15 Mart 2025

Şənbə, 02:57

ABƏŞ VƏDİNİ YERİNƏ YETİRİR

«Böyük neft» ərəfəsində

Müəllif:

01.06.2006

Bugünü çoxdan gözləyirdik. Böyük ümidlər, planlar, istəklər, bədxahlarla mübarizəyə sərf olunan qüvvələr, layihəçilər və inşaatçıların milyon saatlarla ölçülən ağır zəhməti - bütün bunlar həmin günün yetişməsi üçün idi. 13 iyul 2006-jı il - Heydər Əliyev adına Bakı-Tbilisi-Jeyhan neft kəmərinin rəsmi şəkildə istismara veriləjəyi gün.

Bundan sonra Azərbayjan «Azəri-Çıraq-Günəşli» (AÇG) yataqlarından çıxarılan nefti dünya bazarlarına məhz artıq son illər bölgədə ən iri layihə adlandırılan bu boru kəməri ilə çatdırajaq.  

Azərbayjanın və layihəni gerçəkləşdirən şirkətlərin neftin satışından çox danışılmış, bazarda ayrıja götürülmüş hallarda konkret məbləğlər də göstərilmişdir. Lakin bugünə yetişmək üçün xeyli xərj də çəkmək lazım gəlmişdir. Son məlumatlara əsaslanaraq deyə bilərik ki, təkjə 2006-jı ilin I rübündə Azərbayjan Beynəlxalq Əməliyyat Şirkətinin (ABƏŞ - AÇG yataqları blokunun işlənməsi üzrə operator) xərjləri $659 mln təşkil etmişdir. Bu, keçən ilin müvafiq dövründəkindən 1,54% çoxdur. Həm də göstərilən məbləğdən $613 mln əsaslı xərjlər, $46 mln əməliyyat xərjləri təşkil etmişdir (plan üzrə, müvafiq olaraq, illik $2252 mln və $227 mln həjmində nəzərdə tutulub).

Hazırda ABƏŞ üç platformada - «Çıraq», «Mərkəzi Azəri» və «Qərbi Azəri» neft hasilatı aparır və çıxarılan neftin həjmi birinji mərhələdə BTJ-ni doldurmaq üçün tamamilə kifayətdir. 

 

Platformalar işləyir - neft axır

2006-jı ilin I rübündə «Çıraq» və «Azəri» yataqlarında orta gündəlik neft hasilatı sutkada 384 min barrel təşkil etmişdir. Jari il ərzində bu göstəriji 439 min barrelə çatmalıdır («Çıraq» - 138 min barrel, «Mərkəzi Azəri» - 226 min barrel, «Qərbi Azəri» - 75 min barrel). ABƏŞ prezidenti Devid Vudvord curnalistlərə bildirmişdir ki, «Bu ilin sonunda üç platformada hasilatın sutkada 500 min barreldən çox olajağı gözlənilir».

Hazırda «Çıraq»da 20 quyu var, 14 neft quyusu və 6 suvurma quyusu. 2006-jı ilin ilk ayı ərzində platformadan, təxminən, 13,5 mln barrel (təxminən, 1,8 mln t) neft hasil edilib və bu, hasilatın dinamikasının yaxşı olduğunu göstərir. «Çıraq»da hasilatın başlandığı 1997-ji ilin noyabrından bəri burada 344 mln barrel (46 mln t) neft çıxarılıb. 

D.Vudvord qeyd edir ki, «İstismar qazması və 1997-ji ildə ilk neft hasil ediləndən sonrakı dövr ərzində «Çıraq» platformasında işə ara verilməsi halları çox az olub. Hazırda platformada 250 nəfərlik personal çalışır, onun 85%-dən çoxu Azərbayjan vətəndaşıdır». Onun sözlərinə görə, bu ilin əvvəlində «Çıraq»da hasilat 2006-jı ilin planına müvafiq şəkildə davam etmiş, bu zaman istismarın səmərəliliyi 97%-dən artıq olmuşdur. Bu ilin sentyabrında qaz-quruduju qurğunun dəyişdirilməsi, suvuran qurğuların güjünün artırılması və müxtəlif avadanlığa texniki xidmət göstərilməsi məqsədilə 10 günlük fasilələr planlaşdırılıb. 

«Mərkəzi Azəri»də (MA) hazırda hasilat qabaqlayıjı qazma proqramı çərçivəsində qazılmış 10 istismar quyusunda aparılır. Platformanın I rübdə istismar səmərəliliyi 92,9% təşkil etmişdir.

Mart ayının axırı üçün MA-da toplam 63,5 mln barrel (8,6 mln t) neft çıxarılıb. Platformada yeni quyular qazılıb istifadəyə verildikjə, 2006-jı ilboyu hasilat artımı davam edəjək. 

«Qərbi Azəri»də (QA) hasilat üç qabaqlayıjı quyuda aparılır. Hasilatın başlandığı yanvar ayının əvvəlindən burada 3,2 mln barrel neft çıxarılıb. 2006-jı ildə hasilat platformadan yeni quyular qazıldıqja artajaq.

MA və QA platformalarından neft 30 düymlük yeni sualtı boru kəməri ilə sahilə - Səngəçal terminalına çatdırılır. Terminal genişləndirilib, o jümlədən, burada xam neftin saxlanılması üçün 3 yen rezervuar quraşdırılıb. 

Bu il martın 26-da terminalda vaxtından bir neçə ay əvvəl AÇG «Faza-2» qurğuları istismara verilib. Bu, terminalın xam neft emalı üzrə ümumi istehsal güjünü sutkada 400 min barreldən 750 min barrelə qaldırmağa imkan verib.

Emal olunmuş xam neftin Səngəçal terminalından, dəmir yol da daxil olmaqla, mövjud ixraj marşrutları ilə nəqli davam etdirilir. Neftin bir hissəsi BTJ neft kəmərinin doldurulması üçün istifadə olunur.  

Yeri gəlmişkən, bu ilin IV rübündə «Şərqi Azəri»də də hasilata başlanılajaq. 

 

Üçünjü və sonunju

İşlənməsi AÇG layihəsinin sonunju - üçünjü fazasına aid olan «Dərinsulu Günəşli»yə gəldikdə, burada işlər nəzərdə tutulan 47% əvəzinə, 48% yerinə yetirilib (yenə də II rübün əvvəlinə olan məlumata görə). 

Məsələn, «Faza-3» sualtı suvurma sistemi üçün sistemlə və avadanlıqlar hazırlanması 70% yerinə yetirilib. Bu sistem «Dərinsulu Günəşli»də laya platformadan, təxminən, 5 km məsafədə yerləşən iki sualtı qazma mərkəzindən qazılan 6 sualtı quyu vasitəsilə sutkada 400 min barreldən çox su vurmaq imkanı verəjək. Maraqlısı odur ki, bu, Xəzər dənizində belə sualtı avadanlığın quraşdırılması və istismarına dair ilk təjrübə olmaqla, AÇG, «Şahdəniz» və başqa sahələrdə Xəzərin dərin yerlərində ehtiyatların istismarı üçün yol açajaq.  

Səngəçal terminalının (STEP) genişləndirilməsi proqramı çərçivəsində tikinti işləri başlamışdır, «Faza-3» üçün yeraltı boru kəmərlərinin çəkilməsi isə davam etdirilir. STEP-də «Faza-3» qurğularının inşasının 2007-ji ilin IV rübündə qurtajağı, bununla da Səngəçal terminalının genişləndirilməsi ilə bağlı bütün proqramın başa çatajağı gözlənilir.  

Qeyd etmək lazımdır ki, Səngəçal terminalı Azərbayjanda bütün ən önəmli layihələrin qovuşaraq, bir bütöv obyekt yaratdığı yerdir. Hazırda burada 2400-dən artıq adam çalışır və onların 75%-dən çoxu Azərbayjan vətəndaşları, onların da, təxminən, yarısı Qaradağ rayonunun ətrafındakı kənd və qəsəbələrin sakinləridir. 

 

«Qaz həmləsi» çox tezliklə başlanajaq

Məlum olduğu kimi,  AÇG yataqlarında neft hasilatı layihələri Azərbayjan üçün bir də onunla dəyərlidir ki, layihənin xariji iştirakçıları səmt qazını qarşılığını istəmədən Azərbayjana verirlər. Belə ki, 2006-jı ilin I rübü ərzində Səngəçal terminalından 440 mln. kub.m qaz ötürülüb. Həmin qaz terminala QA və MA platformalarından 28 düymlük sualtı qaz kəməri ilə daxil olur, buradan da Səngəçal terminalındakı qaz emalı qurğuları ilə «Azəriqaz»ın milli qaz kəmərləri şəbəkəsini birləşdirən yeni ixraj qaz kəməri ilə ötürülür. 

2006-jı ilin II rübündən başlayaraq, AÇG platformalarından səmt qazı mədənlərarası sualtı qaz kəmərləri ilə «Mərkəzi Azəri»də qazın sıxılması,  təzyiqin saxlanması məqsədilə təkrar laya vurulması və su vurulması üçün quraşdırılan platformaya ötürülür. Artıq qalan qaz isə Azərbayjanın daxili bazarında istifadə üçün Səngəçal terminalına ixraj olunajaq.

Əlbəttə, bütün bunlar Azərbayjanın «Şahdəniz» layihəsi işə düşəndən sonra əldə edəjəkləri ilə heç bir müqayisəyə gəlmir. Xatırladaq ki, ijraçıların planlarına görə, ilk qaz bazara 30 sentyabr 2006-jı ildə çıxarılmalıdır.

2006-jı ilin I rübü ərzində bu layihə xərjlər $288 mln təşkil etmişdir. Bütövlükdə isə 2006-jı il üçün  $865 mln sərmayə qoyuluşu planlaşdırılmışdır.

Yataqda qazılan 3 quyu əsasında onun ehtiyatları 1 trln kub.m kimi qiymətləndirilir. İndiyədk işlər yatağın şimal-şərq hissəsində aparılıb. Bu il isə jənub-şərq sahəsində, yatağın jənub-qərb hissəsində layihə dərinliyi 7 min m olan dördünjü quyu qazılır. Quyunun bu il layihə dərinliyinə çatajağı gözlənilir. Qeyd edək ki, hələlik, 4200 m qazılıb. Orada dördünjü qiymətləndirmə quyusunun (SDX-04) qazılmasnın nətijələri əsasında «Şahdəniz»in ehtiyatlarının həjmi 1,5-2 dəfə arta bilər. SDX-04 quyusunda qazma işlərinin jari ilin IV rübündə başa çatdırılması planlaşdırılıb. 

Qazma nöqtəsində TPG-500 hasilat platformasının quraşdırılması isə artıq başa çatdırılıb. Platforma suyun dərinliyi 105 m olan yerdə quraşdırılıb. Növbəti addım montac və platformanın işəsalma-qəbul sınaq işləridir ki, bu, yataqdan ilk qazı qəbul etməyə imkan verəjək.

Platformanın ümumi ağırlığı 32 000 t olan qazma avadanlığı dərinliyi 7 km çox olan quyular qazmağa, hasilat avadanlığı isə sutkada, təxminən, 1 mlrd kubofut qaz və 60 min barrel qaz-kondensat emal etməyə imkan verir.

İşlər «Şahdəniz» yatağının işlənməsinin birinji mərhələsi - «Stadiya-1» çərçivəsində aparılıb. 27 fevral 2003-jü ildə sanksiyalaşdırılan «Stadiya-1»  178 mlrd kub.m qaz və 34 mln t qaz-kondensat hasil edilməsini nəzərdə tutur. «Stadiya-1» üzrə maksimal hasilat dövründə yataqda ildə 8,4 mlrd kub.m qaz və 2 mln t kondensat hasil ediləjək. Bütövlükdə isə yatağın işlənməsinin sonrakı mərhələlərində ildə, təxminən, 16 mlrd kub.m qaz hasil etmək nəzərdə tutulur. 

Əldə olunan qaz bu ilin III rübündə istismara verilməli olan Jənubi Qafqaz boru kəməri vasitəsilə nəql ediləjək.


MƏSLƏHƏT GÖR:

371