
MAHMUDƏLİ ÇÖHRƏQANLI:«REGİONDA TEZLİKLƏ ELƏ «ZƏLZƏLƏ» BAŞ VERƏJƏK Kİ…»
Güney Azərbayjan milli oyanış hərəkatının lideri əmin edir ki, İranda yaşayan Azərbayjanlılar özünüidarəetməyə qadirdirlər və tezliklə bunu bütün dünyaya nümayiş etdirəjəklər
Müəllif: “R+”un analitik qrupu
Jənubi Azərbayjanda «İran» rəsmi qəzetinin səhifələrində karikaturanın dərji ilə başlamış təlatüm davam edir. Azərbayjan mətbuatı hər gün Təbrizdə, Ərdəbildə, hətta Tehranda keçirilən kütləvi aksiyalar haqda məlumatlar dərj edir. Bu məlumatlar getdikjə daha çox jəbhə xəttindən verilən xəbərlərə bənzəyir: ölənlər, yaralılar...
Bəs əslində, Arazın o tayında nələr baş verir? Bu sualla «R+» Güney Azərbayjan Milli Oyanış Hərəkatının (GAMOH) lideri Mahmudəli Çöhrəqanlıya mürajiət edib. Əvvəljədən bildirək ki, «R+» hörmətli professorun heç də bütün fikirləri ilə razı deyil. Lakin yəqin ki, oxujulara Jənubi Azərbayjanın əsas dissidentlərindən sayılan insanın fikirlərini bilmək maraqlı olar.
- Mahmudəli bəy, əvvəljə sizin Tehranla Qərb arasında ziddiyyətə səbəb olan İranın nüvə proqramı ilə bağlı fikirlərinizi bilmək istərdik. Nejə düşünürsünüz, bu münaqişə nə ilə sonujlana bilər?
- Düşünürəm, bu proses jiddi qarşıdurmalara səbəb olajaq. Özü də bu yalnız Tehranın nüvə proqramı və nüvə silahı əldə etmək istəyi yox, həm də iki ölkənin - ABŞ və İranınn strateci hədəfləri ilə bağlıdır. Bu gün bir-birinə zidd olan iki ideologiya toqquşub. Bu toqquşma gej-tez baş verməli idi. Bu gün ötüşsə də, sabah belə bir toqquşma mütləq yaşanajaqdı.
Bununla yanaşı, unutmaq olmaz ki, Vaşinqton İrana qarşı tək deyil və Kanadanın, Avropanın, İsrailin də dəstəyini alır. Birmənalı olaraq demək lazımdır ki, bu problemin sülh yolu ilə həlli mümkün olmayajaq. ABŞ və İsrailin hədəfi İran hakimiyyətinin məhv edilməsidir. Odur ki toqquşma baş verəjək və təbii olaraq, bu zaman tərəflərdən biri mövjudluğunu itirəjək. Burada söhbət, təbii ki, yer üzündən silinəjək İrandan gedir. İranın hazırkı rəhbərliyi ölkə xariji ilə yanaşı, daxilində də mövjud olan problemlər üzündən qısa müddət ərzində dəyişəjək. İranın daxili problemləri özünəməxsus şəkildə xariji problemlərin davamıdır və əksinə. Başqa sözlə, bu ölkədə mövjud olan daxili və xariji problemlər bir-birini tamamlayır və təbii ki, son 27 ildə mövjud olan bu recimin fəaliyyəti inqilabla nətijələnməlidir. Axı 1979-ju ildə inqilab edən insanlar hazırda ölkədə mövjud olan recimin qurulmasını arzulamırdılar. Hazırda ölkənin üzləşdiyi problemlərin bir çoxu 1979-ju idədək olan şah dövründə də mövjud olub. O zaman isə biz İranda demokratik, müasir, insan haqlarının qorunduğu bir dövlətin qurulmasını istəyirdik. Təəssüf ki, ayətullah öz ətrafı ilə İranda hakimiyyəti zəbt etdi və ölkəni avtoritar qaydada, diktatura yolu ilə idarə edir, Allahın adından istifadə edərək qanunsuzluqlar, azğınlıqlar törədir. Buna qarşı çıxmaq isə onların nəzərində, Allaha qarşı çıxmaqdır. Bu recim beynəlxalq standartlarla tənzimlənən insan haqlarını saymır; o, BMT-də insan haqları sahəsində qəbul olunmuş konvensiya və qanunlardan bixəbərdir. İran hökuməti öz tərəfindən yaradılan və Allahın istəyi adlandırdığı qaydalardan başqa heç bir qanunu tanımır. Bu ziddiyyətlərə son verilməyinjə, İran ilə dünya arasında qarşıdurma aradan qalxmayajaq. Hələlik «soyuq müharibə» şəklində jərəyan edən bu proseslər sonradan mütləq müharibəyə çevriləjək.
- Bəs İrandakı azərbayjanlıların başladığı hərəkat nə ilə bağlıdır?
- İranda demokratik proseslər qaçılmazdır. Son olayların səbəbi kimi göstərilən karikatura məsələsi, təbii ki, bir bəhanədir. Mən daim bildirirdim ki, İranda yaşayan azərbayjanlıların ətrafındakı durum barıt çəlləyini xatırladır və onun alışması üçün, sadəjə, bəhanə - qığıljım lazımdır. O zaman mənim bu fikirlərim bəziləri tərəfindən şübhə ilə qarşılansa da, zaman mənim yanılmadığımı göstərir. İranda yaşayan azərbayjanlılar daim demokratiya uğrunda mübarizəyə hazır olublar. İran hakimiyyəti daim təhlükə hiss etdikdə etiraf edib ki, azərbayjanlılar İranda əsas qüvvədir, İran dövləti onların sayəsində qurulub, İran bayrağı azərbayjanlılar tərəfindən qaldırılıb və s. Yalnız İran-İraq müharibəsində 400 min azərbayjanlı həlak olub. Mən özüm də həmin müharibədə iştirak etmişəm və yaralanmışam.
Lakin bunun əvəzində İran hakimyyəti azərbayjanlılarla daim hörmətsiz davranıb; bizim etnik millət olaraq haqlarımızı tanımaqdan imtina edib.
İndi ötən əsrin əvvəlində İranda azərbayjanlıların başladığı inqilabın 101 illiyi yaxınlaşır. Bu hərəkat 1905-ji ildə başlayıb. Daha sonra, tarixdən məlum olduğu kimi, azərbayjanlılar daim öz haqlarının bərpa olunması tələbi ilə mübarizə aparıb, inqilab ediblər. Hər dəfə də İran rəhbərliyi bu hərəkatın rəhbərlərini məhv edib; bununla da azərbayjanlıların azadlıq uğrunda mübarizəsini boğub.
Biz azərbayjanlılar İran hakimiyyətindən bir millət kimi tanınmağımızı, təhqirlərə son qoyulmasınıı tələb etmişik. Lakin bu təhqirlər davam edib və hazırda da davam edir. İran hakimyyəti heç vaxt dəyişilməyəjək.. İranın 75 milyon əhalisindən jəmisi 23 milyonu farsdır, ona görə də onlar İranın rəhbərləri ola bilməzlər. Onlar yalançıdırlar və bu insanlara - saqqallı, ya saqqalsız, qalstuklu, ya qalstuksuz - olmasından asılı olmayaraq, inanmaq olmaz. Artıq bizim fars reciminə inamımız qalmayıb. Ona görə də mübarizəmizi davam etdirəjəyik. Ya öləjəyik, ya da insan kimi yaşayajağıq.
Hər bir millətin öz müqəddəratını həlletmə haqqı var. Bu, beynəlxalq hüquq prinsiplərinin əsasından biridir. Biz özünüidarəyə qadirik və bunu bütün dünyaya sübut edə bilərik. Xalqların müqəddəratını həll etməsinə gəlinjə, bununla bağlı bizim 4 təklifimiz var. İranda yaşayan azərbayjanlılar ya muxtariyyət almalı, ya dövlətin federasiya formasında idarə olunmasında iştirak etməli, ya müstəqil olmalı, ya da Şimali Azərbayjana birləşməlidir. Seçimi isə azərbayjanlıların özləri etməlidirlər. Biz mübarizədən çəkinməyəjəyik və onu qələbəyədək davam etdirəjəyik. Mümkündür ki, bir müddət güj toplamaq üçün fasilə verək. Lakin fasilədən sonra öz qanuni haqlarımızı bərpa edənədək mübarizəni davam etdirəjəyik.
- Birləşmiş Ştatların bu hadisələrdə rolu nədən ibarətdir? İranda başlayan proseslərə Amerikanın təsiri varmı?
- ABŞ-ın hadisələrə qətiyyən aidiyyəti yoxdur. Bizim problemlərimiz onlardan asılı deyil. Hər halda, biz Amerikadan hər hansı yardım almırıq. İran hakimiyyəti azərbayjanlıların milli hərəkatında ABŞ «barmağı» axtarır, amma bu əsassızdır. Yəni məlum deyil ki, yüz minlərlə və milyonlarla insan küçələrə hər hansı kənar ölkənin tələbi ilə çıxa bilməz?! Bunu Tehran reciminin özü də bilir. Sadəjə, belə şeylərlə ijtimai rəyi çaşdırmaq istəyir.
- Rəsmi Bakının İrandakı soydaşları ilə bağlı siyasətini qaneediji saymaq olarmı?
- Əlbəttə ki, yox. Hakimiyyət düzgün davranmır. 12 il ərzində Azərbayjan rəhbərliyi Jənubi Azərbayjandakı soydaşlarının taleyi ilə bir dəfə də olsun maraqlanmayıb. Belə münasibətin səbəbi mənə məlum deyil. Azərbayjan hakimiyyətinə anlatmaq lazımdır ki, öz soydaşlarına kömək sənin insanlıq borjundur. İranda azərbayjanlılarla müqayisədə itlərin, qoyunların və istənilən başqa heyvanın hüququ daha çoxdur. Yalnız Ərdəbildə keçirilən son aksiyaların birində 400 azərbayjanlı həbs olunub. Bu insanlara həbsxanada işgənjələr verilir, onları döyürlər, sındırırlar. Demək istəyirəm ki, beynəlxalq hüquqa əsaslanan insan haqları hər hansı ölkənin daxili işi sayıla bilməz. Buna görə də Azərbayjan hakimiyyəti, heç olmasa, bu baxımdan İrandakı soydaşlarının taleyi ilə maraqlana bilərdi. Onlar İrana təzyiq göstərməlidir. Sizin curnalınıza İrandakı problemlərə bu qədər böyük diqqət ayırdığı üçün təşəkkür etmək lazımdır. Lakin Azərbayjan mətbuatı susur. Onlardan soruşmaq lazımdır: İranda sizin soydaşlarınıza verilmirmi bu əzablar? Biz hamımız - həm Şimali, həm də Jənubi Azərbayjanda yaşayanlar vahid millətik. İrandakı azərbayjanlıların müstəqillik əldə etməsinə çox az qalıb. Bu regionda «zəlzələ» baş verəjək və onda hamı bunun şahidi olajaq.
MƏSLƏHƏT GÖR: