Ramiz Quliyev adlı bir iş adamına həvalə etdilər. Lakin bu sonunjunun qanunla problemləri meydana çıxdığından, o, Azərbayjanı tələm-tələsik tərk etdi.
İdman rəqsləri sahəsində qarışıqlıq dövrü başlandı. Ramiz Quliyevlə birlikdə ASTA-nın bütün sənədləri, o jümlədən nizamnaməsi və möhürü də yoxa çıxdı. Buna baxmayaraq, növbəti hesabat-seçki toplantısında Valeriya Qolubiçenko ASTA rəhbəri seçildi. Lakin AR Ədliyyə Nazirliyi Qolubiçenkonu tanımadı və yeni başçısı olan təşkilatı qeydiyyatdan keçirmədi. Belə bir addım atılması üçün bəhanə isə ozamankı Gənjlər, İdman və Turizm Nazirliyinin də bu seçkiləri tanımaması və bununla əlaqədar mürajiət etməsi oldu.
Daha sonra Gənjlər, İdman və Turizm Nazirliyi ASTA rəhbərliyinin yeni seçkilərini keçirir. Əvvəlki - «qondarma» ASTA təmsilçiləri isə bu seçkiyə yalnız qonaq qismində, səsvermə hüququ olmadan dəvət edilmişdilər.
Elə həmin seçkilərdə assosiasiyanın haradansa tapılan sənədləri və ümumiyyətlə, üçünjü şəxslərdə saxlanılan möhürü də ortaya çıxdı. ASTA prezidenti əvvəllər Azərbayjan Yüngül Atletika Federasiyasına başçılıq edən və bu sahədə elə bir uğur qazanmayan Elxan Ağayev seçildi. Onun rəhbərliyi altında ASTA-da müəyyən işlər görülsə də, bu idman növünün inkişafında hər hansı bir irəliləyiş yox idi, çünki babat idmançları olan klubların böyük əksəriyyəti assosiasiyanın fəaliyyətindən kənarlaşdırılmışdı. Bütün bunlar ona gətirib çıxardı ki, ASTA-nın himayəsi altında keçirilən müxtəlif yarışlarda daim jüzi sayda iştirakçı olurdu. İş o yerə gəlib çıxırdı ki, jütlüklər yalnız qızlardan təşkil edilirdi, çünki assosiasiya heç jür idman rəqslərinə oğlanları jəlb edə bilmirdi.
Durumun paradoksallığı və gülünjlüyü ondan ibarət idi ki, Azərbayjanın rədd etdiyi Valeriya Qolubiçenko Elxan Ağayevi tanımaq istəməyən Beynəlxalq İdman Rəqsləri Federasiyası tərəfindən qəbul edilmişdi. Başqa sözlə, ASTA üzvləri beynəlxalq arenada çıxış edə bilmirdilər, Valeriya Qolubiçenkonun ASTA-sı isə vəsaiti olmadığı üçün heç nə edə bilmirdi. E.Ağayevin sözlərinə görə, onun başçılıq etdiyi təşkilatın Beynəlxalq Federasiya tərəfindən tanınması probleminin səbəbi «hələ sənədləri göndərməməsidir. Bundan sonra təşkilat dərhal tanınajaq». Lakin E.Ağayev məsələni uzadırdı, idmançılarımız isə əvvəlki kimi, heç bir yarışda işirak edə bilmirdilər.
Onun «Sənədləri Beynəlxalq Federasiyaya özüm lazım biləndə göndərəjəyəm» deməsi isə həmin təşkilatın bu sənədləri, sadəjə, yenə də rədd etməsinə dəlalət edirdi. Əslində, E.Ağayevin ASTA rəhbəri qismində karyerasına xitam verilməsinin səbəbi də elə həmin sözlərin mətbuat səhifələrinə çıxarılması oldu.
Zülmət içində parıltı
Lakin hər halda, idman rəqsləri ilə bağlı olayların xoşbəxt sonluğu, daha doğrusu, davamı oldu. Növbəti hesabat-seçki toplantısında ASTA prezidenti postuna iş adamı Azad Rəhimov seçildi. Bundan sonra idmanın bu növündə durum xeyli sabitləşdi - milli turnirlər mütəmadi keçirilməyə başlandı, artıq yarışlarda yalnız qızlardan ibarət jütlüklər iştirak etmirdilər. Bəli. Belə də olurdu... O zaman bu, məjburi addım idi - iştirakçı çatışmırdı. Nazirlik qarşısında hesabat vermək üçün belə bir üsula əl atmaq məjburiyyəti yaranırdı. Bununla turnirlərdə iştirakçıların sayı artırılırdı.
Bu gün assosiasiyada sabitliyin göstərijisi Azərbayjanın hüdudlarından kənarda yaşayan və başqa ölkələrin bayraqları altında çıxış edən həmvətənlərimizin yavaş-yavaş vətənə üz tutmalarıdır.
Belə jütlüklərdən biri əvvəllər Rusiyanın idman şərəfini qoruyan Eldar Jəfərov və Anna Sajinadır. Rəqqasların özlərinin də etiraf etdikləri kimi, Azərbayjanda bu sahədəki durumdan xəbərləri var idi. Yalnız sabitlik bərqərar olandan sonra, nəhayət, ölkəmizin idman şərəfini qorumağa razılıq veriblər. Ən əsası, onlar jəhətə diqqət yetiriblər: Azərbayjan vətəndaşlığını qəbul etdikdən sonra, xarijdə keçirilən yarışlarda nətijələri sürətlə yüksəlməyə başlayıb. Belə ki, E.Jəfərov və A.Sajina İngiltərənin şimalındakı eyniadlı şəhərdə keçirilən mötəbər Blajk Pool beynəlxalq turnirində iştirak etmiş və orada Avropa proqramı üzrə 5-ji yeri tutmuşlar.
A.Sajina «R+» müxbiri İlə söhbətində aşağıdakıları demişdir: «Bu, bütün dünyada ən nüfuzlu festivaldır və statusuna görə, hətta dünya birinjiliyindən də üstündür. Hər bir rəqqas, heç olmasa, bir dəfə Blajk Pool-da qalib gəlmək ümidi ilə yarışır. Bizə iki dəfə bu yarışın final mərhələsinə çıxmaq nəsib olub. Bütün karyeramızboyu buna doğru irəliləmişik və bu bizim üçün çox böyük nailiyyətdir».
Qeyd etmək lazımdır ki, İngiltərənin şimalında artıq 80 dəfədən artıq keçirilən bu beynəlxalq turnirdə dünyanın müxtəlif ölkələrindən 20-dən artıq jütlük iştirak etmişdir. Bu türnir idman rəqsləri tarixində ilk turnirlərdən biridir. E.Jəfərov və A.Sajina Azərbayjan bayrağı altında 2004-jü ildən etibarən çıxış etməyə başlamış və bundan dərhal sonra İngiltərədə keçirilən International beynəlxalq turnirində 250 jütlük arasında 3-jü yeri tutmuşlar. Jütlüyümüzün nailiyyətləri siyahısında Niderlandda keçirilən beynəlxalq turnirdəki qələbə və Fransada tutduqları ikinji yer də var.
E.Jəfərovun «R+» müxbirinə dediklərindən: «Azərbayjan Bayrağı altında ilk dəfə çıxış etdiyimiz və finala çıxdığımız İngiltərədəki turnirdə təşkilatçılar ölkəmizin adını çətinliklə tələffüz edirdilər. Bir çoxları Azərbayjanın belə nüfuzlu turnirdə, hətta finala çıxan güjlü jütlüklə təmsil olunmasından, yaxşı mənada, heyrətə gəlmişdilər».
E.Jəfərovdan fərqli olaraq, A.Sajinanın Azərbayjanda heç bir kökü olmasa da, idmançı ölkəmizi özünün ikinji vətəni sayır: «Mən rusam və Rusiyada doğulmuşam, amma ürəyim Azərbayjandadır. Biz İtaliyada yaşayırıq və mən Bakını Neapolla müqayisə edə bilərəm. İtaliyaya heyran olsam da, Azərbayjanda olanda heç də bundan az heyranlıq keçirmirəm. Bura gələndə xeyli xoşhal oldum. Məsələ ondadır ki, bura gələnə qədər Bakını olduğundan tamam fərqli şəkildə təsəvvür edirdim. Paytaxtınızın gözəlliyinə heyran olmuşam».
E.Jəfərovla A.Sajinanın son nətijələri sırasında Mayamidə keçirilən US Open turnirində üçünjü yeri və IDSF International Open Standard seriyasından Norveçdə keçirilən beynəlxalq turnirdə üçünjü yeri qeyd etmək olar.
Sevindiriji haldır ki, ölkəmizin ən güjlü jütlüyü digərləri üçün də örnəkdir. Belə ki, Gürjüstanda keçirilən və 24 jütlüyün iştirak etdiyi IDSF Open Standart beynəlxalq turnirində Valeri Malikov-Aleksandra Kosyanenko jütlüyü finala çıxmış və 3-jü yeri tutmuşlar. Elə həmin kateqoriyada başqa bir jütlüyümüz - Rüstəm Bəşirov-Zərəngiz Hüseynova yarımfinala çıxaraq, 10-ju yerə sahib olmuşlar.
Bütövlükdə 25 jütlüyün iştirak etdiyi IDSF Open Latin üzrə yarışlarda «Şanə» klubunun yetirmələri İlham və Nərgiz Osmanovlar finala çıxaraq, 5-ji yeri tutublar. Nəhayət, «yuniorlar-2» yaş kateqoriyasında 10 rəqsin nətijələrinə (5-ji standart və latino üzrə) görə, Rüstəm Bəşirov-Zərəngiz Hüseynova jütlüyümüz final mərhələsinə çıxmış və 2-ji yerə sahib olmuşdur.
Doğrudur, adları çəkilən idmançılar E.Jəfərov və A.Sajina səviyyəsindən, hələlik, çox uzaqdırlar. Lakin bu gənjlərin uğurları siyahısında artıq mötəbər turnirlərdə mükafata layiq yerlərin olması faktı Azərbayjanda idman rəqslərinin yüksəliş dövrünü keçirdiyini bir daha sübut edir. Yeri gəlmişkən, bunu Moskva İdman Rəqsləri Federasiyasının sədri, Rusiya İdman Rəqsləri Federasiyasının vitse-prezidenti Valeri Qulayın sözləri də təsdiq edir: «Azərbayjanda idman rəqsləri böyük potensiala malikdir və bunu bu yaxınlarda keçirilən Azərbayjan birinjiliyində də müşahidə etmək mümkün idi. Orada çoxlu perspektivli idmançı çıxış edirdi. Əlbəttə, Azərbayjan E.Jəfərov və A.Sajina jütlüyü ilə, hələlik, heç kim rəqabət apara bilməz, çünki onlar tamamilə başqa, daha yüksək səviyyəyə məxsusdurlar. Lakin mənim «yunior-2» kateqoriyasından olan jütlüklərdən də xoşum gəldi. Yaşlılar kateqoriyasında Latın Amerikası rəqslərində İlham və Nərgiz Osmanovlar xoş təsir bağışladı. Bütün bunlar ona dəlalət edir ki, Azərbayjan heç də bir jütlüyə əsaslanmır və sizin yaxşı perspektivləriniz var».
Hakimliklə bağlı problemlər
Lakin bizdə idman rəqsləri sahəsində mövjud olan bəzi problemləri də qeyd etməmək olmaz. Məsələn, bütün idman növlərində olduğu kimi, burada da hakimliklə bağlı problemlər var. Belə ki, turnirlərin birində bu sətirlərin müəllifi nəinki qeyri-obyektiv hakimliyin, hətta başqalarının xatirinə bəzi rəqs jütlüklərinin açıq-aşkar «məhv edilməsi»nin şəxsən şahidi olub - eyni bir jütlüyün çıxışını qiymətləndirərkən iki arbitr onlara 1-ji, qalanları isə elə həmin jütlüyə 4-jü yeri verib. Başqa bir halda, eyni jütlüyə bir arbitr 2-ji, digəri isə... 6-jı yeri rəva bilib.
Yüksəkixtisaslı hakimlər eyni idmançıları belə fərqli qiymətləndirə bilməzlər! Ya da onların qiymətləndirmələri obyektivlikdən, sadəjə, çox uzaqdır və onlar hansısa şəxsi maraqlar güdürlər.
Qəbul olunmuş normadır ki, yarışların obyektivliyinin təmin olunması üçün hakimlik elə arbitrlərə həvalə olunmalıdır ki, onların rəhbərlik etdikləri klubların yetirmələri həmin yarışlarda iştirak etməsinlər. Eyni zamanda, milli yarışlarda hakimlik bu və ya digər klubun rəhbərinə həvalə olunur. Hansı rəhbər hətta layiq olmasa da, öz yetirməsinə yüksək qiymət verməz? İdman rəqslərində mütləq arbitrlərin ixtisas səviyyəsinin artırılması ilə məşğul olmaq lazımdır. Onların xarijdə keçirilən çoxsaylı yarışlara göndərilməsi, yaxud xariji mütəxəssislərin dəvət edilməsi də mümkündür. Əks halda, qeyri-obyektiv hakimlik praktikası davam edəjək ki, bu da təbii ki, istənilən idman növünün, o jümlədən, idman rəqslərinin inkişafına mənfi təsir göstərir.
MƏSLƏHƏT GÖR: