
SİYAHIDA ADLARI VAR
Azərbayjan Dağlıq Qarabağ münaqişəsi nətijəsində itkin düşən və əsir götürülərək, Ermənilər tərəfindən girov saxlanılan yüz minlərlə vətəndaşını axtarmaqda davam edir
Müəllif: Emin Ələkbərov Bakı
Azərbayjanla Ermənistan arasında atəşkəs haqqında razılaşma əldə olunmasından 10 ildən artıq keçir. Münaqişə dövründə minlərlə insan itkin düşüb, bir çox ailələrin hələ də əzizlərinin taleyi barədə heç br məlumatı yoxdur.
Hamlet Bədəlov müharibədə oğlu Vüqarı itirib. Uzun, lakin səmərəsiz axtarışlardan sonra Bədəlova naməlum şəxslər zəng vurmuş, oğlu haqqında informasiyaları olduğunu və onu müəyyən məbləğ müqabilində təqdim edə biləjəklərini bildirmişlər. «Xeyirxahlar» məlumatın faksla çatdırılajağını demişlər. Pulu göstərilən hesaba köçürən Bədəlov təjili faks aparatı almış, az qala, düz bir ay onun yanından uzaqlaşmamış, nəhayət, Moskvada bir ünvan və guya Vüqarı girov saxlayan adamın familiyasını almışdır.
Bu ünvanı İtkin Düşənlər, Girovlar və Qarabağ Münaqişəsi Əsirlərinin Azad Edilməsi Üzrə İşçi Qrupun həmsədri, RF prezidenti yanında insan hüquqları komissiyasının üzvü Svetlana Qannuşkina yoxlamışdır. Svetlananın müxbirimizə bildirdiyi kimi, Moskvada bu ünvanda Stanislavski adına teatrın yerləşdiyi və teatrda göstərilən ad və soyadlı adamın işləmədiyi məlum olmuşdur. Əsir və itkin düşənlər haqqında «miflər» belə yaranır.
Qannuşkinanın sözlərinə görə, onun təjrübəsində bu qəbildən olan faktlar çoxdur. İnsanlar ümidini itirmir, müxtəlif instansiyalara mürajiət edir, artıq çox vaxt keçsə də, hələ də doğmalarını axtarırlar. Ən dəhşətlisi isə yaranan ümidin yenidən itirilməsidir. Bu, insanların öz övladlarını təkrar dəfn etmələrinə bərabərdir.
«Biz hələ də siyahılar üzrə adamlar axtarışını davam etdiririk. Son məlumatları bizə AR Hərbi Əsirlər, Girovlar və İtkin Düşənlərn İşi Üzrə Dövlət Komissiyası (Komissiya) və Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) təqdim edir. Şübhəsiz, komissiya ilə BQXK-nın məsələyə yanaşmaları fərqlidir. Biz isə yerlərdə işlədiyimizdən, hər hansı tələblərlə daha az məhdudlaşırıq. Komissiyanın xahişi ilə biz tərəflərdən hər hansı birinin əsirlərin olduğunu güman etdiyi yerləri və konkret halları araşdırırıq. Doğrudur, hələ itkin düşmüş hər hansı bir şəxs barədə informasiyanın öz təsdiqini tapdığı halla rastlaşmamışıq. Ayrı-ayrı şəxslərdən alınan məlumatlar da imkan daxilində yoxlanılır».
Qannuşikna Azərbayjan və Ermənisan dövlət komissiyalarının vasitəçilərsiz təmasda olmaları üçün təmsil etdiyi təşkilatın tərəflər arasında dialoq yaratmağa çalışdığını vurğuladı.
«İndi təmas daha bilavasitədir. BQXK tutulanlarla doğmaları arasında özünəməxsus vasitəçidir. Biz hakimiyyət orqanları arasında əlaqələndiriji halqayıq və hər bir şayiəni yoxlamağa çalışırıq. Tərəflər arasında pərakəndəlik formalarından biri olan bu şayiələrin aradan qaldırılması çox önəmlidir».
İşçi qrupunun həmsədri hesab edir ki, itkin düşənlərin sayı barədə məlumatlar, əksər hallarda, hakimiyyət tərəfindən siyasiləşdirilir.
«Yolverilməz olsa da, onların sayı siyasi məqsədlərə müvafiq olaraq ya artırılır, ya da azaldılır. Əsirlərin yeri barədə dəqiq məlumatımız olduğu halda, onların azad edilməsinə mütləq nail olardıq. Çox illər ötüb. Əsirlərin haradasa qul halında saxlanılması barədə təxminləri əsaslandırmaq mümkünsüzdür».
Qannuşkina əmindir ki, BQXK və komissiyanın siyahılarında göstərilən adamlar artıq çoxdan sağ deyillər.
«Bu kədərlidir. Biz onların qohumlarını aldadır, axtarış apardığımızı deyirik. Lakin müharibədən sonra elə bir an gəlib çıxır ki, insanın daha dünyada olmadığı ilə barışmalı olursan».
BQXK-nın çağırışı
BQXK-nın məlumatına görə, Dağlıq Qarabağ münaqişəsi nətijəsində hər iki tərəfdən itkin düşənlərin ümumi sayı 3165 nəfərdir ki, bunlardan 2376 nəfəri azərbayjanlı, 419 nəfəri erməni, 10 nəfəri isə başqa dövlətlərin vətəndaşlarıdır. 2004-jü ilin fevralında BQXK Azərbayjan və Ermənistan hökumətlərinə, həmçinin, de-fakto «Dağlıq Qarabağ hökumətinə» (dırnaqlar bizimdir - müəl.) münaqişə ilə əlaqədar itkin düşmüş sayılan şəxslərin siyahısını təqdim etmişdir. 2005-ji ilin yanvarında BQXK tərəflərə itkin düşən şəxslərin taleyini aydınlaşdırmağa səsləyən memorandum da ünvanlamışdır. Sənəd tələb olunan informasiyanın əldə edilməsi, eksqumasiya və qalıqların identifikasiyası proseduru keçirilməsi, itkin düşənlərin ailələrinə yardım göstərilməsi üçün zəruri olan bir sıra üsullar da təklif edirdi.
«R+»a BQXK-nın Bakı ofisinin mətbuat xidmətində verilən məlumata görə, komitə itkin düşənlər barədə mürajiətləri toplamaqda davam edir, 2006-jı ildə itkin düşənlər barədə sağ olduqları zaman mövjud olan və münaqişə zamanı həlak olanların jəsədlərinin qalıqlarının identifikasiyasında yardımçı ola bilən informasiya toplanmağa başlandıqdan sonra bu istiqamətdə fəaliyyətini daha da genişləndirməyə ümidlidir. Bu iş komissiya ilə sıx əlaqəli şəkildə həyata keçiriləjəkdir.
Eyni zamanda, BQXK münaqişə zamanı itkin düşmüş şəxslərin nəşləri olan yerlərin qeydiyyatını aparmağa, sonradan qəbirlərin açılaraq, orada dəfn olunanların nəşlərinin identifikasiyasının aparılması məqsədilə belə yerlərin mühafizəsini təmin etməyə çağırmışdır. Həmçinin, BQXK hakimiyyət orqanlarını ehtiyajı olan ailələrə psixoloci yardım göstərməyə çağırır və onların bu yöndə səylərini dəstəkləyir.
O da məlumdur ki, itkin düşənlərin BQXK-dakı siyahısı komissiyanın siyahısından fərqlənir. Belə ki, Azərbayjan, Dağlıq Qarabağ silahlı münaqişəsi zamanı qəbul ediləndən daha çox vətəndaşının itkin düşməsi və əsir götürülməsində həmişə iddialı olub və indi də bunda israrlıdır. Beləliklə, «R+»a komissiyanın işçi qrupunun rəhbəri Firudin Sadıqovun verdiyi məlumata görə, 2006-jı ilin əvvəllərindən aparılan iş əsasında itkin düşmüş sayılan vətəndaşların siyahısında olan 102 nəfərin taleyinə aydınlıq gətirilib.
Beləliklə, 01.07.2006-jı il tarixi üçün hərbi əsir, girov və itkin düşən vətəndaşların sayı 4 581 nəfər təşkil edir. Onlardan 3662 nəfər hərbi qulluqçu, 894 nəfər mülki əhalidir. Sonunjulardan 52 nəfər uşaqlar, 394 nəfər qojalar (180 nəfər çox qoja qadınlar), 99 nəfər ortayaşlı qadınlar, 359 nəfər ortayaşlı kişilərdir.
Dövlət komissiyasında əsir və itkin düşənlərin ümumi sayından 783 Azərbayjan vətəndaşının ermənilər tərəfindən əsir götürülməsi faktları barədə informasiya və şahid ifadələri var. Bu günə qədər erməni əsirliyindən 1388 nəfər azad edilmişdir. Onlardan 342 nəfəri qadın, 1046 nəfəri isə kişidir. O jümlədən, 169 nəfəri uşaq, 288 nəfəri yaşlılar (112 nəfər ahıl qadın), 165 nəfər ortayaşlı qadın, 776 nəfər ortayaşlı kişilərdir.
Komissiyaya daxil olan məlumat-materiallar göstərir ki, 451 nəfər erməni əsirliyində ya öldürülüb, ya da müxtəlif səbəblər üzündən (işgənjələr, xəstəliklər və s.) vəfat edib. Bunlardan 86 nəfəri qadın, 365 nəfəri isə kişidir. 124 nəfərin yalnız adları müəyyənləşdirilib, 69 nəfər isə tanınmamış qalıb.
BQXK ilə komissiyanın siyahılarının fərqli olmasından danışarkən, işçi qrupun rəhbəri onu da vurğuladı ki, bu iki təşkilatın fəaliyyət mexanizmləri köklü şəkildə fərqlənir. Komissiya siyahını itkin düşənlərin qohumlarının mürajiətləri, hakimiyyət orqanlarının məlumatları, KİV-də çap olunan materiallar və i. a. əsasında tərtib edir. BQXK isə siyahını yalnız itkin düşənlərin qohumlarının açıqlamalarına istinadən formalaşdırır.
Sadıqov axtarışlar zamanı komissiyanın üzləşdiyi çətinliklərdən də danışdı. Onun sözlərinə görə, BQXK və komissiyaya Qarabağda hərbi əməliyyatların ilk dövrlərində müəyyən informasiya ilə mürajiət edən mənbələrin əksəriyyəti məlum deyil.
«Araşdırmanın gedişində itkin düşənlərin bəzilərinin sağ olduğu, bəzilərinin isə vəfat etdikləri və dəfn olunduqları aydınaşır. 2005-ji ildə əvvəllər itkin düşənlərin siyahısında olan 135 nəfəri tapmağa nail olduq. Onlardan 96 nəfəri sağdır, 39 nəfər isə döyüşlərdə həlak olub».
Bununla yanaşı, işçi qrupun rəhbəri onu da qeyd etdi ki, Azərbayjan vətəndaşlarının ermənilər tərəfindən əsir götürülməsinə dair konkret faktlar mövjuddur. «Amma biz onların taleləri barədə bir şey öyrənə bilməmişik».
Hərbi əməliyyatlar başlanandan bugünə erməni tərəfi 1388 azərbayjanlı əsiri azad etmişdir.
Bütün ümidlər məruzəyədir
Hazırda Azərbayjan hərbi əsirlər məsələsinə Avropa Şurası Parlament Assambleyasında lazımi diqqət yetiriləjəyini gözləməkdədir, axı BQXK və komissiyanın siyahılarına əsasən, itkin düşən Azərbayjan vətəndaşlarının sayı ermənilərin sayından qat-qat çoxdur. Azərbayjan tərəfi AŞ PA-nın «Jənubi Qafqaz ölkələrində itkin düşənlər haqqında» məruzəsinin assambleyanın 2007-ji ilin yanvarında keçiriləjək qış sessiyasında müzakirəyə çıxarılmasına nail olmuşdur. AŞ PA-ya mürajiət edən rəsmi Bakı erməni əsirliyində (Dağlıq Qarabağda və Ermənistanda) olan Azərbayjan vətəndaşlarının qeyri-insani şəraitdə saxlandıqlarını bildirmişdir. AŞPA-nın itkin düşmüş Azərbayjan, Gürjüstan və Ermənistan vətəndaşları barədə məruzəsini Leo Platvoyet hazırlayajaq. O, bu problem üzrə məruzəçi kimi AŞ PA-nın Miqrasiya, Qaçqınlar və Əhali Üzrə Komitəsinin 2005-ji ildə Parisdə keçirilən toplantısında təyin edilmişdir.
Yeri gəlmişkən, iyunun axırında o, rəsmi səfərlə Azərbayjana gəlmiş, buna qədər isə Gürjüstan və Ermənistanda olmuşdur. Səfərdə məqsəd Dağlıq Qarabağ münaqişəsi nətijəsində itkin düşən vətəndaşlar haqqında informasiya toplamaq idi.
Qarabağ münaqişəsi nətijəsində itkin düşənlər haqqında danışarkən Platvoyet Azərbayjan və Ermənistanın müvafiq dövlət orqanları təmsilçilərinin iştirakı ilə xüsusi strukturların yaradılmasına tərəfdar çıxmışdır. Onun sözlərinə görə, itkin düşənləri axtaran analoci strukturlar Balkanlarda da fəaliyyət göstərirdi. Platvoyetin fikrinjə, yaradılajaq strukturun fəaliyyəti BQXK prinsiplərinə əsaslanmalıdır. O, məruzədə problemin «humanitar səpkidə» əks etdiriləjəyini bildirmişdir, çünki onun «siyasiləşdirilməsi» son dərəjə təhlükəlidir. Məruzə AŞ PA-ya 2007-ji ilin I yarısında təqdim olunajaqdır.
Platvoyetin Ermənistan səfərinin gedişində maraqlı bəyanatlar verilib. Onları Ermənistan parlamentinin vitse-spikeri Tiqran Torosyan səsləndirmişdir. O, məruzəçiyə Azərbayjan, Ermənistan və Dağlıq Qarabağ təmsilçilərindən ibarət üçtərəfli işçi qrup yaratmağı təklif etmişdir. Bu təkliflə razılaşan Leo Platvoyet qeyd etmişdir ki, məruzəsində tərəflərə bu problematika ilə məşğul olan təşkilatlar səviyyəsində əməkdaşlığa başlamağı təklif etməyi nəzərdə tutur.
Azərbayjanda bu təklifə inamsızlıqla yanaşılır. Azərbayjanın AŞ PA-da nümayəndə heyətinin üzvü, millət vəkili Gültəkin Hajıyevanın «R+» müxbirinə dediklərindən: «Torosyanın itkin düşənlər məsələsi ilə bağlı Azərbayjan, Ermənistan və Dağlıq Qarabağ təmsilçilərindən ibarət üçtərəfli işçi qrupu yaratmaq təklifi məqbul deyil. Belə bir bəyanatla çıxış edən Torosyan heç də problemin həllində yardımçı olmaq fikrində deyil. Bu təklif siyasi məqsədlə edilib. Bu fakt göstərir ki, ermənilər belə böyük bir fajiədən də siyasi mənfəət əldə etməyə jan atır, Dağlıq Qarabağı prosesə üçünjü tərəf qismində qoşmağa çalışırlar. Biz belə təklifi birmənalı olaraq qəbul edə bilmərik. Dağlıq Qarabağ Azərbayjan ərazisinin bir hissəsidir və danışıqlar masasının arxasında onu yalnız və yalnız Azərbayjan Respublikası təmsil edə bilər. Dağlıq Qarabağ hökuməti müstəqil deyil və dünya birliyi tərəfindən tanınmayıb. Odur ki biz Dağlıq Qarabağı qeyri-qanuni şəkildə idarə edən Ermənistan hökuməti ilə əməkdaşlıq etməyin daha məqsədəuyğun olduğunu qeyd etdik».
G.Hajıyeva onu da bildirdi ki, görüşlər zamanı l.Platvoyet Azərbayjan tərəfinin qəbul etmədiyi daha bir neçə təklif irəli sürmüşdü. Dəqiq araşdırma aparılması məqsədilə L.Platvoyet Dağlıq Qarabağdakı qurumlar və QHT-lərlə əməkdaşlıq təklif etsə də, «Biz Dağlıq Qarabağın Azərbayjan ərazisinin bir hissəsi olduğunu və orada yaradılan hər hansı bir qurumla əməkdaşlığın Azərbayjanın dövlət siyasətinə zidd olduğunu bildirdik».
AŞ PA təmsilçilərinin itkin düşmüş şəxslərin ailələrinin öz doğmalarını axtarmaq məqsədilə Dağlıq Qarabağa səfər etmələri barədə təklifi də qəbul edilməmişdir. «Biz bu məsələni itkin düşənlərin ailələrinin öhdəsinə buraxa bilmərik, çünki bu halda, onlara münasibətdə haqsızlığa yol vermiş olardıq. Biz L.Platvoyetə Ermənistanın beynəlxalq məhkəmə qarşısında javab verəjəyi günün gəlib-çatajağını da dedik. Odur ki beynəlxalq təşkilatların bu məsələni obyektiv qiymətləndirmələri çox önəmlidir. Ümidvaram ki, L.Platvoyetin Azərbayjan, Gürjüstan və Ermənistanda itkin düşmüş vətəndaşlara dair məruzəsi obyektiv və hərtərəfli olajaqdır».
G.Hajıyeva qeyd etdi ki, rəsmən L.Platvoyet öz məruzəsi üzərində işi 2007-ji ildə başa çatdırmalı olsa da, bu daha tez də ola bilər: «Problemin həjmi və miqyası nəzərə alınarsa, çətin ki, L.Platvoyet onun öhdəsindən belə tezliklə gələ bilsin. Bu çətin məsələdir, odur ki məruzə daha dərin və əhatəli işlənməlidir».
AŞ PA-dakı təmsilçimiz məruzə hazır olandan sonra, onun AŞ PA-nın müzakirəsinə çıxarıla biləjəyini də qeyd etdi. Onun sözlərinə görə, Avropa Şurası erməni təjavüzü nətijəsində itkin düşmüş 5 000 insanın taleyinə biganə qala bilməz. G.Hajıyeva Avropa ijtimaiyyətinin diqqətini bu məsələyə jəlb etməyin heç də asan olmadığını dedi: «Ermənilər maneələr törədir, məsələni informasiya blokadasında saxlamağa çalışırdılar. Azərbayjan 2001-ji ildən etibarən belə mövqeyə qarşı mübarizə aparırdı».
G.Hajıyeva vurğuladı ki, AŞ PA-nın məruzəçi təyin etməsi Azərbayjanın uğuru olmaqla yanaşı, həm də Avropa ijtimaiyyətinin mövqeyinin dəyişməyə başlaması deməkdir: «Bu məsələ AŞ PA gündəliyinə salınajaq və avropalı parlamentarlar ermənilərin işğal olunmuş ərazilərdə törətdikləri fajiələrlə tanış olmaq imkanı əldə edəjəklər».
Bu problemlə Dağlıq Qarabağ münaqişəsi zonasında itkin düşənlərin, girovların axtarışı və əsirlərin azad edilməsi üzrə Beynəlxalq İşçi Qrup (BİQ) da məş-ğul olur. Bu struktur iyun ayında Dağlıq Qarabağ və Ermənistanda olsa da, Bakıya gəlmədi. Qrupun həmsədri BQXK-nin Xankəndidəki ofisində Bernhard Klazen (Almaniya) «DQR» xariji işlər naziri Georgi Petrosyan, Hərbi Əsirlər, Girovlar və İtkin Düşənlər Üzrə Dövlət Komissiyasının rəhbərliyi ilə görüşlər keçirmişdir. Səfərin gedişində o, aşağıdakıları vurğulamışdır: «Həm Azərbayjan, həm də Ermənistan tərəfi əsir və girovların onlarda deyil, əks tərəfdə olduğunu bəyan edir. Vəzifəmiz belə informasiyanı yoxlamaqdır. Bizim üçün keçmiş hərbi əsirlərin taleyi çox önəmlidir. Onlar böyük zərbə alıblar və fikrimizjə, nə azərbayjanlılar, nə də ermənilər onlara lazımi diqqət yetirirlər».
Erməni KİV-nə verdiyi müsahibəsində tərəflərdən heç birinin əsirlərə də lazımi diqqət yetirmədiyini vurğulayan Klazen nə Azərbayjan, nə də Ermənistanda təhsil, sosial, psixoloci və tibbi yardım üzrə dövlət proqramlarının olmadığını açıqlayıb. «Əksinə, Azərbayjanda keçmiş hərbi əsirləri mühakimə edir və onlara uzunmüddətli həbs jəzası verirlər. Ermənistanda da eyni şeylər baş verir. Biz keçmiş hərbi əsirlərə belə münasibətlə razılaşa bilmərik. Ən güjlü təəssürata gəldikdə, bu, həmişə olduğu kimi, yenə də itkin düşənin valideynləri ilə görüş idi. Bununla əlaqədar qeyd etmək istərdim ki, insanı sağ tapmaq üçün hansı şanslarımız olduğunu deyə bilməsək də, əldə edə bildiyimiz hər hansı bir informasiyanı yoxlamağa çalışırıq».
Klazenin sözlərinə görə, vəzifələrdən biri də miflərə aydınlıq gətirməkdir. Məsələn, girov ermənilərin Azərbayjandakı daş karxanalarında saxlanılması mifi ilə bağlı olduğu kimi: «Biz həmin karxanalarda olduq, onları yoxladıq, amma heç kimi tapmadıq. Orada özümüz olmuşuq və girovların olmadığına əminik».
Azərbayjanla Ermənistanın qarışıq komissiya çərçivəsində birgə işləməsi perspektivinə münasibətdə Klazen bildirdi ki, Yerevan buna böyük maraq göstərir, «Azərbayjan tərəfi isə əməkdaşlığa hazır olsa da, belə qarışıq komissiyanın işində iştiraka, hələlik, hazır deyil». O, belə bir komissiya yaradılması müddətlərindən danışmağın, təəssüf ki, mümkünsüz olduğunu da qeyd etdi. Əsas məsələ itkin düşənlər, əsir və girovlar məsələsini mümkün qədər siyasətdən kənarlaşdırmaqdır. Odur ki bütün tərəflərin insanların öz ölkələrinin təmsilçiləri qismində deyil, sırf mütəxəssis kimi işləyəjəkləri komissiyanın yaradılması barədə düşünməsinin vaxtı yetişib: «Fikrimizjə, belə bir komissiyanın işi uğurlu olardı. İndi irəliləyişə daha bir ümidimiz var, çünki AŞ PA bu məsələyə diqqət yetirmək qərarına gəlib».
BİQ-in fəaliyyətsizliyi
Azərbayjan Dövlət Komissiyası BİQ-in fəaliyyətindən narazıdır. Komissiya axtarış işlərinin işğal olunmuş ərazilərdə aparılmasında israrlıdır. Lakin işçi qrupun həmsədrlərinin bölgəyə çoxsaylı səfərləri birjə nəfərin də taleyinə aydınlıq gətirməyib. Halbuki həmsədrlər «İtkin düşənləri axtaran qrupun üzünə Dağlıq Qarabağda bütün qapılar açıqdır», - deyə iddia edirlər. Bu zaman onlar sağ qalan insanlar haqqında fikirləri şübhə altına alır, onları tampaq şansının jüzi olduğunu vurğulayırlar. Halbuki «itkin düşənin axtarılması üçün, ilk növbədə, axtarış tədbirləri həyata keçirilməlidir. Keçmiş hərbi əsirlərlə Azərbayjanda qeyri-humanist davranılmasına gəldikdə isə, məsələ heç də Bernhard Klazenin təqdim etməyə çalışdığı kimi deyil».
Komissiyada deyilənlərdən: «Azərbayjan hökuməti heç kimi əsirlikdə olmağa görə nə təqiblərə məruz qoyub, nə də mühakimə edib. Bunlar BİQ-dən olan jənabların əsassız, yalnız ijtimaiyyətin diqqətinin qrupun əsas vəzifəsindən - itkin düşən şəxsləri axtarmaqdan yayındırmağa yönəlmiş uydurmalarıdır».
Dövlət Komissiyasında bildirdilər ki, əsirlikdən azad edilən 1388 azərbayjanlı arasında müxtəlif vaxtlarda 20 nəfər jinayət məsuliyyətinə jəlb olunub. Onların hamısı AR Jinayət Məjəlləsində göstərilən konkret jinayətlərə görə məhkum edilib. Əsirlikdə olduğuna görə, birjə nəfər də jəza almayıb. «Beynəlxalq işçi qrupundan olan jənablar bu qısa səfərlərini siyasi bəyanatlardansa, məşğul olmalı olduqları işə həsr etsə yaxşı olardı», - deyə komissiyada bildiriblər.
Öz növbəsində, müsahibələrinin birində AR Baş prokuroru Zakir Qaralov Azərbayjanda birjə nəfər də əsir erməni olmadığını açıqlamışdı. Onun sözlərinə görə, Azərbayjana qarşı elan olunmamış müharibə zamanı Ermənistan silahlı qüvvələrinin törətdikləri jinayətlərin təhqiqatını aparmaq üçün 3 il bundan əvvəl yaradılan operativ-istintaq qrupu 1061 əsir və girovun ifadələrini dinləmişdir. İstintaqın gedişində sübut olunmuşdur ki, Xojalı şəhərinin, Meşəli və Qaradağlı kəndlərinin işğalı zamanı minlərlə dinj sakin vəhşijəsinə öldürülmüş, girov götürülmüş və işğənjələrə məruz qoyulmuşdur. «Bu jinayətləri törədənlər Azərbayjan məhkəməsi qarşısında javab verəjəklər, lazım gələrsə, bütün materiallar beynəlxalq məhkəməyə təqdim olunajaq-dır. Bu gün Azərbayjanda birjə nəfər də olsun, erməni hərbi əsiri yoxdur və Azərbayjan bu sahədə beynəlxalq monitorinqə hazırdır. Ermənistanda belə faktlar varsa, biz təhqiqat aparmağa hazırıq».
İtkin düşənlər, girovlar və əsirlərin axtarışı ilə məşğul olan strukturların belə çoxsaylı olmasına baxmayaraq, Azərbayjan tərəfinin təqdim etdiyi siyahılar, bütövlükdə, dəyişilmir. Bu gün itkin düşənlərin qohumları artıq yalnız günahkarların jəzalandırılajaqlarına ümid edirlər.
Bu dəhşətdir
Həmkarlarının törətdikləri vəhşiliklərə etiraz olaraq, öz ölkəsində hərbi xidmətdən imtina edərək, ABŞ-a qaçan bir erməni azərbayjanlı hərbi əsirlərə işgənjələr verilməsi faktını etiraf etmişdir.
1967-ji il təvəllüdlü Ermənistan vətəndaşı Mesrop Martirosyan ABŞ-da sığınajaq tapmışdır. İmmiqrasiya şikayətlərinə dair komissiya, əvvəljə, ona rədd javabı versə də, Martirosyan bu qərardan Kaliforniya ştatının Apellyasiya Məhkəməsinə şikayət vermişdir. Şikayətin mətnindən aydın olur ki, M.Martirosyanın ABŞ-a emiqrasiya etməsinə səbəb orduda xidmət etmək istəmədiyi üçün Ermənistanda məruz qaldığı təqiblər olmuşdur. Məsələ ondadır ki, o, hərbi əsirlərin saxlandıqları düşərgədə xidmət etməli və onlarla amansız davranmalı idi. Bundan xilas olmaq üçün Martirosyan hərbi xidmətdən yayınmış və vətənini tərk etmişdir.
İjbari hərbi xidmətdən sonra Martirosyan 1990-1992-ji illərdə sığorta şirkətində işləmiş, eyni zamanda, Amerika Universitetində ingilis dili kurslarına getmişdir. Bu zaman o, hərbi əsirlərə, xüsusən də, Ermənistan tərəfindən işğal olunmuş Qarabağ ərazisində yerləşdirilmiş düşərgələrdəki azərbayjanlı əsirlərə münasibətdə zorakılığa yol verilməsinə qarşı çıxış edən «Zabitlər müharibə əleyhinə» qrupunu yaratmışdı. Məhkəmə qarşısındakı ifadələrində M.Martirosyan düşərgələrdə işgənjələrə məruz qalan, bədənlərinin ayrı-ayrı hissələri kəsilmiş hərbi əsirləri öz gözləri ilə görmüşdür: «Mən qulaqları kəsilmiş adamları və uşaqların kəsilmiş qulaqlarla oynamasını gör-müşəm». Şübhəsiz, M.Martirosyan hərbi əsir düşərgələrində törədilən vəhşiliklərin hamısını görə bilməsə də, daha dəhşətli hallar barədə mütləq məlumatlı idi.
Komissiyaya da çoxsaylı belə faktlar məlumdur. Məsələn, Xojalı şəhərinin 1992-ji ildə işğalı zamanı Təvəkkül Əmirovun ailəsi əsir götürülmüşdü. Onun arvadı Raya, 7 yaşlı qızı Yeganə, baldızı Göyçə yerindəjə güllələnmişlər. Yaralı erməni əsgərini kürəyində aparmaqdan imtina etdiyi üçün, Təvəkkülün özünün üstünə benzin tökərək, qızı Xəzangülün gözləri qarşısında diri-diri yandırmışlar.
15 yaşlı Nəzakət Məmmədovanın gözü qarşısında atasının qulaqlarını kəsmiş və vəhşi işgənjələrə məruz qoymuşlar; təhdidlərə dözməyən anası isə dəli olmuşdur. Sonradan Nəzakəti bir ailəyə 4 mln rus rublu müqabilində qul kimi satmışlar.
Nuxuyev Vaqif Qutayis oğlu və Məmmədov Mehman Şura oğlu işgənjələr nətijəsində Şuşa həbsxanasında vəfat etmişlər.
Öz ifadəsinə görə, 1991-ji ildə Martirosyan Qarabağdakı döyüş əməliyyatlarında iştirak etmək üçün könüllülər sırasına yazılmaq qərarına gəlmiş, lakin sovet zabiti kimi, hərbi əsirlər üçün düşərgəyə göndəriləjəyini biləndən sonra fikrini dəyişmişdir. 2 il sonra Ermənistanda hərbi mükəlləfiyyət tətbiq edilmiş və Martirosyan orduya çağırılmışdı. ABŞ Apellyasiya Məhkəməsində Martirosyan erməni ordusunda hərbi xidmətdən imtinasını aşağıdakı kimi əsaslandırırdı: «Erməni milli ordusu məni hərbi əsirlərin saxlandıqları düşərgəyə göndərməyə hazırlaşırdı. Mən onlara jəllad yox, əsgər olduğumu, əsirlərə münasibətdə haqqında eşitdiyim vəhşilikləri təkrarlaya bilməyəjəyimi söylədim».
MƏSLƏHƏT GÖR: