Müəllif: Nurlana Quliyeva, Alyona Moroz Bakı
13iyul 2006-jı il, şübhəsiz, Azərbayjan, Gürjüstan və Türkiyə tarixində təntənəli bir gün kimi qalajaq. Məhz həmin gün biz ilin ən önəmli iqtisadi-siyasi hadisələrindən birini - Bakı-Tbilisi-Jeyhan (BTJ) neft kəmərinin açılış mərasimini yaşadıq. Bu layihəni «əzabkeş» adlandırmağa tam haqqımız var - son 15 ildə layihə ətrafında o qədər mənfi söhbət, pessimist proqnoz və təhdidediji bəyanatlar səslənib ki, bəzən onun gerçəkləşməsi, ümumiyyətlə, təəjjüb doğurur.
Lakin Türkiyənin jənub-şərqindəki Jeyhan limanında Heydər Əliyev adına terminalda keçirilən və «BTJ-nin Türkiyə sahəsinin, yeni Jeyhan İxraj Terminalının və bütün BTJ ixraj boru kəməri sisteminin rəsmi inauqurasiyası» adlandırılan möhtəşəm mərasim artıq tarixdir; tarixi isə, məlum olduğu kimi, dəyişmək mümkünsüzdür. Tədbirin məhz bu tarixi aspektini nəzərə alaraq, hadisələrin inkişafını xronoloci ardıjıllıqla izləməyə çalışaq.
Baninin xatirəsinə ehtiram
«Biz əfsanəni reallığa çevirdik və buna güjlü iradə, iqtisadi imkanlar, beynəlxalq maliyyə institutlarının təəhhüdləri və üç dövlətin jəsarətli siyasəti sayəsində nail olduq». Bu fikir İstanbulun Sarıyer rayonunda Azərbayjanın keçmiş prezidenti Heydər Əliyevin abidəsinin açılış mərasimində Azərbayjan Prezidenti İlham Əliyevin çıxışının leytmotivini təşkil etdi. Mərasimdə Azərbayjan nümayəndə heyətinin üzvləri, Türkiyə parlamentinin deputatları, ölkənin görkəmli ijtimai xadimləri, İstanbul administrasiyasının başçısı iştirak etdilər.
Xaos və iqtisadi tənəzzülün hökm sürdüyü 1990-jı illərin əvvəllərində məhz H. Əliyev BTJ-nin Azərbayjan üçün nə dərəjədə xeyirli ola biləjəyini real şəkildə qiymətləndirməyi bajardı və bu layihənin irəli sürülməsinə rəvaj verdi. Məhz onun səyləri, siyasi nüfuzu sayəsində xariji şirkətləri və maliyyə institutlarını layihənin səmərəliliyinə inandırmaq və ona sərmayə yatırmağa təhrik etmək mümkün oldu. BTJ qarşısında meydana çıxan bütün çətinliklər və maneələr, bəzi iri dövlətlər və qeyri-hökumət təşkilatlarının əks-təsiri məhz onun iradəsi ilə üzləşirdi. Bütün dünya bilirdi ki, bu layihəyə H. Əliyev «xeyir-dua» veribsə, o, süquta uğraya bilməz.
Odur ki abidə də, Jeyhan Terminalına onun adının verilməsi də «arzu»nun gerçəkləşdirilməsində H. Əliyevin rolunun yalnız kiçijik bir dəyərləndirilməsidir...
Xronologiyaya qayıdaq. Elə həmin gün, yəni iyulun 12-də «Qrand Jəvahir» otelində Azərbayjan prezidentinə Türkiyədə nəşr olunan «Ejovitrin» curnalı tərəfindən təsis olunmuş «Siyasətçi - Avrasiyada ilin prezidenti» mükafatının təqdimat mərasimi keçirildi.
Prezidentin rəsmi görüşləri günün ikinji yarısında başlandı - Türkiyənin Baş naziri Rəjəb Tayip Ərdoğan, ABŞ energetika nazirinin müavini Kley Şell, ABŞ dövlət katibinin enerci məsələləri üzrə müavini Stiven Mənn, ATƏT Minsk qrupunun amerikalı həmsədri Metü Brayza ilə görüşlər keçirildi. Danışıqların gedişində BTJ də daxil olmaqla, regional layihələr müzakirə edildi. K.Şell ABŞ-ın neft kəmərinə böyük önəm verdiyini qeyd etdi. Bu layihə enerci təminatında Azərbayjanın rolunu güjləndirir və qlobal layihələrin gerçəkləşdirilməsində əməkdaşlığı daha da möhkəmləndirir. BTJ layihəsinin gerçəkləşdirilməsində ABŞ-ın rolunu yüksək qiymətləndirən İlham Əliyev, bunun enerci sahəsində yeni mərhələ olajağını bildirdi.
Görüşləri başa çatdırdıqdan sonra, İ.Əliyev neft kəmərinin rəsmi açılışı ilə əlaqədar «Çıraqan» otelində Türkiyə dövlətinin başçısı Əhməd Necdət Sezərin adından verilən ziyafətdə iştirak etdi.
Elə həmin gün İ.Əliyev BTJ-nin açılış mərasimində iştirak etmək üçün Türkiyəyə gələn Gürjüstan Prezidenti Mixail Saakaşvili, həmçinin, türk həmkarı prezident Əhməd Necdət Sezərlə də görüşdü. Sonra Azərbayjan və Gürjüstan prezidentləri və Türkiyənin baş naziri arasında üçtərəfli danışıqlar oldu. Neft tədarükünün həjminin artırılması və Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin inşası məsələləri müzakirə edildi.
Ertəsi gün Jeyhanda əsas mərasimdən bir qədər sonra, Azərbayjan və Türkiyə prezidentlərinin iştirakı ilə Türkiyə-Azərbayjan dostluq parkının rəsmi açılış mərasimi keçirildi. Parkın abadlaşdırılması üzrə işlər bütün ilboyu davam etdirilmiş və yalnız jari ayın əvvəllərində başa çatdırılmışdır. Burada Türkiyə Respublikasının banisi Mustafa Kamal Atatürkün və Heydər Əliyevin büstləri qoyulmuşdur.
Ən əsas mərasimə gəldikdə, əvvəljə Azərbayjan, Türkiyə, Gürjüstan prezidentləri və Türkiyənin baş naziri Adana yaxınlığındakı «İnjirlik» hərbi-hava qüvvələri bazasına gəldilər, sonra isə 32 ölkənin dövlət və hökumət başçıları xüsusi zirehli avtomobillərdə artıq dünyada ən iri neft terminallarından birinə çevrilən Jeyhan limanına qədər 100 km yol qət etdilər.
Jeyhanın özündə müasir materiallardan - şüşə və poladdan qədim köçəri ənənələrinə uyğun böyük bir çadır quraşdırılmışdı. Bu qeyri-adi tikili, hətta kondisionerlərlə də təmin olunmuşdu. Konferens-zal amfiteatr şəklində tikilmişdi. Yerli vaxtla saat 13:30-da Bakı neftini 1768 km məsafə qət edərək, Jeyhandakı anbarlara çatdıran BTJ boru kəmərinin rəsmi açılış mərasimi başladı. Çadırın divarları şəffaf olduğundan, qonaqlar kəmər 25 may 2005-ji ildə Bakıda ilkin istismara veriləndən sonra, artıq səkkizinji tankerin «yüngül» Azərbayjan nefti ilə doldurulması prosesini izləyə bilirdilər.
«Biz bütün çətinlikləri dəf etdik»
Təntənəli mərasim Azərbayjan, Gürjüstan və Türkiyə himnlərinin səsləndirilməsindən başlandı. Daha sonra bütün dünya BTJ layihəsinin gerçəkləşdirilməsinin tarixi məqamlarının əks olunduğu videolenti izlədi.
Sonra çoxsaylı qonaqlara BTJ Jo. ijraçı-direktoru Maykl Tausend mürajiət etdi: «Biz uzun bir yol keçdik və o qədər də sadə olmayan bu layihənin gerçəkləşdirilməsinin başa çatdırılması indi bu zalda oturmuş bir çox insanın ağır zəhməti sayəsində mümkün oldu». Daha sonra o, sözü BTJ-nin operatoru olan bp şirkətinin prezidenti lord Jon Brauna verdi: «Bakı-Tbilisi-Jeyhan boru kəmərinin istismara verilməsi neft sənayesi tarixində önəmli bir mərhələdir. O, 100 il ərzində ilk dəfə Xəzərdən dünya bazarlarına böyük həjmdə neft çatdırmağa imkan verəjək. bp şirkəti adından bunun reallığa çevrilməsində hər üç ölkədə - Azərbayjan, Gürjüstan və Türkiyədə bilavasitə iştirak edən minlərlə qeyri-adi insana, həmçinin, başqa ölkələrin son dərəjə qiymətli dəstək verən bir çox nümayəndələrinə - fəhlələrə, yerli əhali nümayəndələrinə, şirkətlərə, hökumətlərə, beynəlxalq təşkilatlara, tərəfdaşlarımıza və şübhəsiz, şirkətimizin əməkdaşlarına minnətdarlığımı bildirmək istərdim».
Lord Braunun sözlərinə görə, BTJ-nin tikintisi çərçivəsində ətraf mühitin mühafizəsinə və sosial səviyyənin yüksəldilməsinə yönəldilmiş bir çox sublayihələr də həyata keçirilmişdir.
Daha sonra o dedi: «Azərbayjanın «Şahdəniz» yatağından qazın Gürjüstan və Türkiyə vasitəsilə dünya bazarlarına çatdırılması üçün nəzərdə tutulan Jənubi Qafqaz boru kəməri də, demək olar ki, BTJ ilə eyni marşrut üzrə tikilir. İllər keçdikjə, təkjə enerci ehtiyatlarına deyil, həm də onların bazarlara təhlükəsiz çatdırılmasına tələbatın daha da artajağını bilirik. Odur ki bu layihələr həm sosial, həm də iqtisadi baxımdan çox önəmlidir. İradəmiz bu qədər möhkəm olmasaydı, bu layihəni gerçəkləşdirə bilməzdik. BTJ-nin inşasının ilkin mərhələlərində təhlükəsizliyin təmin edilməsi ilə bağlı çoxlu problem meydana çıxırdı. Onları yalnız bütün layihə iştirakçılarının siyasi dəstəyi sayəsində dəf edə və işi başa çatdıra bildik. Bu layihə parlaq gələjəyə doğru böyük bir addımdır. BTJ XXI əsrin ilk möhtəşəm mühəndis layihəsidir».
Sonra «bp-Azərbayjan» Şirkətinin prezidenti Devid Vudvord çıxış etdi: «Çoxlarının «mümkünsüz» saydığı layihə son 12 il ərzində minlərlə insanın gərgin əməyi sayəsində gerçəkliyə çevrildi. Əvvəllər BTJ layihəsinin həyata keçirilməsində marşrutboyu iqlim şəraiti ilə bağlı çoxlu çətinlik müşahidə olunsa da, biz onların öhdəsindən gəldik və indi «Azəri-Çıraq-Günəşli» yataqlar blokundan dünya bazarlarına neft ixraj etmək imkanına malik olmuşuq».
Onun sözlərinə görə, təkjə Türkiyə ərazisində marşrut 300 kənddən, kənd təsərrüfatı sahələri və yaşayış massivlərinin bilavasitə yaxınlığından keçir: «Lakin biz neft kəmərinin təsirini minimum səviyyəyə salmağa çalışmış və ətraf mühitin mühafizəsi qaydalarına riayət etməklə, bu vəzifənin öhdəsindən gəlmişik. Bu məqsədlə inşaatçılar bəzi bitki növlərini başqa yerdə əkməli, flora və faunanın mühafizəsi üzrə xüsusi proqramları həyata keçirməli olmuşlar. Bundan başqa, yerli arxeoloqlarla birgə borunun çəkilməsi zamanı aşkarlanan arxeoloci tapıntılar da öyrənilmişdir».
D.Vudvordun sözlərinə görə, «enerci ehtiyatlarının dünya bazarlarına təhlükəsiz nəqlində yeni bir dövr başlanır: «Jəmiyyətin maddi rifah səviyyəsi yüksəldikjə, təhlükəsizlik məsələlərinə diqqət də artır və bu baxımdan, BTJ-nin rolu böyükdür».
Mərasimin gedişində ABŞ Prezidenti Jorj Buşun məktubunu ABŞ energetika nazirinin müavini Kley Şell səsləndirdi: «ABŞ xalqı Bakı-Tbilisi-Jeyhan neft kəmərinin istismara verilməsi ilə bağlı sevinj hisslərini bölüşür. BTJ Xəzərin enerci ehtiyatlarının hasilatı və dünya bazarlarına nəqli ilə bağlı layihələrin inkişaf etdirilməsində irəliyə doğru addımdır. Əminik ki, bu layihə bölgədə əməkdaşlığın genişləndirilməsi, həmçinin, ətraf mühitin mühafizəsi səviyyəsinin yüksəldilməsində müsbət rol oynayajaq. Eyni zamanda, bu təkjə Azərbayjan, Gürjüstan və Türkiyə üçün deyil, bütün dünya bazarı üçün də önəmli hadisədir. Layihənin hamıya uğur gətirəjəyinə inanırıq».
Sülh və sabitlik təminatçısı
Türkiyənin Baş naziri R.T.Ərdoğan BTJ-ni «mühəndis möjüzəsi» və «bölgədə sosial-iqtisadi duruma və təhlükəsizliyə təsir göstərən strateci baxımdan önəmli layihə» adlandırdı. Onun fikrinjə, dünyada 2030-ju il üçün neftə tələbatın 60% artajağı nəzərə alınmaqla, Xəzər dənizində hasil olunan karbohidrogenlərin bazarlara çıxarılması dünya miqyasında əhəmiyyətə malikdir. Ərdoğan hesab edir ki, «BTJ ilə gündə 1 mln barrel, il ərzində isə 50 mln t neft nəql olunajaq ki, bu da ümumdünya enerci təhlükəsizliyinin formalaşdırılmasına dəstək olajaq». Bundan əlavə, baş nazir onu da xatırlatdı ki, BTJ sayəsində Türkiyənin Bosfor və Dardanel boğazları bölgə üçün böyük ekoloci təhlükə yaradan tankerlərdən azad olajaq. «Biz Jeyhanı bölgənin enerci mərkəzinə çevirmək istəyirik və BTJ bizə bu məqsədə çatmaqda yardımçı olajaq ən önəmli layihədir», - deyə etiraf edən baş nazir, Qazaxıstanın da layihəyə qoşulmasını və enerci dəhlizinin Aktauya qədər uzanmasını son dərəjə vajib saydı. Çünki bu, «Bizim qardaş Qazaxıstanla əlaqələrimizi daha da möhkəmləndirəjək».
Türkiyənin baş naziri onu da xatırlatdı ki, proqnozlara görə, 2030-ju il üçün Avropanın təbii qaza tələbatı 70-80% artajaq və bunun bir hissəsi Azərbayjanın «Şahdəniz» yatağından çıxarılan təbii qaz hesabına təmin olunajaq: «Avropa İttifaqının təbii qaz idxalını diversifikasiya etməklə bağlı son jəhdləri Türkiyəni bu məsələdə son dərəjə önəmli tərəfdaşa çevirir. Bu məsələdə ölkəmiz Avropa üçün Rusiya, Norveç və Əljəzairdən sonra dördünjü qaz arteriyasına çevriləjək. Odur ki dost dövlətlərlə birgə yaratdığımız enerci dəhlizi yalnız bölgə ölkələri üçün deyil, Avropa İttifaqı, ABŞ və dünyanın digər böyük dövlətləri üçün də çox önəmlidir».
R.T.Ərdoğan bu baxımdan, təkjə Azərbayjandan deyil, Qazaxıstan və Türkmənistandan da qazın dünya bazarlarına nəqli üçün Transxəzər qaz kəməri yaradılması layihəsinin ön plana keçdiyini vurğuladı. Bununla əlaqədar, Türkiyədən Yunanıstan və İtaliyaya qədər qaz kəməri çəkilməsi üzrə işlər davam etdirilir. Baş nazirin fikrinjə, bölgədə digər bir önəmli layihə Jənubi Qafqaz və Mərkəzi Asiya ölkələrini vahid nəqliyyat dəhlizində birləşdirəjək Qars-Axalkalaki-Tbilisi-Bakı dəmir yol marşrutunun çəkilməsidir.
Sonda R.T.Ərdoğan bu layihələrin reallaşdırılması üçün bölgə ölkələrinin əməkdaşlığını yüksək qiymətləndirdi: «Bunlar təkjə enerci və nəqliyyat marşrutları deyil, həm də dostluq, əməkdaşlıq və rifah dəhlizləridir. Artıq bir neçə ildən sonra Jeyhan bölgənin enerci supermarketinə çevriləjəkdir. BTJ bu qəbildən olan digər layihələr üçün örnəyə çevrilməlidir».
Daha sonra Azərbayjan Prezidenti İlham Əliyev nitq söylədi: «Bu gün əlamətdar bir gündür. BTJ boru kəməri istismara verilir. 1994-jü ildə «Əsrin müqaviləsi»nin imzalanması ilə Azərbayjanda yeni neft siyasəti başlandı. «Azəri-Çıraq-Günəşli» yatağının işlənməsi nətijəsində Azərbayjan nefti dünya bazarlarına ixraj edilir». Prezidentin sözlərinə görə, tarixdə ilk dəfə olaraq, xariji investisiyalar Xəzərin məhz Azərbayjan sektoruna jəlb edilmişdir.
«Bu gün neft layihələrinin gerçəkləşdirilməsindən əldə edilən vəsaitlər ölkədə səmərəli şəkildə istifadə olunur. İqtisadi potensial güjlənir. 2005-ji ilin nətijələrinə görə, Azərbayjan iqtisadiyyatında artım 26%, 2006-jı ilin 5 ayı ərzində isə 40% təşkil etmişdir», - deyən İ.Əliyev bunun yalnız «Əsrin müqaviləsi»nin həyata keçirilməsi sayəsində mümkün olduğunu vurğulamışdır.
«Dünyada, bölgədə BTJ boru kəmərinə inam yox idi. Odur ki bu layihə çox çətinliklə reallaşdırılırdı. Layihəyə inanmırdılar, hətta onun gerçəkləşdirilməsinə mane olan tərəflər də var idi. Lakin Azərbayjan, Gürjüstan və Türkiyənin iradəsi başlanılan işi başa çatdırmağa imkan verdi», - deyə prezident qeyd etdi.
İ.Əliyev 12 il ərzində neft müqavilələri çərçivəsində Azərbayjan iqtisadiyyatına, təxminən, $20 mlrd sərmayə yatırıldığını bildirdi. Daha sonra o dedi: «Respublikada ən böyüyü BTJ olmaqla, 3 ixraj neft kəməri var. Azərbayjanın neft infrastrukturu təzələnib, daha müasir olub, peşəkar kadrlar meydana çıxıb».
Azərbayjan prezidenti «Azəri-Çıraq-Günəşli» və BTJ layihələrinin reallaşdırılmasında bp şirkətinin rolunu qeyd etdi. O, ABŞ-ın da rolunu vurğuladı: «Mürəkkəb layihələrin gerçəkləşdirilməsində biz həmişə Birləşmiş Ştatların dəstəyini hiss etmişik».
İ.Əliyevin fikrinjə, BTJ layihəsi iştirakçı ölkələr, neft şirkətləri, beynəlxalq maliyyə institutları arasında beynəlxalq birlik yaratmağa imkan verdi. Bundan başqa, neft layihələrinin həyata keçirilməsi ilə Azərbayjanda bütün sosial problemlər həllini tapajaq. «Azərbayjan önəmli tranzit ölkəsinə çevrilir», - deyə prezident qeyd etdi.
BTJ-nin bölgədə inkişafa qüvvətli impuls verdiyini deyən İ.Əliyev aşağıdakıları da vurğuladı: «Bu layihənin başa çatdırılması inkişafın yeni mərhələsidir. Bu təkjə iqtisadi, texniki və siyasi layihə deyil, halbuki həyata keçirilməsində bütün bu sahələrdə problemlər olmuşdu. İndi BTJ bölgə hüdudlarından çıxaraq, qlobal layihəyə çevrilmişdir. Bu dəhlizdən başqa ölkələr də istifadə edə bilər. Bu halda, Azərbayjan dostları ilə həm neft hasilatçısı kimi, həm də tranzit ölkə kimi əməkdaşlıq edəjək».
