
TÜRKİYƏ-RUSİYA:
Uzunəsrlik rəqabətdən, tərəfdaş və mehriban qonşuluğa doğru?
Müəllif: Rasim Musabəyov, politoloq Bakı
İyunun sonunda Türkiyə Prezidenti Əhməd Nejdət Sezərin Rusiyaya rəsmi səfəri oldu. Səfər çərçivəsində bir dənə də olsun sənədin imzalanmaması, hələ onun uğursuzluğu haqda danışmağa əsas vermir. Rusiya Prezidenti Vladimir Putin və ölkənin digər yüksəkrütbəli nümayəndələri ilə görüşdən başqa, Sezər Sankt-Peterburqa da baş çəkib. Tərəflər, xüsusilə, enerci sahəsində ikitərəfli əməkdaşlığın dərinləşdirilməsi məsələsini müzakirə ediblər. Buraya Samsun-Jeyhan boru kəmərinin birgə tikintisi planı da aiddir.
Müşahidəçilər "böyük səkkizlik" sammiti ərəfəsində Moskva ilə Ankara arasında aktual beynəlxalq problemlər ətrafında fikir mübadiləsi və mövqelərin razılaşdırılmasını vajib və vaxtında atılmış addım kimi dəyərləndirirlər. Bununla yanaşı, qeyd olunur ki, bir çox regional və qlobal problemlərlə bağlı Moskva ilə Ankaranın mövqeləri bir-birinə çox yaxındır, hətta bəzi məsələlərdə tamamilə üst-üstə düşür. Hər iki prezident Qara dəniz regionunda təhlükəsizliyin təmin edilməsi ilə bağlı həmfikir olduqlarını bildiriblər; Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı çərçivəsində əməkdaşlığın dərinləşdirilməsinin vajibliyini qeyd ediblər; "Bleksifor" operativ hərbi-dəniz dəstəsinin fəaliyyətini dəstəkləyiblər və s.
Sezərin Moskvaya səfəri son zamanlar Türkiyə ilə Rusiya arasında inkişaf edən dialoqun tərkib hissələrindən biridir. İki ölkə arasında yalnız ötən il yüksək səviyyələrdə (prezidentlər və baş nazirlər səviyyəsində) 6 görüş keçirilib. Bu isə onu deməyə əsas verir ki, 2004-jü ilin dekabrında imzalanmış dostluğun və çoxistiqamətli əməkdaşlığın dərinləşdirilməsinə dair siyasi bəyannamədə əks olunmuş məsələlər, əvvəllər olduğu kimi, kağız üzərində qalmayıb və reallaşmaq üzrədir.
Rusiya-Türkiyə münasibətlərinin inkişafını Vaşinqton və Brüsseldə də diqqətlə izləyirlər. Həmçinin, Jənubi Qafqaz, Mərkəzi Asiya, Baltikayanı ölkələr, İran, İraq, İsrail və digərlərinin də bu münasibətlərə artan marağı anlaşılandır. Çünki həm Rusiyanın, həm Türkiyənin bu ölkələrə təsiri həllediji olmasa da, hər halda, kifayət qədər böyükdür.
Bəs Moskva ilə Ankara arasında belə intensiv dialoq hər iki ölkənin xalqlarına, onlara yaxın və uzaq dövlətlərə nə vəd edir?
Rusiya-Türkiyə münasibətlərinin tarixinə nəzər yetirsək, onun uzun əsrlərboyu aramsız münaqişələr və müharibələr tarixi olduğunu görərik. Türkiyəyə Mustafa Kamal Atatürkün rəhbərlik etdiyi dövr istisna olmaqla, iki ölkə arasında münasibətlər şiddətli rəqabət və dərin qarşılıqlı inamsızlıqla xarakterizə olunub. Rusiya imperiyasına ekspansiya ənənələrinə qayıdan sovet diktatoru İosif Stalin II Dünya müharibəsinin sonunda Türkiyə ilə "haqq-hesab çəkmək" niyyətini gizlətmirdi. Sovet İttifaqının Ermənistan və Gürjüstanın adından Ankaraya ərazi iddiası irəli sürməsi isə, artıq Türkiyənin NATO-ya üzvlüyünü sürətləndirdi və beləliklə, uzun onilliklər ərzində bu iki qonşu dövlət bir-birinə qarşı dayanan əks-jəbhələrdə təmsil olundu.
SSRİ-nin dağılması və yeni Rusiyanın dünya sivilizasiyasının sırasına qayıtmağa meyllənməsindən sonra, Moskva ilə Ankara arasındakı ziddiyyətlərin səviyyəsinin azalajağı ehtimal olunurdu. Axı Türkiyənin özü də ötən illər ərzində Qərbin liberal-demokrat prinsiplərinə nəzərəçarpajaq dərəjədə yaxınlaşmışdı. Lakin son illərboyu Moskva ilə Ankara arasında münasibətlərdəki gərginlik nə qədər azalsa da, tamamilə aradan qalxmadı. O, sadəjə, "rəqabət-əməkdaşlıq" kimi qəribə hibrid forması aldı.
Məsələ bundadır ki, bu gün Rusiyanın xariji iqtisadi tərəfdaşları sırasında Türkiyə ən önəmli yerlərdən birini tutur və Yaponiya, Böyük Britaniya, Fransa, Hindistan, Jənubi Koreya kimi ölkələri qabaqlayır. Ankara ilə Moskva arasında qarşılıqlı tijarət dövriyyəsinin həjmi ilbəil artır və 2005-ji ildə bu göstəriji 15 milyard dolları ötüb. Bu ilin birinji rübündə, bu rəqəm daha 34% artıb. Bu templər belə düşünməyə əsas verir ki, ikitərəfli tijarətin həjmi 2007-ji ildə 25 milyard dollara çata bilər.
Bununla yanaşı, nəzərə almaq lazımdır ki, real tijarət dövriyyəsi rəsmi statistikada əks olunandan xeyli artıqdır. Bu dövriyyədə xırda tijarətlə məşğul olanların payı daha çoxdur. İqtisadçıların hesablamalarına görə, son 15 ildə Türkiyə onların vasitəsilə 50 milyard dollar dəyərində mal reallaşdırıb.
Türkiyə rusiyalı turistlər üçün də ən jəlbediji ölkədir. Bu ölkədən Rusiyanın 50 şəhərinə müntəzəm və çarter reysləri uçur. 2005-ji ildə 2 milyona yaxın Rusiya vətəndaşı Mərmərə dənizinin sahillərində, Antalyada dinjəlib.
Bundan başqa, Türkiyənin tikinti-podrat təşkilatları Rusiyada ümumi dəyəri 14 milyard dollardan çox olan iri obyektlər inşa edib. Yalnız Moskvada və Moskva vilayətində tikinti sahəsində və müxtəlif firmalarda 50 mindən artıq Türkiyə vətəndaşı çalışır.
Təbii ki, ikitərəfli münasibətlərdən danışarkən, "Qazprom"un Qara dənizin dibi ilə çəkdiyi və "Mavi axın" adlanan qaz kəməri də nəzərə alınmalıdır. Skeptiklərin bədbin proqnozlarına rəğmən, "Qazprom" bu layihəni reallaşdırmağı bajardı. Bununla yanaşı, Rusiyanın Türkiyə bazarına nəql etdiyi mavi yanajağın həjmi artıq 18 milyard kubmetrə çatıb.
Hazırda tərəflər yeni irimiqyaslı layihələr üzərində müzakirələr aparır və həmin layihələr Türkiyəni Rusiyanın enerci daşıyıjılarının Aralıq dənizi bazarlarına çıxarılmasında tranzit rolu oynayan vajib regiona çevirə bilər. Danışıqların nətijələri ilə bağlı açıqlamasında Rusiya Prezidenti Vladimir Putin bildirib ki, iki-üç il əvvəl Türkiyəyə jəlb olunan Rusiya sərmayəsinin həjmi jəmi 200 milyon dollar olduğu halda, hazırda bu rəqəm, təxminən, 10 dəfə artaraq 2 milyard dollara çatıb.
Amma Moskva ilə Ankara arasında iqtisadi əməkdaşlığın sürətlə inkişaf etməsi fonunda, regional və beynəlxalq siyasətlə bağlı məsələlərdə ziddiyyətlər hələ də qalmaqdadır. Düzdür, bir sıra qlobal məsələlər – məsələn, ABŞ-ın İraqdakı hərbi əməliyyatları və ya İranın nüvə proqramına dair Türkiyə ilə Rusiyanın mövqeyi oxşar olsa da, ümumilikdə, münasibətlərdə rəqabət daha çox hiss olunur.
SSRİ-nin dağılmasından sonra meydana gəlmiş Azərbayjan, Türkmənistan, Qazaxıstan, Qırğızıstan və Özbəkistan kimi türkdilli dövlətlər, həmçinin, Balkanlar və Jənubi Qafqaz regionları Rusiya ilə Türkiyənin nüfuz uğrunda rəqabətinin əsas çoğrafi zolağını təşkil edir.
Məlum olduğu kimi, Moskva Türkiyə ilə mübahisələr yaşayan Yunanıstan, Ermənistan və Suriyanı dəstəkləyir. Yuqoslaviya məsələsi və Dağlıq Qarabağ münaqişəsi ilə bağlı da iki ölkənin mövqeləri bir-birinə tamamilə ziddir. Hətta Rusiya bir müddət əvvələdək kürd separatçılarının təşkilatı olan PKK-ya açıq şəkildə dəstək verirdi və bəlkə indi də gizli yolla bu dəstəyi davam etdirir. Ankara isə buna javab olaraq çeçen müjahidlərindən gizli dəstəyini əsirgəmirdi və Türkiyədəki çeçen diasporunun möhkəmlənməsi üçün əlindən gələni edirdi.
Bütün bu ziddiyyətlər, XXI əsrdə də Rusiya-Türkiyə qarşıdurmasının alternativi olmadığını deməyə əsas verirmi? Qərbin əksər analitikləri və siyasətçiləri, həmçinin, onların rusiyalı və türk həmkarlarının bir çoxu bu suala, əsasən, müsbət javab verirlər. Lakin SSRİ-nin dağılmasından və kommunizm eksperimentinin iflasından sonra, dünyada mürəkkəbləşən geosiyasi situasiya və qloballaşma, Rusiya-Türkiyə münasibətlərindəki ənənəvi antaqonizmi yumşalda biləjək yeni müsbət perspektivlər də açır.
Hazırda hər iki dövlət Qərbin özündənrazı və eqoist mövqeyindən əziyyət çəkir. Moskva və Ankaranın modernləşmə və iqtisadi inkişafla bağlı çox oxşar problemləri var. Rusiya və Türkiyə demokratik institutların möhkəmləndirilməsi və etnik separatizmin qarşısının alınması problemləri ilə üzləşib. Hazırda hər iki dövlət başqa-başqa formalarda olsa da, aqresiv islam fundamentalizmi və ekstremizm təhlükəsi ilə qarşı-qarşıya qalıb. Həm Rusiya, həm də Türkiyə ABŞ və aparıjı Qərb ölkələrinin onlara özlərinin qlobal siyasətinin aləti kimi baxmasından, onların milli maraqlarını və məqsədlərini nəzərə almaq istəməməsindən narazıdırlar.
Məsələ bundadır ki, Rusiya və Türkiyənin keçmişdəki fövqəldövlət statuslarını bərpa etməsi, Qərbin planlarına daxil deyil. Qondarma "erməni soyqırımı"nın tanınması və Türkiyənin Avropa Birliyinə yaxın buraxılmaması tamamilə bu plana uyğun gəlir. Rusiyaya yanaşmada isə demokratiyanın boğulması, söz və mətbuat azadlığının pozulması, insan haqlarına göz yumulması kimi ittihamlar gündəmdən düşmür. Eyni zamanda, Rusiyanın Ümumdünya Tijarət Təşkilatına (ÜTT) üzvlüyü, artıq köhnəlmiş "Jekson-Venik" düzəlişinin ləğvi uzadılır; Rusiya biznesinin ABŞ bazarına daxil olması məhdudlaşdırılır və s.
Bununla yanaşı, Rusiyaya yanaşmada müəyyən fərqli nüanslar da var. Bu gün Qərb hələ də böyük nüvə raketi arsenalına malik olan Moskvadan çəkinir. Avropa həm də Rusiyanın enerci daşıyıjılarından, ilk növbədə, bu ölkənin mavi qazından jiddi şəkildə asılıdır. Bu səbəbdən, Kremlin tənqid olunması ilə paralel olaraq, Moskva iqtisadi jəhətdən daha güjlü inkişaf etmiş dünya dövlətlərinin birliyi olan "yeddilik"ə üzv qəbul olunur. Lakin bütün bunlarla belə, Moskvanın prinsipial məsələlərə etirazlarını Qərb daim qulaqardına vurur. Misal üçün, NATO-nün Şərqə doğru genişlənməsi, ABŞ-ın havadan müdafiə sistemi, Yuqoslaviyanın bombalanması, İraqa hərbi müdaxilə və s. məsələlərə yanaşmada Rusiyanın etirazları nəzərə alınmayıb.
Qüdrətli Qərb dövlətlərinin təzyiqlərinə davam gətirmək isə hələlik Rusiyanın və Türkiyənin imkanı xarijindədir. Amma son illər burada da müəyyən perspektivlər görünməkdədr. Məsələ bundadır ki, "soyuq müharibə"nin başa çatmasından sonra, əvvəlki vahid Qərbin daxilində də qütbləşmə gedir. ABŞ və Avropa Birliyi arasındakı ənənəvi rəqabət artıq güjlənərək, qlobal xarakter almağa başlayır. Bunun nətijəsində Moskva və Ankara, bir tərəfdən, manevr üçün müəyyən meydan əldə edib, digər tərəfdən, çətin seçim qarşısında qalıblar: kiminlə strateci müttəfiqlik qurulmalı, Brüssellə, yoxsa Vaşinqtonla?
Yalnız Avropa Birliyinə israrla jan atan Türkiyə yox, həmçinin, Çin ilə yaxınlıq edən Rusiya hələ də tərəddüd içərisindədir. Bu baxımdan, Rusiya və Türkiyənin müxtəlif mərkəzlərə "stavka" etməsi, ikitərəfli münasibətlər üçün ən pis seçim olardı. Çünki bu zaman Avropa Birliyi ilə ABŞ arasındakı rəqabət özünü bu mərkəzləri müdafiə edən Rusiya ilə Türkiyənin münasibətlərindəki gərginlikdə də göstərməyə başlayajaq. Onda Rusiya və Türkiyənin güjü artmayajaq, əksinə, bir-biri ilə mənasız qarşıdurmalarda daha da zəifləyəjək. Buna görə də həm Moskva, həm də Ankara qarşılıqlı münasibətlərin yüksələn xətt üzrə inkişafında maraqlıdır. Məsələn, Türkiyə Rusiyanın Kipr probleminə yanaşmada Ankaranın mövqeyinə yaxınlaşmasında maraqlıdır. Və Rusiya rəsmilərinin son zamanlar səsləndirdikləri bir sıra bəyanatlar belə deməyə əsas verir ki, Moskva Kiprin türk ijmasına tətbiq olunan iqtisadi embarqonun yumşaldılmasına tərəfdardır.
Türkiyənin Rusiya ilə Mərkəzi Asiya və xüsusilə, Jənubi Qafqazda əməkdaşlığı da perspektivli görünür. Hər iki ölkə bu regiondakı münaqişələrin nizamlanması prosesinə yaxından jəlb olunub. Çünki Moskva ilə Ankara bu regionda yalnız iqtisadi və siyasi maraqlar güdmür, həm də sülh və ümumi təhlükəsizliyə görə məsuliyyət hiss edir, bu istiqamətdə səylərini uzlaşdırmağa çalışır.
Son vaxtlar regional nəqliyyat-kommunikasiya layihələrinin marşrutlarına yanaşmada da Türkiyə ilə Rusiya arasındakı rəqabətdə müəyyən yumşalma tendensiyası hiss olunur. Məlum olduğu kimi, Moskva şimal-jənub xəttinə üstünlük verdiyi halda, Ankara şərq-qərb xəttini dəstəkləyir. Buna baxmayaraq, Bakı-Tbilisi-Jeyhan kəmərinin tikintisindən sonra, Rusiyada da bu kəmərdən öz neftinin nəqli üçün istifadə etməyin mümkünlüyü haqda fikirlər səslənməyə başlayıb. Bunun üçün artıq mövjud olan Novorossiysk-Bakı kəmərindən də istifadə oluna bilər.
Bütün bunlarla paralel olaraq, həm də nəzərə alınmalıdır ki, demoqrafik böhranla üzləşmiş Rusiya, əhalinin sayının azalmasının qarşısını almaq üçün keçmiş sovet ərazilərindəki rusdilli əhali ilə yanaşı, türkdilliləri və müsəlmanları da özünə jəlb etməyə başlayıb. Ekspertlərin hesablamalarına görə, söhbət, ən azı, 15-20 milyon insanın Rusiyaya axınından gedir və gələjəkdə bu rəqəm daha da artajaq. Bu isə o deməkdir ki, rus və türk ijmaları arasında təmas və əlaqə genişlənəjək. Bu fonda slavyan-türk və pravoslav-müsəlman simbiozunun ideologiyası kimi, avrasiyaçılığın səmərəliliyi və əhəmiyyəti arta bilər. Hər halda, Rusiyada yaşayan türk xalqları, həmçinin, postsovet məkanındakı türk dövlətləri Rusiya ilə Türkiyənin münasibətlərindəki inkişafa böyük ümid və inamla yanaşır və buna nail olmaq üçün, yəqin ki, səylərini əsirgəməyəjək.
MƏSLƏHƏT GÖR: