
FƏXRƏDDİN JAVADOV:«BU, SADƏJƏ, İSLAHAT YOX, BU SAHƏDƏ BÜTÖV BİR İNQİLABDIR!»
Müəllif: Rəsmiyyə Qəmbərova Bakı
Rəhbər vəzifələr tutarkən və hazırda da ölkənin ən iri səhiyyə müəssisələrindən birinə başçılıq edərək, Fəxrəddin Javadov həmişə üstün saydığı prinsipə riayət edir: «Azərbayjanın hər bir vətəndaşı sosial baxımdan müdafiə olunmalıdır və bu müdafiəni dövlət təmin etməlidir».
Suallarımız səhiyyə sahəsində ən müasir top-menejerlərdən biri, təbabətin inkişaf yollarını bütövlükdə, kompleks şəkildə nəzərdən keçirən Fəxrəddin Javadova ünvanlanır.
- Bir neçə il bundan əvvəl müsahibələrinizin birində bildirmişdiniz ki, Azərbayjan hökumətinin işləyib-hazırladığı neft strategiyası yaxın illərdə öz bəhrəsini verəjək. Hazırda səhiyyə sahəsində bu nə dərəjədə hiss olunur?
- Tamamilə aydındır ki, müəssisələrində 60 mindən çox adam işləyən Azərbayjan Dövlət Neft Şirkəti ölkə iqtisadiyyatının özəyi, təməli olmaqla, sosial sahələrin, o jümlədən, səhiyyənin inkişafında həllediji rol oynayır. Biz prezident İlham Əliyevin ölkənin sosial-iqtisadi inkişafının sürətləndirilməsi haqqında fərmanını mərhələ-mərhələ gerçəkləşdirilməsinin şahidiyik. Burada əhaliyə keyfiyyətli tibbi xidmət göstərilməsi məsələləri də çox önəmli yer tutur.
Bu sahənin keyfiyyətjə yaxşılaşdırılmasına yönəlik bir sıra tədbirlər görülür, idarəetmə və maddi-texniki təminat strukturunun yenidən qurulmasına başlanılıb. Əhalinin imkansız təbəqələrinə Heydər Əliyev Fondu böyük kömək göstərir.
Azərbayjan bölgələrinin 2004-2008-ji illərdə sosial-iqtisadi inkişafı üzrə dövlət proqramına müvafiq olaraq, dövlət başçısı ARDNŞ-ə ölkənin 10 bölgəsində müalijə-diaqnostika mərkəzləri tikmək göstərişi vermişdir. Bu, sadəjə, islahat yox, həmin sahədə əsl inqilabdır! Təsəvvür edin, SSRİ-nin mövjud olduğu 70 ildə səhiyyə müəssisələrinin maddi-texniki bazası köhnəlmiş, xüsusən, rayon xəstəxanalarında avadanlıq uzun müddət təzələnməmişdir. Onların bəzilərində hətta ultrasəs aparatları, ən adi diaqnostika üçün zəruri olan yeni rentgen avadanlığı da yoxdur! Bölgələrdə müalijə-diaqnostika mərkəzlərinin yaradılması əhaliyə tibbi xidmətin əsas problemlərini Avropa standartları səviyyəsində həll etmək imkanı verəjək. Qeyd etmək lazımdır ki, səhiyyə sahəsində belə qısa müddət ərzində və belə yüksək səviyyədə sosial inqilabın dünyada analoqu yoxdur. Birinji mərkəzin inşasına Lənkəranda başlanmışdır. Onun açılışı iyun ayına planlaşdırılır. Hazırda Gənjə, Qazax, Zaqatala, Quba, Qəbələ, Əli Bayramlı, Naxçıvan və başqa bölgələrdə tikinti işləri aparılır.
- Mərkəzlərin zəruri avadanlıqla təmin olunması və müvafiq tibbi personalın hazırlanması məsələləri nejə həll olunajaq?
- ARDNŞ «Siemens», «Frizenius» şirkətləri ilə sazişlər bağlayıb. Hər bir mərkəz üçün avadanlıq alınması məqsədilə, təxminən, $2 mln ayrılıb. Bu layihəyə müvafiq olaraq, mərkəzlərin hər birində 10 «süni böyrək» jihazı olan şöbələr, ən yeni avadanlıqla təjhiz olunmuş «təjili yardım», funksional diaqnostika şöbələri fəaliyyət göstərəjək. Önəmli olanı odur ki, bu müəssisələrdə şüa diaqnostikası şöbələri yerləşəjək (kompüter tomoqrafiyası, rentgen aparatları və i. a.). Bundan başqa, Gənjə və Naxçıvanda rentgen aparatları quraşdırılajaq. Naxçıvan MR blokadada olduğundan, burada kardiojərrahiyyə şöbəsinin fəaliyyət göstərməsi də nəzərdə tutulub.
Müəyyən avadanlıqda işləmək üçün personala mərhələlərlə təlim keçilməsi həyata keçirilir. Belə ki, məsələn, Lənkəran Diaqnostika Mərkəzində işləmək üçün Mərkəzi Neftçilər Xəstəxanasında bir sıra mütəxəssislər, əsasən, kompüter tomoqrafında işləyənlər, həmçinin, nevroloqlar, dializ şöbəsi üçün tibb bajıları hazırlıq keçmişlər.
Yeni obyektlərin istifadəyə verilməsi Azərbayjanın müxtəlif bölgələrində yaşayan xəstələrə xidmət göstərilməsi ilə bağlı bütün problemləri həll edəjək. Bölgə mərkəzlərinin köməyi ilə ən əsas problemlərdən biri - xroniki böyrək çatışmazlığına (XBÇ) düçar olanların dializlə təmin edilməsi problemi öz həllini tapajaq. Hamıya məlumdur ki, bu xəstəlik təkjə Azərbayjanda deyil, bütün dünyada da tibbi xidmətin önəmli sosial problemidir. XBÇ müalijəsi zamanı xəstələri həftədə 1-3 dəfə «süni böyrək» aparatına qoşur, xəstənin böyrəkləri və qanının vəziyyətindən asılı olaraq, dializ seansı keçirilir. Böyrəklərin transplantasiyası əməliyyatı xarijdə həyata keçirilir. Sovet hakimiyyəti dövründə bu qəbildən olan əməliyyatlar Respublika Urologiya Xəstəxanasında da aparılırdı. Bu zaman donor böyrəyin orqanizm tərəfindən qəbul edilməməsi, donor axtarılması kimi problemlər meydana çıxırdı. Əməliyyatdansonrakı 5 il ərzində xəstə qiyməti $250 olan «Sandimum» preparatını qəbul etməlidir. Aydındır ki, heç də hamı belə xərjlərin öhdəsindən gələ bilmir.
- Ölkəmizdə belə xəstələr çoxdurmu?
- Ümumdünya Səhiyyə Təşkilatının illik göstərijilərinə görə, müxtəlif ölkələrdə hər bir milyon nəfərdən 800-1200 nəfəri bu xəstəlikdən əzab çəkir, təxminən, 600 xəstəyə hemodializ təyin edilir. Böyrək çatışmazlığını şəkərli diabet əhəmiyyətli dərəjədə ağırlaşdırır. Azərbayjanda şəkərli diabetə tutulanların sayı, təxminən, 55 min nəfər təşkil etdiyindən, yaxın gələjəkdə hemodializə ehtiyajı olanların sayının xeyli çox olajağını proqnozlaşdırmaq mümkündür. Hazırda 576 xəstə (onlardan 485-i dövlət hesabına) dializ alır, təxminən, 100 nəfər pulsuz hemodializ müalijəsi almaq üçün növbə gözləyir. Gördüyünüz kimi, ölkəmizin bölgələrində fəaliyyət göstərəjək bu tipli səhiyyə strukturları millətin sağlamlığının qorunub-saxlanılmasnda müsbət rol oynayajaq. Bu, ölkə rəhbərliyinin əhalinin sosial durumunun yaxşılaşdırılmasına yönəlmiş çox önəmli bir addımıdır.
MƏSLƏHƏT GÖR: