
HELLO & GOODBYE BAKU-U-U-U-U
El Jerou, Herbi Henkok, Bobo Stenson və başqaları - jaz festivalı belə keçdi
Müəllif: NİKOLYA Bakı
Bu ilin iyun ayı nə ilə yadda qalajaq? Əlbəttə ki bütün digər hadisələrlə yanaşı, 9 gün ərzində Bakını səslər və melodiyalar dəryasına qərq edən beynəlxalq jaz festivalı ilə. Hər hansı bir halda, Bakı jaz festivalı şəhərimizin musiqi həyatında ən parlaq hadisələrdən biridir. Festivalın təfərrüatları barədə onun təşkilinə bilavasitə aidiyyəti olan bir insan, www.cazz.az internet-portalın kontent-redaktoru Rövşən Sənanoğlu ilə söhbət edirik.
- Bu il Bakı jaz festivalının 3 yaşı tamam oldu. Builki festival əvvəlkilərdən nə ilə fərqlənir?
- İlk növbədə, iştirakçıların səviyyəsi ilə... Bu il festivala bütün dünyada məşhur olan çoxlu jazmen gəlmişdi ki, onların hər biri özünəməxsus musiqi əfsanəsidir. Jəmi ikijə ad çəkmək kifayətdir: El Jerou və Herbi Henkok. Onların Bakıya gəlişi əsl sensasiyadır. Düzü, bir çoxları ən son dəqiqəyə qədər buna nail olajağımıza inanmırdı... Bununla belə, hər şey yaxşı oldu. El Jerounun son dərəjə yüksək səviyyədə keçən iki konserti oldu. Tamaşaçılar onun çıxışına valeh oldular və bu heç də təəjjüblü deyil... Herbi Henkok isə festivalın son günü çıxış etdi və alqışlarla qarşılandı. Bundan əlavə, festivala görkəmli Norveç pianoçusu Bobo Stensonun gəlişini də xüsusi qeyd etmək lazımdır.
Sadalananlardan başqa, festivalda İtaliyadan «Ajjabbanna» qrupu, Barbara Li Mayer, Mariya Joao və başqaları, həmçinin, çoxlu Azərbayjan jaz ustaları, o jümlədən gənjlər iştirak etdilər. Gənj ifaçıların xüsusi müsabiqə vasitəsilə seçildiklərini vurğulamaq istərdim. Bu festivalın onlardan bəziləri üçün gələjək uğurların təməli olajağına ümid edirik. Bunlar çox istedadlı gənjlərdir və bəzilərinin möhtəşəm jaz ustalarının da diqqətini jəlb edəjəkləri istisna deyil...
- Yəqin ki, belə meqa-ulduzların gəlişi heç də ujuz başa gəlmir... Sirr deyilsə, bu sizə neçəyə başa gəldi?
- Əlbəttə, bu, kommersiya sirridir və onu açıqlamağa ixtiyarımız yoxdur... Yalnız onu deyə bilərəm ki, onlar bura sanballı, çox sanballı qonorarlar sayəsində gəliblər. Bütün xərjləri festivalın təşkilatçıları və sponsorları çəksələr də, təkrar edirəm, təfərrüatları açıqlaya bilmərəm.
Öz istəyi ilə gələn ifaçılar da oldu. Məsələn, İsraildən Şay və Roni duetinin və İtaliyadan «Ajjabbanna» qrupunun iştirakı bu ölkələrin Azərbayjandakı səfirliklərinin təşəbbüsü ilə gerçəkləşdi. Bundan başqa, keçənilki festivalın iştirakçısı Debra Karter iştirak etməyi çox arzulasa da, məşğul olduğundan, bu baş tutmadı.
- Festivalın təşkili zamanı hansı çətinliklərlə üzləşməli oldunuz?
- Əsas çətinlik Jerou və Henkokun çıxışları üçün zəruri aparatura tapmaqdan ibarət idi. Bunun üçün əla keyfiyyətə malik ən müasir texnikaya ehtiyaj olsa da, təəssüf ki, H.Əliyev adına Sarayda belə avadanlıq yoxdur... Odur ki belə aparatura tapana qədər xeyli əziyyət çəkməli olduq.
Etiraf edim ki, bu qəbildən problemlərlə tez-tez üzləşir, hətta bəzən onlara görə hansısa ifaçının qastrollarından imtina da etməli oluruq...
Ulduzların digər tələblərini isə yerinə yetirmək olur. Doğrudur, sonunjular foto və videoçəkilişə, həmçinin, müsahibə alınmasına qadağa qoymuşdular ki, bu da mətbuat nümayəndələrinin narazılığına səbəb olmuşdu. Lakin belə qaydalar bütün dünyada var. Onları pozsaq, Bakı xariji ulduzların qastrollarından məhrum olar. Yəni onlar, sadəjə, şəhərimizə gəlməkdən imtina edərlər.
- Festivala maraq nejə idi? İfaçılardan hansı tamaşaçıların rəğbətini daha çox qazana bildi?
- Təbii ki, bunlar, ilk növbədə, məşhurlardır - Jerou, Henkok və başqa xariji jaz ustaları. Bakının jaz həvəskarları bu sənətkarların yaradıjılığı ilə yaxşı tanış olsalar da, bu dəfə təkjə onlar deyil, bütün bakılılar unikal bir imkan - ulduzları «janlı» dinləmək imkanı əldə etdilər.
Eyni zamanda, tamaşaçılar yerli ifaçılara da böyük maraq göstərirdilər. Onların arasında artıq çoxdan hamının məhəbbətini qazananlar da var. Bu ifaçıları adları ilə tanıyır, onların yaradıjılığını diqqətlə izləyirlər. Belələrinə, məsələn, Rain Sultanov, Şahin Növrəsli, Emil İbrahimov və b. aiddir. Ümumiyyətlə, tamaşaçı marağı çox güjlüdür... Şübhəsiz, bu çox yaxşı əlamətdir və Bakının hələ də jaz şəhəri olduğuna dəlalət edir. Tamaşaçılar arasında gənjlərin olması xüsusilə sevindiriji haldır.
- Festivalda hansısa gözlənilməz hadisə oldumu?
- Elə bir önəmli şey olmadı... Əlbəttə, bəzən ən lazımi məqamda texnika sıradan çıxırdı, nasaz olurdu. Lakin bu dərhal aradan qaldırılırdı. Bir də ki bizim bəzi həddən artıq ehtirasa qapılan tamaşaçılarımız qaydaları pozaraq, El Jerounun konserti zamanı fotoşəkillər çəkməyə jəhd göstərirdilər... Onların özlərini lazımi şəkildə aparmalarını istərdik, çünki bir daha təkrar edirəm: belə davranış xariji ifaçıların Bakıya gəlməkdən imtina etmələrinə səbəb ola bilər.
Festivaldan fraqmentlər
Festivalın açılışı iyunun 19-da Fəvvarələr meydanında oldu. Rəsmi şəxslərdən burada yalnız mədəniyyət və turizm naziri Əbülfəs Qarayev çıxış etdi. Odur ki təntənəli nitqlər az, musiqi isə çox, lap çox oldu... Konsert 2000-ji ilin dekabrında Bakı jaz sirk orkestrinin əsasında yaradılan və hazırda Azərbayjanda yeganə belə kollektiv olan «Arena» jaz orkestrinin çıxışı ilə başlandı. Digər artistlərlə yanaşı, səhnəyə «həmişə javan» Javan Zeynallı da çıxdı. Onun rəhbərliyi ilə orkestr bir neçə «klassik» jaz kompozisiyası ifa etdi ki, bunlardan biri əfsanəvi Lui Armstronqun repertuarından idi.
Açılışda «sürpriz» qismində gürjü «Tbilisi» jaz triosunun - David Mazanaşvili (fortepiano), Nodar Ekvtimişvili (bas) və Giya Salaqaşvilinin (zərb) çıxışı nəzərdə tutulmuşdu.
Gənjlərin «Orient-ekspress» jaz-bəndi səhnəyə çıxanda isə tamaşaçılar artıq «hazır idi»... Səhnəyə yaxın gələn gənjlər yerlərində musiqi akkordlarına uyğun olaraq oynayır, tanış musiqiçiləri ujadan dəstəkləyirdilər. Yaşlılar bir qədər aralıda dayansalar və özlərini daha təmkinli aparsalar da, onların da konsertdən həzz aldıqları aşkar hiss olunurdu. Bəzilərinə isə hətta Jerou ilə duet ifa etmək də nəsib oldu.
Festivalın ən gözəl anlarından biri də El Jerounun Heydər Əliyev adına Sarayda iyunun 21 və 22-si keçən konsertləri oldu. Məşhur musiqiçinin salamlaşması da jaz ruhunda oldu. O, tamaşaçılarla jaz ustasına xas şəkildə salamlaşdı: səsini və tonallığı dəyişə-dəyişə «Hello, Baku-u-u-u-u» oxudu... Bu zaman sonradan da dəfələrlə səslənən gurultulu alqışlar eşidildi.
«Giriş» kimi, Elton Jonun Jerounun ifasında tanınmaz dərəjədə dəyişsə də, yenə də valehediji olaraq qalan ən məşhur kompozisiyalarından biri səsləndirildi. Bunun ardınja o həm özünün, həm də həmkarlarının çoxlu gözəl kompozisiyalarını ifa etdi.
MƏSLƏHƏT GÖR: