15 Mart 2025

Şənbə, 03:05

HƏQİQİ DOSTLUQ...

Azərbayjan ilə Şimali Kipr Türk Respublikası arasında iqtisadi əlaqələrin qurulmasından bir il keçir

Müəllif:

01.07.2006

Ötən ilin yayında Kipr problemi Azərbayjanın kütləvi informasiya vasitələrində əsas müzakirə obyektlərindən biri idi; indi isə bu mövzu heç kimin yadına düşmür. Xatırlatmaq yerinə düşər ki, həmin vaxt həm yerli, həm də xariji mətbuatın Kipr mövzusuna bu jür diqqət ayırması, Azərbayjanın bu tanınmamış respublikaya aviareys açması hesabına oldu. Bakının bu addımına isə yunan Kipri öz narazılığını ifadə edərək bildirdi ki, bu addım Avropa Birliyinin «Yeni qonşuluq» siyasəti ilə bağlı danışıqlar prosesinə ziyan vura bilər. Lakin bir müddət sonra tərəflərin bəyanatları yavaş-yavaş azalmağa başladı və tezliklə gündəmdən, hətta mövzunu kifayət qədər uğurla şişirdən erməni mətbuatının səhifələrindən də çıxdı. 

Qeyd edək ki, Azərbayjanın aviareys açmaq istəyində heç bir qəbahət yox idi - Şimali Kipr Türk Respublikasına (ŞKTR) aviareyslər dövlət maraqları baxımından deyil, sırf iqtisadi maraqlardan açılmışdı. Və Azərbayjan tərəfi bu həqiqəti dünya birliyinin nəzərinə çatdırmağa çalışırdı.

 

Yeni bəyanatlar

Kipr mövzusunun yenidən qabarmasına bir müddət əvvəl Bakıda keçirilən İslam Konfransı Təşkilatı Xariji İşlər Nazirləri Şurasının 33-jü sessiyası impuls verdi. Xatırladaq ki, bu toplantının işində İslam Konfransı Təşkilatının (İKT) üzvü olan 57 ölkədən 51 nazir iştirak edirdi. İKT-nin Bakı toplantısının gündəliyində müsəlman ölkələrinin siyasi və iqtisadi sahələrdə qarşılıqlı əlaqələrinə aid olan 99 məsələ var idi. Xüsusilə, toplantı iştirakçıları Dağlıq Qarabağ münaqişəsinin həlli, Fələstin problemi, İranın nüvə proqramı ətrafında yaranmış vəziyyət, İraq və dünyanın başqa «qaynar nöqtələri»ndəki durum haqqında müzakirələr apararaq, BMT Təhlükəsizlik Şurasının genişlənməsi məsələsinə də toxundular. Sessiyada ŞKTR məsələsi də diqqətdən kənarda qalmadı və toplantıda bu tanınmamış respublikanın iqtisadiyyat və turizm naziri Dərviş Kamal Dəniz də iştirak edirdi.

Hələ İKT-nin 33-jü sessiyasına start verilməzdən əvvəl, ŞKTR təmsilçisi curnalistlərə bildirdi ki, onun ölkəsi Dağlıq Qarabağ münaqişəsinin həllində daim Azərbayjanın haqlı mövqeyini dəstəkləyəjək. «Azərbayjan rəhbərliyi və xalqı daim bizim yanımızda olub, haqlı mübarizəmizə dəstək verib və biz buna görə onlara minnətdarıq», - deyən nazir vurğuladı ki, «Biz Azərbayjanın qarşılaşdığı çətinlikləri yaxşı anlayır və onu dəstəkləyirik».

Kipr probleminə tədbirə qatılan Türkiyənin xariji işlər naziri Abdullah Gül də toxundu. Sammitin gündəmində duran məsələlər sırasında Türkiyə üçün xüsusi əhəmiyyət kəsb edənləri qabardan A.Gül, ilk növbədə, Kipr məsələsi və Ermənistanın Azərbayjan torpaqlarını işğal etməsi faktını önə çəkdi. İKT XİNŞ-nin 33-jü sessiyasının yekununda Abdullah Gül bəyan etdi ki, Ankara Bakıya İKT çərçivəsində də jiddi dəstək verməyə hazırdır. Bununla yanaşı, o, İKT üzvü olan ölkələrin xariji işlər nazirlərinin Kipr problemini də müzakirə etməsinin vajibliyini qeyd etdi. «Biz problemin həlli ilə bağlı layihə hazırlamışıq və düşünürəm ki, o, görüş iştirakçıları tərəfindən qəbul ediləjək», - deyə A.Gül bildirdi. O, İslam dünyasının ən vajib problemlərinin bu təşkilat səviyyəsində müzakirəsinin xüsusi əhəmiyyət kəsb etdiyini də əlavə etdi. 

 

Vajib loyallıq

Beləliklə, Kipr problemi yenidən Azərbayjanın xariji siyasət kursunun orbitinə daxil oldu. Yəqin ki, Azərbayjan hökumətinin ŞKTR-ə loyal münasibəti onun üçün asan başa gəlmədi. Bu respublikanın tanınması məsələsinin gündəmə gəlməsi, dərhal Dağlıq Qarabağ münaqişəsini gündəmə gətirir ki, bundan da həmişə olduğu kimi, erməni tərəfi uğurla yararlanır. Digər tərəfdən, Azərbayjanın ŞKTR ilə dost münasibətləri bizim Türkiyə ilə münasibətlərimizə də təsir göstərməyə bilməz. 

Azərbayjan Prezidenti İlham Əliyev Bakının Şimali Kiprlə birbaşa əlaqələr yaratmaq niyyətini ilk dəfə olaraq, 2005-ji ildə Türkiyənin Baş naziri Rəjəb Teyyub Ərdoğanın Azərbayjana səfəri zamanı dilə gətirmişdi. «Azərbayjan Şimali Kiprin təjrid vəziyyətdən çıxarılması üçün öz üzərinə düşən hər bir addımı atmağa hazırdır», - deyə İ.Əliyev bildirmişdi. ŞKTR-nin təjrid durumdan çıxarılmasına aparan yolun isə biznes dairələrindən keçəjəyi güman olunurdu. Azərbayjan prezidentinin bildirdiyi kimi, Azərbayjanın müxtəlif şirkətləri, həmçinin, turizm qurumları Şimali Kiprdə öz ofislərini açmaq fikrindədir: «Azərbayjandan Kiprə aviareyslər təşkil olunajaq və başqa tədbirlər görüləjək. Azərbayjan biznesmenlərindən ibarət nümayəndə heyətinin Şimali Kiprə səfərini tam məqsədəuyğun saymaq olar... Heç kim Şimali Kiprdəki türk qardaşlarımızın düşdüyü vəziyyətlə barışa bilməz. Kipr türkləri təjrid durumundan çıxarılmalıdırlar... Gələjəkdə bu təşəbbüsə digər beynəlxalq qurumlar da qoşulmalıdır. Orada təjrid vəziyyətində yaşayan insanlar bu situasiyadan çıxarılmalıdır və bunun edilməsi vajibdir. Əminəm ki, bu belə də olajaq. Azərbayjan bu məsələdə öz üzərinə düşən bütün işləri görəjək».

Lakin sözsuz ki, «Şimali Kipr məsələsi» yalnız tijarət əlaqələri ilə məhdudlaşmadı. Bakı ilə Lefkoşa arasında iqtisadi əlaqələr siyasi sahəyə transformasiya olundu. 2005-ji ilin payızında Şimali Kipr Türk Respublikasında Azərbayjanın Tijarət və Mədəni Əlaqələr Mərkəzinin rəsmi açılışı oldu. Məhz onda Lefkoşa aeroportuna göyərtəsində azərbayjanlı sahibkarların olduğu Azərbayjan təyyarəsi endi. 2005-ji il avqustun 30-da isə Bakıda Azərbayjan və ŞKTR sahibkarlarının inkişafı ilə biznes-forum keçirildi. İlk dəfə olaraq Bakıya birbaşa reyslə ŞKTR-nin 84 nəfərlik nümayəndə heyəti səfər etdi. Bu məsələdə daha vajib məqamlardan biri ondan ibarətdir ki, sahibkarların səfərini Azərbayjanın İqtisadi İnkişaf Nazirliyi açıq şəkildə ŞKTR-in Azərbayjandakı nümayəndəliyi ilə razılaşdırdı. Bakı və Ankaranın Şimali Kiprin tanınmasına istiqamətlənmiş kordinasiyalı səyləri iqtisadi sahədən siyasi-diplomatik səviyyəyə keçdi.

Artıq xatırlatdığımız kimi, Azərbayjanla ŞKTR arasında əlaqələrin möhkəmlənməsi Kipr Respublikası və Yunanıstanı narahat etməyə bilməzdi və baş verənlərə javab olaraq, yunan Kipri Xankəndiyə birbaşa aviareys aça biləjəyi ilə bağlı hədədolu çıxış etdi. Lakin məsələ hədədən o tərəfə keçmədi. Bununla belə, bu hədə Ermənistan mətbuatı, xüsusilə ermənipərəst Rusiya agentliyi olan REGNUM tərəfindən «göydə tutuldu» və Kipr məsələsinə Dağlıq Qarabağ münaqişəsinin həlli prizmasından yanaşılmağa başlandı. Bakının Kipr yunanlarının bəyanatlarına reaksiyası isə təmkinli oldu. Azərbayjan prezidenti bildirdi ki, Bakının Şimali Kipri təjrid vəziyyətdən çıxarmaq jəhdləri BMT və digər beynəlxalq qurumların mövqelərinə uyğundur. «Biz hər bir problemin ədalətli şəkildə həllinə tərəfdarıq. Hamımız xatırlayırıq ki, Kiprdə keçirilən referendumda türklər birləşmə tərəfdarı kimi çıxış etdilər, qarşı tərəf isə bunun əleyhinə oldu. Həmin vaxt BMT və digər beynəlxalq qurumlar bu təjridə son qoyulması təklifi ilə çıxış etdilər», - deyə İ.Əliyev bildirdi.

 

Bakıya təzyiq

Lakin istənilən halda, Kipr Respublikasının Azərbayjana təzyiq jəhdləri davam etdi. Yunan Kiprinin hökuməti Azərbayjanla bağlı Beynəlxalq Vətəndaş Aviasiyası Təşkilatına  şikayət də ünvanladı. Türkiyənin NTV kanalına müsahibəsində Kipr Respublikası hökumətinin nümayəndəsi Kipros Xrisostomides Bakı ilə Lefkoşa arasında birbaşa aviasiya reysini qeyri-qanuni adlandırmaqdan belə çəkinmədi. «Tanınmamış respublikanın ərazisinə qeyri-qanuni təyyarə reysi şəxsi şirkət tərəfindən təşkil olunub. Kipr Respublikasının hökuməti bu hadisəni çox yaxından və diqqətlə izləyir», - deyə o bildirib. Kiprin yunan ijmasının rəhbəri qeyd edib ki, onun ölkəsinin rəhbərliyi bu kimi reyslərin qarşısının alınması üçün mümkün olan bütün addımları atajaq. 

Rəsmi Bakı növbəti dəfə Azərbayjanın Afinadakı səfirliyi vasitəsilə öz mövqeyini yunan tərəfinin nəzərinə çatdırıb. Azərbayjanın Xariji İşlər Nazirliyinin rəsmisi Tahir Tağızadənin sözlərinə görə, Azərbayjan ilə Şimali Kipr arasında birbaşa hava reysinin açılmasının Azərbayjan hökumətinin yürütdüyü siyasətlə heç bir bağlılığı yoxdur. «Azərbayjan rəhbərliyinin bütün səyləri Kipr probleminin tezliklə həllinə və BMT rəhbərliyinin Kipr türklərinin humanitar və iqtisadi təjrid vəziyyətindən çıxarılması ilə bağlı çağırışlarına əməl edilməsinə yönəlib», - deyə o bildirib. Bununla yanaşı, yunan Kipri Azərbayjanın Avropa Birliyi (AB) ilə əməkdaşlığına əngəl olmağa da çalışıb və həmin mərhələdə AB-nin «Avropanın genişləndirilməsi: yeni qonşular» siyasəti ilə bağlı qurumla Bakı arasında aparılan danışıqlar qeyri-müəyyən vaxta təxirə salınıb. Proqram ətrafında danışıqların dayandırılması Bakı ilə Lefkoşa arasında aviareysin açılması ilə bağlı Kipr Respublikasının Azərbayjana qarşı yürütdüyü siyasətlə bağlı idi. AB-nin xariji əlaqələr üzrə ali komissarı Benita Ferrero-Valdner təmsil etdiyi qurumun Azərbayjanın ŞKTR ilə bağlı mövqeyini araşdırmaqla məşğul olduğunu və Bakının bu tanınmamış respublika ilə bağlı yürütdüyü siyasət davam edəjəyi təqdirdə, AB-nin «yeni qonşuluq» siyasəti ilə əlaqədar Azərbayjanla aparılan danışıqları dayandırajağını bəyan etmişdi. 

 

Yunanıstan-Ermənistan münasibətləri

Bundan başqa, «Kipr problemi medalı»nın əks tərəfində yunanlarla ermənilər arasındakı sıx əlaqələr dayanır. Həmçinin, Yunanıstanla Dağlıq Qarabağ separatçıları arasında hələ Bakı-Lefkoşa hava reysinin açılmasından qat-qat əvvəl qurulmuş «dostluq münasibətləri»ni də qeyd etməmək olmaz. Yunanıstanın telekommunikasiya sahəsində fəaliyyət göstərən iri şirkətlərindən biri olan «İntrakom» bir müddət əvvəl Ermənistanın Dağlıq Qarabağda fəaliyyət göstərən «Vivajell» mobil rabitə qurumu ilə əməkdaşlıq haqda saziş imzalayıb və sənədə əsasən, «İntrakom»un «Vivajell»in «gələjək inkişafına» 22,8 milyon avro sərmayə qoyması nəzərdə tutulub.

Eyni zamanda, bu yunan şirkəti Yerevanda və Azərbayjanın işğal olunmuş ərazilərində özünün iki ofisinin açılmasına hazırlaşırdı. Qeyd olunurdu ki, qurumun Yerevan ofisi artıq sentyabrdan fəaliyyətə başlamalıdır və bu ilin oktyabrınadək onun «Dağlıq Qarabağ nümayəndəliyi» də yaradılmalıdır. Maraqlıdır ki, yunan iş adamı olan «İntrakom»un sahibi Sokratis Kokalis məsələ ilə bağlı şərh verməkdən imtina edir.

Hazırda isə Azərbayjanın Xariji İşlər Nazirliyi Yunanıstanın telekommunikasiya qurumu ilə «Dağlıq Qarabağ şirkəti» arasında əlaqəni öyrənir. Nazirliyin informasiya idarəsinin rəhbəri Tahir Tağızadənin sözlərinə görə, hələlik xariji siyasət idarəsində sözügedən iki qurum arasında əməkdaşlığa dair rəsmi məlumat yoxdur. Bununla yanaşı, XİN sözügedən şirkətin Dağlıq Qarabağdakı separatçı recimlə hər hansı kommersiya fəaliyyətinin olub-olmamasının araşdırılması istiqamətində bir sıra addımlar atmaq fikrindədir.

Qeyd edək ki, Kipr problemi artıq 50 ildər artıqdır ki, BMT-nin diqqət mərkəzindədir. 1954-jü ildə Böyük Britaniya ilk dəfə olaraq bu məsələni BMT-nin müzakirəsinə çıxarıb. Yunanıstan tərəfi isə bu gün məsələnin AB çərçivəsində həllinə çalışır. Onların fikrinjə, münaqişənin çözülməsində BMT tənzimləmə aləti yox, yalnız vasitəçi rolu oynaya bilər.

 

Təxminən, bir il keçir...

Maraqlıdır ki, bizim Şimal qonşumuz - Rusiya da Kipr probleminin BMT Baş katibi Kofi Annanın məşhur planı əsasında, adanın hər iki tərəfini qane edəjək formada həllinə tərəfdardır. Məsələ Rusiya və Türkiyə rəhbərliyi arasında keçirilən bütün görüşlərdə müzakirə olunur. Məsələn, bir müddət əvvəl Soçidə keçirilən Rusiya-Türkiyə sammitində də məsələ ətrafında fikir mübadiləsi aparılıb. Rusiya Prezidenti Vladimir Putin Moskvanın Kipr problemi ilə bağlı mövqeyi-nin dəyişməz olaraq qaldığını bildirib. Onun sözlərinə görə, Rusiya BMT Baş katibinin münaqişənin ədalətlə həllinə nail olunması ilə bağlı səylərini dəstəkləyir və bundan sonra da dəstəkləyəjək. Şimali Kiprin blokada vəziyyətinə salınmasına gəlinjə, Putin bunun davam etdirilməsini düzgün saymır. 

Soçidə Rusiya prezidenti ilə apardığı müzakirələrdən sonra, Türkiyənin Baş naziri Rəjəb Teyyub Ərdoğan bildirib ki, Kipr problemi ilə bağlı Moskva ilə Ankaranın mövqeləri üst-üstə düşür. Bununla yanaşı, o bildirib ki, bu iki ölkənin Şimali Kiprə qarşı blokadanın aradan qaldırılması məsələsi ilə yanaşı, regionda sabitliyə təhlükə yaradan həll olunmamış münaqişələrlə bağlı da mövqeyinin üst-üstə düşməsi son dərəjə böyük əhəmiyyət kəsb edən məsələdir.

Qırğızıstan da Azərbayjanın Şimali Kiprlə yaxın münasibətlər qurmaq təşəbbüsünü dəstəkləyir. Bunu Qırğızıstan parlamentinin rəhbəri Arslan Maleyev bəyan edib. O bildirib ki, Şimali Kipr və qırğız xalqları arasında heç bir problem ola bilməz. ŞKTR parlamentinin spikeri Fatma Əkənoğlu və bu respublikanın xariji işlər naziri Sərdar Denktaş ilə görüşləri zamanı A.Maleyev deyib ki, o, «Türkiyə, Azərbayjan və Qırğızıstanın səylərinin tezliklə Şimali Kiprin blokadadan azad olunajağı ilə nətijələnəjəyinə» əmindir. Spiker F.Əkənoğlu isə öz növbəsində təmsil etdiyi respublika ilə Qırğızıstan arasında əlaqələrin genişləndirilməsi üçün aktiv fəaliyyət göstərildiyini nəzərə çatdırıb. Tərəflər arasında keçirilən görüşün yekununda dostluq və əməkdaşlıq haqqında protokol imzalanıb və həmin sənəd əsasında tijarət və turizm sahələrində əlaqələrin inkişaf etdirilməsi nəzərdə tutulub.

Beləliklə, Azərbayjan Prezidenti İlham Əliyevin sayəsində Bakı ilə Lefkoşa arasında iqtisadi əlaqələrin qurulmasından artıq, təxminən, bir il keçir və qeyd etmək lazımdır ki, Azərbayjanın Şimali Kiprə dəstəyi, bunun Dağlıq Qarabağ münaqişəsi ilə bağlı problemlərin yaranmasına səbəb olmasına baxmayaraq, ölkənin xariji siyasət kursunun bir hissəsinə çevrilib. Ankara Ermənistanın Azərbayjan torpaqlarını işğal etməsi səbəbindən bu ölkə ilə sərhədlərini açmaqdan imtina edir və 10 ildən artıqdır, bu məsələ ilə bağlı üzləşdiyi beynəlxalq təzyiqlərə sinə gərir. Odur ki rəsmi Bakı da Ankaraya qarşı bu cesti etməli və bununla da Türkiyəni beynəlxalq arenada dəstəkləməyə hazır olduğunu ortaya qoymalı idi. 

Ən əsası, həm Azərbayjanın, həm də Türkiyənin tab gətirməsidir. Axı bu gün hər iki ölkə beynəlxalq ijtimaiyyətlə «diplomatik savaş» aparır - Bakı Dağlıq Qarabağ münaqişəsi ilə bağlı, Ankara isə AB-yə üzvlük sahəsində. 

Bu həmləyə tab gətirmək isə asan məsələ deyil.


MƏSLƏHƏT GÖR:

352