14 Mart 2025

Cümə, 20:51

QAFQAZIN İLK BANK FORUMU

Bakı regionun maliyyə mərkəzinə çevrilir

Müəllif:

01.07.2006

Azərbayjanda və ümumilikdə Qafqazda iyun ayının əsas maliyyə hadisəsi, heç şübhəsiz, ayın ortalarında keçirilən banklar, maliyyə və investisiyalar üzrə Birinji Beynəlxalq Qafqaz Sərgi-Konfransı (Jaujasus Banking & Finanje Jonferenje-2006 <http://www.banking.iteja.az/ru/2006/>) oldu. Sərgi-konfransın təşkilatçıları kimi «ITE Grour Rlj.» Şirkəti və onun Qafqazdakı eksklüziv tərəfdaşı olan «Iteja Jaspian Ltd», Azərbayjanın Milli Bankı, Azərbayjan və Gürjüstanın Banklar Assosiasiyası çıxış etdi. Tədbirdə 27 şirkət iştirak etdi ki, onlardan da 24-ü Azərbayjanı təmsil edirdi. Bununla yanaşı, 205-dən artıq nümayəndə, həmçinin, Gürjüstan, Rusiya və başqa ölkələrdən olan qonaqlar da konfransın gedişinə qatıldılar. 

Tədbirin açılışında Milli Bankın İdarə Heyətinin sədri Elman Rüstəmov bildirdi ki, bu gün Azərbayjan iqtisadi artımın səviyyəsinə görə dünyada aparıjı mövqelərdən birini tutur. «Əldə olunmuş iqtisadi uğurlar bizə imkan verir ki, ölkəmizi, tədrijən, dünyanın aparıjı ölkələrinə yaxınlaşdırmağı və sosial-iqitsadi inkişafa təkan verəjək doktrina irəli sürək», - deyə o qeyd edib. Bu konfransla bağlı özünün daha ətraflı mülahizələrini və ümumilikdə, bu seqmentlə bağlı fikirlərini «R+» ilə Azərbayjan Banklar Assosiasiyasının (ABA) prezidenti Zakir Nuriyev bölüşür.

- Zakir müəllim, banklar üzrə Birinji Beynəlxalq Qafqaz Sərgi-Konfransının nətijələri sizi qane etdimi?

- İlk növbədə, qeyd etmək istərdim ki, biz 2003-jü ilin sonlarında artıq Bakıda bunaoxşar tədbir keçirmişik və həmin konfransa Rusiyadan, Gürjüstandan, Ukraynadan və Baltikyanı ölkələrdən olan həmkarlarımız da təşrif buyurmuşdular. Biz hələ onda gördük ki, Azərbayjan, tədrijən, regionun maliyyə mərkəzinə çevrilir. Bu gün bizim ölkəmizdə qlobal iqtisadi layihələrin uğurla həyata keçirilməsi davam edir və buna görə də Bakını, sözün əsl mənasında, regionun maliyyə mərkəzi hesab etmək olar. İqtisadiyyat çox yüksək templərlə inkişaf edir və təbii ki, onunla birlikdə banklar da inkişafdadır. Bu gün bank sektorunda mövjud olan şəffaflıq onları bütün kateqoriyadan olan vətəndaşlar üçün daha açıq və əlçatan edir. Bunun nətijəsində isə beynəlxalq maliyyə strukturlarının bizim banklara etimadı da güjlənir. Təsadüfi deyil ki, artıq beynəlxalq strukturların Azərbayjan banklarının səhmlərinə marağı artıb; bu strukturlar ölkəmizdə daha geniş layihələrin maliyyələşdirilməsi üçün kredit xətləri açıb və s. 

Sonunju konfransda da biz Azərbayjanın regionda maliyyə mərkəzi kimi rolunu bir daha təsdiqlədik. Bu sərgi-konfrans böyük Qafqaz regionu çərçivəsində bankirlərin və maliyyəçilərin uzunmüddətli əməkdaşlığının əsasını qoymalıdır. Ölkədə banklarla bağlı beynəlxalq konfransların, seminarların keçirilməsi yaxşı ənənəyə çevrilir və Azərbayjanın, həmçinin, regionun iqtisadiyyatında bank sisteminin rolunun artdığını göstərir.

- Bəs Azərbayjan Banklar Assosiasiyası nə ilə məşğul olur? Siz özünüz rəhbərlik etdiyiniz qurumun fəaliyyətini nejə qiymətləndirirsiniz?

- Hazırda biz assosiasiyanın rəyasət heyəti və ijraçı-direktorunun beşillik fəaliyyətinin nətijələrinə dair hesabat hazırlayırıq. Qurumun hazırkı rəyasət heyəti onun 2001-ji ilin mayında keçirilən hesabat-seçki konfransında formalaşdırılıb. ABA-nın nizamnaməsinə əsasən, qurumun ali orqanı assosiasiya üzvlərinin konfransı sayılır. Konfrans 5 il müddətinə assosiasiyanın prezidenti və 11 nəfərdən ibarət Rəyasət Heyətini seçir. Rəyasət Heyətinə prezident, iki vitse-prezident, ijraçı-direktor və b. daxildir. Bununla yanaşı, Rəyasət Heyəti tərəfindən eyni müddətə qurumun təftiş komissiyası seçilir. Ümumilikdə, ABA-nın hədəflərinə banklara kömək, onların hüquqlarının və maraqlarının qorunması, öz üzvlərini informasiya, metodik və sair materiallarla təminetmə, treninqlərin təşkili, assosiasiya üzvlərinin bazarda baş verən yeniliklərlə daha dərindən tanış edilməsi üçün konfransların və seminarların təşkili və s. daxildir. Eyni zamanda, ABA bankların maraqlarını hökumət və digər orqanlar qarşısında ifadə etməlidir. Beləliklə, ABA Milli Bank və dövlət strukturları ilə banklar, həmçinin, banklarla beynəlxalq qurumlar arasında bir həlqədir.

Mənjə, biz öz vəzifələrimizin öhdəsindən gələ bilirik. Assosiasiyanın əsas vəzifələrindən biri digər analoci qurumlarla işgüzar əlaqələr qurmaqdır. Bu günə ABA Rusiya, Gürjüstan, Yunanıstan, Türkiyə, Özbəkistan, Qazaxıstan, Sloveniya, Ukrayna, İsrail bank assosiasiyaları, həmçinin, Rusiyanın Regional Banklar Assosiasiyası ilə işgüzar münasibətlər yarada bilib. Bununla əlaqədar olaraq, bu mərhələdə biz banklar üçün seminarlarla yanaşı, regional xarakter daşıyan beynəlxalq konfrans da keçirmişik.

- Nejə düşünürsünüz, Azərbayjanda hazırkı hüquqi baza bank sektorunun effektivliynin təmin edilməsi üçün kifayət edirmi?

- Son beş il bank sistemində jiddi dəyişikliklərin baş verdiyi dövr oldu. Buna xüsusilə bankların fəaliyyət göstərməsi üçün hüquqi bazada aparılan islahatları aid etmək olar. Bunlardan biri kimi, bank qanunverijiliyinin də daxil olduğu bu bazanın, normativ-hüquqi aktların təkmilləşdirilməsini göstərmək olar. Onların sırasında «Azərbayjan Milli Bankı haqqında», «Banklar haqqında», «Kredit birlikləri haqqında», «İpoteka haqqında», «Azərbayjan İpoteka Fondunun yaradılması haqqında» qanunların, həmçinin, 2005-2007-ji illər üçün milli ödəniş sisteminin inkişafına dair dövlət proqramı var.

Bütün bu qanunveriji aktlar bank sisteminin inkişafının əsas istiqamətlərini müəyyənləşdirdi. Beləliklə, bu mərhələdə əsas hədəf qanunverijiliyin təkmilləşdirilməsi oldu ki, bu da öz müsbət rolunu oynadı. Bu gün bank xidmətinin böyük hissəsini şəxsi bank sistemi tutur. Bankların kapitallaşması 4 dəfə artıb, mənfəət isə 14%-dən 19%-ə yüksəlib. Eyni müddət ərzində bank aktivləri də iki dəfə artaraq, 2525 milyon manata çatıb. 2-3 dəfə artan depozitlərin miqdarı 1495 milyon manat, bankların ümumi kapitalı isə 367 milyon manata çatıb. Bundan başqa, ölkənin maliyyə bazarı beynəlxalq maliyyə bazarına inteqrasiya mərhələsindədir və artıq iki sindikatlaşdırılmış kredit jəlb olunub.

- Azərbayjandakı iqtisadi artımla əlaqədar olaraq, hazırda banklar qarşısında hansı tələblər qoyulub?

- 2001-ji ildən Azərbayjanda iqtisadiyyatın yüksək templərlə artımı müşahidə olunur, son üç ildə isə ümumdaxili məhsul 30% artıb. Bakı-Tbilisi-Jeyhan əsas ixraj boru kəmərinin istismara verilməsi ilə ölkəyə neft gəlirləri axmağa başlayır və belə olduqda, banklar qarşısında tamamilə yeni vəzifələr durur və onları qısa müddət ərzində reallaşdırmaq lazımdır. Burada söhbət, xüsusilə, bankların kapitallaşmasının artırılmasından gedir.

İlkin mərhələdə bankların kapitalının 5 milyon dollar olması tələb edilirdi. Lakin ölkə iqtisadiyyatına maliyyə axınları nəzərə alınaraq, bu məsələdə dəyi-şiklik edildi və bank sistemi bu dəyişiklikləri «həzm etməyə» hazır olmalıdır. Bununla əlaqədar Milli Bank tərəfindən yeni qrafik qəbul olundu və orada bankların ümumi kapitalının 2007-ji il yanvarın 1-dək 8,2 milyon, həmin ilin 1 iyulunadək isə 10 milyon manatadək yüksəldilməsi məsələsi ortaya qoyulub. 

İslahatlarda ikinji vajib prioritet istiqamət standart korporativ idarəetmənin tətbiqi məsələsidir. Üçünjü məsələ bank sistemi vasitələrinin səfərbər edilməsidir.

Qeyd etmək lazımdır ki, Azərbayjanın bank sisteminə diqqət və qarşıya qoyulmuş məqsədlərin reallaşdırılmasında onlara kömək göstərilməsi istəyi bizim hökumətimizlə yanaşı, beynəlxalq maliyyə strukturları tərəfindən jiddi şəkildə hiss edilməkdədir. Bütün bunlar bir daha təsdiq edir ki, bank sistemi əvvəllər olduğu kimi, bundan sonra da iqtisadiyyatın inkişafında lokomotiv rolunu oynayajaq.


MƏSLƏHƏT GÖR:

350