
QALİBLƏR MÜHAKİMƏ OLUNMUR...
Səviyyəsi hələ də çox aşağı olan futbol üzrə 14-jü milli çempionat, Azərbayjan yığmasına yaxın vaxtlarda dünya çempionatının final mərhələsinə iddia etməyə imkan vermir
Müəllif: Kamil Əliyev Bakı
Bir neçə gün əvvəl başa çatan futbol üzrə 14-jü Azərbayjan çempionatı və ölkə kuboku uğrunda mübarizə birmənalı təəssürat yaratmadı. Məlum olduğu kimi, ölkə çempionu adını, ilk dəfə olaraq, «Bakı», ölkə kubokunu isə Ağdamın «Qarabağ» klubu qazandı.
«Neftçi»: 2 illik hegemonluğun sonu
Futbol üzrə 14-jü Azərbayjan çempionatının startı ərəfəsində son iki ildə finişə birinji çatan «Neftçi» klubu, təbii ki, çempionluğa əsas namizəd sayılırdı. Lakin bu dəfə «neftçilər» bürünj medalla kifayətlənməli oldu; bu isə «Neftçi» kimi komanda üçün uğursuzluq hesab olunur. Bütün mövsümboyu «neftçilər» digər rəqibləri ilə bərabər mübarizə apardı və hətta bəzən, onlardan aralana da bildi. Çempionatın ikinji dövrəsində «Neftçi»nin serbiyalı hüjumçusu Branimir Subaşiç «oyanaraq», 11 qola imza atdı (ilk dövrədə o, rəqib qapılarından bir qol belə keçirməmişdi). Lakin nə bu, nə də Türkiyənin «Kayserispor» klubundan Azərbayjanın yeganə legioneri olan Rəşad Sadıqovun geri qayıtması, ölkə futbolunun flaqmanına ardıjıl üçünjü dəfə çempion adını qazanmağa kömək etmədi. Azərbayjan futbolunun «qızıl oğlanı», vaxtilə UEFA tərəfindən Avropada həftənin futbolçusu elan olunan Zaur Tağızadənin zədə üzündən meydanlardan kənar qalmasının da «Neftçi»nin uğursuzluğuna təsiri az olmadı.
Yeri gəlmişkən, «neftçilər»in əldə etdiyi üçünjü yer onlara Avropa turnirləri arasında İntertoto kubokuna vəsiqə qazandırdı. Lakin «Neftçi» rəhbərliyi hesab edir ki, klub daim birinji olmalıdır və onlara Avropanın üçünjüsəviyyəli turnirində iştirak yaraşmır. Bu səbəbdən də klub rəhbərliyi bu turnirdə iştirakdan imtina etdi.
Bundan başqa, ölkə çempionatında əldə olunan üçünjü yer, ən yaxşı məşqçilərdən biri olan Ağasəlim Mirjavadovun «Neftçi»dən ayrılması ilə nətijələndi. Komandaya ardıjıl olaraq iki il çempionluq qazandıran və ilk dəfə olaraq Birlik Kubokunu əldə edən məşqçi postundan istefa verdi. Sonradan məlum oldu ki, o bu addımı Azərbayjanın ən varlı klubu olan «Xəzər-Lənkəran»a keçmək üçün atıb. «Neftçi»də isə Mirjavadovun yerini klubun keçmiş oyunçusu, futbolçu karyerasını bu il bitirən Qurban Qurbanov tutdu. Odur ki ölkə futbolunun flaqmanının gələjəyi kifayət qədər dumanlı görünür.
Əsas sual: kubok satılıbmı?
Futbol üzrə 14-jü Azərbayjan çempionatının əsas məyusluğuna namizəd, təbii ki, «Xəzər-Lənkəran»dır. Ötən il «qızıl oyun»da «Neftçi»yə məğlub olaraq gümüş medalları qazanan ölkənin ən varlı klubundan bu il, ən azı, medallar uğrunda mübarizə gözlənilirdi. Lakin lənkəranlılar nəinki medallar uğrunda mübarizə aparmadı, hətta bir müddət ikinji diviziona düşməyə əsas namizəd oldular. Çempionatın ilk dövrəsindəki uğursuzluq növbə ilə əvvəljə türkiyəli mütəxəssis Rasim Karanın istefasına səbəb oldu. Əvvəljə onu köməkçisi və həmyerlisi Şenol Fidan, daha sonra Azərbayjan futbolunun məşhur isimlərindən olan Nazim Süleymanov əvəzlədi. İkinji dövrənin başlanğıjında isə bu posta Moldova yığmasının eks-baş məşqçisi, ukraynalı Viktor Pasulko gətirildi. Onun rəhbərliyi altında lənkəranlılar bir qədər stabil oyun göstərsələr də, turnir jədvəlinin yuxarısına çıxmaq artıq onlar üçün mümkünsüz idi. Nətijədə, «Xəzər-Lənkəran» yalnız 7-ji yerlə kifayətləndi.
Yevlağın «Karvan» klubunu isə milli çempionatın ən bəxtsiz komandası adlandırmaq olar. Ötən mövsüm üçünjü yerə sahib olan yevlaxlıların rəhbərliyi bu il birmənalı olaraq qızıl medalları hədəfləmişdi və güman olunurdu ki, nətijə məhz belə də olajaq. Belə ki, ölkə çempionatının ikinji dövrəsini başdan-sonadək «Karvan» lider kimi keçirdi. Finişdə isə yevlaxlıların əsəbləri dözmədi və onlar çempionatın son turlarında ən az məğlub olan klub olsalar da, paytaxt «Bakı»sını qabağa buraxdılar.
Ötən ilin gümüş mükafatçılarının bəxti ölkə kubokunda da gətirmədi. Finala çıxan komanda burada çempionatda 5-ji yeri tutan Ağdamın «Qarabağ» klubuna məğlub oldu. Yəni «Karvan» həm çempionatda, həm də kubokda gümüş medallarla kifayətlənməli oldu.
Yeri gəlmişkən, ölkə kuboku ayrıja bir mövzudur. Məlum olduğu kimi, ölkənin əhəmiyyətinə görə, ikinji futbol turniri sayılan yarış klublara UEFA kubokunda yarışmaq üçün ikinji vəsiqəni qazandırır. Lakin «Karvan» ilə «Qarabağ» arasında final qarşılaşmasının keçirilməsinədək, artıq yevlaxlıların özlərinə UEFA kubokuna vəsiqəni təmin etdikləri məlum idi. Reqlamentə əsasən, onlar finalda «Qarabağ»a qalib gəlsəydilər, Avropanın nüfuzuna görə ikinji turnirinə vəsiqəni milli çempionatın bürünj mükafatçısı «Neftçi» əldə edəjəkdi. Yəni yevlaxlılar final qarşılaşmasına lazımınja motivasiya olmamışdılar. Ağdamlıların qələbə üçün nə dərəjədə motivasiya olunduqlarını isə qeyd etməyə ehtiyaj yoxdur. Final qarşılaşması «Qarabağ»ın 2:1 hesablı qələbəsi ilə sona çatdı ki, bu, yevlaxlıların oyunu satması haqda fikirlərin meydana çıxmasına səbəb oldu. «Neftçi»nin nümayəndələri də daxil olmaqla, maraqlı şəxslər iddialarını təkzibolunmaz faktlarla ortaya qoyurlar. Yəni Azərbayjan futbolu faktik olaraq növbəti qalmaqal astanasındadır. Əgər komandalardan birinin ölkə kubokunun final matçını almasına dair iddialar sübut olunarsa, bu, «Karvan» üçün jiddi fəsadlar törədə bilər. Buraya çempionat və kubokdakı gümüş medallardan məhrum etmədən tutmuş, növbəti mövsümdə iştirakdan kənarlaşdırılmayadək jəzalar aiddir.
Qaliblər mühakimə olunmur...
Nəhayət, futbol üzrə Azərbayjanın yeni çempionu - paytaxt «Bakı»sı. Bakılıların qələbəsi əksər mütəxəssislər üçün kifayət qədər gözlənilməz oldu. Belə ki, bu klub çempionluğa layiq olmayan, ifadəsiz futbol nümayiş etdirirdi. Lakin baxımsız oyunlar bəzən jəlbediji qələbələrlə nətijələnirdi. Hər halda, çempionatın ikinji dövrəsində «Bakı» çempionluq yarışında qopmağa başladı və onların qızıla yiyələnəjəyi ehtimalı görünmürdü. Bundan başqa, hadisələrin ən qaynar vaxtında klubu təjrübəli baş məşqçi Əsgər Abdullayev tərk etdi və onun yerini Böyükağa Hajıyev tutdu. Lakin klubun aparıjı şəxsinin belə gözlənilməz şəkildə dəyişməsi «Bakı»nın xeyrinə oldu və onlarda sanki ikinji nəfəs açıldı. Klub ikiqat enerci ilə oynayaraq, finişə yaxın qələbələri sıralamağa başladı və beləliklə, qızıla tərəf irəliləməyə başladı. Çempionatın son turunda Böyükağa Hajıyevin yetirmələri «İnter»ə qarşı elə də baxımlı futbol ortaya qoymasalar da, matçın taleyini «bankçılar»ın müdafiəçilərindən birinə dəyərək rikoşet edən top həll etdi ki, bu da bakılıların aktivində hamıdan çox qələbənin olmasına gətirib çıxardı («Karvan» və «Neftçi»nin müvafiq olaraq 17 və 15 qələbəsinə qarşı, «Bakı» 18 qələbə qazandı). Nejə deyərlər, qalibləri isə mühakimə etmirlər...
Amma səviyyə elə əvvəlki səviyyədir…
Artıq ikinji ildir, ardıjıl olaraq ölkə çempionu gərgin mübarizə nətijəsində müəyyənləşir (ötən mövsüm çempion «qızıl oyun»la müəyyənləşdi, bu il isə sonunju turadək çempionun kimliyi məlum deyildi). Lakin buna baxmayaraq, əksər mütəxəssislər milli çempionatın səviyyəsinin əvvəlkitək aşağı olduğunu etiraf edir. Məsələn, milli komandanın və «Qarabağ» klubunun eks-baş məşqçisi, Seulun olimpiya çempionu İqor Ponomaryov hesab edir ki, Azərbayjan çempionatının səviyyəsi hələ də aşağıdır və Rusiyanın birinji divizionunun səviyyəsinə uyğundur (bu ölkənin yüksək liqası premyer-liqa adlanır). Qeyd edək ki, İqor Ponomaryovun özü hazırda Rusiya birinji divizionunda çıxış edən «Maşuk-KMV» klubunu çalışdırır.
Mütəxəssislərin fikrinjə, ölkə birinjiliyinin səviyyəsinin aşağı olmasının səbəblərindən biri çempionat iştirakçılarının legionerlərə, xüsusilə də aşağısəviyyəli legionerlərə üstünlük verməsidir. Bunun da nətijəsində Azərbayjanın gənj və istedadlı futbolçuları ziyan çəkirlər. Onlara klublar ya az diqqət ayırır, ya da belə idmançılar ehtiyat oyunçular skamyasında qalaraq təjrübə qazana bilmirlər. Bütün bunlar isə Azərbayjan Futbol Federasiyaları Assosiasiyası (AFFA) rəhbərliyini növbəti mövsümdən etibarən legionların sayına məhdudiyyət qoymağa məjbur edib. Belə ki, gələn ildən legionerlərə qarşı 3+2 sistemindən istifadə olunajaq. Yəni hər hansı klub start heyətində meydana 3 legioner buraxmaq və daha 2-ni ehtiyatda saxlamaq hüququna malik olajaq.
Məlum olduğu kimi, milli çempionatın səviyyəsini həmin ölkənin milli komandasının beynəlxalq arenada nejə çıxış etməsi göstərir. Hələlik isə Azərbayjan millisinin uğurlarından danışmaq mümkün deyil. Belə uğurlar ümumiyyətlə yoxdur və təbii ki, bu da milli birinjiliyin səviyyəsinin göstərijisidir. Buna görə də azarkeşlər doğma komandalarının Dünya çempionatının final mərhələsindəki yarışını izləməkdən, artıq Almaniyanın futbol meydanlarında yaşanan ehtirasları hiss etməkdən məhrumdur.
Bəs biz Azərbayjan millisinin mundialda iştirakını nə vaxt görəjəyik? Bununla bağlı proqnozlar müxtəlifdir. Məsələn, gənjlər və idman naziri Azad Rəhimov bildirir ki, milli futbolda inkişaf var və inkişafın səviyyəsi yüksəldilərsə, 2014-jü ilə Azərbayjan Dünya çempionatının final mərhələsinə qatılmaq üçün real iddiasını ortaya qoya bilər. «Hazırda ölkədə az stadion tikilmir və bu, davam etdiriləjək. Nətijədə, idmanın bu növünün inkişafına daha çox impuls olajaq», - deyə gənjlər və idman naziri Azad Rəhimov «R+»a bildirib. - «Əlbəttə, burada gənj istedadların prosesə jəlb olunması, milli futbolun məşqçi heyətinin güjləndirilməsi və Azərbayjan futbolçularının tanınmış xariji klublarda çıxış etməsi də az rol oynamayajaq. Hələlik konkret müddət haqda danışmaq tezdir. Lakin inanmaq istərdik ki, 2014-jü ildə bizim komandamız tam döyüşqabiliyyətli olajaq və Dünya çempionatının final mərhələsinə qatılmağa iddia edəjək. Hər halda, biz hamımız buna çalışırıq».
Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadənin fikrinjə, futbol üzrə Azərbayjan milli komandasının Dünya çempionatının final mərhələsində görünməsi üçün hər şeydən əvvəl, həyət və uşaq futboluna diqqət ayrılmalıdır. «Axı Ronaldo, Zidan və digər məşhur futbolçular futbola nə vaxtsa həyətdə top qovmaqla başlayıblar və buna görə də biz ilk olaraq, diqqəti həmin istiqamətə yönəltməliyik», - deyə Çingiz Hüseynzadə «R+»a bildirib. - «Həmçinin, seleksiya işlərinin güjləndirilməsi vajibdir. Məşqçilər daha çox gənj istedadlar axtarmalı, azyaşlılar arasında gələjəyin səviyyəli futbolçularını tapmalıdırlar. Yalnız bu zaman bizim özümüzün zidanlarımız, ronaldolarımız meydana çıxajaq. Sirr deyil ki, istənilən komanda beynəlxalq aləmdə parlaq liderinin olması halında müəyyən uğurlara nail olur. Hazırda bizdə belə bir lider yoxdur və düşünürəm, yalnız onun meydana çıxmasından sonra Azərbayjan yığmasının nə vaxt Dünya çempionatına qatılajağı haqda danışmaq olar».
İstənilən halda, milli futbolun əsl azarkeşləri inanırlar ki, Dünya çempionatının final mərhələlərinin birində, meydanda Azərbayjanın himni də səsləndiriləjək. Bizə isə bu anı görəjəyimizə ümid etmək qalır...
MƏSLƏHƏT GÖR: