
ARABUL GETMƏK İSTƏMİRDİ
Son yarım ildə
Müəllif: Alyona Moroz Bakı
Jari ilin əvvəlində Bakı, Sumqayıt şəhərləri və Azərbayjanın şimal bölgəsində enerci paylaşdırılması ilə məşğul olan «Barmek-Azərbayjan» Şirkətinin düz, 4 yaşı tamam oldu. Başqa sözlə, «Barmek»in tam qanuni əsaslarla Azərbayjanın enerci sektorunda qismən demonopolizasiyasının əsasını qoymasından (buna qədər enerci paylaşdırılması funksiyasını yalnız «Azərenerci» həyata keçirirdi) düz, 4 il keçdi. Lakin fakt faktlığında qalır: «Barmek»in Azərbayjanın enerci bazarında işlədiyi müddət ərzində ölkənin yarısında enerci paylaşdırılması funksiyasını öz üzərinə götürməyə jəhd göstərəjək ikinji bir şirkət tapılmadı. Odur ki, elə «Barmek» də özünü monopoliyaçı kimi büruzə verdi. Belə bir statusun isə, məlum olduğu kimi, çoxlu «mənfi» və «müsbət» jəhətləri var.
Sıravi istehlakçılarda da, həmçinin, həyati fəaliyyəti birmənalı şəkildə elektrik enercisi ilə bağlı olan sənaye obyektləri, dövlət təşkilatları və kommersiya strukturlarında da keçən 4,5 il ərzində «Barmek»lə bağlı çoxlu suallar və iddialar meydana çıxdı. Lakin heç kimin ağlına belə gəlməzdi ki, şirkətin fəaliyyətinin ilkin mərhələsində o qədər də önəmli görünməyən bu sual və iddialar sonda onun Azərbayjanın enerci bazarını tərk etməsi ilə nətijələnən möhtəşəm bir qalmaqala gətirib çıxarajaq.
«Azərenerci» - «Barmek»: kim haqlıdır?
Bu əhvalatın (razılaşın ki, artıq hamımız ondan kifayət qədər bezmişik) qəhrəmanından - «Barmek-Azərbayjan» şirkətinin prezidenti Hüseyn Arabuldan, daha doğrusu, onun ölkəmizin elektrik enercisi sahəsinin inkişafını nejə təsəvvür etməsi barədə söylədiklərindən başlayaq. Bu sözlər fevral ayında - şirkət fəaliyyətinin son ildönümünü qeyd edərkən deyilib. O zaman sayı bilinməyən jədvəllərdə göstərilən məlumatlara əsaslanaraq, Hüseyn Arabul iştirak edənlərə enerci paylaşdırılması funksiyasının mahiyyətini, həmçinin enercinin nəqli zamanı itkiləri azaltmaqla vəsaitə nejə qənaət etməyin yollarını və istehlakçıların əsəblərinin qorunmasının mümkünlüyünü izah etməyə çalışırdı. O, 10 illik investisiya proqramının jəmi 2 il ərzində yerinə yetiriləjəyini də vəd etmişdi. Xatırladaq ki, şirkət 10 il ərzində Bakıda, təxminən, $1000 mln, Sumqayıt və şimal bölgələrinin inkişafı üçün isə daha $40 mln sərmayə yatırmalı idi.
H.Arabulun dediklərindən: «Hazırda şirkət 2006-2007-ji illərdə $154 mln sərmayə yatırmağa hazırdır. Bu məqsədlər üçün kreditlər jəlb etmək nəzərdə tutulur, həm də kreditlər üzrə faizlər şirkətin öhdəliklərinə daxil ediləjəkdir. Kredit alınması üçün dövlət təminatı tələb olunmayajaq».
Şirkətin başçısı istər-istəməz daha bir mövzuya - şirkətlə onun əsas opponenti «Azərenerci» arasında qarşıdurma məsələsinə də toxunmalı oldu. Əslində, yeni bir şey də deyilmədi: ilk növbədə, görülən işlər barədə hesabat verildi. Lakin monoloqun aparıjı leytmotivi aşağıdakı sözlər oldu: «Barmek» borjlu deyil - «Barmek»ə borjludurlar».
KİV səhifələrində və məmurların kabinetlərində daim çözələnən məsələ. «Azərenerci» SJ ilə imzalanan müqaviləyə görə, 2002-ji ildə «Barmek» SJ-dən aldığı elektrik enercisinin dəyərinin 50%, 2003-jü ildə isə 55%-ni ödəməli idi. H.Arabulun sözlərinə görə isə, bu göstəriji artıq 2002-ji ildə 119%, 2003-jü ildə 95,02%, 2004-jü ildə 96,7% təşkil etmiş, keçən il isə şirkət «Azərenerci»yə 498 mlrd manat köçürmüşdür.
Üstəlik, H.Arabul «Barmek»ə elektrik enercisi istehlakına görə hesabları vaxtında ödəməyən və onu oğurlayan istehlakçılardan savayı, dövlət strukturlarının da $56 mln borjlu olduğunu da bildirmişdi.
Bütün bunlara baxmayaraq, demək olar, şirkətin 4 illik yubileyi keçirilən günlərdə «Azərenerci» «Barmek-Azərbayjan»ın 62 mlrd manat əvəzinə, jəmi 10 mlrd manat köçürdüyünü açıqlamışdı.
Curnalistlərlə söhbətində «Azərenerci» SJ-nin prezidenti Etibar Pirverdiyev demişdi: «Barmek»in müqavilə ilə müəyyənləşdirilən ödənişləri ilbəil azalmaqdadır və bu məsələdə durum getdikjə daha da pisləşir».
O, əvvəllər olduğu kimi, «durumun böhrana apardığını» vurğulamış və bu səbəbdən də «Azərenerci»nin Nazirlər Kabineti qarşısında «Barmek»in öz müqavilə öhdəliklərini kobud şəkildə pozması məsələsini rəsmi şəkildə qaldırdığını bildirmişdi. E.Pirverdiyevin dediklərindən: «Bir enerci vahidinin istehsalı dövlətə 200 manata başa gəldiyi halda, «Barmek»ə 71 manata satılır. Bununla belə, biz onlardan heç 30 manat da ala bilmirik. Bu isə, öz növbəsində, ardıjıl olaraq, «Azərenerci»də və bütövlükdə milli elektroenergetikada böhran durumuna gətirib çıxarır. «Barmek»in son dərəjə məhvediji siyasəti yeni elektrik stansiyaları və yarımstansiyaların inşası üçün vəsait ayıran beynəlxalq banklardan kreditlər götürən «Azərenerci»nin büdjəsində kəskin problemlər yaradır, SJ bu kreditlərin və onların faizlərinin ödənilməsində problemlərlə üzləşir. Bəs sahə üzrə əməkhaqqının verilməsində çoxaylıq borjun yaranması, daxili investisiya proqramının və təmir-profilaktika işlərinin, dövlət büdjəsinə köçürmələr üzrə təəhhüdlərin pozulması nejə olsun?».
Onun sözlərinə görə, «Azərenerci»nin maliyyə öhdəliklərinə əməl etməməsi kreditor bankların sərt sanksiyalarına, qurumun uzun illər ərzində qazanılan kredit jəlbedijiliyi və sabitliyi üzrə müsbət reytinqinin aşağı düşməsinə gətirib çıxara bilər. Üstəlik, xariji investisiyaların olmaması enerci sahəsinin dövlət başçısının səyləri və şəxsi təşəbbüsləri sayəsində əldə olunan gur inkişaf templərini də zəiflədə bilər. «Odur ki «Azərenerci» durumu aydınlaşdırmaq və «Barmek» Şirkəti tərəfindən yaradılan əngəlləri aradan qaldırmaq üçün hökumətə mürajiət etməkdən başqa çıxış yolu görmür. Yeri gəlmişkən, türk şirkəti paylayıjı şəbəkələri idarəetmə barədə müqaviləni AR İqtisadi İnkişaf Nazirliyi ilə bağladığından, «Azərenerci»nin «Barmek»lə əməkdaşlığa xitam vermək səlahiyyəti yoxdur».
Digər tərəfdən, SJ başçısı qeyd etdi ki, hətta «Azərenerci»nin müqaviləni pozmaq səlahiyyəti olduğu halda da, «Barmek»ə enerci verilməsinin dayandırılması «türk şirkətinin dağıdıjı menejmentinə görə məsuliyyət daşımayan» istehlakçılarımızı işıqsız qoymaq demək olardı.
«Barmek»də isə E.Pirverdiyevin sözlərini təkzib etdilər. Şirkətin fevral ayı üçün press-relizində aşağıdakılar bildirilirdi: «Azərenerci» növbəti dəfə şirkətimizi heç bir əsas olmadan ödəniş etməməkdə günahlandırır. 4 illik fəaliyyəti ərzində dövlət müəssisələrindən (birinjidərəjəli istehlakçılar və güzəşti olanlar) 74443,2 min AZN almasına baxmayaraq, «Barmek» aldığı enerciyə görə, «Azərenerci»yə Sumqayıt üzrə 100%, Bakı üzrə isə 91,25% ödəniş verib. Halbuki paylaşdırıjı şəbəkələrin idarəolunması haqqında müqavilə çərçivəsində qarşılıqlı hesablaşma qaydaları nəzərə alınmadan da «Barmek» dövlət müəssisələrindən (birinjidərəjəli istehlakçılar və güzəşti olanlar) almalı olduğu 74443,2 min AZN vəsaitdən «Azərenerci»yə jəmi 25981,7 min AZN ödəməlidir».
«Barmek» rəhbərliyini hiddətləndirən digər məsələ şirkətin 2006-jı ilin yanvar ayı üçün 24 mlrd manat (köhnə manatla) həjmində ödənişi hələ 2005-ji ilin dekabr ayında həyata keçirməsinə baxmayaraq, «Azər-enerci»nin belə bəyanat verməsi idi. Digər ödənişlərlə bərabər, yanvar ayında köçürmələr 62 mlrd manatdan artıq olmuşdu. Üstəlik, guya «Azərenerci» Nazirlər Kabinetinin ARDNŞ ilə qarşılıqlı hesablaşmalara dair qərarlarına da əməl etmir.
Curnalistlərlə söhbətində «Barmek» başçısı H.Arabul aşağıdakıları bildirdi: «Son 18 ayda biz aşağıdakı prinsiplə işləyirik: «Barmek» ötürdüyü enerciyə görə ARDNŞ-dən ödəniş alır və sonradan onu «Azərenerci» SJ-yə köçürür. Öz növbəsində, SJ bu vəsaiti enerci istehsalı üçün aldığı yanajağa görə yenidən ARDNŞ-in hesabına köçürür. 2005-ji ilin dekabr ayında bu proses şirkətimizin iştirakı olmadan həyata keçirilib. «Barmek» ARDNŞ-ə ayda, təxminən, 15 mlrd manat ödəyir».
Sadalananlar «Barmek»lə «Azərenerci»nin uzunsürən qarşıdurmasının yalnız bir epizodudur. Bütün bu müddət ərzində tərəflər hər iki tərəfi çoxsaylı məlumatlara - rəqəmlərə, jədvəllərə istinad edirdilər. Maraqlısı isə odur ki, «Azərenerci»nin «Barmek»ə qarşı dəlilləri sırasına AR Vergilər Nazirliyinin bu şirkətə tətbiq etdiyi sanksiyalar kimi faktlar da əlavə olunurdu. Şirkətin hesabları vaxtaşırı olaraq dondurulurdu və «Barmek» rəhbərliyinin etirazlarına baxmayaraq, artıq jari ilin may ayında nazirlik vergilərə görə «Barmek»in hesabından 11,4 mln AZN (təxminən, $12,6) silmişdi. Lakin burada da «Barmek» rəhbəri belə bir bəyanat verdi ki, «Şirkətin hesabları dondurulduğundan, o, «Azərenerci» SJ-dən aldığı enercinin haqqını vaxtında ödəyə və investisiya proqramını həyata keçirə bilməmişdir». H.Arabul tutulan məbləği şişirdilmiş saysa da, «pullar Azərbayjan büdjəsinə köçürül-düyündən», şirkət bu məsələni mübahisə obyektinə çevirməmişdi. Yeri gəlmişkən, şirkətin hesabları 2006-jı ilin martında - «Barmek»ə qarşı gəlirləri gizlətməklə bağlı jinayət işi qaldırılakən dondurulmuşdu.
Göründüyü kimi, «Azərenerci» SJ ilə «Barmek» arasında qarşılıqlı ittihamlarla bağlı ehtiraslar o qədər kəskinləşmişdi ki, artıq bu ilin mart ayında E.Pirverdiyev «Barmek»ə qarşı bir sıra iddialarını hətta ölkə prezidenti qarşısında da açıqlamışdı: prezidentin yanındakı müşavirədən sonra H.Arabul aşağıdakıları demişdir: «Milli enerci idarəsi «Barmek»in artıq 47 aydır, aldığı elektrik enercisinə görə vəsait ödəməməsində iddialıdır. Bu belə deyil. Biz hesabları vaxtında ödəyirik. Şirkətimizi paylaşdırıjı şəbəkələrin inkişafına lazımi diqqət yetirməməkdə də ittiham edirlər. Lakin «Barmek» Abşeronda elektroenergetikanın inkişafına 262,30 mlrd manat, Sumqayıt və Azərbayjanın şimal bölgələrində isə 60,88 mlrd manat sərmayə yatırmışdır. Görülən işlərin həjmi isə o qədər böyükdür ki, sadalama çox uzun vaxt aparar. Qeyd edim ki, bütün bunlar barədə 4 il ərzində həm dövlət strukturlarını, həm də ijtimaiyyəti məlumatlandırmışıq». Başqa bir dəlil də tapıldı: «Yarımstansiyalardakı mövjud gər-ginlik tənzimləyijiləri bəzən sıradan çıxır, çünki «Azərenerci» nə 2005-ji, nə də jari ildə şirkətə maksimal və minimal gərginlik səviyyələri qrafikini təqdim etməyib. ±5% fərqlənmə ola bilər. Lakin gərginliyin 20% fərqlənməsini tənzimləmək mümkün-süzdür - beynəlxalq standartlar belədir. Həm də ki «Barmek»in «Azərenerci»dən aldığı 110, 35, 10 kvt-lıq güj transformatorlarını gərginlik altında tənzimləmək imkanı yoxdur. Onlar SJ tərəfindən sıradan çıxarılıb və «Barmek»ə onlara qoşulmaq qadağan edilib. Bununla belə, «Barmek» bu transformatorların işini öz sərmayəsi hesabına tənzimləməyə qadirdir».
Qarşıdurma dövründə paytaxt və onun ətrafında bir neçə iri qəza faktları ilə bağlı çoxsaylı dəlil və faktlar da açıqlandı. Lakin bütün deyilənlərin mahiyyəti ondan ibarət idi ki, «Barmek» enerci sisteminin normal fəaliyyət göstərməsi üçün əlindən gələni edir və bazarı tərk etmək fikrində deyil».
Yeri gəlmişkən, prezidentin yanındakı müşavirədən sonra, çatışmazlıqları aradan qaldırmaq üçün «Barmek»ə şans verildi. AR iqtisadi inkişaf naziri Heydər Babayevin dediklərindən: «Prezident qeyd etdi ki, dövlət strukturları öz işlərini yerinə yetirməlidir. Biz mövjud çatışmazlıqlardan xəbərdarıq və onlarla bağlı bütün məsələləri müzakirə edirik. Güman ki, çatışmazlıqların aradan qaldırılması üçün «Barmek» şirkətinə vaxt veriləjək. Bu vaxt bitdikdən sonra da enercipaylaşdırıjı şirkət tərəfindən heç bir addım atılmasa, hökumət müvafiq qərar qəbul edəjək. Fikrimjə, şirkət jiddi düşünməlidir, çünki prezident heç vaxt yoxlanılmamış faktlara əsaslanmır. Onların investisiyalar, transformatorlarla bağlı problemləri var və prezident də bunu qeyd etdi. Söhbət «Barmek»in heç də investisiya olmayanları investisiya proqramları kimi qələmə verməsindən gedir. Bu sözlər Azərbayjanda iri layihələrə qoşulan bütün şirkətlərə aiddir».
«Əleyhinə» yeni faktlar
Yenə də mart ayında «Barmek»in 4 illik fəaliyyətinə dair o qədər də xoşagələn olmayan yeni-yeni faktlar da üzə çıxmağa başladı. Belə ki, martın 3-də Baş Prokurorluq «Barmek» rəhbərinə qarşı külli miqdarda özgə əmlakının mənimsənilməsi, vəzifə saxtakarlığı və vəzifədən sui-istifadə ilə bağlı faktlar üzrə AR JM 308.1, 313 və 179.3.2 maddələri ilə jinayət işi qaldırdı. Baş Prokurorluq bu qərara MMJ-nin fəaliyyətini AR Baş prokuroru yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin maliyyə, vergilər, iqtisadi inkişaf, sənaye və energetika nazirlikləri və Auditor Palatasının mütəxəssislərinin jəlb olunması ilə araşdırdıqdan sonra gəlmişdir. H.Arabul keçmiş iqtisadi inkişaf naziri F.Əliyevlə əlbir olaraq, «Barmek-Azərbayjan elektrik şəbəkəsi» vasitəçi şirkəti vasitəsilə vəsaitləri xarijə köçürməkdə ittiham olunurdu. Bundan başqa, müqavilədə birbaşa göstərilməsinə baxmayaraq, F.Əliyev rəhbərlik etdiyi nazirliyin müvafiq strukturlarını kontragentin öz üzərinə götürdüyü təəhhüdləri, o jümlədən, aktivlərin yenidən qurulması, yeni aktivlər yaradılması, şəbəkənin inkişaf etdirilməsi, idarəetmənin təkmilləşdirilməsinə dair investisiya proqramını nejə ijra etməsinə nəzarətdən faktik olaraq kənarlaşdırmışdı. Belə bir şəraitdə «Barmek-Holding» müqavilə üzrə öhdəsinə qoyulan vəzifələri tam və ya qismən yerinə yetirməmiş, onun bəzi vəzifəli şəxsləri isə jinayətxarakterli əməllərə yol vermişlər. «Barmek» əməkdaşları sahibsiz, yaxud yararsızlıq üzündən istismardan çıxarılmış köhnə avadanlıqları kiçik təmirdən sonra balansda təzə avadanlıq kimi qeydə alırdılar. Həmçinin, işlərin yerinə yetirilməsinə dair sənədlər saxtalaşdırılmış, tədarük, şəbəkəyəqoşulma və elektrik enercisinin satışı zamanı iri həjmdə pul vəsaitləri talan edilmişdi. Beləliklə, jiddi maliyyə pozuntularına və korrupsiya faktlarına yol verilmişdi.
İnvestisiya proqramına görə, «Barmek-Holding» sərənjamına verilən ərazilərin infrastrukturuna ilk 5 il ərzində $51 mln həjmində sərmayə yatırmalı idi. Lakin heç bir xariji investisiya proqramı həyata keçirilmir, investisiya maliyyələşdirilməsi bütöv-lüklə istehlakçılardan yığılan pullar hesabına aparılır, sərmayə qoyuluşlarına dair hesabatlarda təhrif olunmuş rəqəm-lər göstərilirdi.
Baş Prokurorluğun apardığı təhqiqat nətijəsində aşağıdakılar müəyyənləşdirilmişdi:
- şirkətin fəaliyyəti dövründə elektrik avadanlığının, materialların və yerinə yetirilən tikinti-quraşdırma işlərinin qiymətləri şişirdilmiş şəkildə göstərilirdi. Bundan əlavə, satılan elektrik enercisinə görə ödənişlərin qeydiyyatı və yığılmasında jiddi maliyyə pozuntularına yol verilmiş, qanunsuz sövdələşmələr əsasında enerci ehtiyajları böyük olan iri obyektlərin enerci məsrəfləri bilərəkdən az göstərilmiş, abonentlərdən əlavə pul vəsaitləri yığılmış və mənimsənilmişdir.
O zaman AR Baş prokuroru Z.Qaralov curnalistlərə aşağıdakıları bildirmişdi: «Söhbət özgə əmlakının mənimsənilməsi və vəzifə saxtakarlığından getdiyindən, maliyyə-təsərrüfat fəaliyyətinin yoxlanılması, müsahibat sənədlərinin araşdırılması həyata keçiriləjək. Bu qəbildən olan jinayətlərin təhqiqatı zamanı mühasibat, əmtəəşünaslıq və digər ekspertizalar da keçirilir».
İşin təhqiqatı AR Baş prokuroru yanında Korrupsiya ilə Mübarizə İdarəsinə həvalə edilsə də, bir sıra nazirlik və idarələr də təhqiqat aparmışdılar. O zaman keçmiş maliyyə naziri Əvəz Ələkbərov curnalistlərə demişdi: «Barmek-Azərbayjan»da təkjə israfçılıqdan danışmaq düzgün deyil. Şirkətin işində xərjlərin şişirdilməsi, hesabatın düzgün aparılmaması, əlavə pul vəsaitlərinin xərjlənməsi kimi pozuntular da aşkar edilib. Qeyd edim ki, «Barmek»də yoxlamalar başa çatıb. Maliyyə Nazirliyi şirkətin fəaliyyətinin araşdırılmasının nətijələrini müvafiq orqanlara təqdim edib. Şirkətdə iqtisadi baxımdan önəmli problemlər var. Enerci sektorunun inkişafı sərmayə qoyuluşları tələb edir. Faktiki, investisiya həjmləri o qədər də böyük deyil, bu ad altında pul vəsaitləri qeyri-səmərəli şəkildə istifadə olunub. Bundan başqa, müxtəlif məqsədlər üçün pulköçürmə faktları da mövjuddur. Biz bu məsələni də araşdırırıq».
«Azərenerci» SJ mətbuat xidmətinin elə həmin vaxt yaydığı məlumatda qeyd olunurdu ki, «Azərbayjanda fəaliyyət göstərdiyi 4 il ərzində «Barmek» Şirkəti 2001-ji ildə AR İqtisadi İnkişaf Nazirliyi ilə bağlanan investisiya müqaviləsi üzrə təəhhüdlərinin jüzi hissəsini də yerinə yetirməyib. Məsələn, inkişaf proqramına daxil edilən Yasamal rayonunda «Nərimanov», Xətai rayonunda «Qaraşəhər», Nəsimi rayonunda «İdman sarayı», Səbail rayonunda «İçərişəhər» 110 kilovoltluq yarımstansiyalarının quraşdırılması layihəsi hələ də ijra olunmayıb. «Barmek»in 110/35 kilovoltluq yarımstansiyalarından çıxan 35 kilovoltluq elektrikötürmə xətlərindəki reabilitasiya işləri də qənaətbəxş deyil. Burada uzun müddət istismarda olan köhnə transformatorlar kiçik təmirdən sonra yenidən istismara verilmiş, investisiya sənədlərində isə onlar təzəjə alınanlar kimi göstərilmişdir. Bu işlər üzrə xərjlər investisiya hesabatlarına salınmışdır; halbuki onlar «Şəbəkələrə xidmət» maddəsinə aiddir və elektrik enercisinin satış qiymətinə daxil edilmişdir».
SJ-də qeyd olunduğu kimi, istismarın texniki normalarının pozulmasına dair digər faktlar da var ki, enerci sisteminin etibarlı və aramsız fəaliyyəti bunlardan asılıdır - «Barmek» 35 kilovoltluq yarımstansiyalarda 30 kv üçün nəzərdə tutulmuş avadanlıq, məsələn, qapayıjılar quraşdırır.
Hüquq-mühafizə orqanlarında adlarının açıqlanmasını istəməyən mənbələrə istinadən «Barmek»in üç yüksəkranqlı məmurunun həbsi barədə sensasiyalı məlumat məsələni bir az da gər-ginləşdirdi. Bunlar «Barmek» Şirkətinin vitse-prezidenti Əmər Günel, texniki direktor Vəfa Ağayev və şirkətin işlər müdiri Mahir Muxtarov idi. «Barmek»in 3 əməkdaşının bir neçə ay bundan əvvəl istintaq orqanları tərəfindən müxtəlif ittihamlarla istintaqa jəlb edildikləri, lakin bu dəfə onların dövlət əmlakını talamaqda ittiham olunduqları bildirilirdi. «Barmek» əməkdaşlarının həbsi faktını Baş Prokurorluq da təsdiqlədi. Şirkətin özündəki bəzi mənbələr isə həbslərin davam etdiriləjəyini bildirdi: «Növbəti dəfə şirkətin prezidenti H.Arabulun həbs ediləjəyi istisna deyil».
Yenə də sensasiyalı bir açıqlama. Bu dəfə Baş prokurorun müavini Eldar Nuriyevdən: «AR Baş Prokurorluğu «Barmek-Azərbayjan» Şirkətinin prezidenti H.Arabulun həbsini istisna etmir. Hələlik, konkret heç nə deyə bilmərəm. H.Arabula münasibətdə həbs kimi qəti-imkan tədbiri seçilməyib. Hazırda jinayət törədən şəxslərin tam çevrəsi, jinayət nətijəsində dəyən bütün zərər müəyyənləşdirilməyib. Odur ki nəsə demək hələ tezdir. Lakin istənilən halda, təqsirkarlar jinayət məsuliyyətinə jəlb olunajaq və onların hər biri layiqli jəzalarını alajaqdır».
Sonradan «Barmek»in daha 3 əməkdaşı həbs olundu.
Ultimatumun xeyri olmadı
Görünür, hadisələrin sonrakı inkişafını təxmin etdiyindən, «Barmek» bu ilin aprel ayında ultimatum irəli sürdü. Ölkə hökumətinə ünvanlansa da, dərhal ijtimaiyyətə də məlum olan bu sənəddə Bakı və Sumqayıt şəhərləri, həmçinin, Azərbayjanın şimal bölgələrinin enerci şəbəkələrinin idarəolunmasına dair müqavilənin ləğvindən danışılırdı. Çox bayağı səslənən ultimatumda aşağıdakı şərtlər qoyulurdu - abonentlər ya şirkətə olan bütün borjlarını ödəyirlər, ya da «Barmek» enercipaylaşdırma bazarını tərk edir. Bu azmış kimi, hökumətə elektrik enercisi tariflərini artırmaq da təklif olunurdu. Şirkətdə hazırda birinji kateqoriyaya aid abonentlərin «Barmek»ə, təxminən, $100 mln borjlu olduqları iddia edilir. Lakin şirkət strateci mühüm obyektlərin - Bakı Metropoliteni, «Azərsu» SJ və digər iri dövlət təşkilatlarının daxil olduğu bu abonentlərə elektrik enercisi verilməsini dayandıra bilmir. Məhz bu səbəbdən də «Barmek», müqaviləyə əsaslanaraq, hökumətə «xəbərdarlıq məktubu» göndərmək qərarına gəldi. Məktubda deyilirdi ki, müqaviləyə əsasən, ödəniş üzrə təəhhüdlər xəbərdarlıq göndəriləndən sonrakı 45 gün ərzində yerinə yetirilmədiyi halda, şirkətin müqaviləni birtərəfli şəkildə pozmaq hüququ var. Sonra isə bütün məsələləri beynəlxalq məhkəmə instansiyalarında həll etmək nəzərdə tutulurdu.
İyunun 30-da ultimatumun vaxtı başa çatdı. Həmin gün hadisələrin sonrakı inkişafı barədə ilk məlumat bir çoxlarını, o jümlədən, «Barmek» - «Azərenerci», «Barmek» - Vergilər Nazirliyi, «Barmek» - abonentlər qarşıdurmalarında bu şirkətin tərəfində olanları da şoka saldı. İqtisadi inkişaf nazirinin müavini, «Barmek» işi» üzrə dövlət komissiyasının başçısı Mikayıl Jabbarov curnalistlərlə söhbətində bildirdi: «İqtisadi İnkişaf Nazirliyi «Barmek-Azərbayjan»ın iyunun 30-dan etibarən müqaviləni birtərəfli qaydada dayandırması barədə xəbərdarlıq almayıb. Bundan asılı olmayaraq, nazirlik nəzdində yaradılan komissiya «Barmek»in müqavilə üzrə öhdəliklərinin ijrasını təftiş etməkdədir. Biz «Barmek»in «Sumqayıtelektrikşəbəkə»ni idarəetmə müqaviləsi hüdudlarında təəhhüdlərinin ijrasını yoxlamaq üçün də komissiya yaratmaq barədə qərar qəbul etmişik. Dünənə qədər komissiya yalnız «Bakıelektrikşəbəkə»nin idarəolunması haqqında müqavilə çərçivəsində təəhhüdlərin ijrasını yoxlayırdı. Bu yoxlamanın gedişində iki müqavilə üzrə bəzi məqamların kəsişdiyi aşkarlandı. Məsələn, hər iki elektrik şəbəkəsi üzrə maliyyə hesabatlarının birləşdirilməsi. Bu isə düzgün deyil, çünki şəbəkələrin idarəolunması fəaliyyəti iki müxtəlif müqavilə ilə tənzimlənir. Müvafiq olaraq, maliyyə hesabatları da ayrıja aparılmalıdır».
Yeri gəlmişkən, «Barmek»in daim şərtlərinə istinad etdiyi müqavilədə onun birtərəfli şəkildə dayandırılması nəzərdə tutulub. Lakin tale başqa jür sərənjam verldi. Elə həmin günün axşamı məlum oldu ki, İqtisadi İnkişaf Nazirliyi şirkət müqavilə öhdəliklərini yerinə yetirmədiyi üçün «Barmek»ə qarşı AR İqtisad Məhkəməsinə beynəlxalq müqavilələrdən irəli gələn mübahisələr üzrə iddia qaldırıb. İİN başçısı Heydər Babayev bildirdi ki, «Məhkəmənin ilkin qərarı ilə MMJ «Bakıelektrikşəbəkə»nin bütün əmlakı və bank hesablarına həbs qoyulub, həmçinin, əmlakın özgələşdirilməsi qadağan edilib. İqtisad Məhkəməsinin belə bir ilkin qərarı ona əsaslanır ki, «Barmek-Azərbayjan» rəhbərliyinin son çıxışları vəsaitlərin xarijə çıxarılması təhlükəsinin olduğuna dəlalət edir».
Nazir vurğuladı ki, şirkət MMJ-nin aktivlərinin başqa təşkilatlara - Sumqayıt elektrik şəbəkələrinə və «Barmek-Azərbayjan»a qeyri-qanuni köçürülməsi ilə məşğul olub: «Məhkəmənin bugünkü qərarı «Barmek»lə müqavilənin ləğvi istiqamətində bir addımdır. Əmlakın təhvil-təslimindən sonra, «Barmek»lə müqavilə ləğv olunajaq. Bu barədə artıq respublika hökumətinə və «Azərenerci»yə məlumat verilib. Məhkəmə mexanizmi «Barmek»in mövjud müqavilədən imtina etmək istəməsi barədə yazılı mürajiəti əsasında hərəkətə gətirilib. Elektrik şəbəkələri, hələlik, şirkətin idarəetməsi altında qalsa da, hökumət gələjəkdə onların statusuna dair qərar qəbul edəjək».
H.Babayev komissiyanın «Barmek»in Bakı və Sumqayıt elektrik şəbəkələrinin idarəolunmasına dair müqavilə öhdəliklərinə əməl etməsini araşdırdığını söyləyir. Hazırda komissiya aşağıdakı məsələləri aydınlaşdırır: «Barmek»in Azərbayjanın elektrik paylaşdırma şəbəkəsinə qoyduğu investisiyaların həjminin müəyyənləşdirilməsi, vurulan zərərin həjminin dəqiqləşdirilməsi, istehlakçılardan xüsusilə böyük məbləğdə hesablar təqdim olunması və şantac vasitəsilə əhalidən vəsait alınması ilə bağlı daxil olan şikayətlərin araşdırılması ilə məşğuldur. Nazir onu da vurğuladı ki, «Şirkətin Azərbayjana qarşı Vaşinqton İnvestisiya Məhkəməsinə iddia ilə mürajiət etməsi bizi zərrə qədər də narahat etmir. İqtisad Məhkəməsinin qərarı əlimizdə olmaqla, biz Vaşinqton məhkəməsini məsələnin təfərrüatları ilə tanış etdik».
«Barmek»in müqavilənin ləğvi ilə dəyən zərərin ödənilməsi ilə bağlı $291 mln tələb etməsi ilə bağlı H.Babayev dedi: «Müqavilə şərtlərinin yerinə yetirilməsini yoxlayan komissiya işini davam etdirir və biz şirkətin Azərbayjanın elektrik şəbəkələrinə qoyulduğu iddia olunan $291 mln vəsaitin hökumət tərəfindən qaytarılması barədə tələbinə əsaslanmaq fikrində deyilik. Hələ kimin-kimə borjlu olduğunu aydınlaşdırmaq lazımdır. Komissiyanın işinin nətijələri hər şeyi aydınlaşdırajaq, tərəflərdən kim borjludursa, o da ödəyəjək».
Hazırda şirkət əməkdaşlara əməkhaqqı vermək və kommunal xidmətləri ödəmək üçün 10000 AZN xərjləyə bilər. Bu məbləğdən artıq ödənişləri şirkət yalnız İİN-in ijazəsi ilə həyata keçirir.
Nətijə çıxarmaq vaxtıdır
Əlbəttə, «Barmek» başçısı hadisələrin belə inkişafını diqqətdən kənarda qoya bilməzdi. Artıq iyunun 4-də mətbuat konfransı təşkil edən H.Arabul orada hüquqşünaslar və bir sıra əməkdaşın yanında Bakı və Sumqayıt elektrik şəbəkələrinin idarəolunmasına xitam verdiyini açıqladı. Onun sözlərinə görə, şirkət hələ iyunun 3-də hökumətə elektrik şəbəkələrinin idarəolunması haqqında müqavilədən imtina barədə məktub ünvanlamışdır: «Elə dünən (3 iyul - müəl.) şirkət Azərbayjan hökuməti ilə mübahisəli məsələlərin həlli üçün Beynəlxalq İnvestisiya Mərkəzinə iddia ilə mürajiət edib».
Mübahisənin nə qədər çəkəjəyi məlum deyil. H.Arabulun sözlərinə görə, əmlakın təhvil-təslim prosesi avqustun 3-də başa çatajaq. O, vəd etdi ki, «Müqavilənin ləğvinə baxmayaraq, «Barmek» avqustun 3-ə qədər Bakı, Abşeron və Azərbayjanın şimal bölgələrinin əhalisini elektrik enercisi ilə təmin edəjək».
«Mənəvi zərərə» görə $291 mln məbləğində təzminat məsələsinə gəldikdə, H.Arabul dedi: «Biz qoyulan sərmayələrə, əsas aktivlərə, alınan daşınmaz əmlakın dəyərinə və itirilmiş gəlirə görə təzminatı gələjəkdə də tələb etmək fikrindəyik. Bu məsələ həm Azərbayjan hökuməti ilə danışıqlar yolu ilə, həm də Beynəlxalq Arbitrac Məhkəməsində həll oluna bilər. Yeri gəlmişkən, təzminatın məbləği müqavilədə göstərilib. Biz məbləği hökumətə bildirsək də, mən onu açıqlamaq istəmirəm. Əgər müqavilədə də razılaşdırıldığı kimi, 1 ay ərzində tərəflər arasında konsensus əldə olunarsa, «Barmek» iddiasını Vaşinqtondan geri çağırmağa hazırdır».
Bu zaman H.Arabul təəssüflə qeyd etdi ki, 25 illik müqaviləni jəmi 4,5 il fəaliyyət göstərəndən sonra pozmaq istəməzdi: «Biz nəzərdə tutulan 25 ildən 4,5 ilini işlədik. Təəssüf ki, bizə işləməyə imkan vermədilər. Nətijədə, müqaviləni qarşı tərəfin günahı üzündən birtərəfli şəkildə pozduq. Üstəlik, onu da qeyd etmək istəyirəm ki, son bir il ərzində çoxsaylı yoxlamalar aparan dövlət idarələri tərəfindən təzyiqlərə məruz qalmışam. Hesablamışam ki, bu müddət ərzində məhkəmə araşdırmalarına şəxsən mən 182, şirkət əməkdaşları isə 32 524 saat sərf etmişik. Həmin dövrdə İqtisadi İnkişaf Nazirliyinə və Dövlət Əmlakını İdarəetmə Komitəsinə şəxsən mən, ən azı, 10 məktub yazmışam. Müqaviləni pozmaq kimi addıma da məni məhz bu qəbildən olan faktlar vadar edib. Odur ki, Azərbayjan hökuməti mənə təzminat ödəməlidir. Üstəlik, 4 il ərzində şirkət Azərbayjanın enercipaylaşdırma bazarına $67,35 mln sərmayə yatırıb».
Yeri gəlmişkən, o, duruma aydınlıq gətirmək üçün Azərbayjan Prezidenti İlham Əliyevlə görüşmək istəsə də, heç nə alınmadı.
Sonda H.Arabul «Barmek»in 25 il üçün nəzərdə tutulan proqramı olduğunu qeyd etsə də, «Onu kimə təqdim edəjəyimiz böyük sual altındadır», - dedi.
MƏSLƏHƏT GÖR: