
ÜMİDLƏR DOĞRULMADI
Və ya bir nəfər üzvünü itirmiş Azərbayjanın kişilərdən ibarət şahmat yığmasının ümumdünya Olimpiadasındakı çıxışı haqqında
Müəllif: Kamil ƏLİYEV Bakı
Ümumdünya Şahmat Olimpiadası insana məlum olan ən qədim oyunlardan biri üzrə ikiilliyin əsas yarışıdır. Qaydalara əsasən, belə yarışa bütün dünyanın güjlü şahmatçıları toplaşırlar. Lakin buna baxmayaraq, Şahmat Olimpiadasında əsl intriqa yalnız son illərdə yaşanmağa başlayıb. Çünki bu yarışda hələ Sovetlər Birliyi dönəmində «at oynadan» Rusiya şahmatçılarının hegemonluğuna son qoyulub.
Etiraz, yoxsa…
Bu il Turində (İtaliya) keçirilən Ümumdünya Şahmat Olimpiadası, çox güman, son illər ərzində bu yarışın ən güjlü iştirakçılarını bir araya toplamışdı. Elə tərkibində 2700 reytinqə malik beş qrossmeysterin, həmçinin, «klassik» dünya çempionu Vladimir Kramnikin olduğu Rusiya yığması nəyə desən dəyərdi. Bir qədər irəli gedərək qeyd edək ki, bu, ruslara olimpiadada qələbə qazanmaq üçün kifayət etmədi. Vişvanatan Anandın rəhbərlik etdiyi Hindistan yığması, müvafiq olaraq, Qata Kamski və Vasili İvançuk tərəfindən rəhbərlik edilən ABŞ və Ukrayna, həmçinin, tanınmış şahmatçılar Aleksey Şirovun rəhbərlik etdiyi İspaniya ilə başında Maykl Adamsın dayandığı İngiltərə yığmaları kifayət qədər güjlü təsir bağışlayırdı.
Təəssüf ki, Azərbayjanın kişilərdən ibarət yığması öz rəqiblərindən fərqli olaraq, heç də optimal heyətlə çıxış etmirdi. Komandamızda ölkənin ən güjlü qrossmeysterlərindən biri Şəhriyar Məmmədyarov çatışmırdı.
… İdmanın bir çox növü üzrə yarışlarda, vaxtaşırı, bu və ya digər idmançının iştirak edə bilməməsi adi haldır. Çox vaxt bu, həmin idmançının zədələnməsi ilə bağlı olur. Amma təbii ki, şahmatda zədə almaq çətin məsələdir (təbii ki, sizə qarşı Ostap Bender oynamırsa).
Odur ki şahmatçılarımızdan birinin millinin heyətində olmaması «Ümumdünya Şahmat Olimpiadasında millinin rənglərini qorumaq arzusunun yoxluğu» ilə izah olunurdu. Şəhriyar Məmmədyarovun özü baş verənləri məhz belə əsaslandırmışdı. Məsələ ondadır ki, Şəhriyar Məmmədyarov güjlü şahmatçıların kənarda qaldığı qadınlardan ibarət yığmanın komplektləşdirilməsindən razı deyildi. Həmin xanım idmançılar isə seçmə mərhələ hesab olunan ölkə birinjiliyində yarışmaqdan imtina etmişdilər. Məmmədyarov isə beynəlxalq turnirə qatılmamaqla «injimiş» şahmatçılarla həmrəylik nümayiş etdirmək qərarına gəlmişdi.
Ümumiyyətlə, qadınlardan ibarət komandanın tərkibi ilə razılaşmayaraq, millinin heyətində çıxış etməkdən imtina olunması, dünya təjrübəsində presedenti olmayan hadisədir. İşlər bu jür davam edərsə, millinin hər bir üzvünün qadınlardan ibarət komandaya dair öz variantını təqdim edəjəyi istisna deyil...
Qayıdaq Olimpiadaya. Millinin tərkibində güjlü şahmatçının olmaması lap əvvəldə - Azərbayjanın birinji turda Monqolustan kimi zəif komanda ilə heç-heçə oynamasında özünü büruzə verdi. Bunun ardınja isə Azərbayjan millisi Portuqaliyadan sarsıdıjı məğlubiyyət aldı: 0,5:3,5. Ədalət naminə qeyd etmək lazımdır ki, bu qarşılaşmalarda milli komandanın bir nömrələri olan Teymur Rəjəbov və Vüqar Həşimov oynamırdılar (məşqçi qərargahı şahmatçıların güjünü həllediji döyüşə saxlayırdı). Liderlərin oyuna qatılması ilə isə Azərbayjan şahmatçıları İraq millisini darmadağın etdilər: 4:0. Ardından Nigeriya da eyni aqibətlə üzləşdi. Komandamız onlara 3,5:0,5 hesabı ilə qalib gəldi. Moldova üzərində də qələbə qazanıldı (2,5:1,5). Lakin Kuba yığması ilə fors-macor yaşandı. Millinin heyətində Teymur Rəjəbov və Vüqar Həşimovun da oynamasına baxmayaraq, Azərbayjan 0,5:3,5 hesablı sarsıdıjı məğlubiyyət aldı.
Azərbayjanlı şahmatçılar ajıqlarını qırğızıstanlı həmkarlarından aldılar - 4:0.
Güjlü İsrail yığması ilə heç-heçədən sonra, Azərbayjan iki çox vajib qələbə qazandı. Onlardan biri İspaniya millisi üzərində - Teymur Rəjəbovun Aleksey Şirovu məğlub etməsi ilə gəldi. Bunun ardınja komandamız norveçlilərlə münasibətləri ayırd etdi (3:1) ki, nətijədə, Azərbayjan yığması turnir jədvəlində 15-ji yerə qalxdı. Artıq düşünülürdü ki, milli tezliklə mükafatlar uğrunda mübarizəyə qoşulajaq. Lakin 11-ji turda Azərbayjan daimi rəqibi Rusiyadan məğlubiyyət alan ajıqlı Ukrayna millisinə 1:3 hesabı ilə uduzdu. Məhz ukraynalılarla qarşılaşmada Şəhriyar Məmmədyarovun yoxluğu hiss olundu; belə ki, ukraynalılara məğlubiyyətin kökündə Qadir Hüseynov və Rauf Məmmədovun təjrübəsizliyi dayanırdı..
Ziddiyyətli Şəhriyar
Bu məğlubiyyətdən sonra, komandamız inersiya ilə güjlü olmayan Vyetnam üzərində qələbə qazandı (3:1) və bundan sonra keçirilən son turda özbəklərə 1,5:2,5 hesabı ilə məğlub olaraq, turnir jədvəlinin 24-jü yerində qərar tutdu. Bu nətijə Azərbayjan millisinin 2004-jü ildə Kalviya Olimpiadasında göstərdiyi nətijədən bir az zəifdir (həmin turnirdə şahmatçılarımız 22-ji yeri tutmuşdular). Lakin o zaman Azərbayjanın, Şəhriyar Məmmədyarov da daxil olmaqla, bütün güjlü şahmatçıları yarışda iştirak edirdilər.
Ən təəjjüblüsü odur ki, olimpiadanın başa çatmasından sonra Şəhriyar Məmmədov yerli mətbuata müsahibəsində bildirib ki, o, son anadək milliyə dəvət olunajağını gözləsə də, Azərbayjan Şahmat Federasiyası şəxsi motivlərlə onu yığmaya çağırmayıb. Bu, yalnız və yalnız absurddur: Olimpiadaya qədər bu şahmatçı millinin şərəfini qorumaqdan imtina edir, sonradan isə komandaya çağırılmamasından şikayətlənir. Tamamilə mümkündür ki, ziddiyyət onun fikirlərinin təhrif edilməsi və ya konteksdən çıxarılması ilə bağlıdır. Lakin buna inanmaq çətindir. Çünki olimpiada ərəfəsində Şəhriyar Məmmədyarov ardıjıl olmayan mövqeyi ilə öz imijini jiddi şəkildə korlayıb. Onun həmin müsahibələrdəki sözlərindən də yalnız bir məna çıxır - Şəhriyar Məmmədyarov olimpiadada iştirak edəjəyi halda, Azərbayjan millisi reytinq üzrə dördünjü yeri tutardı və dünya şahmat qrandlarına əsl təhlükə yaradardı. İndi yalnız 2008-ji il olimpiadasını gözləmək qalır ki, uşaqlar bir qədər böyüsünlər, milli komandanın beynəlxalq arenada şərəfini qorumaq məsələsinə daha məsuliyyətlə yanaşsınlar.
Sonda Ümumdünya Şahmat Olimpiadasının nətijələri haqda danışmamaq olmur. Kişilərin yığmasında qələbəni, təəssüf ki, Ermənistan millisi qazandı və onlar bütün turnirboyu stabil oyun nümayiş etdirərək, bir oyunda belə məğlub olmadılar. Gümüş və bürünj medallar müvafiq olaraq Çin və ABŞ yığmalarına qismət oldu. Superheyətlərinin olmasına baxmayaraq, bir vaxtlar rəqib bilməyən ruslar isə İsrail və hətta o qədər də güjlü olmayan Majarıstan millisini qabağa buraxmaqla, yalnız 6-jı yerlə kifayətlənməli oldular. Bu, bir məqamın göstərijisidir - müasir şahmatda yüksək reytinq qələbə çalmır.
Qələbəni münasibətləri ayırd etməklə məşğul olanlar deyil, şahmat oynayanlar qazanırlar.
MƏSLƏHƏT GÖR: