15 Mart 2025

Şənbə, 01:22

TEYMUR RƏJƏBOV ÇEMPİON TAJINA İDDİALIDIR

2007-ji ilin aprelində mütləq dünya çempionu adı uğrunda keçirilməsi planlaşdırılan qarşılaşmada, azərbayjanlı şahmatçı dünya şahmat tajını azərbayjana qaytarmağa çalışajaq

Müəllif:

01.06.2006

Azərbayjan şahmatı böyük uğurların astanasındadır. Mayın 13-də Bolqarıstanın paytaxtı Sofiyada Dünya çempionu Veselin Topalovla (reytinqi 2804) Azərbayjanın ən yaxşı qrossmeysteri Teymur Rəjəbov (reytinqi 2717) arasında mütləq Dünya çempionu adı uğrunda matçın keçirilməsi haqda razılaşma əldə edilib.

Bu qarşılaşmanın keçirilməsi Beynəlxalq Şahmat Federasiyasının (FİDE) qəbul etdiyi yeni qaydalara əsasən mümkün olub. Bu qaydalara görə, 2700-dən artıq reytinqi olan istənilən şahmatçı Dünya çempionunu «duel»ə çağıra bilər. Lakin çempion tajına yiyələnmək istəyən namizəd, çempionla qarşılaşmaq üçün, ən azı, 1 milyon dollarlıq mükafat fondu toplamalıdır. Məlum olduğu kimi, Teymur Rəjəbovun reytinqi 2700-ü çoxdan ötüb. Mükafat fondunun təşkil olunmasına gəlinjə, Rəjəbovun çoxsaylı sponsorları maddi dəstək verməyə hazırdırlar. Buna görə də gənjlər və idman naziri Azad Rəhimov və FİDE-nin vitse-prezidenti Mahir Məmmədovun təmsil olunduğu nümayəndə heyəti çempionluq adı uğrunda qarşılaşmanın təşkil edilməsi üçün Bolqarıstana yollanıblar. Danışıqlar elə də uzun sürməyib: Topalov dueldən imtina edən şahmatçılardan deyil, ələlxüsus da, matça görə yaxşı pul qazanmaq imkanı varsa.

Odur ki Topalov Azərbayjanın ən yaxşı şahmatçısı ilə «döyüşə» razılıq verib.

 

Tajın qaytarılması

Lakin bir “əmma” da var... Məsələ ondadır ki, Topalov-Rəjəbov qarşılaşması o halda baş tutajaq ki, bolqar şahmatçı bu ilin sentyabrında «klassik» Dünya çempionu, rusiyalı Vladimir Kramnik (2729) ilə qarşılaşmada qələbə qazansın. Bu qarşılaşmada qələbə rusiyalıya qismət olsa, onda Sofiyada Topalov-Rəjəbov qarşılaşmasının keçirilməsi haqda imzalanmış memorandum öz qüvvəsini itirəjək. Belə olarsa, onda Azərbayjan tərəfi artıq Vladimir Kramnikin nümayəndələri ilə danışıqlara başlayajaq. Amma onun qarşılaşmaya razılıq verib-verməyəjəyi hələ məlum deyil. Çünki Kramnik elə şərtlər irəli sürə bilər ki, nəinki Azərbayjan, heç digər ölkələr də bu şərtləri qəbul edə bilməz.

Amma hər halda, nikbin olaq və ümid edək ki, ya Topalov-Kramnik qarşılaşması hansısa səbəbdən baş tutmayajaq, ya da ki bolqar qrossmeyster bu qarşılaşmadan qalib ayrılajaq. Belə olan halda, Teymur Rəjəbov 13-jü Dünya çempionu Harri Kasparovun Azərbayjandan üz döndərməsindən sonra, itirilmiş dünya şahmat tajı uğrunda «döyüşmək» üçün real imkan qazanajaq. Bizim üçün sərfəli olan variantların gerçəkləşəjəyi halda, Sofiyada imzalanmış memoranduma əsasən, Topalovla Rəjəbov arasında qarşılaşma gələn ilin aprelində Bakıda baş tutajaq. Oyunun məhz apreldə keçirilməsi ilə bağlı razılaşma isə FİDE-nin qaydalarına əsasən müəyyənləşdirilib. Belə ki, beynəlxalq qurumun şərtlərinə əsasən, dünya şahmat tajı uğrunda növbəti qarşılaşma çempionatdan və ya əvvəlki analoci matçdan ən azı, 6 ay sonra keçirilə bilər ki, bu da aprel ayına təsadüf edir. Qarşılaşmanın Bakıda keçirilməsinə gəlinjə, elə həmin qaydalara əsasən, oyunun harada keçiriləjəyini, matçın mükafat fondunu təşkil edən tərəf müəyyənləşdirməlidir. Başqa sözlə, «pulu kim ödəyirsə, musiqini də o sifariş verir».

 

Topalov dərhal razılaşdı

Hazırkı Dünya çempionu Veselin Topalov etiraf edib ki, onun üçün qarşılaşmanı neytral bir ölkədə keçirmək daha yaxşı olardı. Lakin bununla yanaşı o, Azərbayjana gəlməyin də əleyhinə deyil: «Mən Azərbayjan haqqında çox müsbət fikirlər eşitmişəm və bu ölkənin zəngin tarixə malik olduğunu bilirəm. Mənə Bakıya gəlmək və bütün bu gözəllikləri şəxsən görmək çox maraqlı olajaq», - deyə bolqar şahmatçı bildirib. Teymur Rəjəbova gəlinjə, Topalov tərəddüd etmədən onunla qarşılaşmağa razılıq verdiyini vurğulayıb. Baxmayaraq ki Azərbayjan şahmatçıları bolqar üçün o qədər də uğurlu rəqib deyillər və Topalov onlara tez-tez məğlub olur. «Rəjəbov çox güjlü taktikdir, onun əla kombinasiya qurmaq bajarığı var. Mənim üçün bu tip oyunçularla qarşılaşmalar bəzən uğursuz olur. «Linares-2006»da Teymur Rəjəbova uduzmağım dediklərimi bir daha sübut edir. Həmin vaxt o məni təmiz qələbə ilə uddu. Ümid edirəm, bu, sadəjə, bir partiya idi və növbəti dəfə mən revanş ala biləjəyəm. Ümumiyyətlə, hesab edirəm ki, bütün gənj şahmatçılar çox təhlükəlidirlər. Onlar partiyanın debüt hissəsinə çox yaxşı hazırlaşırlar, fiziki jəhətdən son dərəjə yaxşı formada olurlar, variantları əla hesablayırlar. Teymur Rəjəbov kimi idmançılar üzərində qələbə qazanmaq olduqja çətindir və mən bunu Linaresdə bir daha anladım. Yeri gəlmişkən, həmin turnirdə Azərbayjan şahmatçısı çox güjlü oynayırdı və turnirin sonunda digərləri ilə müqayisədə onun qalib olmaq şansı daha çox idi».

Veselin Topalovun şəxsi menejeri Silvio Danailov isə bildirib ki, o, Teymur Rəjəbovun gej-tez şahmat üzrə Dünya çempionluğuna iddia edəjəyini bilirdi: «Teymur Rəjəbovun Veselin Topalovla qarşılaşmaq istəməsi haqda onun nümayəndələrinin mənə mürajiəti gözlənilməz olmadı. Çünki bilirdim, bu şahmatçı nə vaxtsa Dünya çempionluğu uğrunda mübarizəyə girişəjək», - deyə Danailov bildirib. - «Topalov-Rəjəbov qarşılaşmasının ilkin şərtləri hələ «Linares-2006» superturniri zamanı, Rəjəbovun Dünya çempionu ilə keçirdiyi mikroqarşılaşmada 1,5:0,5 hesabı ilə qələbə qazandığı vaxt ortaya çıxmışdı. İnanın ki, mikromatç olsa belə, Dünya çempionuna qalib gəlmək hər adama qismət olmur. Odur ki azərbayjanlı qrossmeysterin Dünya çempionluğu uğrunda mübarizə aparmaq üçün tam haqqı var. Hesab edirəm, əgər bu qarşılaşma baş tutsa, o, hər iki idmançı üçün son dərəjə çətin keçəjək və onun nətijəsi haqda hansısa fikir bildirmək mümkün deyil. Bununla yanaşı, gələn ilin aprelində Rəjəbov indikindən daha təhlükəli olajaq. Qarşılaşmanın Bakıda keçiriləjəyini və Rəjəbova doğma divarların və azarkeşlərin kömək edəjəyini də nəzərdən qaçırmaq olmaz. Amma əlbəttə ki, şahmat Afrikada da şahmatdır və onun harada keçirilməsi elə bir jiddi əhəmiyyət daşımır. Hər şey iki idmançının özlərindən asılı olajaq».

 

Ən gənj iddiaçı

Yeri gəlmişkən, daha bir maraqlı faktı qeyd etmək lazımdır. Qarşılaşmanın konkret olaraq, hansı gündə start götürəjəyindən Teymur Rəjəbovun Dünya çempionluğuna iddia edən ən gənj idmançı kimi tarixə düşüb-düşməyəjəyi asılıdır. Belə ki, şahmat tarixində ən gənj Dünya çempionu bu titulu 20 yaşında qazanmış ukraynalı Ruslan Ponomaryov olub. Teymur Rəjəbov isə Veselin Topalovla qarşılaşmanın ilk partiyasını 19 yaşında başlaya bilər (ümumilikdə, partiyaların sayı 12-dir və heç-heçə qeydə alındığı təqdirdə, tay-brek nəzərdə tutulur). Bunun üçün isə qarşılaşmanın Azərbayjanın ən güjlü şahmatçısının 20 yaşının tamam olajağı aprel ayınadək başlaması lazımdır. Amma təşkilatçılar bu vaxta qədər bütün hazırlıq işlərini başa çatdıra bilməsələr, istənilən halda Teymur Rəjəbov heç bir qeyd-şərtsiz ən gənj mütləq Dünya çempionu ola bilər.

Bu günlərdə Turində (İtaliya) keçirilən Ümumdünya Şahmat Olimpiadasında iştirak edən Teymur Rəjəbovun özü isə dünya şahmat tajı uğrunda mübarizə apararaq, onu Azərbayjana qaytarmaq niyyətindədir. «Düşünürəm ki, hər bir şahmatçı nə vaxtsa Dünya çempionu adı uğrunda mübarizə aparmağı arzulayar. Bu baxımdan, mən də istisna təşkil etmirəm», - deyə Rəjəbov qeyd edib. - «Linaresdə Veselin Topalov üzərində qazandığım qələbədən sonra mənim onu Dünya çempionluğu uğrunda mübarizəyə çağırmağıma daha böyük əsaslar yarandı. Mənjə, Dünya çempionu ilə şəxsi qarşılaşmalarının hesabı sənin xeyrinə deyilsə, onu «duelə» çağırmaq düzgün deyil. Mənim Topalovla qarşılaşmalarımda isə balans mənim tərəfimdədir. Odur ki şahmat tajı uğrunda mübarizə aparmaq üçün tam haqqım çatır».

Amma T.Rəjəbov da, hər şeydən əvvəl, Topalov-Kramnik qarşılaşmasının nətijəsini gözləyir. - «Təəssüf ki, hələ mənim Dünya çempionu adı uğrunda mübarizə apara bilib-bilməyəjəyim dəqiq məlum deyil və hər şey Topalovun Kramniklə qarşılaşmasından asılı olajaq. Odur ki hələ gözləmək lazımdır». Rəjəbov həmin qarşılaşmada Topalova azarkeşlik edəjəyini də gizlətməyib: «Yalnız ona görə yox ki, bolqar qalib gələjəyi təqdirdə, mən Dünya çempionluğu uğrunda mübarizəyə qoşulajağam. Həm də ona görə ki, Topalov mənə xoş təsir bağışlayan oyun stilinə malikdir. Bu aqressiv, total şahmatdır. Kramnik isə bir qədər passiv və quru oyun oynayır. Lakin bununla yanaşı, Kramnik dahi şahmatçıdır və dünya şahmatının elitasına aiddir. Bir müddət əvvəl onun sağlamlığı ilə bağlı problemləri var idi. İndi isə o sağalıb və Topalovla qarşılaşmaya yaxşı formada çıxajaq».

Beləliklə, ölkəmizin bütün şahmat həvəskarlarına Veselin Topalovla Vladimir Kramnik arasında Dünya çempionluğu uğrunda oktyabrda keçiriləjək qarşılaşmanın nətijələrini gözləmək qalır. Onlardan birinjisinin qələbə qazanajağı halda, biz insan tarixinin ən qədim oyunlarından olan şahmatın tarixinin nejə yazılmasının janlı şahidi ola bilərik.


MƏSLƏHƏT GÖR:

427