
DİNİ MASANIN «JƏNGAVƏRLƏRİ»
Bakıda İslam Konfransı Təşkilatı Xariji İşlər Nazirləri Şurasının 33-jü sessiyası keçirildi
Müəllif: İrina XALTURİNA Bakı
Ötən ayın bir neçə günü ərzində Azərbayjan İslam dünyasının diqqət mərkəzində oldu. İyunun 19-dan 21-dək Bakı İslam Konfransı Təşkilatının (İKT) Xariji İşlər Nazirləri Şurasının (XİNŞ) 33-jü sessiyası keçirildi. Qeyd edək ki, belə görüşlər, əsasən, sammitlərarası mərhələlərdə baş tutur, birliyə üzv və müşahidəçi ölkələrin xariji işlər nazirləri bir araya gələrək, bundan əvvəl qəbul olunmuş qərarların nejə həyata keçdiyini müzakirə edirlər.
İKT Xartiyasının qəbul olunduğu birinji oxşar toplantı 1972-ji ildə keçirilib. İndi isə - həmin hadisədən düz, 34 il keçdikdən sonra, belə nüfuzlu nümayəndələri qəbul etmək növbəsi Azərbayjana da gəlib çatdı…
Bu jür tədbirin keçirilməsi ölkəmiz üçün çox böyük şərəfdir. Təməli 1969-ju ildə qoyulan İKT-yə dünyanın dörd qitəsini təmsil edən 57 dövlət (dünya əhalisinin 20%-i) daxildir. Lakin ən vajibi, İKT üzvlərinin dünya neft ehtiyatlarının 70, qaz ehtiyatlarının isə 50%-nə sahib olmasıdır. Belə səs çoxluğunu isə eşitməmək mümkün deyil.
Rəsmi Bakı, heç şübhəsiz, ona verilən şansdan yararlana bildi. İKT XİNŞ-in 33-jü sessiyasının əsas xətti Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsi oldu. Bunu isə «informasiya irəliləyişi» siyasətinin davamı saymaq olar. Azərbayjanın səsi İKT-nin bütün iri toplantılarına göstərilən diqqətin səbəbinə bir daha yalnız bu təşkilatın üzvləri deyil, bütün dünya ölkələri tərəfindən də eşidildi. İKT-nin Baş katibi Ekmələddin İhsanoğlunun Bakıda keçirilən sessiyanın bütün iştirakçılarının «Azərbayjanın işğal olunmuş torpaqlarında törədilmiş erməni vandalizmindən dəhşətə gəlməsi» haqda açıqlamasını buna işarə hesab etmək olar. Bakı sessiyasının yekunu olaraq qəbul edilmiş bəyannamədə isə Ermənistandan öz qoşunlarnı Azərbayjanın işğal olunmuş torpaqlarından «dərhal, qəti şəkildə və qeyd-şərtsiz» çıxarmaq tələb olunur. Sənəddə, həmçinin, dünya ijtimaiyyətindən Azərbayjanın ərazi bütövlüyü və suverenliyinin bərpasında Bakıya köməklik göstərilməsi vajib sayılır.
Bununla yanaşı, göründü ki, nazirlərin toplantısı intriqasız da ötüşmədi. Hələ bəyannamənin qəbulu ərəfəsində bir sıra kütləvi informasiya vasitələrində Azərbayjanın Xariji İşlər Nazirliyindəki anonim mənbəyə istinadən belə bir məlumat yayıldı ki, ilk olaraq, ortada Ermənistana qarşı daha sərt tələblərin əks olunduğu sənəd olub. Guya Bakı bəyannaməsində İKT üzvü olan ölkələrdən Yerevanla diplomatik əlaqələrin kəsilməsi və erməni silahlılarının Azərbayjan torpaqlarından tam çıxmasınadək onun bərpa olunmaması istənilib. Yekun sənəddə belə bir bəndin olmaması ilə bağlı isə çox versiyalar səsləndirilir. Onlardan daha inandırıjı görünəni Dağlıq Qarabağ münaqişəsi ilə bağlı neytral olduqlarını dəfələrlə bəyan edən İran, Livan və Qazaxıstanın bundan imtinaetmə haqda deyilənlərdir. Bundan başqa, məlumdur ki, hazırda Yerevanın Astanaya təzyiq etmək imkanları var. Məsələn, o, 2009-ju ildə Qazaxıstanın ATƏT sədrliyinə namizədliyini dəstəkləməyə bilər. Bu yerdə Rusiya İslam Komitəsinin rəhbəri Heydər Jamalın rus mətbuatına İKT-nin fəaliyyəti ilə bağlı dediklərini yada salmaq yerinə düşərdi. O hesab edir ki, «Bu qədər üzvü olan və daxilində belə ziddiyyətlərin mövjud olduğu təşkilat» vahid siyasət yürütmək iqtidarında deyil. Həqiqətən də, bu mənada İKT-nin miqyası onun xeyrinə olan amil deyil.
Bizim uğurlarımız
Qurumun 57 üzvü ilk vaxtlardan bütün məsələlərdə ortaq məxrəjə gələ bilmir. Lakin yuxarıda qeyd olunduğu kimi, mövqelər maksimum razılaşdırıla bilər. Bu mənada, 19-21 iyunda Azərbayjan, heç şübhəsiz, müəyyən uğurlar əldə etdi. Sammitin gedişində «Azərbayjan - tükənməz yol» adlı sənədli filmi nümayiş etdirildi ki, orada ölkənin tarixi və mədəniyyətindən danışılır. Xüsusilə, vajib məqam odur ki, həmin lentdə Dağlıq Qarabağ da daxil olmaqla, Azərbayjanın işğal olunmuş ərazilərindəki tarixi abidələr öz əksini tapıb. Azərbayjanın xariji işlər naziri öz həmkarlarına, həmçinin, Azərbayjanın işğal olunmuş rayonlarının sputnikdən çəkilmiş videogörüntülərini nümayiş etdirdi. Bunun nətijəsində İKT-nin Baş katibi Ekmələddin İhsanoğlu bəyan etdi ki, o, BMT-nin Baş katibi Kofi Annana mürajiət edərək, Azərbayjanın işğal olunmuş ərazilərində flora və faunanın məhvinin yolverilməz olduğunu bildirəjək.
Beləliklə, səsinin eşidilməsi, hətta bir sıra səbəblərdən, hamının səninlə razılaşmadığı halda belə, qələbəyə doğru daha bir addımdır. Bununla yanaşı, aydındır ki, Azərbayjan yalnız danışmaqla kifayətlənmək fikrində deyil. Buna sübut kimi, İKT-nin 33-jü sessiyasındakı daha bir aparıjı xətti göstərmək olar. Bakıya toplaşanların bir çoxu BMT Təhlükəsizlik Şurasının genişləndirilməsi və bu qurumda islahatların aparılmasından söz açdı. Azərbayjan Prezidenti İlham Əliyev xüsusi olaraq qeyd etdi ki, Bakı ilə Yerevan arasında münasibətlərin normallaşması üçün beynəlxalq qurumlar tərəfindən qəbul olunan qətnamələrin reallaşdırılmasının effektiv mexanizminin hazırlanması vajibdir. Misal kimi isə BMT-nin hamıya yaxşı tanış olan dörd qətnaməsi, həmçinin, Avropa Birliyi, GUAM və İKT tərəfindən qəbul olunmuş anoloci sənədlər göstərilib ki, həmin sənədlərdə Azərbayjanın işğal olunmuş ərazilərinin dərhal boşaldılması tələb edilir. Təəssüf ki, hələlik real vəziyyət başqa jürdür.
«Nüvə bankı» ideyası
Təbii ki, İKT sammiti İranın nüvə proqramı ilə bağlı yaranmış problemə diqqət ayırmaya bilməzdi. Bu məsələdə iştirakçı üzvlərin mövqeyi belə oldu ki, Tehranın sülhməqsədli nüvə texnologiyası əldə etməyə tam hüququ çatır. İKT hesab edir ki, Qərb-İran ziddiyyətinin aradan qaldırılmasının yolu bütün Yaxın Şərqin nüvəsiz zona elan edilməsi və regionda «yolüstü» sülhməqsədli nüvə texnologiyalarının istifadəsi üçün müştərək mərkəzin yaradılmasıdır. Bu təşəbbüslə, xüsusilə, Yəmənin xariji işlər naziri Əbu-Bəkr Əl-Jibri çıxış etdi.
Lakin bu təklifin reallaşması üçün jiddi «əmma» var: İsrail, çətin ki, nə vaxtsa belə layihənin iştirakçısı olmağa razılıq versin və nüvə silahının yayılmaması haqda razılaşmaya imza atsın. «Nüvə bankı»nın yaradılması üçün isə bütün Yaxın Şərq dövlətlərinin bir-birlərinə qarşı, az da olsa, etibar etməsi vajibdir. Amma təbii ki, ərəb-İsrail münaqişəsinin hələ də həll olunmadığı bir şəraitdə, hansısa etibardan danışmaq yersizdir.
Məlum olduğu kimi, bu gün bu məsələ İslam dünyası üçün əsas problem sayılır. Bakı bəyannaməsində iştirakçılar paytaxtı Qüds olan Fələstin dövlətinin yaradılmasını da dəstəkləyiblər. Bununla yanaşı, Fələstində, Suriyada və Livanda ərəblərə məxsus ərazilərin boşaldılması, bütün fələstinli qaçqınların öz tarixi torpaqlarına qaytarılması tələbi də sənəddə öz əksini tapıb. İraq, Əfqanıstan, Somali, Sudandakı situasiyalar, həmçinin, Kipr problemi də İKT-nin diqqətindən kənarda qalmayıb. Sonunju məsələ ilə əlaqədar mübahisəli adanın türk hissəsinin beynəlxalq təjrid vəziyyətindən imkan qədər tez çıxarılması ilə balı çağırışlar edilib.
İslam dünyasının səsi
Yuxarıda qeyd olunduğu kimi, təəssüf ki, İKT tərəfindən ortaya qoyulan məsələlərin heç də hamısı reallıqda öz əksini tapmır. Və İKT-nin beynəlxalq arenada real güjə malik olmadığı və yalnız nominal xarakter daşıdığını söyləyənlər öz fikirlərini məhz bununla əsaslandırırlar. Dərindən fikirləşən zaman bu iddialarla, müəyyən mənada, razılaşmamaq olmur. Lakin İKT-yə bir qədər geniş aspektdən, qlobal səviyyədə baxılarsa, onun əhəmiyyəti daha qabarıq görünür. Qurum hazırda İslam dünyasının ruporu rolunu oynayır və bir sıra prinsipial məsələlərdə bütün müsəlman dövlətlərinin vahid mövqedən çıxışına səy göstərir. Son vaxtlar dünyada islamla terror arasında paralel aparan qüvvələrin aktivləşdiyini nəzərə alsaq, bu təşkilatın təbliğat və təşviqat işində rolu danılmazdır. İKT əksər müsəlman dövlətlərinin adından bu jür yanaşmanı pislədi. Sessiyanın açılış mərasimində çıxış edən prezident İlham Əliyev də bu mövzuya toxunaraq bəyan etdi ki, «Biz terrorizmi islamla əlaqələndirmək jəhdləri ilə barışmamalıyıq. İslam sülh, xeyirxahlılıq və səbir dinidir. Terrorizmin isə milliyyəti və dini mənsubiyyəti olmur».
Toplantıda beynəlxalq terrorizmlə mübarizə məqsədilə İKT üzvü olan dövlətlərin hüquq-mühafizə strukturları konfransının çağırımlası təklifi də səsləndirildi. Azərbayjan isə bu təşəbbüslə bağlı ekspertlər səviyyəsində ilk görüşün Bakıda keçirilməsini təklif etdi. İKT üzvləri, həmçinin, islamofobiyanın bütün növ təzahürləri haqda müzakirələr apararaq, qurum daxilində belə neqativ halların izlənilərək üzə çıxarılması ilə məşğul olan monitorinq mərkəzinin yaradılmasını təklif etdilər.
Beləliklə, tam əminliklə söyləmək olar ki, İKT XİNŞ-nin növbəti toplantısına ev sahibliyi etməklə və quruma növbəti 1 ildə sədrlik səlahiyyətinə yiyələnməklə, Azərbayjan bir daha həm təşkilatın həmsədrləri, həm də bütün müsəlman dünyasında artmaqda olan nüfuzunu nümayiş etdirdi. Bunu təsdiq edən daha maraqlı fakt Bakının bir çox əhəmiyyətli iqtisadi layihələrdəki iştirakıdır. Söhbət Böyük İpək Yolunun bərpası, Şərq-Qərb və Şimal-Jənub nəqliyyat dəhlizləri ilə bağlı layihələrdən, həmçinin, Bakı bəyannaməsində qeyd olunduğu kimi, «İranla Qazaxıstan arasında enerci resurslarının nəqli, Əfqanıstan, Hindistan, İran, Pakistan və Türkmənistanın iştirak etdiyi qaz borusu layihəsi» və digər müxtəlif regional təşəbbüslərdən gedir. Lakin regiondakı strateci əməkdaşlığın ən mübahisəsiz nətijəsi Bakı-Tbilisi-Jeyhan neft kəməri, həmçinin, tikintisi tezliklə başa çatajaq Bakı-Tbilisi-Ərzurum qaz borusudur.
İKT üzvləri İslam dünyasında azad iqtisadi və tijarət zonasının yaradılması təşəbbüsü ətrafında işlərin intensivləşdirilməsini vajib sayır. Onların fikrinjə, bu, İKT üzvü olan dövlətlər arasında tijari əlaqələrin inkişafı baxımından əhəmiyyətlidir.
MƏSLƏHƏT GÖR: