
MOSKVA - ANKARA - TƏL-ƏVİV ENERCİ ÜÇBUJAĞI
Rusiyanın federasiya şurasının beynəlxalq məsələlər komitəsinin rəhbəri mixail margelov hesab edir ki, rusiya bakı -tbilisi - jeyhan neft kəməri vasitəsilə israilə neft nəql edə bilər
Müəllif: “R+”un analitik qrupu
Bir çox digər rusiyalı siyasətçilərdən fərqli olaraq, M.Margelov hesab edir ki, BTJ Rusiyanın xeyrinə işləyə biləjək bir layihədir. Onun fikrinjə, bu kəmər vasitəsilə Rusiya neftinin də nəqli mümkündür.
«R+»un əməkdaşı ilə söhbətində M.Margelov BTJ ilə bağlı situasiyanı şərh edib, həmçinin, bizi maraqlandıran bir sıra digər məsələlərə də toxunub.
- Mixail Vitayeviç, siz Rusiya neftinin Bakı-Tbilisi-Jeyhan kəməri vasitəsilə nəqlini nejə təsəvvür edirsiniz? Rusiyanın neft istehsalçıları arasında sizin təklifinizə maraq göstərənlər varmı?
- Açığını deyim, mənim bu neft kəmərinin istifadəsi ilə bağlı hansısa şəxsi təklifim yoxdur. Sadəjə, söhbət nəzərdə tutulmuş Moskva-Ankara-Təl-Əviv enerci üçbujağından gedir. Mənim açıqlamama səbəb, İsrailin xariji işlər naziri Tsipi Livninin Türkiyəyə səfəri olub. Məlum olduğu kimi, müxtəlif mənbələrin məlumatına görə, həmin səfər çərçivəsində Türkiyədən İsrailə Bakı-Tbilisi-Jeyhan borusu vasitəsilə neft nəqli məsələsi də müzakirə olunub. Ekspertlərin fikrinjə, bu plan həmin kəmərlə İsrailə rus neftinin nəqli sayəsində baş tuta bilər.
- Sizin bəzi Rusiya siyasətçilərinin MDB məkanındakı «qaynar nöqtələr»ə yanaşmasına münasibətinizi bilmək maraqlı olardı. Son zamanlar Rusiya parlamentariləri, məsələn, Dövlət Dumasının vitse-spikeri Vladimir Cirinovski, keçmiş Yuqoslaviya təjrübəsini əsas gətirərək, Moskvanın Dağlıq Qarabağ, Dnestryanı, Abxaziya, Jənubi Osetiya kimi separatçı recimlərin müstəqilliyini tanıya bilməsini mümkün sayır. Belə bəyanatlar rəsmi Moskvanın mövqeyini nə dərəjədə əks etdirir?
- Moskvanın rəsmi mövqeyi ölkə prezidenti Vladimir Putinin bir müddət əvvəl aparıjı informasiya agentlikləri ilə görüşündə səsləndirildi. Rusiya prezidenti hesab edir ki, dünyanın hansı nöqtəsində yerləşməsindən asılı olmayaraq, eyni qəbildən olan məsələlərə vahid qayda ilə yanaşılmalıdır. Əks halda, xaos təhlükəsi böyükdür. Prezident açıq şəkildə vurğuladı ki, bu gün Jənubi Osetiya və ya Abxaziya sakinlərinə başa salmaq çox çətindir ki, nəyə görə Kosovonun müstəqilliyi mümkündür, amma adları çəkilən respublikalara bu qaydanın tətbiqi yolverilməzdir?
Unutmaq olmaz ki, Avropada «separatizm xəritəsi» kifayət qədər çox ərazini əhatə edir. Dövlətin bir hissəsinin ayrılmasını istəyən qüvvələr Fransada, İtaliyada, Niderlandda, həmçinin, İspaniyada da, Böyük Britaniyada da var. Kosovo müstəqillik qazanajağı təqdirdə, digər firavan Avropa ölkələrində də bu jür variantlar ortaya çıxa bilər.
- Eyni zamanda, son vaxtlar belə bir fikir də səslənir ki, çoxmillətli Rusiya postsovet məkanındakı münaqişələri qızışdırmaqla «odla oynayır» və bu çox pis nətijələr verə bilər. Bu fikirlə razısınızmı?
- Bilirsiniz, mono və ya çoxmillətli olmasından asılı olmayaraq, heç bir ölkə öz sərhədləri yaxınlığında «odla oynamayajaq». Sovet İttifaqının dağılmasından sonra Rusiya postsovet məkanında sabitliyin qorunmasında maraqlı olduğunu və buna çalışdığını dəfələrlə nümayiş etdirib. Hətta bəzən özünün ziyanına olsa belə, Moskva müstəqil dövlətlərin mövjud rəhbərliyini dəstəkləyərək, orada inkişaf etməkdə olan elitaya lazımi diqqət ayırmayıb. Sərhədlərimizin yaxınlığında müharibələr, qardaş qırğınları kimə lazımdır?
- Nejə düşünürsünüz, Qafqaz ölkələrinin spikerləri səviyyəsində mütəmadi olaraq keçirilən «Qafqaz dördlüyü»nün potensialı regional gərginliyin aradan qaldırılması üçün kifayət edirmi?
- Regional gərginliyin aradan qaldırılması, ilk növbədə, münaqişələrin iştirakçılarının özlərinin xoş məramlarından asılıdır. Amma əlbəttə ki, «dördlük» formatında dialoq - onun dövlət başçıları və ya spikerlər səviyyəsində olmasından asılı olmayaraq, xeyirli və vajibdir. Onu da qeyd etmək lazımdır ki, diplomatik reqlamentdən fərqli olaraq, parlamentarilərin statusu problemlərin daha açıq şəkildə qoyulmasını və müzakirə olunmasını mümkün edir. Həmçinin, parlamentlərarası əlaqələr yüksək diplomatik dairələr və ya dövlət başçıları səviyyəsində danışıqların aparılması üçün münbit şərait yaradır.
Məlum olduğu kimi, «dördluk»ün işində fasilə yaranıb. Düşünürəm, parlamentlərarası əlaqələri yalnız spikerlərin görüşü formatında yox, həm də məsələn, komitələr arasında görüşlər vasitəsilə aktivləşdirmək lazımdır.
- Yeri gəlmişkən, Federasiya Şurasının komitə rəhbəri kimi, siz BMT, AŞPA, ATƏT və başqa beynəlxalq təşkilatlarda qarşılıqlı maraq doğuran məsələlərin müzakirələri zamanı Azərbayjan və Rusiyanın əlaqələrindən razısınızmı?
- Mən AŞPA-dakı təjrübəmdən misal gətirə bilərəm. İndiyədək heç bir məsələnin müzakirəsində Azərbayjanın nümayəndə heyəti ilə bizim aramızda hər hansı anlaşılmazlıq olmayıb. Azərbayjanlı təmsilçilər Parlament Assambleyasında böyük nüfuza malik olan, ən təjrübəli nümayəndə heyətlərindən biridir. Bu nümayəndə heyəti yalnız Avropa Şurasında öz ölkəsinin maraqlarını uğurla müdafiə etməklə kifayətlənmir, həm də bu beynəlxalq təşkilatın əsas vəzifəsi olan Avropa dəyərlərinin irəli çəkilməsinə kömək edir. Mənim və xüsusilə də Rusiya nümayəndə heyətinin ən xoş münasibəti məhz Azərbayjan təmsilçiləri ilədir.
MƏSLƏHƏT GÖR: