15 Mart 2025

Şənbə, 01:28

HƏR ŞEY UEFA-DAN ASILIDIR

Azərbayjan-Ermənistan matçı: erməni tərəfinin məntiqsiz mövqeyi səbəbindən Azərbayjan yığmasının iki məğlubiyyət hökmü ilə üz-üzə qalajağı istisna edilmir

Müəllif:

01.06.2006

Azərbayjan futbolunu sevənlər (həm də ümumiyyətlə, futbol həvəskarları) üçün hələ də 2008-ji ilin Avropa çempionatının seçmə mərhələsi çərçivəsində Azərbayjan-Ermənistan qarşılaşmalarının harada keçiriləjəyi əsas sual olaraq qalır. Məlum səbəblər ujbatından, məsələ o dərəjədə prinsipial xarakter alıb ki, hətta tərəflər bu yaxınlarda UEFA-nın təşkilatçılığı ilə İsveçrədə keçirilmiş üçtərəfli müzakirələrdə də ümumi dil tapa bilmədilər.

Xatırladaq ki, futbol üzrə 2008-ji ilin Avropa çempionatının seçmə mərhələsinin yanvarın 27-də keçirilən püşkatmasında Azərbayjan və Ermənistan milliləri bir qrupa düşüblər. İki ölkə arasında, yumşaq desək, gərgin münasibətlər fonunda, bu görüşlərin harada keçiriləjəyi aydın deyil. Adıçəkilən komandalarla yanaşı, «A» qrupunda, həmçinin, Portuqaliya, Polşa, Serbiya və Çernoqoriya, Belçika, Finlandiya və Qazaxıstan yığmaları da yer alır. 

Əvvəljə, mümkün variantlardan biri kimi oynanmayan matçlara görə, hər komandaya bir texniki məğlubiyyətin verilməsi ehtimalı nəzərdən keçirilirdi. Lakin sonra bu variant aktuallığını itirdi və tərəflər hər iki qarşılaşmanın neytral meydanda keçirilməsi haqda ilkin razılığa gəldilər. Martın 10-da «A» qrupunun iştirakçıları Belçikada bir araya gələrək, matçların keçirilmə jədvəlinin müzakirəsini keçirən zaman, Azərbayjan və Ermənistan təmsilçiləri bir daha oyunları neytral meydanda keçirmək niyyətlərini ortaya qoydular və qarşılaşmaların 2007-ji il sentyabrın 8-i və 12-də keçirilməsi qərara alındı. Lakin az keçməmiş, Ermənistan yenə də sözünə sadiq olmadığını nümayiş etdirərək, bu addımını özünəməxsus şəkildə «əsaslandırdı». Ermənistan Azərbayjanla oyunları adi qaydada - «evdə və səfərdə» keçirmək niyyətində olduğunu bildirdi. Bununla yanaşı, onlar birinji qarşılaşmanın Bakıda keçirilməli olduğunu da əlavə etdilər. Həmin vaxt Azərbayjan qarşı tərəfin bəyanatını növbəti tələ kimi qiymətləndirdi. Lakin o zaman heç kəsin ağlına gəlməzdi ki, ermənilər yalnız bu variantda israr edəjəklər. AFFA isə yenə də mümkün variant kimi hər iki matçın neytral meydanda keçirilməsini məqbul hesab edir.

 

Ermənilər ağrılı nöqtəni tapıb

Azərbayjan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) mövqeyi tamamilə başa düşülən və haqlıdır. Belə ki, bir nəfər də olsun azərbayjanlı Dağlıq Qarabağ münaqişəsi və milyonlarla qaçqının olduğu bir şəraitdə Bakıda Ermənistan bayrağının dalğalanmasına və himninin səslənməsinə razı ola bilməz. Bununla yanaşı, Bakıda Azərbayjan-Ermənistan qarşılaşmasının keçirildiyi vaxt təhlükəsizliyin təmin edilməsinin də mümkünsüzlüyü məlumdur. Bunu bilə-bilə, Ermənistan qarşılaşmaların «səfərdə-evdə» sistemi ilə oynanılmasına israr edir, Yerevanda qarşılaşma zamanı təhlükəsizliyin təmin ediləjəyini bildirir və Bakıya gəlməyə hazır olduqlarını ortaya qoyurlar. Erməni tərəfinin bu demarşında əsas məqsəd UEFA-ya oyunların «səfər-ev» sistemi ilə oynanmasının mümkünlüyünü göstərmək və belə olan təqdirdə, Avropa futbol qurumunun Ermənistan tərəfinin təklifini qəbul edəjəyinə ümid etməkdir. AFFA-nın istənilən halda mövqeyini dəyişməyəjəyini nəzərə alsaq, Azərbayjan yığmasını hər iki matçda 0:3 hesabı ilə texniki məğlubiyyət gözləyir.

 

Hərə öz fikrində qalır

Bütün baş verənlərin nətijəsi olaraq, məsələyə UEFA «bossları» qoşuldular.  Problemin araşdırılması üçün UEFA-nın vitse-prezidenti Pyer-Ravn Omdal, İjraiyyə Komitəsinin üzvü Metü Şpringer və baş katibin müavini Mark Şturderdən ibarət komissiya yaradıldı. Komissiyanın işinin yekunu kimi, tərəflərin matçların yeri və vaxtı haqda razılığa gəlməsi üçün üçtərəfli (Azərbayjan, Ermənistan və UEFA) görüş təşkil olundu. Azərbayjanı görüşdə gənjlər və idman naziri Azad Rəhimov, AFFA prezidenti Ramiz Mirzəyev və assosiasiyanın baş katibi Fuad Əsədov təmsil ediblər. F.Əsədovun sözlərinə görə, sözügedən görüş 5 saatdan artıq davam edib: «Görüşdə mübahisə və konkret variantlar ətrafında müzakirələr olmadı. Biz özümüzün Ermənistanla bağlı problemlərimizdən danışdıq və Azərbayjanın xəritəsini ortaya qoyaraq, görüş iştirakçılarına işğal olunmuş ərazilərimizi göstərdik. Bizi təəjjübləndirən odur ki, onlar artıq baş verənlərdən xəbərdar idilər və regionda nə olduğunu yaxşı bilirdilər. Komissiya üzvləri analoci görüşü Ermənistan təmsilçiləri ilə də keçirdilər və bir gün sonra bizim aramızda, təxminən, 20 dəqiqə davam edən üçtərəfli görüş keçirildi. UEFA nümayəndələri bir daha bizdən və ermənilərdən mövqelərimizi qısa şəkildə ortaya qoymağımızı istədilər. Nətijədə, biz bir daha bildirdik ki, qarşılaşmanın birmənalı olaraq neytral meydanda keçirilməsini istəyirik, ermənilər isə öz fikirlərini təkrarladılar. Bununla da müzakirələr başa çatdı».

 

Daha bir münaqişə

Beləliklə, tərəflərin özləri razılığa gələ bilmədiyindən, UEFA bütün məsuliyyəti öz üzərinə götürdü. Qərara alınıb ki, Azərbayjan və Ermənistan yığmaları arasında matçların harada keçirilməsi haqda yekun sözü UEFA-nın özü deyəjək. Bu məsələ qurumun İjraiyyə Komitəsinin ijlaslarının birində baxılajaq. AFFA-nın baş katibi məsələyə yaxın günlərdə baxılajağını düşünmür. «Ola bilsin, bir sıra görüşlər keçiriləjək. Bundan sonra komissiya öz hesabatını hazırlayajaq və onun əsasında ijraiyyə komitəsi yekun qərar qəbul edəjək. Hesab edirəm ki, problemin yaxın zamanlarda həllini tapajağını gözləmək olmaz», - deyə F.Əsədov bildirib.  

Bundan belə nətijəyə gəlmək olar ki, avropalılar qərar çıxarana qədər, bu məsələ dondurulub. Qərar isə həm Azərbayjan, həm də Ermənistan üçün kifayət qədər gözlənilməz ola bilər. 

Maraqlıdır ki, iki ölkə milliləri arasında qarşılaşmaların oynanması ilə bağlı yaranmış problem, Dağlıq Qarabağ münaqişəsinin həlli prosesini xatırladır. Yalnız bir fərqlə: sülh prosesindən fərqli olaraq, futbolla bağlı yaranan problemin konkret nə vaxt həllini tapajağı məlumdur - yekun qərar 2007-ji ilin iyununadək qəbul olunajaq…


MƏSLƏHƏT GÖR:

358