15 Mart 2025

Şənbə, 01:28

SEGO - SARKO SAVAŞI

Fransanın növbəti prezidenti qadın ola bilər

Müəllif:

15.06.2006

Fransada prezident seçkilərinə hələ bir il vaxt qalsa da, artıq ölkənin birinji postu uğrunda yarışa start verilib. Məsələ ondadır ki, hələ bir müddət əvvəl Yelisey sarayına köçməyə əsas namizəd sayılan hazırkı Baş nazir Dominik de Vilpen artıq nüfuzunu sürətlə itirir. Onun əvəzinə isə Fransanın daxili işlər naziri, mühafizəkarların namizədi Nikolya Sarkozinin reytinqi artmaqdadır.

Lakin ölkənin siyasi Olimpində daha bir ulduz parlamağa başlayıb. Sosialistlərin lideri, indiyədək iki dəfə sosial məsələlər üzrə nazir olmuş xanım Seqolen Ruayal Fransanın ilk qadın prezidenti olmaq uğrunda mübarizəyə qoşulub. Beləliklə, ekspertlərin proqnozlarına əsasən, Fransanın birinji kürsüsü uğrunda «final»da, çox güman, məhz Sarkozi ilə Ruayal mübarizə aparajaq.

 

Müharibənin öz qanunları var

Baş nazir Vilpenlə daxili işlər naziri Sakozi arasında ilk «toqquşma» ötən ilin noyabrına  - Fransanı «mühajirlərin etirazı» bürüyən dövrə təsadüf edir. Xatırladaq ki, o vaxt hər şey Afrika ölkələrindən olan mühajirlərin yaşadığı rayonlardan başladı. İki ərəbəsilli yeniyetmənin hansısa transformator stansiyasında jərəyan vurmasından sonra baş vermiş hadisəyə görə polis əməkdaşlarını günahlandıran mühajir kütləsi əsl vətəndaş qarşıdurmasına başladı. Paris ətrafında başlayan kütləvi itaətsizlik sonradan bütün ölkəni bürüdü. Böhrandan çıxış yolunu tapa bilməyən hökumət üzvləri isə yalnız məsuliyyəti bir-birlərinin üzərinə atmaqla kifayətlənirdi.

Məhz həmin dövrdə Nikolya Sarkozi bütün məsuliyyəti üzərinə götürərək, sərt tədbirlərin görülməsi, «qiyam»ın yatırılması üçün qəti addımların atılması təşəbbüsü ilə çıxış etdi. Nətijədə, dünyanın sonunun çatdığını düşünən və kütləvi iğtişaşlardan qorxuya düşən sıravi fransızların nəzərində Sarkozi qətiyyətli və prinsipial siyasətçi imiji qazandı. Təsadüfi deyil ki, iğtişaşların davam etdiyi 20 gün ərzində Sarkozinin reytinqi 52%-dən 62%-dək yüksəldi və o, ölkədə ən populyar siyasətçiyə çevrildi. Onun iğtişaş bürümüş rayonlarda fövqəladə vəziyyət və komendant saatının tətbiq olunmasına dair təklifi isə, DİN başçısının nüfuzunu bir qədər də artırdı. Bir sözlə, fransızlar özləri əmin oldular ki, böhranlı vəziyyətdə ölkəni idarə etməyi Sarkozi Baş nazir Vilpendən daha yaxşı bajarar. Yeri gəlmişkən, prezident Cak Şirakın öz «varisi» kimi Vilpeni görməsi də ona kömək etmədi. 

Halbuki Vilpen heç də həmin Şirakın «varisi» sayılmayıb. Əksinə, bir vaxtlar C.Şirakın favoriti məhz N.Sarkozi idi. Hətta belə bir şayiə də yayılmışdı ki, Sarkozi prezidentin qızı Klod Şirakla görüşür və dövlət başçısının ailəsinin ən yaxınlarından birinə çevrilib. Lakin sonradan Sarkozi hüquqşünas həmkarı ilə ailə qurdu və prezidentin ətrafından ayrıldı. Bu gün artıq Sarkozi özünü Şirakın yerində görür və bunu gizlətmir. Təbii ki, bütün bunlar prezidenti qıjıqlandırmaya bilməz.

Onların arasında ziddiyyətin tarixçəsi 1995-ji ilə gedib çıxır. Həmin il keçirilən seçki kampaniyası zamanı Şirakın yaxın ətrafına daxil olan Sarkozi gözlənilmədən ondan ayrılaraq digər namizəd - seçki kampaniyasının əvvəlində Şirakdan daha populyar olan Balladyura dəstək verdi. Təbii ki, Şirak Sarkozinin bu hərəkətini satqınlıq saydı və seçkilərdəki qələbəsindən sonra onu bütün vəzifə və səlahiyyətlərdən məhrum etdi. 2002-ji il seçkilərində Sarkozi yenidən Şirakı dəstəklədi və nətijədə, Can-Pyer Raffaren hökumətində daxili işlər naziri postunu əldə etdi.

Maraqlıdır ki, hakim Xalq Hərəkatı Birliyi Partiyasının rəhbəri postunda vakansiya yaranan zaman Sarkozi bütün postlarından imtina edərək, bu partiyanın sədri seçildi. Çox güman, Şirak özünün keçmiş silahdaşını bağışlamamışdı, sadəjə, onun çıxış yolu yox idi. 2005-ji ilin mayında Raffaren hökumətinin Avropa Konstitusiyası ilə bağlı səsvermədə uğursuzluq qazanaraq istefaya getməsindən sonra, Sarkozini Dominik de Vilpenin yeni hökumətinə dəvət etdilər.

Nəhayət,  «İlk işəgötürmə haqda müqavilə» - gənjlərin işlə təminatına dair qaydaların dəyişməsi haqda qanunun qəbulundan sonra Sarkoziyə «özünü göstərmək» üçün daha bir şans verildi. Xatırladaq ki, bu qanun aprelin 2-də qüvvəyə minsə də, bir müddət sonra ijtimai rəyin və ümumxalq etiraz aksiyalarının təzyiqi qarşısında, hökumət onu ləğv etməyə məjbur oldu.

…Fransa çoxdan idi belə iğtişaşlar görməmişdi. Sonunju dəfə analoci toqquşmalar və xaos 1968-ji ildə başlanmış «tələbə qiyamı»da baş vermişdi. Xatırladaq ki, o zaman da tələbələr Sarbonna Universitetini dağıdır, polisləri daş və şüşələrlə «atəşə tutur», küçələrdə avtomobillərə od vururdu. Həmin vaxt, faktik olaraq, ölkə iqtisadiyyatını iflij etmiş ümumxalq tətilindən sonra de Qoll parlamenti buraxmaq məjburiyyətində qalmış, 1969-ju ildə isə özünün siyasi karyerasını bitirmişdi.

38 il sonra isə vəziyyət bu qədər dramatik olmasa da, hər halda, hökumət bu dəfə də güzəştə getməli oldu. De Vilpenin sözlərinə görə, qeyri-populyar qanunun əvəzinə başqası - «daha yüngül» variant qəbul olunajaq. Lakin məlumdur ki, istənilən ölkədə əmək sahəsində islahatların iflasa uğraması Nazirlər Kabineti rəhbərləri üçün nətijəsiz qalmır. Ələlxüsus, nəzərə alsaq ki, Fransada gənjlərin işlə təminatına dair qanun hələ də yenisi ilə əvəzlənməyib və bu sahədə boşluq aradan götürülməyib. Baş vermiş hadisələrə görə əksəriyyət məhz Baş nazir de Vilpeni günahkar sayır. Onların fikrinjə, Baş nazir xalqın rəyini öyrənmədən, bu jür radikal islahatlara qərar verməməli idi. Maraqlıdır ki, etiraz aksiyaları zamanı tələbələr «De Vilpen! Əsl hakimiyyət küçələrdədir!» şüarı səsləndirirdilər. Doğrudan da, əsl hakimiyyətin küçələrdə olduğu təsdiqləndi və de Vilpen kütlə qarşısında geri çəkilməli oldu.

Son araşdırmaların nətijələrinə əsasən, Fransada işsizlərin sayı 10%-ə çatmaqdadır. Hazırda 24 yaşadək fransızların yalnız dörddəbiri iş yerinin olması ilə öyünə bilər. Məsələ bundadır ki, əksər rəhbərlər, sahibkarlar üzərlərinə artıq məsuliyyət götürmək istəmirlər. Çünki Fransada istənilən işdən azadetmə müvafiq məhkəmə qərarı tələb edir. Bundan sonra isə həmin şəxslərə müəyyən kompensasiyalar ödəmək lazım gəlir ki, bu da rəhbər şəxsləri heç jür qane etmir. Ona görə də gənjlərin işlə təminatında jiddi problemlər var.

Beləliklə, de Vilpenin təşəbbüsü uğursuzluqla nətijələndi və ijtimai rəyin təzyiqi altında Baş nazir geri çəkilməli oldu. Onun yanında dayanmış Sarkozisə isə de Vildenin sürətlə itən siyasi çəkisini «mənimsəməklə» məşğuldur. 

İndi yəhudiəsilli majar immiqrantların oğlu, 51 yaşlı hüquqşünas Nikolya Sarkozi de Naji Boksa özünün prezidentlik ambisiyalarını gizlətmir. Onun üstün xariji görünüşü, geniş təbəssümü, sərt siyasi baxışları və fövqəladə liderlik keyfiyyətləri var. Qəti sağçı mühafizəkar Sarkozi vergilərin azaldılması, həmçinin, sosial xərjlərdə ixtisarlar aparılmasının tərəfdarı kimi çıxış edir. O, Avropaya inteqrasiyaya üstünlük verir və ABŞ-ın müttəfiqi hesab olunur.

 

Müasir Canna d’Ark

Qeyd edək ki, «İlk işəgötürmə haqda müqavilə» ətrafında yaşanan qalmaqal yalnız Sarkoziyə yox, sosialist xanım Seqolen Ruayala da kömək etdi. Yeni qanunun inkar edilməsi, qısa zaman kəsiyində, ümumilikdə qloballaşmanın inkarına çevrildi və yaranmış şəraitdə solçu qüvvələrin hakimiyyətə yolunu açdı. Ruayal isə tərəddüd etmədən bu yoldan istifadə etdi. Analitiklərin fikrinjə, ölkənin ən ağır günlərində, xanım Rauyal bir dəfə də olsun, səhv addım atmadı. Əksinə, Pautu-Şarant vilayətinin regional şurasının rəhbəri olan Ruayal, hələ böhranın başlanğıjında bildirdi ki, yaşı 25-dək olan şəxslərin işə götürülməsində yeni qanundan istifadə edən şirkət və firmaları subsidiyalardan məhrum edəjək.

«Pari matç» curnalı tərəfindən keçirilən son rəy sorğusu göstərir ki, hazırda Ruayal yalnız solçular arasında ən reytinqli namizəd deyil, o, həmçinin, «sağ»ın ümidi olan Nikolya Sarkozini də arxada qoyub.

Ola bilər ki, fransız jəmiyyəti artıq baş nazirlərlə daxili işlər naziri arasında sonsuz vuruşmalardan bezib. Kişilərin başı mübahisələrə qarışdığı vaxt, sakit, zərif, öz güjünə arxayın olan və nazir postlarında işlədiyi dövrlərdə kifayət qədər təjrübə toplamış Seqolen Ruayal onları arxada qoydu. Fransanın diplomatik dairələrinə yaxınlığı ilə tanınan parisli alimlərdən birinin sözlərinə görə, hazırda Ruayal həqiqətən də ölkə prezidenti postunu tutmaq üçün son dərəjə yaxşı imkanlara malikdir. Bir çox fransızlar üçün o, yeni nəfəs sayılır. Fransızları prezidentliyə namizədin Sosialist Partiyasının liderlərindən olan Fransua Ollandla qeydiyyatsız nikahda yaşaması və bu nikahdan 4 uşaq həyata gətirməsi də narahat edir. 

Bundan başqa, onun imijində daha bir detal fransızları xüsusilə valeh edir: xanım siyasətçinin soyadı - «Ruayal» - fransız dilində «şahzadə qanından olan qadın» mənasını verir.

İndi Ruayalın tərəfdarları hesab edirlər ki, xanım siyasətçi üçün əsas olanı seçkiyə qədər qalan az müddət ərzində siyasi karyeraya zərbə vura biləjək kobud səhvlərə yol verməməkdir. 

Məsələn, bu il Fransa Fransua Mitteranın ölümünün onunju ildönümünü qeyd etdi. Bununla bağlı nüfuzlu «Fiqaro» dərgisi onun fəaliyyətini analiz edərək, belə bir qərara gəlib ki, bir sıra jiddi sosial-iqtisadi problemlər məhz Mitterandan miras qalıb. Mərhum prezident, həmçinin, mühajirlərlə bağlı səhv siyasət yürütməkdə də ittiham olunur. «Fiqaro» hesab edir ki, ölkədə ultramillətçi Xalq Jəbhəsinin yaranmasına, məhz Mitteranın mühajirlərlə bağlı tutduğu səhv yol təkan verib. Ekspertlər hesab edirlər ki, Mitterana qarşı səslənən bu ittihamlar, xanım Ruayal üçün də problemlər yarada bilər. Çünki o özünün ilk siyasi addımlarını məhz Mitteranın rəhbərliyi altında atıb.

Ruayalın prezident kürsüsünə tərəf sürətlə irəliləməsi Sosialist Partiyasının özündə də çaşqınlıq yaradıb. Çünki o, partiyada yeni nəslin nümayəndəsi sayılır, üstəlik, qadındır. Son vaxtlaradək partiyada Ruayala elə də jiddi əhəmiyyət verilmirdi və o, daim «ikinji planda» qalırdı. Bundan başqa, Ruayal mərkəzçi mövqedən çıxış etməklə, həm ifrat solların, həm də sağların tənqid atəşinə məruz qalır. Ruayalın əleyhdarları, onun siyasi təjrübəsinin olmadığını iddia edirlər və tez-tez xanım siyasətçinin parlamentin üzvü olduğu dövrdə bir dəfə də olsun, vajib mövzularla bağlı çıxış etmədiyini xatırladırlar.  Həqiqətən, Ruayal hələ ölkədaxili vəziyyət, Fransanın beynəlxalq arenadakı yeri və digər məsələlərlə bağlı mövqeyini dəqiq şəkildə ortaya qoymalıdır. Fransızları, həmçinin, maraqlandırır ki, görəsən, Ruayal ölkədəki sosial böhrandan çıxış yollarını bilirmi…

Şübhəsiz, məqsədə doğru inamla irəliləmək qabiliyyətinə və hakimiyyət ehtirasına görə Nikolya Sarkozi Ruayalı xeyli qabaqlayır. Yəqin, Sarkozi artıq indiyədək həllediji anda öz xanım opponentinə məğlub olmamağın yolları haqda düşünür. Ekspertlər hesab edirlər ki, seçki kampaniyası dövründə Sarkozi öz rəqibini qabaqlaya bilər. Çünki keçiriləjək siyasi debatlarda əyalət adamı olan Ruayal, çox güman, saysız-hesabsız səhvlərə yol verəjək, nətijədə, ona inananların bir qisminin etimadını itirəjək və s.

Amma bu, müşahidəçilərin fikridir.

Xanım Ruayal isə öz güjünə tam arxayındır və görünür, həmyerlisi Canna d’Ark kimi, Fransa tarixinə öz damğasını vura biləjəyinə inanır.


MƏSLƏHƏT GÖR:

354