15 Mart 2025

Şənbə, 01:34

TEATR «QANUNU»

Azərbayjanda «teatr haqqında» qanun qəbul etməyə hazırlaşırlar. lakin bundan sonra teatr sənətkarlarının işləri daha yaxşı gedəjəkmi?

Müəllif:

01.07.2006

«Bütün həyat teatrdır». Şekspirin bu ifadəsi, demək olar, hamıya məlumdur və artıq bayağılaşmaqdadır. Lakin bununla belə,  müasir teatrın hazırkı vəziyyəti heç də hamımızı maraqlandırmır. Biz «sənət məbədi»nin» yalnız fasadını - lampa işıqlarını, parlaq dekorasiyaları, həyatlarını çox asan təsəvvür etdiyimiz aktyorları görürük. Amma indi teatr çoxsaylı problemlərlə üzləşir.

Bunlardan ən birinjisi vəsait çatışmazlığıdır. Bütün teatr xadimlərinin bir səslə dediyi kimi, pul azlığı dəhşətli şəkil alıb və bu, əlbəttə, tamaşaların keyfiyyətinə təsir göstərir. Aktyorların maaşı da bir o qədər yüksək deyil - orta hesabla, $50.  Demək olar, bütün aktyorlar sırf entuziazm əsasında işləyirlər. Lakin onlar «Biz teatra pul üçün yox, injəsənət xatirinə gəlmişik», - desələr də, gerçəklik öz şərtlərini diqtə edir...

Doğrudur, Azərbayjan teatrının əsas bəlasını pulun azlığında deyil, repertuarın kasadlığında görən ekspertlər də var: «Səhnəmizdə klassika həddən artıq çoxdur. Elə hey  Çexov, Qorki, Jəlil Məmmədquluzadəni səhnələşdirmək olmaz. Əvvəl-axır, bu, tamaşaçını bezdirəjək və artıq bezdirib də. Tamaşalar müasir dövrlə səsləşməli, zamanın ruhuna javab verməli, onlarda aktual problemlər öz əksini tapmalıdır. Publikanı yalnız belə maraqlandırmaq mümkündür». 

Yeri gəlmişkən, Azərbayjan teatrı kifayət qədər sanballı tarixə malikdir. Onun artıq 133 yaşı var. Bu tarix 1873-jü ildə Bakı səhnəsində M.F.Axundovun «Vəziri-xani-Lənkəran» və «Hajı Qara» əsərlərinin tamaşaya qoyulması ilə başlanır. 1908-ji ilin yanvarında isə Azərbayjan peşəkar musiqili teatrının təməli qoyuldu - dahi Ü.Hajıbəylinin yazdığı və bütün müsəlman Şərqində ilk opera olan «Leyli və Məjnun» operası tamaşaya qoyuldu.

Hazırda Azərbayjanda 30-a yaxın teatr fəaliyyət göstərir ki, bunların da əksəriyyəti paytaxtımızdadır. Paytaxt teatrlarından savayı, bura, nejə deyərlər, qaçqın-teartlar - Şuşa, Ağdam, İrəvan teatrları da pənah gətirib. 

 

Qanun haqqında...

Maliyyə problemlərinin olmasına teatrlarımızın xariji görünüşü də dəlalət edir. Onların yerləşdikləri binaların, ən azı, 20-30 il yaşı var və bütün bu müddət ərzində birjə dəfə də olsun, əsaslı təmir edilmədiklərindən, artıq fasadları qaralıb, məxmərləri solub, lepkaları qopub... Düzdür, bu yaxınlarda mədəniyyət və  turizm naziri Ə.Qarayev paytaxtın bir çox aparıjı teatrında təmir işləri aparılajağını vəd etdi. Odur ki indi teatrlar bu xoşbəxt anın gözləntisi ilə yaşayır. 

Əslində, təmir nazirlikdə planlaşdırılan «islahatlar silsiləsi»nin ilk halqasıdır. Bunların içində ən əsas olanı isə Milli Məjlisin qəbul etməyə hazırlaşdığı «Teatr haqqında» qanundur. Belə bir hal ölkəmizdə ilk dəfə baş verəjək. Yeri gəlmişkən, bununla Azərbayjan hökuməti heç də Amerika kəşf etmir. Teatrların fəaliyyətini tənzimləyən analoci qanunlar artıq dünyanın bir sıra ölkəsində, o jümlədən bəzi MDB ölkələrində mövjuddur. Məsələn, Rusiya hökuməti də artıq teatr və teatr fəaliyyəti haqqında qanunu nəzərdən keçirir və güman ki, bu yaxınlarda qəbul edəjək. Qanunun «Azərbayjan variantı» hazırlanarkən, əsas kimi də elə həmin sənəd götürülüb. Bütün bunlar barədə məlumat verən Milli Məjlisin mədəniyyət komissiyasının sədri Nizami Jəfərov qeyd etdi ki, «Bu ölkə ilə çoxdan mədəni əlaqələrimiz olduğundan, rusiyalı həmkarlarımızın təjrübəsindən yararlanmaq qərarına gəldik». Yaxın qonşumuz Gürjüstanda isə «Teatr haqqında» qanun lap bu yaxınlarda - aprelin 28-də qəbul olunub. Bu qanuna görə, teatrlar yaradıjılıq fəaliyyətində tam azadlıq və sərbəstlik əldə edirlər. Onları Mədəniyyət Nazirliyi tərəfindən təsdiq olunan menejer və bədii rəhbər idarə edəjək.  

 

Özəl teatrlar

Yeni qanun nədən ibarətdir? Bu qanun əzabkeş teatr sahəsində hər şeyi yoluna qoymalıdır. İlk növbədə, Azərbayjanda özəl teatrların fəaliyyətə başlaması mümkündür. Hər halda, nazirlik əsas diqqətini onlara yönəltmək fikrindədir. Belə ki, məsələn, indi Azərbayjanda birjə dənə də olsun, özəl teatr yoxdur. Azərbayjanda SSRİ-nin süqutu ərəfəsində  meydana çıxan özəl teatr studiyaları isə vaxt keçdikjə, dövlət teatrları statusu almağa nail olub. Məsələn, «Yuğ» teatrının taleyi belə olub. «Dövlət teatrı» statusu nüfuzlu sayılırdı, üstəlik, bu, maddi baxımdan da əlverişli idi.

Lakin teatrların belə «bolluğu» məmurları o qədər də sevindirmir. Yeni qanunun qəbul edilməsi ilə durum dəyişə bilər. Teatrların sayının çoxluğundan gileylənən Nizami Jəfərov deyir: «Ölkəmizdə dövlət teatrları həddən artıq çoxdur və gələjəkdə onların sayının bir qədər azalajağı istisna deyil».  

 

Müstəqillik istəmirik

Lakin teatrların özləri iqtisadi müstəqillik əldə etməyə heç də tələsmir. Rus Dram Teatrının direktoru Marat İbrahimov əmindir ki, hazırda Azərbayjanda özəl teatrların formalaşması və inkişafı üçün kifayət qədər baza yoxdur. Bu iş gəlirsiz olduğundan və özünü, çox güman, doğrultmayajağından, ayrıja götürülmüş fərdlər teatr açmaqda maraqlı deyillər. M.İbrahimovun fikrinjə, indi ən məqbul və teatrları yaşada bilən forma dövlət teatrı statusudur və o, rəhbərlik etdiyi teatrın dövlətdən «uzaqlaşmasını» istəməzdi. 

Qanun inzibati münasibətləri də tənzimləyəjək - baş tutmayan tamaşaya görə məsuliyyətin kimin üzərinə düşməsi də müəyyənləşdiriləjək. Bundan başqa, qanunda müasir teatrın fəlsəfəsinin nejə olmalı olduğunda da danışılajaq. Bir qədər qorxulu səslənsə də, «teatr fəlsəfəsi» dedikdə, N.Jəfərov aşağıdakıları başa düşür: «Tamaşalar dövlətin mənafelərinə xidmət etməlidir. Məsələn, onlarda dövlətin siyasəti, onun digər ölkələrlə münasibətləri, sosial və iqtisadi problemləri və i. a. kimi məsələlər nəzərdən keçirilməlidir. Dövlət teatrlarının səhnələrində belə pyeslər ildə, ən azı, 1-2 dəfə göstərilməlidir». Üstəlik, N.Jəfərov əmindir ki, belə bir qanunun qəbulu heç də yaradıjı prosesə müdaxilə demək deyil, heç bir senzuradan söhbət gedə bilməz və bu baxımdan, teatrlar tam sərbəst olajaq. Deputat vəd edir ki, «Senzura məsələsi birdəfəlik həll olunub və bir daha meydana çıxmayajaq». 

 

Çox fərqli rəylər...

Sənətşünas Jahangir Səlimxanovu isə şübhələr bürüyüb: «İlk növbədə, qanunların ijrası vajibdir. Azərbayjanda isə çox vaxt belə olmur. Artıq bir neçə ildir, mövjud olan, lakin heç kimin hesablaşmadığı «Teatr haqqında» qanun buna parlaq nümunədir. Qorxuram, təzə qanunun başına da elə həmin iş gəlsin». 

Məşhur aktyor, Azərbayjanın xalq artisti Fuad Poladov qanunda teatrlara yığılı-qalan maliyyə və inzibati problemləri həll etmək imkanı verən çoxlu müsbət məqamın olduğunu qeyd edir və bildirir: «Qətiyyən razılaşmadığım bir məsələ var ki, o da dövlət və qanunverijiliyin yaradıjılıq prosesinə qarışmasıdır. Heç kimin teatra hansı pyesləri səhnələşdirməli olduğunu diqtə etməyə ixtiyarı yoxdur. Bu düzgün deyil və teatrın işinə mənfi təsir göstərə bilər».

Ən optimist əhval-ruhiyyədə olan Rus Dram Teatrının direktoru Marat İbrahimovdur. O, son dərəjə dayanıqlı olan Azərbayjan teatrının bütün çətinliklərə dözəjəyinə əmindir: «Sovet İttifaqı dağılandan sonra, çoxlu zavod, fabrik, müəssisə və s. bağlandı, amma birjə dənə də olsun teatr bağlanmadı. Bütün teatrlar ən ağır dövrə duruş gətirdi və hələ də fəaliyyət göstərməkdədir. Elə birjə bu fakt gələjəyə ümidlə baxmaq üçün əsas verir».


MƏSLƏHƏT GÖR:

340