15 Mart 2025

Şənbə, 01:19

BAKI CAZ RİTMLƏRİNDƏ

Azərbayjanda jaz intibah dövrünü yaşayır

Müəllif:

01.06.2006

Tale insanı sınayır, insan isə jazı seçir… Bu insanın adı Vaqif Mustafazadədir. O, pianonun arxasına oturandan Bakıda yeni bir dövr başladı. Jaz şəhərimizi sərin qərb küləyi kimi bürüdü, sakinləri ağuşuna aldı, onların qəlblərini nurla, ümidlə, füsunkar gözəlliyə malik olan və bütün ömürboyu arzulanan nəsə ejazkar bir istəklə doldurdu.

İki möhtəşəm entuziastın və istedadın - Vaqif Mustafazadə və Rafiq Babayevin doğurduqları bu dövrü Azərbayjan jazının «qızıl əsri» adlandırmaq olar. Bakıda bu musiqinin pərəstişkarlarının sayı günbəgün yox, saatbasaat artırdı; gənjlər sözün həqiqi mənasında, «jaz xəstəliyi»nə tutulmuşdular. 

Üstəlik, Vaqif Mustafazadə təkjə Azərbayjana jazı bəxş etmədi, həm də Azərbayjan musiqisini Qərbə tanıtdı. 60-jı illərin əvvəllərində jazla-muğamın sintezini yaradaraq, o bununla jaz musiqisində öz adı ilə adlandırılmağa layiq olan bütöv bir istiqamətin təməlini qoydu. Sırf injəsənət hüdudlarından kənara çıxaraq, bu istiqamət, demək olar, siyasi funksiya daşımağa başladı - jaz-muğam Şərqlə-Qərbi birləşdirən injə, lakin heyrətamiz dərəjədə möhkəm bir telə çevrildi. 

Bəstəkar və pianoçu Rafiq Babayevə gəldikdə isə o, son dərəjə füsunkar, insan qəlbinin ən injə tellərinə toxunan, onu riqqətə gətirən musiqi bəstələməklə yanaşı, Bakıda jazın inkişafı üçün mümkün, bəzən isə hətta qeyri-mümkün olan hər şeyi edirdi. Şəhərimizdə ilk jaz festivalı da elə məhz onun sayəsində keçirildi. 

«Qızıl əsr» qəflətən və fajiəvi şəkildə bitdi. Qastrol zamanı Vaqif Mustafazadə  vəfat etdi. Onun ölümü dostları və pərəstişkarlarını şoka saldı. Az sonra Vaqif Mustafazadənin yaşayıb-yaratdığı ölkə də «əbədiyyətə qovuşdu» - vaxtilə möhtəşəm SSRİ çökdü və hər şey, o jümlədən,  mədəniyyət də onun xarabaları altında dəfn olundu. Jaz, demək olar, unuduldu. Yalnız Rafiq Babayev və bir neçə məsləkdaşı var güjlərini sərf edir, son zərrəjikləri qoruyub-saxlamağa çalışırdılar. «Azərbayjan jazının tabutuna çalınan son mismar» Rafiq Babayevin ölümü idi - o, 1994-jü ildə metroda törədilən terror aktının qurbanı oldu. Bununla da Bakıda jaz bir neçə il sükuta daldı.

 

İntibah

İkinji nəfəsi açılan jaz yenidən 1996-jı ildə səsləndi. Onun «reanimasiyası»nda məşhur pianoçu Salman Qəmbərov, saksofonçu Rain Sultanov və zərb alətləri ifaçısı Tofiq Jabbarov iştirak etdilər. Onların birgə səyi nətijəsində Bakıda, demək olar, sönmüş jaz tonqalı yenidən alovlandı. Yeni dövrün simvolu olan jaz-klub - daim yaradıjılıq atmosferinin hökm sürdüyü, bu özünəməxsus, şıltaq və injə canrın həm peşəkar, həm də həvəskar xiridarlarının toplaşdığı son dərəjə rahat guşə qapılarını açdı.  

Bəs müasir Azərbayjanda jaz nejədir? Vaqif Mustafazadənin əfsanəvi dövründən bəri çoxmu dəyişib? Tofiq Jabbarov buna birmənalı «Hə» javabını verir, üstəlik, dəyişikliyin müsbət yöndə olduğunu vurğulayır: «İndi əvvəllər bizim üçün əlçatmaz olan nəhəng həjmdə informasiya var. Bu isə o deməkdir ki, müasir musiqiçilər öyrənmək və məharətlərini kamilləşdirmək imkanına malikdirlər. Həm də artıq bir neçə il dalbadal Bakıda beynəlxalq jaz festivalı keçirilir və bu festivala bütün dünyadan adlı-sanlı musiqiçilər gəlirlər. İndi jəsarətlə demək olar ki, hazırda Bakıda jaz bir neçə onillik bundan əvvəlkindən daha böyük vüsət almışdır».   

 

Görüş yerini dəyişmək olmaz

Bəli, Bakı Jaz Festivalı ayrıja söhbətin mövzusudur. Bu il o, 19-27 iyun tarixində keçiriləjək. Arıq bir neçə ildir, «küləklər şəhəri» planetin ən böyük jazmenlərinin görüş yerinə çevrilir. Vaxtilə Rafiq Babayevin əkdiyi zərif, injə çubuq artıq böyümüş, kök salmış və çoxlu möhkəm budaqlarını günəşə doğru uzatmışdır. Ənənəvi olaraq, festivalın təşkilatçıları Rain Sultanov və onun «jaz dostları» - Şahin Növrəsli, Salman Qənbərov və b. olmuşlar. Keçən il festivala qonaq simasında Debora Karter, Yakov Okun, Qreq Osbi və bir çox başqaları gəlmişdilər, proqramın bəzəyi isə «jazın babası» Jo Zavinul və onun «Sindikat» qrupunun çıxışı oldu. 

O vaxt qəlbini bürüyən hisslərlə bölüşən məşhur rusiyalı zərb alətləri ifaçısı Aleksandr Maşin demişdi: «Fikrimjə, hər şey gözəl düşünülüb və təşkil edilib. Bakıya hər gəlişimdə bunun şahidi oluram. Bakıya üçünjü səfərimdir və burada özümü evimizdəki kimi hiss edirəm. Təkjə elə ona görə ki, burada çoxlu dostum var. Başqa bir şəhərdə yorulsam da, irəlidə məni Bakıya səfər gözlədiyini biləndə, heç də darıxmıram. Çünki burada həmişə yaxşıja dinjələjəyimi, vaxtımı xoş keçirəjəyimi, gözəl insanların əhatəsində olajağımı bilirəm». 

Yeri gəlmişkən, A.Maşin təkjə Bakının və onun sakinlərinin deyil, bizim jazın da vurğunudur: «Bakıda jaz musiqisinin həmişə özünəməxsus ənənələri olub. Burada jaz, məsələn, daha ənənəvi yanaşıldığı Moskvada, Piterdəki kimi təmsil olunmayıb. Burada musiqiçilər musiqiyə milli kolorit əlavə etməyə üstünlük verir, tez-tez muğam elementlərindən istifadə edirlər… Mənjə, çox maraqlı alınır və çox yaxşı haldır ki, Azərbayjan jazının öz siması var». 

Jaz festivalı, adətən, bir neçə meydançada - Jaz Mərkəzi, Opera Studiyası və Heydər Əliyev adına Sarayda keçirilən əsrarəngiz konsertlər, non-stop musiqisidir; jazmenlərin özləri üçün isə bu, bir-biri ilə jem-seyşnlərdə təmasda olmaq imkanıdır. 

Jaz bayramının başlanmasına lap az qalıb. Bu dəfə həmin bayramda Portuqaliya, İtaliya, İsrail, ABŞ, Almaniya, Kanada, Rusiya və d. ölkələrin musiqiçiləri iştirak edəjəklər. Onların arasında Al Jerrou, Herbi Henkok, Barbara Li Meyerin kvarteti kimi  ulduzlar var. Öz miqyasına görə, indiki festivalın əvvəlkilərdən daha geniş və möhtəşəm olajağı gözlənilir. 

 

Müsbət və mənfi jəhətlər

Bu gün Azərbayjan jazında gənj simalar çoxluq təşkil edir. Bunlardan biri kifayət qədər qısa bir müddət ərzində təkjə doğma ölkəsini deyil, demək olar, bütün dünyanı fəth etməyə nail olan Şahin Növrəslidir. O, Azərbayjanı Türkiyə, Rusiya, ABŞ, Avropada uğurla təmsil edir və hər yerdə də gənj azərbayjanlının çıxışları alqışlarla müşayiət olunur. Ş.Növrəsli adlı-sanlı artistlərlə albomlar yazdırır, artıq çoxdan ən elit jaz dairələrinin daimi üzvü kimi tanınır. 

Azərbayjan jaz ifaçılarının sıraları daim yeni simalarla zənginləşsə də,  hələ də bəzi mənfi jəhətlər qalmaqdadır. Əsas məsələ jazın Azərbayjanda hələ bir o qədər də gəlirli sahə olmamasıdır. Odur ki bir çox peşəkarlar ya dolanışıq dalınja xarijə üz tutur, ya da müəyyən ehtiyaj içində yaşayırlar ki, bu da onlara bir çox maraqlı planlarını gerçəkləşdirməyə mane olur. Belələrinə, məsələn, artıq adını çəkdiyimiz Tofiq Jabbarov da aiddir. Onun şagirdlərinin olmamasının çox sadə səbəbi var - məşğul olmaq üçün öz studiyası yoxdur. Sənətçi ümid edir ki, bir gün, nəhayət, onun üçün arzusunda olduğu studiyanı təşkil edən  xeyriyyəçi tapılajaq və onda hazırda çox böyük ehtiyaj duyulan, bir çox gənj musiqiçinin taleyini həll edə bilən «repetitorluq» fəaliyyətinə başlayajaq.

Azərbayjanı tərk edənlərə gəldikdə isə, burada hazırda Moskvada yaşayan və işləyən pianoçu Vaqif Sadıqovun adını çəkmək olar. «Gələjək planlarında vətənə qayıdaraq, orada müəllimlik fəaliyyəti ilə məşğul olmaq varmı?» sualına sənətçi, bunu çox arzuladığını, lakin  yalnız normal əməkhaqqı alajağı halda mümkün olduğunu söylədi:  «Mən pul vermək imkanı olmayan bir neçə istedadlı gənjlə pulsuz məşğul olmağa hazıram. Amma yaşamaq üçün gəlir olmalıdır. Azərbayjanda yaxşı iqtisadiyyat bərqərar olanda, mütləq qayıdajağam. Onsuz da vaxtaşırı Bakıya baş çəkirəm». 

Həqiqətən, güjlü və qüdrətli olması üçün, ölkəmizdə jaz hələ çox inkişaf etməlidir. Hələlik isə səhnədən Rain Sultanovun saksofonu səslənəndə, pianonun həyatın özü kimi ağ və qara dilləri üzərində Salman Qəmbərovun, yaxud Şahin Növrəslinin çevik barmaqları uçuşanda, axşama yaxın jaz-klubun işıqları yananda və onun daimi qonaqları növbəti musiqi möjüzəsi eşitmək arzusu ilə yerlərini tutanda, inanırıq ki, Azərbayjan jazının taleyi uğurlu olajaq…


MƏSLƏHƏT GÖR:

438