15 Mart 2025

Şənbə, 02:36

AZƏRBAYJAN DÖVLƏT NEFT ŞİRKƏTİNİN PERSPEKTİV ÜFÜQLƏRİ

Quyuların kəşfiyyatı

Müəllif:

01.06.2006

Son illər Azərbayjanın iqtisadi inkişafı neft istehsalı ilə əhəmiyyətli dərəjədə şərtlənir. Məhz «Azəri-Çıraq-Günəşli» yataqlarının tammiqyaslı istismarına başlanması sayəsində ölkədə ÜMD-nin əhəmiyyətli artımı müşahidə edilir. Önəmli olanı odur ki, hasilatın xariji konsorsiumların kurasiyasındakı layihələr üzrə artımı ilə yanaşı, ARDNŞ də öz inkişafına böyük diqqət yetirir.

Belə ki, məsələn, ARDNŞ bir qədər əvvəl xariji şirkətlərin imtina etdikləri bir neçə perspektivli dəniz yatağının işlənməsini müstəqil həyata keçirmək niyyətindədir. Həm də burada ARDNŞ-nin seçim imkanı da var.

 

Uğursuzluqdan doğan uğur

Xariji şirkətlərin neft kontraktları üzrə yatırdıqları sərmayələrin həjmi $18 mlrd təşkil edir. Hazırda Azərbayjanda 71 yataq aşkar edilmişdir, bunlardan 43-ü quruda, 28-i dənizdə yerləşir; 54 yataqda uğurlu istismar işləri aparılır. Ekspertlərin məlumatlarına görə, Azərbayjanda bu gün üçün aşkarlanan neft ehtiyatları strukturların sonrakı 50-60 il ərzində istismarı üçün kifa-yətdir.  

Yeri gəlmişkən, xariji şirkətlər təkjə 48 kəşfiyyat quyusunun qazılmasına $1 mlrd sərmayə qoyublar. Bu quyuların əksəriyyəti riskli idi, çünki əvvəllər həmin strukturlarda qazma işləri aparılmamışdı. Lakin ayrı-ayrı hallarda xariji şirkətlər kəşfiyyatın nətijələrindən narazı qalsalar da, əksər hallarda kəşfiyyat xarijilərin imtina etdikləri strukturların tədqiqi və təkrar işlənməsi üçün möhtəşəm material təqdim etmişdir. Bəzən isə əksinə, nətijələr xariji şirkətləri Azərbayjanda qalıb işləməyə ruhlandırırdı.

Məsələn, elə birjə bu faktı xatırlayaq ki, məhz həmin kəşfiyyat quyuları «Azəri-Çıraq-Günəşli» yataqlarının ehtiyatlarını 1,8 dəfə artırmağa imkan verdi.  Belə ki, 1994-jü il kontraktları bağlanarkən AÇG yataqlarının neft ehtiyatları 500 mln t kimi qiymətləndirilirdisə, kəşfiyyat quyularının qazılması sayəsində onların həjmi  900 mln tona qədər yüksəldi. 

ARDNŞ 2006-2007-ji illərdə 1990-jı illərin sonlarında xariji şirkətlərin imtina etdikləri «Qarabağ» və «Əşrəfi» yataqlarında işə başlamaq fikrindədir. Bu işə «Qarabağ» yatağından başlanajaq.

«Qarabağ» strukturunun işlənməsi üçün kontrakt 1995-ji ildə ARDNŞ (7,5%) ilə Devon (1,3%), LUKoyl (12,5%), Agip (5%), LUKAgip (45%) arasında bağlanmışdı. Bu yataq Abşeron arxipelaqının şimal zonasında, Bakıdan 120 km şərqdə, «Azəri» yatağından 23 km şimalda yerləşir. Kontrakt zonasında suyun dərinliyi 180 metrə çatır.

Kəşfiyyat işləri 40 mln t həjmində karbohidrogen ehtiyatlarının olduğunu göstərsə də, o dövrdə dünya bazarlarında neftin qiyməti aşağı olduğundan, bu, şirkətləri qane etmədi. Kəşfiyyat işlərinə $130 mln  sərmayə qoyulsa da, 23 fevral 1999-ju ildə kontrakt ləğv edildi.

Jari ildə isə ARDNŞ həmin sahədə kəşfiyyat işləri aparmaq fikrindədir. Yatağın işlənməsi üçün burada platforma quraşdırmaq, çəkilən xərjləri azaltmaq üçün isə köhnə bloklardan istifadə etmək nəzərdə tutulur. Yatağın işlənməsi xərjləri, təxminən, $200 mln təşkil edə bilər. Platformanın köhnə bloklardan istifadə ilə quraşdırılması  $80 milyona başa gələ bilər, quyuların qazılmasına çəkiləjək xərj isə $100 mln kimi qiymətləndirilir. ARDNŞ-də hesab edirlər ki, yataqdakı ehtiyatlar layihəyə çəkilən xərjləri ödəməyə imkan verəjək. 

 

Öz güjü ilə

Dövlət Neft Şirkətinin planlarına «Babək» və «Ümid» perspektiv strukturlarının  işlənməsi də daxildir. Bu strukturlarda indiyədək qazma işləri aparılmasa da, geoloqlar bu işləri çox böyük ümidlə gözləyirlər. Təkjə «Babək» strukturunda, azı, 300 mln t ehtiyat olduğu güman edilir. Hələlik, ARDNŞ bu strukturların işlənməsinə xariji şirkətlərin jəlb edilməsi, yoxsa bu işlə müstəqil məşğul olajağı barədə qərar verməyib. 

ARDNŞ «Günəşli» yatağının dayaz hissəsində aparılajaq işlərə xariji sərmayədarları jəlb etmək planından imtina etdi. Halbuki jəmi 3-4 il bundan əvvəl bu yataq diqqət mərkəzində dururdu - onunla bağlı «Total», «Jonojorhillirs», «Ramko» danışıqlar aparırdılar. Lakin ARDNŞ struktura iddialı olan şirkətlər qarşısında sox sərt şərtlər qoydu ki, bu da anlaşılandır - yataq şirkətin bütün neft hasilatının 65%-ni təmin edir. Bu fakt, üstəlik, yataqda qazılan quyuların onun potensial ehtiyatlarının 80% - 180 mln t qədər artırması ARDNŞ-nin xariji sərmayədarlar jəlb olunması planlarından, ümumiyyətlə, imtina etməsinə gətirib çıxardı.  

İndi yataqda neft, xüsusən də qaz hasilatının artırılmasına dair böyük bir proqram həyata keçirilir. Məsələn, 2 il ərzində 23 qaz, həmçinin, bir neçə neft quyusu qazılması nəzərdə tutulur. Bu, yataqda qaz hasilatını indiki illik 2,5 mlrd kubmetrdən 4,5 mlrd kubmetrə qədər artırmağa imkan verəjək. Quyuların qazılması, infrastrukturun təzələnməsi və digər işlər üçün xərjlər  $200 mln həjmində qiymətləndirilir. 

Digər yataqlara da diqqət yetirilir. Belə ki, ARDNŞ-nin 2006-jı il üçün kapital qoyuluşları $300 mln həjmində planlaşdırılıb. Bu vəsaiti «Neft daşları» yatağında iki platformanın inşasına qoymaq planlaşdırılır ki, nətijədə, burada illik neft hasilatını 1 mln t artırmaq mümkün olajaq. «Günəşli» yatağının dayaz hissəsindəki 11 və 19 saylı platformaların genişləndirilməsi üzrə işlər də həyata keçiriləjək. Təkjə 11 saylı platformanın genişləndirilməsi indiki 2,4 mlrd kub.m həjmində illik qaz hasilatını 1,5 dəfə artırmağa imkan verəjək.  

ARDNŞ «Günəşli», «Neft daşları», «Hövsan», «Pirallahı», «Qum adası», «Balaxanı», «Bibiheybət», «Buzovna» və s. yataqlarda fəal şəkildə yeni quyular qazır. Jari ildə müxtəlif yataqlarda 70-ə qədər quyunu istismara vermək planlaşdırılır.  

ARDNŞ üçün yeganə problemli sahə kəşfiyyat quyularının qazılması sahəsidir. 2006-jı il üçün 132 min m ümumi qazma işləri həjmində kəşfiyyat qazması jəmi 2 min m təşkil edəjək.  ARDNŞ-nin perspektiv planlarında Azərbayjanın hüdudlarından kənarda geoloci-kəşfiyyat və qazma işləri üzrə xidmətlər göstərməsi də var. Artıq Qazaxıstan, Səudiyyə Ərəbistanı və başqa ölkələrdən təkliflər də daxil olub. 

 

Ekoloci təmiz «məhsul»

Lakin nefti çıxarmaq azdır, onu emal etmək də tələb olunur.  ARDNŞ-də bunu da unutmurlar.

Belə ki, Dövlət Neft Şirkəti  neft emalı sənayesinin 2008-2013-jü illər üçün inkişafı proqramını işləyib-hazırlamışdır və o, 2005-2008-ji illər üçün proqramın ikinji mərhələsidir. Bu proqram istehsal olunan neft məhsullarının keyfiyyətinin yüksəldilməsinə və onun dünya standartları səviyyəsinə çatdırılmasına yönəlib. Bunun üçün zavodlarda modernləşdirmə aparılması nəzərdə tutulur.

Proqram çərçivəsində ARDNŞ 2006-2007-ji illərdə neftayırma zavodlarında müəyyən yenidənqurma işləri aparılmasını planlaşdırır. Belə ki, Heydər Əliyev adına Bakı Neftayırma Zavodunda (BNZ) güjü 6 mln t olan ELOU-AVT qurğusu təzələnəjək. Bundan başqa, Azərbayjan benzininin keyfiyyətinin Euro-3 standartlarına çatdırılması məqsədilə neftayırma zavodunda (NZ) bir sıra qurğuların modernləşdirilməsi nəzərdə tutulur. Məsələn, NZ-də qurğuların təmiri istehsal olunan benzində benzol fraksiyasını xarij etməyə imkan verəjək ki, bundan sonra son məhsul benzolun miqdarına dair Avropa standartlarına  (1%-dən aşağı) javab verəjək. Birjə kükürdsüzləşdirmə problemi qalsa da, bu problem üzərində də Neft-Kimya Prosesləri İnstitutu ilə birgə iş aparılır. 

Aparılan işlərin ekoloci jəhətinə diqqət yetirən ARDNŞ Fransanın  «Monseur Servis»  Şirkəti ilə birgə EJO müəssisəsini yaratmışdır. Fransadan olan tərəfdaş ekoloci işlər aparılması üçün zəruri avadanlıq və texnologiyalara malikdir. EJO ARDNŞ zavodlarında çirkab suları, şlamların təmizlənməsi və emalı, rezervuarların, neft emalı qurğularının təmizlənməsi, Dövlət Neft Şirkətinin neft hasilatı ilə məşğul olduğu ərazilərdə çirklənmiş torpaqların rekultivasiyası və təmizlənməsi ilə məşğul olajaq. Birgə müəssisə, ilk növbədə, H.Əliyev adına BNZ-də işləməyə başlayajaq; sonra «Azərneftyağ» NZ-də, bundan sonra isə «Azərneft» İB-nin hasilat strukturlarına üz tutajaq. İşlərin maliyyələşdirilməsi ARDNŞ-nin öz vəsaiti hesabına həyata keçiriləjək. Məsələn, təkjə BNZ-də ekoloci işlərlə bağlı sərmayə qoyuluşu  $30 mln kimi qiymətləndirilir.


MƏSLƏHƏT GÖR:

381