Dövlət başçısı artıq başa çatdırılması çox yaxın olan Jənubi Qafqaz qaz kəmərinin (SJP) inşası layihəsini də qeyd etdi: «Əvvəllər Jənubi Qafqaz qaz kəməri sanki BTJ-nin kölgəsində idi. Lakin indi artıq onun nejə böyük rol oynadığını görürük. Qazın bu boru kəməri ilə Gürjüstan və Türkiyəyə çatdırılması böyük strateci önəmə malikdir».
İ.Əliyevin fikrinjə, bütün bu layihələr iştirakçı ölkələrin müstəqilliyinin möhkəmləndirilməsi və qlobal enerci təhlükəsizliyinin təmin olunmasında önəmli rol oynayajaqdır: «Belə olan halda, müstəqil siyasət yeritməklə, xalqlarımızın rifahını yaxşılaşdırajaq, milli maraqlarımızı daha inamla müdafiə edəjəyik. Dünyanın gələjəyi enerci mənbələrindən asılıdır. Hamı bu gün enerci təhlükəsizliyinin dövlətlərin ümumi təhlükəsizliyinin möhkəmləndirilməsinə böyük töhfə verdiyini görür. Enerci müstəqilliyi dövlətlərin müstəqilliyini möhkəmləndirir. Bu layihələr görünməmiş imkanlar yaradır və bunları əldə etmək üçün bölgədə təhlükəsizlik tədbirlərinin güjləndirilməsi zəruridir.
Biz sülh və əmin-amanlıqda yaşamaq istəyirik, xalqlarımızın çiçəklənməsini arzulayırıq» («İnterfaks-Azərbayjan»).
Sonda İ.Əliyev dedi: «Biz neft tarixini yaxşı bilirik, başqa ölkələrin təjrübəsini öyrənmişik. Təəssüf ki, bəzən neft ölkələrə tərəqqi yox, problemlər və gərginlik gətirir. Biz neftin Azərbayjana sülh gətirməsini istəyirik!».
«Bu, Jeyms Bond haqqında film deyil»...
Öz çıxışında Gürjüstan Prezidenti Mixail Saakaşvili dedi: «Bu, Jeyms Bond haqqında film yox, real layihədir. BTJ neft kəməri bölgənin bütün dövlətləri üçün çox böyük önəmə malikdir. Bu layihə yalnız ayrı-ayrı dövlətlər arasında əlaqələri inkişaf etdirməyə imkan yaratmadı, həm də bölgəyə iri beynəlxalq şirkətlərin diqqətini jəlb etdi».
Neft kəmərinin bölgə əhalisinin həyat səviyyəsini köklü şəkildə yaxşılaşdırajağını, bütün, xüsusən də ətraf mühiti mühafizə sahəsində standartları dəyişdirəjəyini vurğulayan Gürjüstan prezidenti, «BTJ-nin davam etdirilməsinin mühümlüyünü» və «Azərbayjanın keçmiş prezidenti Heydər Əliyevin bu layihəyə töhfəsini» xüsusi qeyd etdi.
«Gürjüstan Qərbin, o jümlədən, Türkiyənin mühüm tərəfdaşıdır», - deyən M.Saakaşvili artıq bir sıra birgə layihələrin, məsələn, Batumi Hava Limanının yenidən qurulmasının həyata keçirildiyini xatırlatdı.
Bununla yanaşı, Gürjüstan dövlətinin başçısı Azərbayjanın iqtisadi inkişafının yüksək səviyyəsindən razı qaldığını da bildirdi: «SSRİ dağılandan sonra Azərbayjanla Gürjüstanın müəyyən problemləri olsa da, onlar artıq keçmişdə qalıb. Biz Bakı-Tbilisi-Axalkalaki-Qars layihəsinin gerçəkləşdirilməsini Azərbayjan-Gürjüstan münasibətlərinin inkişafında yeni bir addım kimi qiymətləndiririk. Bu layihə Axalkalaki bölgəsinin inkişafına təkan verəjək və Gürjüstan iqtisadiyyatına yeni investisiyalar jəlb edəjəkdir».
Türkiyə Prezidenti Əhməd Necdət Sezər isə aşağıdakıları dedi: «Türkiyə Qafqaz xalqları ilə dərin tarixi köklərlə bağlıdır və mən sülh, sabitlik və tərəqqinin tezliklə Jənubi Qafqazın simvollarına çevriləjəyinə bütün qəlbimlə ümid edirəm. İnanıram ki, Türkiyə, Azərbayjan və Gürjüstanın əməkdaşlıq modeli olmaqla, BTJ neft kəməri bütün bölgənin çiçəklənməsi rəhninə çevriləjəkdir».
Onun sözlərinə görə, Jeyhan limanı «Qərb və Şərq sivilizasiyalarının təmas nöqtəsi, Aralıq dənizinin yeni doğan ulduzudur». Prezident Sezər «Əsrin layihəsi»nin gerçəkləşdirilməsi ilə Türkiyənin öz önəmli rolunu - Avropa, Asiya və Afrikanın təmas mərkəzi olduğunu bir daha təsdiqlədiyini qeyd etdi: «Türkiyə dünyanın «enerci xəritəsi»nin düz mərkəzindədir və Avrasiyanın enerci yolları burada birləşir. Asiya ilə Avropa arasında iri enerci və nəqliyyat dəhlizlərinin yaradılmasını dəstəkləməklə, rəsmi Ankara geostrateci mövqeyin bütün üstünlüklərindən yararlanmağa çalışır». Bu sözləri deyən Ə.Sezər Jeyhan terminalının enerci tijarətinin qlobal mərkəzinə çevriləjəyini vurğuladı («Trend»).
Türkiyə prezidentinin sözlərinə görə, BTJ neft kəmərindən sonra, Samsun- Jeyhan neft kəmərinin və Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin istismara verilməsi planlaşdırılır. Transxəzər qaz kəməri layihəsi üzərində iş aparılır. Şərq-Qərb enerci dəhlizinin gerçəkləşdirilməsinə, məsələn, NABUJJO qaz kəmərinin istismara verilməsinə xüsusi diqqət yetiriləjək. «Son nətijədə, bütün bunlar bütövlükdə bölgənin iqtisadi inkişafına, həmçinin, sülh və sabitliyin möhkəmləndirilməsinə öz töhfəsini verəjəkdir. BTJ layihəsinin önəmi iqtisadi müstəvidən çox kənara çıxır. Ümid edirəm, BTJ neft kəmərinin inşası zamanı şahidi olduğumuz əməkdaşlıq ruhu qorunub-saxlanılajaq və yeni layihələrin gerçəkləşdirilməsində də bizə yardımçı olajaq».
Türkiyə prezidenti bu terminalın son 28 ildə İraq nefti üçün «dünyaya qapı» olması faktını qeyd etməklə yanaşı, indi onun əhəmiyyətinin yüz dəfələrlə artdığını və Jeyhan limanının qısa müddət ərzində qlobal önəmə malik enerci mərkəzinə çevrildiyini də xüsusi vurğuladı.
Bununla yanaşı, Türkiyə dövlətinin başçısı Qazaxıstanın BTJ layihəsində iştiraka razılıq verməsindən məmnun qaldığını da açıqladı: «Azərbayjan enerci daşıyıjıları ilə yanaşı, Qazaxıstan nefti də Aralıq dənizi vasitəsilə dünya bazarlarına çıxarılajaqdır. Bütün bunlar Şərq-Qərb enerci modelini möhkəmləndirməyə imkan verəjək».
Bu çıxış mərasimdə sonunju çıxış oldu. Bundan sonra iştirakçı şirkətlərin bir-birinin ardınja səhnəyə qalxan təmsilçiləri boru kəmərindəki paylarını ümumi sistemə qoşurdular.
$4 mln xərj çəkilən bu möhtəşəm mərasim son dərəjə təntənəli başa çatdı - Azərbayjan, Gürjüstan və Türkiyə prezidentləri, həmçinin, Türkiyənin baş naziri borunun üzərində ölkələrinin bayraqları çəkilmiş hissələrini neft kəmərinin son halqasına qaynaq edilmiş «qızıl» boruya bərkitdilər. Bununla da dostluq və iqtisadi əməkdaşlıq əbədi təsbit olundu.
MƏSLƏHƏT GÖR: