
MEŞƏ:SƏHƏR YEMƏYİ, NAHAR, ŞAM
Meşə ziyanverijilərini məhv edərkən, ekologiya və təbii sərvətlər nazirliyi fövqəladə recim şəraitində işləyir
Müəllif: Jəfər İMAN, Məryəm MANAFOVA Bakı
Artıq neçə illərdir, Azərbayjanın meşə massivləri məhv olmaq təhlükəsi altındadır. Zərərveriji həşəratların basqını ağajlar üçün əsl fəlakətə çevrilib. Bu ziyanverijilərin belə geniş yayılması sonunju dəfə 70-ji illərdə qeydə alınmışdı. O vaxtdan qızıl kəpənəklə ipəkqurdunun belə gur artımı son illərə qədər müşahidə olunmamışdı. 2004-jü ildən başlayaraq, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin müəyyən strukturları tırtıllarla fövqəladə mübarizə reciminə keçsələr də, görülən tədbirlərə baxmayaraq, 2005-ji ildə ziyanverijilərin yayılma arealı 10 dəfə genişlənmişdir. Yazın əvvəlində «R+» müxbiri Xızı rayonunun meşələrində olmuş, keçən il tırtılların basqınına məruz qalan saf meşələri müşahidə etmişdir. Lakin unutmaq olmaz ki, təhlükə hələ də qalmaqdadır və Ekologiya və Təbii Sərvətlər Nazirliyi mətbuat xidmətinin başçısı Gülşən Hüseynovanın müxbirimizlə söhbətində qeyd etdiyi kimi, meşələrimiz üçün əsas təhlükə qızıl kəpənək və ipəkqurdundan gəlir. Vaxtında ölçü götürülməməsi meşələrin məhvinə, həmçinin, ziyanverijilərin daha böyük ərazilərə yayılmasına gətirib-çıxara bilər.
«Ləzzətli tikə»
Mütəxəssislər meşələrin yarpaqlarını məhv edib-qurtarandan sonra tırtılların əkin sahələrinə üz tutajağını, bunun isə ölkə üçün fəlakətlə nətijələnə biləjəyini proqnozlaşdırırlar. Bununla əlaqədar, Ekologiya və Təbii Sərvətlər Nazirliyi nəzdində xüsusi komissiya yaradılmış, onun tərkibinə müvafiq qurumların - kənd təsərrüfatı idarəsinin, Azərbayjanın müxtəlif elmi-tədqiqat institutlarının mütəxəssisləri daxil edilmişlər. Komissiyanın əsas məqsədi analizin nətijələrinə əsaslanaraq, ziyanverijilərlə alternativ mübarizə vasitəsinin müəyyənləşdirilməsidir. Mütəxəssislər epidemiyanın xüsusilə kəskinləşdiyi bir sıra bölgələrə səfərlər ediblər.
Meşələri ziyanverijilərdən xilas etməyin əsas vasitəsi ağajların tırtıllardan əllə və mexaniki yolla təmizlənməsidir. Təhlükənin yaranmasının ilkin şərti antropogen amil olmuşdur: ipəkqurdu təhlükəli meşə zərərverijisidir. Mütəxəssislər onun belə kütləvi basqınını orta illik temperaturların artması, həmçinin, zərərveriji ilə mübarizə üzrə zəruri tədbirlərin keçirilməməsi ilə əlaqələndirirlər. Bu zərərveriji ilk tırtılların meydana çıxmasından sonrakı bir həftə ərzində məskunlaşdığı arealda bütün meşələri çılpaqlaşdırmağa qadirdir. Belə ki, 2004-jü ildə ziyanverijilər 5000 ha meşə ərazisini bürümüşdü. May günəşinin isitdiyi hər toxumluqdan 500-1000 tırtıl əmələ gəlir ki, bunlar da qısa müddət ərzində sürətlə böyüyür. Həmin tırtılların yayıldığı meşədə onların nejə «nahar etdiklərini» aydın eşitmək olur. Epidemiyanın kəskinləşməsinin dövriliyi 3-5 il təşkil edir.
«Zərər vurma!»
Keçən il Ekologiya və Təbii Sərvətlər Nazirliyi meşə ziyanverijilərinə qarşı mübarizə aparmaq məqsədilə kimyəvi və bioloci preparatların alınması üçün tender elan etdi. Kimyəvi preparatlar təkjə ziyanverijilər üçün deyil, meşələrin digər sakinləri üçün də zərərlidir. Kimyəvi emaldan sonra meşə nemətləri - göbələklər, giləmeyvələr və s. də zəhərli olur. Bundan başqa, ziyanverijilərlə kimyəvi mübarizə üsulları insanın sağlamlığına da əhəmiyyətli zərər vura bilər. Odur ki Ekologiya və Təbii Sərvətlər Nazirliyinin komissiyası qərara gəldi ki, kimyəvi vasitələrə bioloci (ziyanverijiləri məhv edən quşların yetişdirilməsi) və mexaniki üsullarla nətijə əldə etmək mümkün olmadığı halda mürajiət edilsin.
İpəkqurdunun yayılması nətijəsində SSRİ ərazisində milyonlarla kub.m qiymətli ağaj məhv olurdu, bütöv qəsəbələrin və ağaj tədarükü müəssisələrinin ləğvi ilə məşğul olmaq zərurəti yaranırdı. Uzun müddət bu zərərveriji ilə mübarizə üçün heç bir vasitə olmasa da, az sonra kimyəvi preparatlardan istifadə etməyə başladılar. Lakin arsentərkibli kimyəvi preparatlar meşəni toxunmaz saxlamaqla yanaşı, təkjə ziyanverijiləri deyil, meşədəki bütün janlıları da məhv edirdi. Məhz buna görə ziyanverijilərin qarşısının alınması üçün kimyəvi vasitələrdən istifadə ekoloqların narazılığına səbəb olurdu.
«R+»a Milli Ekoloci Proqnozlaşdırma Mərkəzinin başçısı Telman Zeynalovun bildirdiyi kimi, meşə ziyanverijiləri ilə kimyəvi mübarizənin sovet dövründə işlənib-hazırlanan üsulları (xlor və fosforlu üzvi zəhərli kimyəvi preparatlar) ətraf mühitin çirklənməsinə səbəb olur: «İstənilən kimyəvi maddə insanların sağlamlığı və bütövlükdə ekologiyanın durumu üçün zərərlidir. Zəhərli kimyəvi preparatların insanın sağlamlığı, təbiət və müdafiə olunan bitkilər üçün təhlükəsini tam dərk etmək zəruridir. Onların yanlış tətbiqi maddələri səpələyənləri, ev heyvanlarını məhv edə bilər. Onlardan istifadə etməklə, bütövlükdə təbiətə qarşısıalınmaz ziyan vurmaq olar».
Sovet dönəmində pestisid və herbisidlərdən geniş istifadə olunur, qadağan olunmuş və vaxtıkeçmiş zəhərli kimyəvi preparatlar böyük həjmdə alınırdı. Bu, torpaq ehtiyatlarında fəlakətli dəyişikliklərə səbəb oldu. Bundan əlavə, çaylara və göllərə, o jümlədən, Xəzər dənizinə də ziyan vuruldu.
- Bir çox hallarda, meşələrin kimyəvi emalı ekoloqlarla razılaşdırmadan və əhaliyə xəbərdarlıq etmədən həyata keçirilir. Bu zaman emal olunan obyektlərin yaxınlığında yaşayan insanlar təhlükəyə məruz qalırlar. Belə günlərdə onlar evlərini tərk etsələr yaxşıdır, çünki kimyəvi maddələr havanı da zəhərləyir. Yaxınlıqdakı su mənbələrindən su da götürmək məsləhət deyil.
Bütün dünyada, heç olmasa, bir kimyəvi preparata zamin duran, onun ətraf mühitə zərər vurmayajağına zəmanət verə bilən birjə dənə də olsun təşkilat yoxdur.
Bu sözləri deyən T.Zeynalovun fikrinjə, Azərbayjanın ekoloci baxımdan təhlükəsiz, eyni zamanda, ziyanverijilər üçün məhvediji olan bakterial preparatlara ehtiyajı var. Bizim ziyanverijilərlə mübarizə üsulları laboratoriyasına ehtiyajımız var. Bioloci preparatların dəyəri onların, adətən, konkret hədəflərə zərbə endirməsindədir. Məsələn, elə həmin ipəkqurdu xəstəliyini doğuranlar meşənin digər sakinlərinə zərər vurmur.
Mübarizə aparılır
Azərbayjanın «əsas meşəbəyi»lərindən biri, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşələrin İnkişafı Departamentinin müdir müavini, təbiətin mühafizəsi sektorunun rəisi Xəlil Ramazanov müxbirimizlə söhbətində Azərbayjan meşələrində tırtılların ən çox 2005-ji ilin yayında yayıldığını qeyd etdi.
- 2003-2004-jü illərdə qış mülayim və quraq keçdi ki, bu da ziyanverijilərin artması üçün ən əlverişli iqlimdir. Təbii və antropogen amillərin təsiri 2004-jü ilin yazında Şamaxı, Ağsu, İsmayıllı və Xızıda bu bölgələrdə bütün bitki örtüyünü məhv edən meşə ziyanverijilərinin meydana çıxmasına səbəb oldu. 4 min hektar əraziyə zərər dəydi. 2005-ji ildə epidemiya zirvə nöqtəsinə yetişdi - Şamaxı, Ağsu, Dəvəçi, Qax, Xızı, İsmayıllı, Şəmkirdə 50 ha ərazidə meşələr zərər çəkdi.
Bununla əlaqədar, Ekologiya və Təbii Sərvətlər Nazirliyi müvafiq strukturlarla birlikdə yaxınlaşmaqda olan təhlükə ilə mübarizəyə dair bir sıra tədbirlərin həyata keçirilməsinə başladı. Lakin mürəkkəb, dəyişkən dağ relyefi şəraitində, müasir tələblərə javab verən texniki vasitələrin olmadığı bir durumda, ziyanverijiləri tam məhv etmək mümkün olmadı.
Mübarizəni güjləndirmək, ziyanverijilərin biologiyasının və həyat tərzinin öyrənilməsi istiqamətində fəaliyyəti tənzimləmək məqsədilə genişmiqyaslı fəaliyyətin istiqamətlərini müəyyənləşdirmək üçün Ekologiya və Təbii Sərvətlər Nazirliyi 2005-ji ildə AMEA Zoologiya İnstitutunun, Kənd Təsərrüfatı Nazirliyinin Fitosanitariya Xidməti İnstitutunun və Bitkiləri Mühafizə İnstitutunun görkəmli mütəxəssis və alimlərini dəvət etdi. Mübarizə yerüstü kimyəvi, mexaniki və qismən də bioloci vasitələrlə davam etdirildi. Aparılan işlər nətijəsində, zərərveriji 50 ha ərazidə kütləvi şəkildə məhv edildi. Meşə massivlərinin qismən mühafizəsi təmin olundu.
X.Ramazanovun sözlərinə görə, ipəkqurdunun bir kəpənəyi ömrüboyu 500-1200 yumurta qoya bilir:
- Hər növbəti ildə bu rəqəm həndəsi silsilə ilə artır. 2005-ji ilin qışında keçirilən monitorinq sayəsində bu zərərverijinin qatı düşməni - rəngbərəng kəpənək müəyyənləşdirildi. Zərərverijinin tırtılları bu kəpənəyin qida rasionunun əsasını təşkil edir. Biz rəngbərəng kəpənək yetişdirməklə, bu bioloci mübarizə üsulunu İsmayıllı rayonunda və ətraf rayonlarda geniş tətbiq edirik. Hazırda ağajlara kimyəvi preparatlar səpələməklə çöl işləri aparırıq. Yanğınsöndürən maşınlardan, su maşınlarından istifadə edirik. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin bu yaxınlarda AZAL Dövlət Konserni ilə imzaladığı sazişə görə, İsmayıllı rayonunda 2 min ha, Dəvəçi rayonunda isə 1 min ha ərazidə ziyanverijiləri kimyəvi preparatları təyyarələr vasitəsilə havadan səpələməklə məhv etmək barədə razılıq əldə olunub. İsmayıllı rayonunda bu iş artıq başa çatdırılıb, Dəvəçidə isə davam etməkdədir. Ümid edirəm ki, bütün bu tədbirlər bu yay tırtılların yayılmasının qarşısını alajaq. İnamla deyə bilərəm ki, keçən illə müqayisədə, bu il durum xeyli dəyişib. Hazırda həşəratlar jəmi 3 min ha ərazidə yayılıb (10%).
X.Ramazanov onu da dedi ki, keçən il dövlət büdjəsindən Ekologiya Nazirliyinə çanta aparatlarının alınması üçün 33 min AZM ayrılmış, bundan yalnız 19 min AZM xərjlənmişdi. Bu il isə dövlət ziyanverijilərlə mübarizəyə 140 min AZM ayırmış, bundan 19 min AZM təyyarələrdən səpələmək üçün dərman preparatlarının alınmasına sərf edilmişdir. Qalan pullar xərjlənməmişdir.
- Bu yaxınlarda biz Maliyyə Nazirliyi və Nazirlər Kabinetinə mürajiət edərək, ya pulun qalan hissəsinin qaytarılmasını, ya da ziyanverijilərlə mübarizəni davam etdirmək üçün zəruri avadanlıq almağa imkan yaradılmasını istəmişik.
Abşeron yarımadasına gəldikdə, burada bölgənin bütün yaşıl bitkilərinin düşməni olan Amerika ağ kəpənəyi yayılıb. Bu həşərat, əsasən, bağlarda, parklarda məskunlaşır. X.Ramazanovun dediyinə görə, bu ərazidə 1960-jı ildən yayılsa da, indiyədək də onu tam məhv etmək mümkün olmayıb:
- Bu çox təhlükəli zərərverijidir. Amerika kəpənəyi Azərbayjana Moldovadan, Abşerona isə Quba-Xaçmaz zonası vasitəsilə yol tapıb. Bütövlükdə, Azərbayjanda 12 min həşərat var.
MƏSLƏHƏT GÖR: