
HƏR ŞEY FUTBOL ÜÇÜN
Almaniyada keçirilən futbol üzrə Dünya Çempionatı ən yaxşı təşkil olunmuş mundiallardan sayılır
Müəllif: Kamil VƏliyev Bakı
Bu günlərdə futbol meydançalarında dramlar, fajiələr baş verir, təsəvvüredilməyəjək sevinj və kədər anları yaşanır; dramatik sonluqlu intriqalar yaşanır - bir sözlə, Dünya çempionatı davam edir. Baxmayaraq ki Almaniya mundialı hələ başa çatmayıb, artıq onunla bağlı bir sıra fikirlər söyləmək mümkündür. Tam əminliklə söyləmək olar ki, hazırkı mundialın 2002-ji ildə Yaponiya və Koreyada keçirilən dünya birinjiliyindən fərqi son dərəjə böyükdür və bu, əsasən, təşkilatçılıqla bağlıdır. Bunu çempionatı televiziya qarşısında izləyən mütəxəssislərlə yanaşı, Almaniyaya gedərək mundialın oyunlarının janlı şahidi olanlar da təsdiqləyirlər.
Almaniya mundialı şahidlərin gözü ilə...
Bəzi həmvətənlərimizə də 2006 və 2002-ji il mundialları arasında fərqi əyani surətdə görmək qismət olub və onlardan biri Milli Şahmat Federasiyasının vitse-prezidenti Mahir Məmmədovdur. «Mən Almaniyaya ayaq basan kimi hiss etdim ki, Dünya çempionatı əsl futbol ölkəsində keçirilir», - deyə M.Məmmədov «R+»a bildirib. - «Burada mənim Yaponiya və Koreyada müşahidə etdiyim, «futbol allahı» Dieqo Maradonanın ölkəyə buraxılmaması kimi biabırçı səhnə yox idi. 2002-ji il mundialında hər sərhədçinin əlində ölkəyə buraxılması qadağan olunan şəxslərin siyahısı var idi və həmin siyahıda birinji yerdə Maradonanın adı qeyd olunmuşdu. Almaniyada isə əlbəttə ki, bu baş verə bilməzdi. Elə həmin Yaponiyada sakinlər onların ölkəsində Dünya çempionatının keçirilməsindən xəbərsiz idilər və küçələrdə bu və ya digər ölkə millisinin formalarını geyinərək, gəzən azarkeş qruplarına təəjjüblə baxırdılar». M.Məmmədovun sözlərinə görə, Almaniyanın bütün futbol meydançalarının hər biri möhtəşəmdir və ən müasir texnika ilə təjhiz olunub. Berlin stadionu istisna olmaqla, qalanlarının hamısı, faktik olaraq, meşələrdə inşa olunub ki, bu da qarşılaşmalardan sonra dinjəlməyə imkan yaradır. Bundan başqa, Yaponiya və Koreyada keçirilən turnirdən fərqli olaraq, burada qarşılaşmaların heç birində stadionda bir dənə də olsun, boş yer tapmaq mümkün deyil: «2002-ji ildə bizim iştirak etdiyimiz ilk qarşılaşma Seulda Paraqvayla Jənubi Afrika Respublikası arasında keçirilirdi. Meydanda bir qrup Paraqvay və JAR millilərinin formalarını geyinmiş şəxslərdən başqa heç kim yox idi. Onlar da Koreya dilində mahnılar oxuyurdular və bu göstərirdi ki, həmin azarkeşlər məhz koreyalılardır. Meydanın böyük bir hissəsi isə tamamilə boş qalmışdı. Belə hallar Almaniyada, əlbəttə ki, yoxdur».
M.Məmmədov vurğulayır ki, azarkeşlərin stadionlara nejə buraxılması xüsusi diqqət jəlb edən məqamlardandır: «Yaponiya və Koreyada biz saatlarla növbədə durmalı olurduq, stadionların qarşısında böyük insan kütlələri toplaşırdı ki, bu halda istənilən xırda provakasiya qarışıqlığa gətirib çıxara bilərdi. İndi isə biz stadionların girişində, demək olar, ləngimədik, içəriyə daxil olmaq və oradan çıxmaq son dərəjə sərbəst şəkildə həyata keçirildi ki, buna da səbəb hər bir stadionda çoxsaylı girişlərin qoyulmasıdır. Hər bir xidmət son dərəjə dəqiq yerinə yetirilir».
Yol bileti və monitorlar
Bundan başqa, Almaniyada azarkeşlərin çempionatın keçirildiyi istənilən şəhərə sərbəst gedə bilməsinin də qayğısına qalıblar. M.Məmmədov Almaniyada qatarla hərəkət etdiyini bildirib. Azarkeşlərin bir şəhərdən-digərinə asan gedə bilməsi üçün orada xüsusü hazırlanmış biletlər satırlar ki, onlar Dünya çempionatı bitənədək qüvvədə olajaq. Bununla da bir dəfə bilet almaq kifayət edir ki, mundial ərzində hərəkət etmək üçün daha növbələrdə dayanmayasan. Bu və ya digər şəhərdə keçirilən qarşılaşmanı izləmək üçün sutkanın istənilən vaxtında qatara əyləşərək, istənilən istiqamətdə hərəkət etmək mümkündür. Nəzarətçi, sadəjə olaraq, biletə öz qeydini edir və insanlar hərəkətlərini davam etdirirlər. «Bu çox asandır», - deyə M.Məmmədov bildirib. - «Qarşılaşmaların yayımlandığı monitorları da qeyd etməmək olmaz. Onlar faktik olaraq Almaniyanın hər yerində quraşdırılıb. Yaponiya və Koreyada isə elə bir obyekt tapmaq çətin idi ki, orada mundialın matçı yayımlansın. Küçələrdə monitorlardan isə ümumiyyətlə danışmağa dəyməz. Yaponlar mundialın qarşılaşmalarının yayımlanajağı pullu kanalları almağa tənbəllik edirdilər, Almaniyada isə matçlar pulsuz kanallar vasitəsilə yayımlanır. Burada monitorlara, demək olar, hər yerdə rast gəlinir. Hətta Almaniyanın ən məşhur univermaqlar şəbəkələrində böyük ekranlar quraşdırılıb və insanlar döşəmədə oturaraq, qarşılaşmaları izləyir. Hər şəhərin mərkəzində isə böyük - diametri, təxminən, 5-6 metr olan monitorlar quraşdırılıb, bütün restoran və kafelərdə televizorlar var. Biz Kölndə jəmisi dörd oturajaq yeri olan kiçik bir otaq götürmüşdük və orada iki böyük monitor quraşdırılmışdı. Bir sözlə, hazırda Almaniyada futboldan yan keçmək mümkün deyil». Milli Şahmat Federasiyasının vitse-prezidentinin sözlərinə görə, Frankfurtda Mayn çayının ortasında ikitərəfli böyük monitor quraşdırılıb: «Onun diametri, yəqin ki, təxminən, 20 metr olar və çayın hər iki sahilində olan insanlar mundialın qarşılaşmalarını bu monitor vasitəsilə izləyə bilir. Yerli telekanalların bütün verilişləri birmənalı olaraq futbola həsr olunub, hər bir oyun yalnız mütəxəssislər tərəfindən şərh olunmur, həm də müxtəlif maraqlı və gülməli məqamların nümayişi həyata keçirilir. Ölkə futbolla yalnız nəfəs almır, həm də yaşayır».
Qeyd edək ki, milli komandalarının mundiala qatıla bilmədiyi ölkələrdə də böyük şəhərlərdə futbolun izlənməsi üçün monitorların quraşdırılması ilə məşğul olublar. Hətta bizə yaxın olan Tbilisidə hamı Almaniya mundialının həyəjanı ilə yaşayır, şəhərin mərkəzində böyük ekran quraşdırılıb və onun vasitəsilə dünya birinjiliyinin qarşılaşmaları yayımlanır. Təəssüf ki, bizim ölkəmizdə bunu etməyi unudublar. Axşamlar, qarşılaşmaların translyasiya olunduğu vaxt uşaqların həyətdə kiçik televizorlar qoyaraq, onun başına toplaşmasını müşahidə etmək mümkündür. Bir çox yerli mütəxəssislər qeyd edirlər ki, böyük ekranların quraşdırılması Azərbayjan futbolunun inkişafına müsbət tövfə verərdi. «Bu çox yaxşı təşəbbüsdür və mən o işlə məşğul olan hər bir kəsi dəstəkləyirəm. Düşünürəm ki, dünya birinjiliyinin qarşılaşmasını nə qədər çox insan izləyərsə, uşaqlar idmanın bu növü ilə o qədər çox məşğul olmağa başlayarlar. Fikrimjə, Bakı şəhər rəhbərliyi bu ideyanı dəstəkləməlidir», - deyə «R+»la söhbətində Azərbayjan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) birinji vitse-prezidenti Rauf Əliyev bildirib.
Almaniya mundialının hakimləri fərqlənməyə vaxt tapdılar...
Yenidən Dünya çempionatına qayıdaq. Hakimliyin futbol qarşılaşmalarında heç də sonunju rol oynamadığı məlumdur. Dörd il əvvəlki mundial hakim səhvlərində az əziyyət çəkmədi, bəzi komandalar isə hakimlərin onlarla rəftarını hələ də unuda bilmir. Bununla əlaqədar indi meydana eyni ölkədən olan hakimlər briqadası çıxır. Həmçinin, FİFA rəhbərliyinin hakimlərin turnirə yaxşı hazırlandıqları, ilk növbədə, gözəgəlimli oyunun baş tutmasını təmin edən təlimatları dəqiq mənimsədikləri kimi, bəyanatlarından sonra bizə yaxşılığa doğru dəyişikliyə ümid etmək qalırdı. Lakin mundialın hakimləri artıq ilkin mərhələ olan qrup yarışmalarında kifayət qədər səhvlərə yol veriblər. Düzdür, xoşbəxtlikdən belə hallar qarşılaşmanın nətijəsinə elə bir jiddi təsir göstərməyib. Məsələn, kifayət qədər tanınmış ingilis hakim Avstraliya-Xorvatiya qarşılaşmasında Xorvatiya millisinin müdafiəçisi İosip Şimuniçə 2 sarı vərəqə göstərərək və yalnız 3-jü sarı vərəqədən sonra onu meydandan qovmaqla çoxlarını təəjjübləndirib. Xatırladaq ki, oyunçu bir matçda iki sarı vərəqədən sonra meydandan çıxarılmalıdır. Şimuniç sözügedən matçda ilk sarı vərəqəni 62-ji, ikinjisini 90-jı, üçünjüsünü isə qarşılaşmaya artırılmış 3-jü dəqiqədə alıb. Yalnız bundan sonra hakim müdafiəçiyə qarşı jibindən qırmızı vərəqəni çıxarıb. İngilis hakiminin bu hərəkətinə təəjjübünü FİFA prezidenti Yozef Blatter də gizlədə bilməyib: «Mən öz işini yüksək səviyyədə görəjəyinə söz verən Hakimlər Komitəsinə tam etibar etmişəm. Lakin anlaya bilmirəm ki, dörd hakimdən ibarət komanda nejə belə hala yol verə bilər?! Axı kimsə deməli idi ki, dayanın, burada nəsə düzgün deyil».
2000-ji qol və mundialın əsas təşkilatçısının toyu
Almaniyada keçirilən Dünya çempionatı, güman ki, bir çox digər maraqlı hadisələri ilə də yadda qalajaq. Məsələn, bu mundialda tarixi göstəriji qeydə alınıb: dünya çempionatlarının final mərhələsi tarixində 2000-ji qola imza atılıb. Mundialın bu tarixi qolunu İçveç yığmasının hüjumçusu Markus Albek öz aktivinə yazıb. Bu qol qrup mərhələsində İçveçin İngiltərə ilə keçirdiyi qarşılaşmada vurulub (matç 2:2 hesabı ilə başa çatıb). «Mən həqiqətən də dünya çempionatlarının tarixi qolunu vurmaqla adımı onun tarixinə yazdırmaqdan çox məmnunam. Mən ingilislərlə qarşılaşmada qol vuran Larssona görə də sevinirəm», - deyə Markus Albek bildirib.
Bu turnir mundialın Təşkilat Komitəsinin prezidenti üçün başqa jəhətdən də sevindiriji oldu (ilk jəhət çempionatın uğurlu təşkilidir). Mundialın əsas təşkilatçısının son dərəjə məşğul olmasına baxmayaraq, Bekkenbauer mündialın bütün qarşılaşmalarını janlı izləyir və bu məqsədlə ona xüsusi vertolyot ayırıblar. Bundan başqa, Frans Bekkenbauer növbəti dəfə subaylığın daşını atıb. Nikah mərasimi gizli keçirilib və o, Avstriyanın Alp dağlarında baş tutub. 60 yaşlı Bekkenbauerin təzə xanımı Münhenin «Bavariya» klubunda katibə kimi çalışan 39 yaşlı Heydi Burmesterdir. Onların münasibətləri Milad bayramı günü təşkil olunmuş ziyafətdən başlayıb. Katibənin hamilə olduğunu bilən Bekkenbauer dərhal həyat yoldaşını atıb. «Allah daim hər yeni doğulan uşağa görə sevinir», - deyə Bekkenbauer öz qərarını izah edib.
Sonda futbolla əlaqəli bəzi maraqlı məqamları qeyd edək. Məlum olduğu kimi, futbol azarkeşlərinin sadiqliyi heç vaxt sərhəd tanımayıb və koreyalı azarkeşin yaşadığı fajiə həqiqətən diqqətəlayiqdir. 25 yaşlı tələbə Kim öz millisinin qrup mərhələsində İsveçrəyə məğlub olaraq, növbəti tura keçə bilməməsindən son dərəjə həyəjan keçirib ki, nətijədə, infarkt olaraq dünyasını dəyişib. Digər maqalı məqam da çempionatın gedişində baş verib. FİFA İjraiyyə Komitəsinin üzvü, Botsvana Futbol Federasiyasının prezidenti İsmail Bxamji etiraf edib ki, İngiltərə-Trinidad və Tobaqo qarşılaşmasına birinji kateqoriyadan olan 12 bileti 300 yevroya - öz qiymətindən 200 yevro baha - satıb. Onun öz günahını etiraf etməsinə baxmayaraq, Bxamji Almaniyanı tərk etməli olub və mundial dövründə səlahiyyətlərinin ijrasına qadağa qoyulub. FİFA prezidenti Zepp Blatterin sözlərinə görə, belə hallarda dünya futbolunun rəhbərləri «dərhal və qəti» addımlar atmalıdırlar. Ən maraqlısı odur ki, mütəxəssislər hələ də İsmail Bxamjanın niyə belə addım atmasının səbəbini dərk edə bilmirlər. Axı onun aylıq əməkhaqqı 10 min yevrodan artıqdır...
MƏSLƏHƏT GÖR: